Ölkədə fikir,
söz, məlumat
azadlığının mövcudluğunda
dövlət başçısı birbaşa
maraqlıdır
Anar Tağıyev: "Bu gün Azərbaycan mətbuatının
inkişafı ümumilikdə ölkəmizin
inkişafına adekvatdır"
Azərbaycan mediası, mətbuatı növbəti yubiley ərəfəsindədir. Cəmi bir neçə aydan sonra Milli Mətbuatımızın yaranmasının 145 illiyini qeyd edəcəyik. Ötən 145 il ərzində kifayət qədər uzun və uzun olduğu qədər də şərəfli bir yol keçən Azərbaycan mətbuatı bu gün də Milli Mətbuatımızın yaradıcısı olan Həsən bəy Zərdabi ənənələrini davam etdirir, həmin ənənələrə sadiqlik nümayiş etdirir. Heç şübhəsiz ki, mətbuatın, kütləvi informasiya vasitələrinin inkişafı, onun öz tarixi ənənələrinə sadiq qalıb onları inkişaf etdirməsində dövlətin mətbuata dəstəyi, diqqət və qayğısı da başlıca şərtdir. Bəs görəsən, bu sahədə hazırda mövcud vəziyyət nə yerdədir? Azərbaycanda media, kütləvi informasiya vasitələrinin inkişaf etməsi, onların cəmiyyətdə mühüm mövqeyə malik olmasında dövlətin dəstəyi hansı səviyyədədir? Bu və ya digər suallarla "Report" İnformasiya Agentliyinin redaktoru Anar Tağıyevlə söhbətləşdik.
-Anar müəllim, günümüzdə Azərbaycan mətbuatının durumunu necə xarakterizə edirsiniz? Bu gün mətbuatımızın inkişafı ümumilikdə ölkəmizin inkişafına adekvatdırmı?
-Bəli. Hesab edirəm ki, bu gün Azərbaycan mətbuatının inkişafı ümumilikdə ölkəmizin inkişafına adekvatdır. Ölkəmizin iqtisadi gücü, qüdrəti artdıqca, gəlirlərimiz çoxaldıqca hər bir sahə kimi, mətbuat sahəsinə də müsbət təsir göstərir, onun daha da inkişaf etməsinə imkan yaradır. Son 15-20 ilə yaxın bir zaman kəsiminə nəzər yetirsək görərik ki, Azərbaycan mətbuatı kifayət qədər inkişaf edib, müasirləşib, yeniləşib. Mən son 15-20 il dedikdə, elə anlaşılmasın ki, bu illərdən əvvəl mətbuatımızın inkişaf etmədiyi qənaətindəyəm. Qətiyyən. Sadəcə hər dövrün, illərin iqtisadi göstəricisi, uğurlarına paralel olaraq mətbuatımız inkişaf edib, müasirləşib. Əgər müstəqilliyin ilk illərində, xüsusilə ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra əsas diqqət mətbuatı o zamankı böhran vəziyyətindən çıxarmaq, onun maddi-texniki bazasını həmin dövrün iqtisadi imkanlarına uyğun olaraq yaxşılaşdırmağa yönəlmişdisə, Cənab Prezident İlham Əliyevin dövlət başçısı seçilməsindən sonra isə kütləvi informasiya vasitələrinin daha da inkişaf etdirilməsi, onlara dövlət qayğısının bir qədər də artırılmasına diqqət yetirildi.
-Belə demək mümkünsə Azərbaycan mətbuatının bu günkü səviyyəyə çatması, inkişaf etməsində ümummilli lider Heydər Əliyevlə, onun siyasi davamçısı Cənab İlham Əliyevin xidmətləri əvəzsizdir?
-Tamamilə doğru söyləyirsiniz. Əgər 1993-cü ilin iyun ayında ulu öndər xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəlməsəydi, müstəqil Azərbaycanın gələcəyi kimi, hıyatımızı əhatə edən hər bir sahə, o cümlədən mətbuatımızın da gələcəyi şübhə altında qalacaqdı. Çünki həmin dövrlər mətbuatımız, kütləvi informasiya vasitələri çox ciddi maddi problem, sıxıntı ilə baş-başa idi. O illərdə ölkədə nəşr olunan kütləvi informasiya vasitələri nəinki özlərini saxlaya bilir, əməkdaşlarını əmək haqqı ilə təmin edirdilər, hətta Azərbaycan Nəşriyyatına olan borclarını belə ödəməkdə çətinlik çəkirdilər. Bu səbəbdən bəzi kütləvi informasiya vasitələri, qəzetlərin borc səbəbindən bağlanma təhlükəsi vardı. Belə bir çətin vəziyyətdə mətbuatın, qəzetlərin yardımına ümummilli lider Heydər Əliyev çatdı və qəzetlərin Azərbaycan Nəşriyyatına olan borcları müəyyən müddət üçün donduruldu. Bu həmin dövrdə mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, onların düşmüş olduğu böhranlı vəziyyətdən çıxa bilməsi üçün atılmış mütərəqqi addım idi. Ümummilli lider mətbuatın maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, ölkədə fikir, söz, məlumat və ifadə azadlığının təmin edilməsinı də ciddi önəm verirdi. Çünki Heydər Əliyev hakimiyyətə gələnə qədər mətbuatın maddi-texniki bazası kimi, onun azad, maneəsiz şəkildə fəaliyyət göstərməsi də problem idi. Kimlərinsə, hansısa məmurun xoşuna getməyən, yaxud cəmiyyəti narahat edən hansısa sosial problemin qəzetdə, mətbu orqanda işıqlandırılması səbəbindən redaksiyalara hücumlar təşkil olunur, hətta qəzet rəhbərləri, redaktorlar fiziki təzyiqə məruz qalırdılar. Ona görə də ümummilli lider mətbuatın maddi-texniki bazasını gücləndirməklə yanaşı, eyni zamanda ölkədə fikir, söz, məlumat və ifadə azadlığının təmin olunmasını da diqqətdə saxlayır, bu sahədə davamlı addımlar atırdı. Bu mənada ümummilli liderin 1998-ci ildə sovetlərin zamanından qalma senzura sistemini ləğv etməsi ölkədə fikir, söz, məlumat və ifadə azadlığının təmin olunmasına yönəlik mütərəqqi addımlardan biri idi.
-Bəs günümüzdə fikir, söz, məlumat və ifadə azadlığının durumu hansı vəziyyətdədir?
-Bu gün
tam əminliklə deyə bilərik ki, Azərbaycanda fikir, söz, məlumat və ifadə
azadlığı ən yüksək səviyyədə təmin
olunub. Bunu istər ölkədə nəşr edilən
kütləvi informasiya vasitələri, qəzetlərin
sayı, istər həm paytaxt, həm də
regionlarda onlarla televiziya kanallarının mövcudluğu,
istərsə də onların azad,
müstəqil şəkildə fəaliyyətinə
yaradılan şəraitin fonunda görmək
mümkündür.
Xüsusi qeyd etmək lazımdır ki, bütün qeyd etdiyimiz müsbət
tendensiyanın mövcud olması və onun davamlı xarakter
daşımasında Cənab Prezident İlham Əliyev birbaşa
maraqlıdır və bu istiqamətdə
davamlı olaraq məqsədyönlü,
mütərəqqi addımlar atır. Cənab
İlham Əliyevin ötən 17 ilə
yaxın müddət ərzində qəzetlərin Azərbaycan
Nəşriyyatına olan borclarını
tamamilə ləğv etməsi, Azərbaycan
Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması, həmin fondun müntəzəm olaraq kütləvi informasiya
vasitələrinin layihələrini maliyyələşdirməsi,
eləcə də hər il qəzet
redaksiyalarına ayrılan birdəfəlik maliyyə
yardımları dövlətin, əsas etibarilə də
dövlət başçısı Cənab İlham
Əliyevin mətbuatın inkişaf
etdirilməsinə yönəlik mütərəqqi
addımlarıdır. Bütün bunlardan ən
zirvədə duran, dünyada
anoloqu olmayan, media, bu sahədə
çalışan həmkarlarımız üçün
atılan addım isə jurnalistlərin sosial-mənzil şəraitinin
yaxşılaşdırılması oldu.
Məlum olduğu kimi dövlət başçısının
jurnalistlərin sosial-mənzil şəraitinin yaxşılaşdırılması
ilə bağlı imzaladığı müvafiq
sərəncamlara əsasən ötən illər ərzində
mətbuat sahəsində çalışan həmkarlarımız
üçün iki
hündürmərtəbəli yaşayış binası tikilib istifadəyə verilib.
500-ə yaxın tam təmirli mənzil heç bir
qarşılıq, ödəmə olmadan,
pulsuz olaraq 2013 və
2017-ci ildə jurnalistlərə təqdim olunub.
Daha bir hündürmərtəbəli
yaşayış binası tikilib yekunlaşmaq üzrədir və Milli Mətbuatımızın 145 illiyi ərəfəsində mətbuat
nümayəndələrinə təqdim olunacaq.
Burada bir məqamı da qeyd edim ki,
mənzillərin təqdim edilməsi zamanı heç
bir ayrıseçkiliyə yol verilmir, təkcə iqtidar mətbuatı deyil,
eləcə də müstəqil, həmçinin müxalifət
media nümayəndələri də mənzillərlə
təmin edilir. Bu
faktın özü də Azərbaycanda fikir, söz, məlumat və
ifadə azadlığının ən yüksək səviyyədə
təmin edildiyini və bu
prosesdə birbaşa Cənab Prezidentin maraqlı olduğunu
deməyə əsas verir. Elə
2017-ci il, iyul
ayının 20-də jurnalistlər üçün
tikilmiş sayca ikinci yaşayış binasının istifadəyə
verilməsi mərasimində çıxışı
zamanı da Cənab Prezident
bunu bir daha açıq şəkildə bəyan etdi və dövlət başçısı
ölkədə fikir, söz
və məlumat azadlığının təmin edilməsi,
müstəqil, azad mətbuatın fəliyyət
göstərməsi üçün
dövlətin bundan sonra
da gərəkli addımlar
atacağını bildirdi: "Söz azadlığı Azərbaycanda tam təmin edilibdir, heç bir məhdudiyyət
yoxdur. Mənə verilən son məlumata görə, Azərbaycan əhalisinin
təxminən 80 faizi internet
istifadəçisidir. Belə olan halda söz azadlığı ilə bağlı heç bir problem ola
bilməz. Düzdür, bəzi hallarda
bizi bəzi qeyri-hökumət təşkilatları
tənqid edir, hətta ittiham edirlər. Amma bu ittihamların
heç bir əsası yoxdur. Bu, sadəcə olaraq
qərəzli mövqedir.
Bunun səbəbi də bəllidir. Amma real vəziyyətə baxdıqda biz hamımız
görürük ki, Azərbaycanda söz azadlığı və bütün başqa azadlıqlar tam təmin olunur. Sərbəst toplaşma azadlığı,
siyasi fəaliyyət azadlığı, vicdan azadlığı, söz
azadlığı, mətbuat
azadlığı Azərbaycanda
təmin olunur və təmin olunacaqdır".
Göründüyü kimi ölkədə fikir, söz, məlumat azadlığı,
müstəqil medianın
mıövcudluğunda dövlət,
xüsusilə də dövlət başçısı
birbaşa maraqlıdır
və bunun üçün də zəruri addımlar atılır. Atılan addımlar, media üçün
yaradılan şərait,
imkanlar müstəqil
medianın inkişafını
təmin etməklə
yanaşı, mətbuatın
vəziyyətini də
kifayət qədər
yaxşılaşdırır.
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.
Olaylar.- 2020.- 28-29 aprel.- S.15.