Regional proqramlar
bölgələrdə
yol infrastrukturunu inkişaf etdirib
"Azərbaycan
Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı"nın icrası müvəffəqiyyətlə
başa çatdırılıb.
Respublikamızda bu vaxtadək
regionların sosial-iqtisadi
inişafına dair
2004-2008, 2009-2013, 2014-2018-ci illəri əhatə edən üç Dövlət Proqramı yerinə yetirilib. Prezident İlham Əliyevin tapşırığına əsasən,
növbəti Dövlət
Proqramının layihəsi
hazırlanıb və
artıq işlər başa çatmaqdadır.
Ölkəmizdə həyata
keçirilən uğurlu,
uzaqgörən, düşünülmüş
inkişaf strategiyası
əsasında reallaşdırılan
layihələr Azərbaycanı
beynəlxalq aləmdə ən
qabaqcıl, söz sahibi ölkələr sırasına çıxarıb.
Uğurlu başa çatan hər üç dövlət proqramlarının qarşıya
qoyduğu əsas vəzifələr, yəni,
regionlarda yeni iş yerlərinin yaradılması, əhalinin
sosial rifahının gücləndirilməsi, yol-nəqliyyat
infrastrukturunun yenilənməsi
və müasir Azərbaycanın dünya
birliyinə sürətli
inteqrasiyasını xarakterizə
edən əsas cəhətlər müvəffəqiyyətlə
yerinə yetirilib.
Paytaxt Bakı
ilə yanaşı bölgələrimizdə müasir
dünya standartlarına
cavab verən yol infrastrukturunun qurulmasında regional proqramlar
əhəmiyyətli rol
oynayıb. Regionların sürətli inkişafında
xüsusi rol oynayan müasir yol infrastrukturu əhalinin sosial rifahının yüksəldilməsində
də xüsusi rol oynayıb. Yol tikintisində iştirak edən işçi qüvvəsi onu göstərir ki, əhalinin rahatlığı,
turizmin inkişafı
ilə yanaşı onların məşğulluğu
da təmin edilib. Avtomobil yollarının tikintisi
həm iqtisadi, həm də sosial cəhətdən olduqca əhəmiyyətlidir.
Son 10 il ərzində
8,3 min kilometr respublika və yerli əhəmiyyətli avtomobil yolları tikilmiş və ya təmir olunmuş,
2004-cü ildən bu günə qədər təxminən 11 min kilometr
avtomobil yolu tikilmişdir. Bu, həm
magistral yollara, həm də şəhərlərarası və
kənd yollarına aiddir.
Regionların inkişafı sahəsində
qəbul edilmiş və uğurlu həyata keçirilmiş
dövlət proqramları
regionlarda nəqliyyat sisteminin davamlı inkişaf etdirilməsi, nəqliyyat sektorunun, o cümlədən nəqliyyat
xidmətləri bazarında
rəqabət mühitinin
daha da təkmilləşdirilməsində
mühüm rol oynayıb. Respublikamızın regionlararası, şəhər
və rayondaxili yol-nəqliyyat infrastrukturu
daha da inkişaf
edib. Bölgələrimizdə müvəffəqiyyətlə
magistral yolların tikintisi və yenidənqurulması, xüsusi
ilə kənd yollarının tikintisi, əsaslı təmiri baş tutub. Bütün bu işlərə 2019-cu ildə də davam ediləcəyi gözlənilir.
Məhz
bu ilin yanvar
ayında Ağstafa rayonunda
yerli əhəmiyyətli
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil
yolunun yenidən qurulmasına başlanılıb.
4-cü texniki dərəcəyə uyğun
olaraq yenidən qurulan Ağstafa-Yenigün-Xətai-Qaçaq
Kərəm-Poylu-Xılxına avtomobil yolunun uzunluğu 9.3 km təşkil
edir. Layihəyə uyğun olaraq
yolun deformasiyaya uğramış hisələri
qazılaraq çıxarılır,
təqribən 22 min kub.m
həcmdə karxana qruntu ilə əks-dolğu işləri
görülərək, kipləşdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin
birbaşa nəzarəti
altında yüksək
keyfiyyətlə aparılan
yenidənqurma işlərinin
sonuncu mərhələsi
çərçivəsində yol boyu 3 avtobus
dayanacağı inşa
ediləcək, hərəkətin
normal təşkili üçün
46 yol nişanı, 18
km göstəricisi və
380 siqnal dirəyi quraşdırılacaq, 28 km uzunluğunda
yolcizgi və yolgöstərici xətlər
çəkiləcək. Yerli
əhəmiyyətli Ağstafa
Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil
yolunun yenidən qurulması ilə yol boyu nəqliyyat
əlaqəsi xeyli rahatlaşacaq, vətəndaşların
istər Bakı-Ələt-Qazax-Gürcüstan
respublikası ilə dövlət sərhədi
avtomobil yoluna, istərsə də respublika əhəmiyyətli
Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi
avtomobil yoluna rahat çıxış
əldə etməklə
sözügedən ərazidə
yük və sərnişin daşıması
asanlaşmaqla yanaşı,
kənd təsərrüfatının
daha da inkişafı
hədəflənir.
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına
avtomobil yolunun yenidən qurulmasından əlavə bu ilin yanvar ayında
26 min nəfər əhalinin
yaşadığı 7 yaşayış
məntəqəsini birləşdirən
və respublika əhəmiyyəti Mingəçevir-Bəhrəmtəpə
avtomobil yolunun 137-ci
km-dən ayrılan
III texniki dərəcəli
Yuxarı Qarabağ Kanalı-Beyləqan-Daşburun avtomobil yolunun 15 km-lik hissəsi də yenidən qurulur. Avtomobil yolu iki hissə üzrə yenidən qurulur. 1-ci hissə youn
0-10 km-liyini, 2-ci hissə
isə 10-15 km-liyini əhatə edir.
Layihəyə uyğun olaraq 6700 kub.m. həcmdə yararsız asfalt beton örtüyü sökülüb, torpaq yatağının
40 min kub.m həcmdə
deformasiyaya uğramış
hissələri ekskovatorla qazılaraq çıxarılıb. Qazılmış
hissələrin
yenidən bərpası və tələb olunan hissələrdə
yolun torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılması
üçün 68 min kub.m
həcmdə qrunt tökülərək yayılıb
və kipləşdirilib,
təbii karxana çınqılı materialından
38 min kub.m torpaq yatağının tikintisi işləri aparılıb. Yolun çiyin hissələri
20 sm hündürlüyündə
karxana çınqılı
və optimal çınqıl
materialı ilə bərkidilib, yol birləşmələri 720 kv.m
sahədə təmir
olunub. Respublika əhəmiyyətli və
III texniki dərəcəli
Yuxarı Qarabağ Kanalı-Beyləqan-Daşburun avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində
ümumi uzunluğu
5.3 km olan daha 2 yolu əsaslı şəkildə bərpa
olunacaq. Söhbət 3 km-lik Şəfəq
qəsəbəsinin daxilindən
keçən və
2.3 km-lik ziyarətgaha
gedən yoldan gedir. Layihənin sonuncu mərhələsində
3 yerdə avtobus dayanacağı quraşdırılacaq,
hərəkətin normal təşkili
üçün 73 km uzunluğunda
yolcizgi və yolgöstərici xətlər
çəkiləcək, 68 yol nişanı, 10 km göstəricisi
və 500 siqnal dirəyi quraşdırılacaq.
Bütün bunlardan əlavə
Respublika əhəmiyyətli
Lənkəran-Lerik avtomobil
yolunun yenidən qurulması ilə bağlı tədbirlər
haqqında Azərbaycan
Respublikası Prezidentinin
Sərəncamına uyğun
olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ötən
il başlanılmış
yenidənqurma işləri
bu il də
davam etdirilir.
Lənkəran-Lerik avtomobil yolu 2 hərəkət zolaqlı
olmaqla III texniki dərəcəyə uyğun
olaraq yenidən qurulur. Hər bir hərəkət
zolağının eni
3.5 metr, çiyinlərin
eni isə 2.5 metr olmaqla yolun
ümumi eni 12 metr təşkil edir. Yenidənqurma işləri çərçivəsində
köhnə asfalt-beton
örtüyünün üst
qatı 18 min kv.m sahədə frezlənərək
kənara daşınır,
92 min kub.m həcmdə
yolun deformasiyaya uğramış hissələri
qazılaraq çıxarılır,
əvəzinə yol yatağının karxana çınqılı ilə
tikintisi işləri görülür. Bundan başqa
yol yatağının
profilə salınması
və normativ eninin alınması üçün xüsusi
qrup qrunt daşınaraq yayılır
və kipləşdirilir.
Torpaq işləri 276 min kub.
m həcmdə icra olunur. Lənkəran-Lerik avtomobil yolunun bir-neçə nöqtəsində sürüşmə
əraziləri mövcud
olduğu üçün
burda yol yatağının əlavə
bərkidilməsi işləri
görülür. Bunun
üçün xüsusi
qrup qrunt əraziyə gətirilərək
yayılır və kipləşdirilir, avtoqreyderlə
28 min paqon-metr uzunluğunda
küvetlər açılır,
həmçinin 3200 kub.m
dəmir-beton küvetlər
inşa edilir. Yenidənqurma işlərinin
sonuncu mərhələsində
yola 6 avtobus dayanacağı qoyulacaq, həmçinin hərəkətin
normal təşkili üçün
yol boyu zəruri olan yerlərdə 152 ədəd
yol nişanı və məlumatverici lövhə, 2024 ədəd
siqnal dirəyi və 110 ədəd km göstəricisi quraşdırılacaq,
153 km uzunluğunda yolcizgi
və yolgöstərici
xətlər çəkiləcək.
Həmçinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrində yerləşən Kür çayı üzərindəki mövcud metal Kür körpüsünün əsaslı şəkildə bərpası işləri aparılır. 3 aşırımlı körpünün uzunluğu 335 m, eni isə 11.5 m-dir. Körpünün hərəkət hissəsinin eni 7.5 m, hər tərəfə yanaşma yollarının uzunluğu isə 500 metr təşkil edir . Geniş təmir işlərinin bir hissəsi olaraq hazırda bütün yeni qurğular üçün tələb edilən yük götürmə qabiliyyətinin müasir A15/NK100 olması vacib sayılıb. Kür körpüsü isə o zamanki yüklənmə sinfi A11/NK80-nə müvafiq olaraq layihələndirilib. Texnoloji ardıcıllığa uyğun olaraq mövcud körpünün üstündəki asfalt-beton layları tamamilə qaşınıb çıxarılıb, körpünün üst metal təbəqəsinin sıradan çıxmış hissələri çıxarılaraq yenisi ilə əvəz edilib. Layihəyə uyğun olaraq körpünün üst metal təbəqəsi təzyiqli qum şırnağından istifadə edilməklə təmizlənib, metal təbəqə başdan-başa 10 mm qalınlığında sudan mühafizə qatı vurulub, məhəccərləri isə tamamilə dəyişdirilərək müasir məhəccərlərlə əvəz edilib. Hazırda körpünün Salyan şəhəri tərəfə yanaşma yolunda aşınma asfalt-beton layının qoyulması və körpünün hər iki tərəfində suaxıdan beton küvetlərin tikintisi və işıqlanma dirəklərinin quraşdırılması üçün hazırlıq işləri davam etdirilir. Təmir-bərpa işlərinin yanvar ayının sonunda yekunlaşacağı və körpünün sürücülərin istifadəsinə veriləcəyi gözlənilir.
Görülən işlər regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbulu və qarşıya qoyulan vəzifələrin uğurlu icrası sayəsində respublikamızın bütün bölgələrinin simasının dəyişdiyini ortaya qoyur.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2019.- 24 yanvar.- S.15.