Azərbaycan tarix elminin
“Akademik
Yaqub Mahmudov” zirvəsi
Azərbaycan tarix elminin keçdiyi müxtəlif
dövrlərə nəzər salsaq görərik ki, dövlətçilik,
azərbaycançılıq, milli məfkurə uğrunda mübarizə aparan, milli dəyərləri
üstün tutan, bu yolda inamla
irəliləyən, xalqın
mənəvi tərbiyəsində
önəmli rol oynayan şəxsiyyətlər
hər zaman aparıcı rola malik olmuşlar. Belə görkəmli şəxsiyyətlərdən biri ömrünün yarıdan çoxunu Azərbaycan tarix elminin inkişafına həsr edən Yaqub Mikayıl oğlu Mahmudovdur.
1962-ci ildə o, Azərbaycan
Dövlət Universitetinin
(indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsini əla qiymətlərlə
bitirmiş, Tarix fakültəsi Elmi Şurasının xüsusi
qərarı ilə aspiranturada saxlanılır. O zaman sovet dövrü tarixinin öyrənilməsi
populyar olmasına baxmayaraq Yaqub müəllim XV əsrin ikinci yarısında Azərbaycan Ağqoyunlu dövlətinin Venesiya ilə əlaqələrinə
həsr edilmiş namizədlik dissertasiyası
üzrə elmi-tədqiqat
işlərinə başlayır
və nəticədə
uğurla müdafiə
etmişdir. Tədqiqat işində ilk dəfə
sübut olundu ki, hələ XV əsrdə Azərbaycan Qərbi Avropa dövlətləri ilə
geniş ticarət və diplomatik əlaqələr saxlamışdır.
Bununla Azərbaycan tarix elmində yeni məktəbin əsasını
qoyur. Yaqub Mahmudovun rəhbərliyi ilə Azərbaycanda tarix elmi kompleks
şəkildə öyrənilməyə
çalışılmışdır. Hələ sovet dövründə nə qədər çətin olsa da, 1972-ci ildə "Azərbaycan SSR xəritələri"
atlası çap edildi. Burada qədim və
orta əsrlərdə
Azərbaycanda mövcud
olan dövlətlərin
əraziləri dəqiq
göstərilərək geniş
oxucu kütləsinə
təqdim olundu. Elmi tədqiqatlarında azərbaycançılıq
ideyasını əsas
tutaraq sübut etdi ki, Azərbaycan
alimlərinin dünya
elminə verdikləri
nailiyyətlərin qiyməti
nə qədər əhəmiyyətlidir. Azərbaycan xalqının
regionun aborigen əhalisi olduğunu və təşəkkülündə
türk tayfalarının
böyük rol oynadığını elmi
əsaslarla sübut etdi. Azərbaycan müstəqillik qazandıqdan
sonra Yaqub müəllim elmi fəaliyyətini hələ
sovet dövründə
ideyalarının qurduğu,
lakin o dövrdə reallaşdırılması
çətin olan tarixi problemlərin həllinə yönləndirmişdir.
Yazdığı elmi əsərlər
Azərbaycan tarix elminin inkişafında əvəzolunmaz mənbələrdir.
Ümummilli lider Heydər
Əliyev onun elmi fəaliyyətini yüksək qiymətləndirmişdir.
Belə ki, Azərbaycan Respublikası
Prezidentinin 13 fevral
1999-cu il tarixli Fərmanı ilə Yaqub Mahmudov "Şöhrət" ordeni
ilə təltif edilmişdir. Bu, görkəmli
alimə və Azərbaycan tarix elminə verilən qiymətin nəticəsi idi.
Yaqub müəllim
erməni tarixçilərinin
uydurduğu yalançı
tarixi alt-üst etmişdir. Tarix üzrə elmlər doktoru Kərim Şükürovla həmmüəllif
olduğu "Qarabağ:
real tarix, faktlar, sənədlər" əsərində
erməni saxtakarlığına
böyük zərbə
vuruldu. Bir daha Qarabağın
Azərbaycanın əzəli
torpağı olduğu
sübuta yetirildi.
Onun elmi fəaliyyəti şaxələnmiş şəkildə
Azərbaycan tarixinin bütün dövrlərini
əhatə edir və tarix elmində
fundamental elmi əsərlərin
yazılışı ilə
nəticələnmişdir. Onun elmi redaktoru və həmmüəllifi olduğu
"İrəvan xanlığı:
Rusiya işğalı
və ermənilərin
Şimali Azərbaycan
torpaqlarına köçürülməsi"
əsərində xanlığın
Azərbaycanın dövlətçilik
tarixinin ayrılmaz tərkib hissəsi olduğu bəyan edildi. Aparılmış elmi tədqiqatlar
əsasında sübut
olundu ki, ermənilərin regionda dövlətçilik ənənələri
olmamış və onlar buraya köçürülmüşlər.
"Böyük Ermənistan" yalanı
elmi əsaslarla və indiki Ermənistan Respublikasının
tarixi Azərbaycan torpaqlarında yarandığı
bir daha sübut olundu. Aparılmış tədqiqatlar nəticəsində
sübut edilib ki, 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb.
Yaqub Mahmudovun
rəhbərliyi ilə
ermənilərin Azərbaycan
xalqına qarşı
törətdiyi soyqırımlar
ətraflı şəkildə
öyrənilmiş və
dünya ictimaiyyətinə
tarixi faktlarla çatdırılmışdır. Bakı,
Quba, Şamaxı, Lənkəran, Salyan, Neftçala şəhərlərində
törədilən soyqırımların
elmi bazası yaradıldı və bu sahədə əsərlərin yaranmasına
şərait yaratdı.
Azərbaycan tarix elminin tədqiqi və tədrisində böyük xidmətlərini
nəzərə alaraq,
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev 14 fevral 2009-cu il tarixli Sərəncamı ilə onu "Şərəf" ordeni
ilə təltif etmişdir. Bunu Azərbaycan tarix elminin inkişafında müstəsna rola malik Yaqub Mahmudova
göstərilən diqqət
və qayğının
təzahürü kimi
qiymətləndirmək olar.
AMEA-nın Tarix İnstitutuna rəhbərliyə
başladığı gündən
xalqımızın taleyüklü
məsələlərinin həllində
əlindən gələni
edərək yüzlərlə
tarixi əsərin elmi dövriyyəyə daxil olmasını təmin etmişdir. Qarabağın,
Naxçıvanın və
İrəvan xanlığının
tarixinə dair silsilə əsərlərə
görə o, Azərbaycan Respublikası
Prezidentinin 25 may 2012-ci il
tarixli Sərəncamına
görə elm sahəsində
Dövlət Mükafatına
layiq görülmüşdür.
Azərbaycan tarix elmində "Əliyevşünaslıq" məktəbinin əsasını
qoymuş və bu istiqamətdə uğurlu fəaliyyət göstərmişdir. Ümummilli lider Heydər
Əliyevin respublikaya rəhbərliyi dövrü
ətraflı öyrənilmiş
və onun siyasi fəaliyyətinin əsas təbliğatçısı
olmuşdur.
Yaqub Mahmudovun
rəhbərliyi ilə
"Azərbaycan Respublikasının
tarixi" adlı ikicildlik fundamental elmi araşdırma yazılıb. "Azərbaycan
Respublikasının tarixi"nin 1-ci cildi
1991-2003-cü illəri, daha
doğrusu, tariximizin Heydər Əliyev dövrünü, 2-ci cildi
isə 2003-2016-cı illəri
- Prezident İlham Əliyevin başçılığı
ilə əldə olunmuş tarixi nailiyyətləri və ölkədə aparılan
böyük quruculuq, abadlıq illərini əhatə edir.
Elmi fəaliyyəti dövründə
əldə etdiyi uğurlu nəticələr
əsas verir ki, Yaqub Mahmudov
Azərbaycan tarix elminin ən yüksək zirvəsini fəth etmiş, yaşının müdrik
çağında yüksək
intellekt sahibi, güclü təfəkkürə
malik, yorulmaz tədqiqatçı kimi uğurla fəaliyyət göstərir.
Hörmətli, Yaqub müəllim!
Sizi 80 illik yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edir, can sağlığı, uzun
ömür arzu edirəm.
Ardı var
Emin Məlikov
Tarix üzrə fəlsəfə
doktoru
Olaylar.- 2019.- 29 yanvar.- S.14.