Azadlıq məşəli
Dağüstü park 29 il əvvəl "fəth"
olundu
Düz 29 il əvvəl Azərbaycan tarixinin ən faciəli səhifələrindən olan,
eyni zamanda, xalqımızın azadlıq
və müstəqillik
mübarizəsinin qəhrəmanlıq
nümunəsi
olan qanlı 20 Yanvar hadisəsi baş verdi. Azərbaycan xalqının
min illərlə ölçülən
zəngin və şərəfli tarixində
həm qəhrəmanlıq,
həm də faciə səhifələri zaman-zaman bir-birini əvəz edib və nəsildən-nəsilə
qan yaddaşı ilə ötürülüb.
Tarixin 20 Yanvar səhifəsinin unikallığı
isə ondadır ki, o eyni vaxtda
həm faciə, həm də qəhrəmanlıq nümunəsidir.
1990-cı il yanvarın
19-dan 20-nə keçən gecə Azərbaycan öz tarixində ən yadda qalan
gününü yaşadı
və tarix səlnaməsinə qəhrəmanlıq
dastanını yazdı.
29 ildi həmin yazı hər bir azərbaycanlının
qan yaddaşındadır,
hər gün oxunur, hər gün yada salınır.
Ki.. o yazı hələ neçə yüz illər oxunacaq, yaddaşlara hopacaq. Çünki həmin gün Azərbaycan oğullarının azadlıq və müstəqillik yolunda, şəhidlik adlı məqama ucaldığı tarix oldu.
Həmin
gecə şəhidlik
məqamına ucalanlar,
ölməzlik qazananlar Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını,
azadlığı uğrunda
mübarizliyini sarsıtmaq
istəyən sovet imperiyasının canına
vicvicə saldı. Həmin gün elə
bir təməl qoyuldu ki, sonrakı
dövrdə torpaqlarımız
işğala məruz
qalanda da yenə igid oğullar, qəhrəman qızlar tərəddüd
etmədən Vətənin
müdafiəsinə qalxdılar.
Onların yenilməz iradəsi,
əyilməz cəsarəti
bütün dünyaya
yayıldı. Şəhidlərin timsalında tarixə yeni qəhrəmanlıq, rəşadət və şücaət səhifələri
yazıldı.
Şəhidlik elə bir zirvədir
ki, o yüksəkliyə
ucalanlar oradan heç vaxt enmirlər. Şəhidlik elə bir yoldur ki, uğrunda canını verdiyi vətənin yaraları sağalmayınca
şəhidin də ruhu sakit olmur.
Şəhidlik elə bir məktəbdir ki, bu məktəbin öyrənciləri öyrəndiklərini
gələcək nəsilə
torpağın üstünə
axıdılan qanları
ilə ötürürlər.
O müdhiş gecə
güllə analardan, bacılardan yan keçsə də, dolu kimi yağan
qəlpələr onların
mənəviyyatını parçaladı.
Ana fəryadı, bacı harayı uzun illər qulaqlardan çəkilmədi,
bu gün də əks-səda verir. İllərdi imperiya tanklarının
qabağında əliyalın
dayanan oğulların
qanını içən
erməni-rus cinayətkarlarına
olan nifrət azalmır, əksinə hər gün artır.
Bu gün Bakının ən uca nöqtəsində
- qeyrət və ucalıq zirvəsində
bərqərar olan, istiqlal savaşında tarixə dönən şəhidlərimizin əbədi
uyuduğu bir məkan var: Şəhidlər Xiyabanı.
O gecə Azərbaycan
xalqının azadlıq
mücadiləsinə qarşı
cinayətkar təcavüzə
"yox" deyən oğulların uyuduğu Şəhidlər Xiyabanı
29 ildi müqəddəs
bir məkandı, səcdəgahdı, qibləgahdı.
1990-cı ilin yanvarında Dağüstü
parkı "fəth edərək", millətin
qəhrəmanlıq ziyarətgahı
"vəsiqəsini" alıb
müqəddəsləşən bu
məkan müstəqilliyimizin
rəmzi, azadlığımızın
simvoludu. Bu statusu bizə Vətənin daşı, havası, suyu,
əxlaqı və
qeyrəti, eləcə
də xalqın qan yaddaşı olan 20 Yanvar şəhidləri
verdi. Bu məkanda
əbədiyyət yuxusuna
gedən igidlər xalqın ən dəyərli övladlarıdı.
O gecədən sonrakı
günlərin İlham
və Fərizə sevgisi şəhidlik məqamının ən uca nöqtəsidi. Ürəyi vətən sevgisi ilə döyünən gənclərin ilahi eşqi elə bir ucalıqda bərqərar olub ki, top-tüfəng də onları ayıra bilmədi. Əbədiyyətə qovuşan
sevgililər dağüstü
parkın ən hündür nöqtəsində elə "məkan tutdular" ki, hələ yüz illər, min illər sonra da İlham - Fərizə eşqi dillərdə dastana dönəcək, əfsənəyə
çevriləcək.
1968-ci ildə sovet
qoşunları Çexoslovakiyaya
girərək orada milli - azadlıq hərəkatını amansızlıqla
boğmuşdular. Bu zaman
Yan Polex adlı bir tələbə hərbi təcavüzə
etiraz əlaməti olaraq Praqanın Vaslav meydanında özünü yandırmışdı.
Yan Polex bu gün çex xalqı üçün qəhrəmanlıq nümunəsidir.
Fəxri
Xiyabanda uyuyan 146 yanvar şəhidinin hər biri bizim
üçün bir
Yan Polexdi. Gözünü
qırpmadan üstünə
yeriyən tankın qabağında dayanan, heç bir yerə qaçmayan, güllədən qorxmayan
şəhidlərın Haqq
Dünyasında məkanı,
sözsüz ki, cənnətdi. Amma onlar bu dünyadakı
əzizlərinin, doğmalarının, xalqının,
millətinin də cənnət kimi bir məkanda yaşaması, məmləkətinin
cənnət diyara çevrilməsi üçün
imperiyaya üsyan etdilər. Haqq üsyanı şəhidliyin
başlanğıcıdı. Ədalət
uğrunda döyüşün
ağrısını unutduran
nəsnə torpağa
axan şəhid qanıdı. O da ki, ola bu qan vətən
torpağına qarışa,
bax o zaman, şəhidlik ən ali məqama yüksəlir. Şəhid olmaq, şəhidlik
məktəbindən keçmək
vətən sevgisinə
köklənmiş hissin
közərən ocağı,
alovlanan məşəlidir.
Bu məşəl 29 ildir ki, Azərbaycanın
başı üzərində
alovlanır, Bakının
ən uca nöqtəsindən işıq
saçaraq sönmür. Bu közərən
ocağın "istisi" həm də 29 ildir şəhid analarını yandırır, şəhid
övladlarını qarsıdır.
Qan yaddaşımız
olan 20 Yanvardan üzü bu yana vətən, torpaq sevgisini, qəhrəmanlıq duyğularını
şəhidlik məqamı
ilə təsdiqləyən oğullar,
qızlar Qarabağ döyüşlərində qanlarını
axıtdılar, "uf"
demədən, gözlərini
belə qırpmadan mənfur düşməni
qovmağa çalışdılar.
Dünyanın bütün xalqlarında şəhidlik müqəddəslik
mərtəbəsindədir. Bütün
xalqlarda şəhidlər
ən ali
pillədə bərqarar
olurlar. Çünki ŞƏHİD canını havasını udub, suyunu içdiyi VƏTƏNdən, qanını
üstündə yeridiyi
TORPAQdan üstün saymır. Şəhidin
bir amalı olur: uğrunda döyüşdüyü torpağın,
canını fəda edəcəyi vətənin
azadlığına qovuşan
ruhları səmada rahat dolaşa bilsin.
Bu gün Azərbaycan səmasında
ağ göyərçinlər
sayağı minlərlə
şəhid ruhu "qanaq çalır". Düşmən tapdağı altında
olan torpaqlarımızın
işğaldan azad olacağı günün
həsrətini çəkirlər.
Qədim
tariximizin qüruru, bu günümüzün hünəridi Şəhidlər
Xiyabanı. Millətin
and yeri olan bu yüksəklikdən şərəfli keçmişimiz
də görünür, vətən
uğrunda canını
fəda edən şəhidlərin övladlarının
yaşayacağı qələbələrlə
dolu gələcəyimiz
də boy göstərir.
Bu qələbənin olacağına inanan gənclik hərbi xidmətə yola düşərkən Şəhidlər
Xiyabanına gedib məzarlar önündə
baş əyməyi vicdan və şərəf borcu sayaraq vətənə sadiq olmaq andı
içirlər. 1988-ci ildən
başlayan və
1990-ci ilin yanvarında
kulminasiya nöqtəsinə
çatan azadlıq mübarizəsi təkcə
Bakıda deyil, Azərbaycanın bütün
regionlarında Şəhidlər
Xiyabanının salınması
ilə nəticələndi.
Həmin şəhid xiyabanları o regionun yeniyetmələri və gəncləri üçün
torpaq sevgisinin, vətən məhəbbətinin
göstəricisi olaraq,
onlarda vətənpərvərlik
və qəhrəmanlıq duyğularını
tərbiyə edir. Milli birliyin, vətənə bağlılığın və
qəhrəmanlığın vəfa simvoluna çevrilmiş şəhid
xiyabanları müstəqilliyimizin
möhkəm bünövrəsidir.
Bu gün XX əsrin tarixinə insanlığa,
bəşəriyyətə qarşı ən amansız və dəhşətli cinayətlərdən
biri kimi düşmüş 1990-cı ilin
20 Yanvar hadisələrinin
29-cu ilidi. Xalqımızı
qəlbən sarsıtmış
bu faciənin baş vermə səbəbləri ilə
bağlı zaman-zaman
müxtəlif yazılar
yazılıb, şərhlər
verilib, araşdırmalar
aparılıb, hətta
ortaya əks fikirlər də qoyulub. Amma bütün
bu məsələlərdə
üst-üstə düşən
bir məqam var: həmin tarixi gündə
Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı
milli-azadlıq və istiqlal savaşından geri çəkilməyəcəyini,
bu müqəddəs amal uğrunda hətta canından belə keçməyə
hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.
Azadlıq məşəlin əbədi
yansın, AZƏRBAYCAN!
Züleyxa NADİR
Olaylar.- 2019.- 19-21
yanvar.-S.12.