Bölgələrə
daha çox turist axını var
Ölkəmizdə turizm sənayesinin
inkişafı üçün kifayət qədər potensial
mövcuddur
Cənab Prezident İlham
Əliyevin bu zamana qədər imzaladığı
Regionların sosial iqtisadi inkişaf proqramlarının hər
biri regionlarımızın inkişafına xidmət edib. Məhz
bunun nəticəsidir ki, bütün regionlarımızda fasiləsiz
şəkildə mavi yanacaq və elektrik enerjisinin verilişi
təmin olunub. Bölgələrdə bütün daxili yollar
asfaltlanıb, çoxmənzilli yaşayış
binalarının dam örtüyü dəyişdirilib,
içməli su və konolizasiya problemi həll olunub. Bölgələrdə
əhalinin asüdə vaxtının səmərəli
keçirilməsi üçün parklarda salınaraq əhalinin
ixtiyarına verilib. Regionların sosial-iqtisadi proqramına
uyğun olaraq rayondada təhsil, səhiyyə və mədəniyyət
ocaqları tikilərək və ya əsaslı təmir
olunaraq təhvil verilib.
Təhlillər
göstərir ki, regionlarda 636 yeni məktəb tikilmiş, 192
məktəb əsaslı təmir olunmuş,müxtəlif məktəblərdə
243 yeni sinif otağı tikilib istifadəyə verilmişdir.
Keçmiş beş il ərzində Heydər Əliyev
Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb"
proqramı çərçivəsində 238 məktəb
binanın tikilişi təhsilimizə böyük töhvə
vermişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 14 aprel tarixli 80 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edildikdən sonra "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)" məntiqi davamı olaraq bölgələrin inkişafı ilə bağlı aparılan müvəffəqiyyətli işlərin uğurla davam etdirilməsi qarşıya məqsəd olaraq qoyulmuşdur. Əlbəttə ki, ilk növbədə ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması əsas prioritet sahələrdən hesab olunurdu və başlanmış tədbirlərin 2009-2013-cü illərdə də davam etdirilməsi nəzərdə tutulmuşdur. Həmçinin ikinci Dövlət Proqramında əsas və vacib prioritet məsələ Bakı şəhəri və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafıyla bağlı idi. Eyni zamanda cənab İlham Əliyevin hər bir çıxışında əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində dövlətin siyasətinin məqsədlərinə uyğun olaraq mövcud potensialdan istifadə etməklə qeyri-neft sektorunun inkişafı, infrastruktur obyektlərinin, kommunal xidmətlər və digər emal və istehsal müəssisələrinin yaradılması, müasir rabitə və informasiya texnologiyalarının tətbiqi, sosial infrastrukturun möhkəmləndirilməsi, innovativ təhsil sistemi, səhiyyə, mədəniyyət və idman obyektlərinin inşası, yenidənqurulması, elmdə yeniliklər, əlillər və şəhid ailələri üçün yaşayış binalarının tikintisi üzrə kompleks tədbirlərin həyata keçirilməsi baxımında mühüm tapşırıqlar vermişdir.
Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası uğurla başa çatdığdan dərhal sonra yenidən regionların davamlı sosial-iqtisadi inkişafında yeni uğurların qazanılması, əhalinin hər sahədə inkişafına nail olmaq məqsədilə 2015-2018-ci illər üzrə Dövlət Proqramı qəbul edildi.Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası, regionların sürətli inkişafı istiqamətində tədbirlərin davam etdirilməsi, xüsusi ilə kəndlərin inkişafı ilə bağlı infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasından ibarət olmuşdur.
Dövlət Proqramının məqsədlərinə çatmaq üçün regionlarda infrastruktur təminatının, o cümlədən əhalinin kommunal xidmətlərlə təminatının daha da yaxşılaşdırılması, ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalı istiqamətində sahibkarlığın inkişafının sürətləndirilməsi, əhalinin, xüsusi ilə kənd əhalisinin məşğulluq səviyyəsinin artırılması və yoxsulluğun səviyyəsinin azaldılması istiqamətində tədbirlərin davam etdirilməsi kimi mühüm vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdur.
Dövlət Proqramında nəzərdə tutulmuş məqsədlərə və həmçinin bu məqsəddən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün ölkədə makroiqtisadi sabitlik şəraitinin və məşğulluq siyasətində investisiya mühitinin yaradılması, vergi siyasətinin təkmilləşdirilməsi, iqtisadiyyata investisiyaların cəlb edilməsi, ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin yaxşılaşdırılması, sənayeləşmə siyasətinə uyğun olaraq tədbirlər həyata keçirilməsi, kənd təsərrüfatının inkişafına yönələn ardıcıl islahatlar davam etdirilməsi, dövlətin xarici ticarət siyasətində qeyri-neft məhsullarının ixracının genişləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları (İKT) infrastrukturu inkişaf etdirilməsi, turizmin inkişafı üçün turizm ehtiyatlarının genişləndirilməsi, ölkənin yanacaq-enerji kompleksi sahəsində işlər görülməsi, insan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin təmin edilməsi, mənzil-kommunal təsərrüfatının, nəqliyyat xidmətlərinin inkişaf etdirilməsi,, gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin qorunması, əhalinin sosial müdafiəsi sahəsində innovasiyalar, təhsil sahəsində qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması, səhiyyə sahəsində qarşıya qoyulan əsas məqsədlər regionlarda ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi, gənclərin, həmçinin bədən tərbiyəsi və idmanın inkişafının dəstəklənməsi, mədəni irsin qorunması davam etmişdir.
Yuxarıda sadalanan Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş bütün tədbirlər ölkəmizin sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində əhalimizin rifahının daha da yaxşılaşdırılmasını təmin edəcəkdir..
Azərbaycan dünyanın, demək olar ki, hər bir ölkəsindən turistlər qəbul edir. Ölkəmizdə turizm sənayesinin inkişafı üçün kifayət qədər potensial var, eyni zamanda ekoloji turizm, sağlamlıq turizmi ilə yanaşı Xəzərin Azərbaycan sahil zonasının da böyük turizm imkanları vardır. Yer küərsinin ən böyük gölü olan Xəzər dənizinin sahil zonasının təbii mühiti insan istirahəti və müalicəsi baxımından çox yaralıdır. Günəş radiasiyası, uzu və geniş çimərliklərdəki narın qumlar və sair. burada istirahər imkanlarının Qafqazın məşhur Qara dəniz sahillərindən üstünlüyünə əsaslanan faktlardır. Hazırda Xəzər dənizi sahilləri vətəndaşların əsas istirahət zonalarıdır.
Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamına əsasən Azərbaycan əlverişli yeni beynəlxalq uçuşlara cəlb olunub, turizm üzrə ilk peşə-ixtisas təhsilli müəssisələri, yeni turizm və rekreasiya zonaları yaradılıb, sərhəd-buraxılış məntəqələrində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidinin təmin edilməsi və sair həllini tapıb.
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı isə ölkəmizə turist axınının sürətləndirilməsi məqsədi daşıyır.
Turizmin inkişafı ilə bağlı bölgələrdə tikilən yeni otellər turizm sahəsindəki irəliləyişdən xəbər verir. Yeni salınmış hamar yollar, aeroportlardan istifadə ölkəmizə gələn turistlərin mənzil başına rahat çatmasına gözəl şərait yaradır. Bakı-Gəncə sürət qatarının açılışı bölgələr daha sürətli hərəkəti təmin edir. Bölgələrə daha da çox turist axını var. Məhz bu əsasdan bölgələrdə daha çox sayda otellərin tikilməsinə ehtiyac var.
Ölkəmizin sosial-iqtisadi inkişafı, bölgələrdə infrastruktur layihələri icrası ümumi inkişafımıza böyük töhvələr verdi.
Gündəlik fəaliyyətimizdə xalqımızın sosial rifahının yaxşılaşdırılması istiqamətində uğurlu layihələr həyata keçirilmişdir. Yeni iş yerlərinin yaradılması əsas prioritet istiqamətlərindən biri və ən vacibidir. Yeni texnologiyaya uyğun iş yerləri üçün kadrların hazırlanması baxımından peşə təhsili müəssisələrində yeni ixtisaslar artırılmışdır.
"ASAN Xidmət"artıq dünyada bir brendə çevrilmiş, "ABAD" və "DOST" kimi sosial layihələrin insanlarımızın maraqlarına xidmət edir və onların biznes sahəsində inkişaflarına dəstək vermiş olur.
Dünyada baş verən qlobal iqtisadi böhrana baxmayaraq Azərbaycan iqtisadiyyatı çökmədi və əyaq üsdə dayana bildi. Hər ilin büdcəsi təsdiq olunarkən əhalinin bütün işləyən və təqaüd alanların maddi imkanlarının artırılmasıda sübut elədi ki, Azərbaycan iqtisadiyyatı çökmədi və inkişaf elədi. Məhz dediyim bütün bunlar dünya dövlətlərinə sübut elədi ki, Azərbaycan iqtisadiyyatına inanmaq olar. Ona görə də Azərbaycan iqtisadiyyatı dünyada möhkəm dayanıqlı bir iqtisadiyyat olunduğu sübut olundu.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2019.- 18 yanvar.- S.15.