“Azərbaycanın sakral coğrafiyası” silsiləsindən “Piçənisçay
hövzəsinin müqəddəs yerləri, dini məskənləri” (VII məqalə)
"Azərbaycanın sakral
coğrafiyası" silsiləsindən "Piçənisçay
hövzəsinin müqəddəs yerləri, dini
məskənləri" (VII məqalə) Qərbi Azərbaycanla
Qarabağ bölgəsi arasında təbii-coğrafi,
milli-mədəni "körpü" kimi yerləşən
Sarıbaba dağı (2334 m, "Sarı
baba piri"
ocağı), Qırxqız dağı
(Qızqala zirvəsi, 2830 m), Mıxtökən
silsiləsi (Dəlidağ zirvəsi,
3616 m), Şəlvə (uzunluğu
42 km) və Hoçassu
(63 km) və
Piçənisçay (29 km)
çaylarının birləşdiyi Həkəri
çayı (113 km) hövzəsi... zəngin maddi-tarixi
abidələrinin və dini-irfani, ruhsal dünyagörüşünün əski irsi
baxımından xüsusilə fərqlənir,
xalqımızın sakral mədəniyyətinin silinməz bir
parçasıdır.
Şuşa və Xocalı rayonlarının Laçın rayonu ilə həmsərhəd
qurşağında ucalan
Qırğız (2679 m), Dəlidağ
(2243 m) zirvələrinin qərb
yamaclarında başlayan xırda dağ çaylarının soldan
qovuşduğu Piçənizçay və
Şəlvə çayları Piçəniz kəndinin cənubunda,
6 km aralıda birləşərək Həkəri çayını əmələ
gətirirlər. Bu hövzəyə (el arasında obaya) həm
də Xaçınyalı, Ağcayazı, Arduşlu,
Nurəddin, Fərraş və Aşağı Çorman kəndləri də daxildir.
Kəndin əsası 1870-ci illərdə qoyulsa da, "Piçəniz"
toponiminin bir neçə
izahı deyilir. Bir təvsirdə
qıpçaq-peçeneq türk
tayfalarının Qara və Azov dənizi sahillərindən IX-XI əsrlərdə
Səcuqlarla, Atabəylərlə müttəfiqliklkəri, qonşu dövlətlərə və cənuba
doğru uzanan hərbi
yürüşləri zamanı məskunlaşan ailələrin
adı ilə bağlı olduğu
bildirilir (bu
yürüşlərlə bağlı bir
sıra nəşrlərdə tarixi məlumatlara
yer verilmişdir:
Y.A.Yevstuqneyev "Qıpçaqlar, kumanlar bir etnos...",
2010; P.V.Qolubovski "Peçeneqlər,
türklər, qıpçaqlar", M.,2011; S.Y.Xudyakov
"Qədim türk
mədəniyyətinin genezisi problemləri",
M.,1999...
Digər bir mülahizə
ilə Nisə adlı qadının kəndin indiki yerindən
quzeyə 50-100 m aralıdakı gavda
(keçilməz yerdə), kollu-meşəli sahədə
(ağcaqayın, fındıq, qırmızı palıd...
ağacları çoxdur), Şam kəndinə gedən yolun
üstündə yurd salmasından yaranan antrotoponim olduğu bildirilir.
Təbii ki, bu tarixi-coğrafi məlumatlar
kənd sakinlərinə (Seyid Kərim Seyid Məhəmməd oğlu-1880-1946, Molla Abbas Şahbaz
oğlu-1860-1930, Xanlar Kərbəlayı Murad oğlu Muradov- 1883-1983, Həmdəm Məhəmməd
oğlu-1884-1989, Şiraslan Səfəralı
oğlu-1901-1997, Məhəmməd Seyid Kərim
oğlu-1928-2018, kənd orta
məktəbinin direktoru olub,
1987-ci ilədək, ərəb-fars dillərini mükəmməl bilib...) nəsildən-nəsilə
ötürülərək günümüzə qədər
qorunmuşdur.
Piçənis kəndinin şimal-şərqində,
2-3 km aralıda yerləşən
Xaçınyalı kəndinin adı da
sırf dini-irfani məna
daşıyır. Belə ki,
həmin kənddən olan, sonralar Seyid Kərim Seyid Məhəmməd oğlu
ilə ailə quran Mina
Məşədi Şükür
qızı (1900-1980) deyirmiş ki, bu kənddə kim ev yeri
qazanda və yaxud həyətdə
bellə işləyəndə
Alban naxışlı daş lövhələri, yazılı qəbir
daşları tapılırdı, ərazidə qədim qəbir
daşları üstünlük təşkil
edirdi və bu səbəbdən
"Xaçınyalı" toponimi
yaranmışdır.
Qədim Alban məbədi
(hündürlüyü 4-5 m, dördkünc, daş
tağlı, ancaq divarları
qalmışdı, yazılı daş səhifələr
bilinirdi) Piçənis kəndinin mərkəzində,
Cəlal Şükürovun (1929-2017), Binnət
Sevindik oğlu Kərimovun
(1936-2010), Bayram Şükür
oğlunun (1950)... evlərindən 50-60 m aralı idi.
Məbəddən 200-300 m
aralıda 1870-ci ildə tikilmiş Cümə
məscidi camaatın dini-ibadət və təhsil ocağı
olub (ölçüsü 6 m x 12 m, hündürlüyü
4 m), Buxara şəhərində
ali-dini təhsil almış Molla Abbas mədrəsədə
dini bilikləri tədris edib,
Mina Məşədi Şükür qızı
orda təhsil almağını həmişə
xatırlayırdı.Deyilənə görə, həmin məscid
tikiləndə Çiçək adlı xanım da el təəssübü
çəkdiyindən və camaata kömək
etmək məqsədi ilə Şəlvə şayı
üstündə, Bülölük bəylərinin
obasına, Alpout kəndinə
gedən yolda
bünövrəsi daşdan, üstü taxtadan bir körpü tikdirib, sonralar
"Çiçək körpüsü"
adlanıb (eni 3-4m, uzunluğu
8-10 m, hündürlüyü
5-6 m)
1987-1988-ci illərdə Hüseyn
Murad oğlunun (1952) həyətyanı
sahəsində torpaq-qazıntı işləri zamanı 7 mərtəbəli
qəbir üzə çıxmışdı.
1960-cı illərddə isə kənd ərazisində
evlərin tikintisi zamanı da yazılı qəbir daşları və əski
məzarlıqlar tapılırdı.
Kəndin şimal-şərq
yönünüdə, Şam kəndi
istiqamətində 6 km aralıda
güllü-çiçəkli yaylaq
yerində qədim, əski -Yuxarı
və Aşağı Xev adlı obaların hərəsində
15-20 dağılmış yurd yerləri
qalırdı. Hər iki obada
Alban məbədinin uçulub,
dağılmış bünövrəsi (4 guşəli, daş
tağlı, yazılı daşlarından bilinirdi)
bilinirdi. Məscidin ətrafında Məhəmməd Sevindik
oğlu Kərimovun (903-1997), Qənəhəd Əhməd oğlu
İsmayılovun (1931-2019), Qənimət
Sevindik oğlu Kərimovun
(1940-1989)... həyətyanı sahələri yerləşirdi.
Qəbirüstü daş
abidələrlə (qoç, at, buğa) örtülü qədim qəbirstanlıqda
1980-ci ilədək ətraf kəndlərdən də dəfn
mərasimi keçirilirdi.
Piçənis kənd qəbirstanlığında
1780-ci il tarixli
"Lolabağırlı türbəsi" də inam-inanc ocağı idi, daş örtüklü
türbənin (hündürlüyü
5-6 m, ölçüsü
8 m x 8m) içərisində,
bir qəbir və sənduqə
yazılı daş kitabə var idi, kənd sakinləri
tərəfindən ziyarət olunurdu.
Ümumiyyətlə, Lolabağırlı
və Korcabulaq kəndinin də dəfn mərasimi
1970-ci ilədək bu qəbirstanlıqda keçirilirdi.
Qarabağın dağlıq və aran bölgələrində irfani-kəramət
və ruhsal-inam ocaqlarının
yaranmasında Laçın nahiyəsinin Böyük
Seyidlər kəndinin müqəddəs sahiblərinin rolu böyük olmuşdur. Bu cür ailələrdən biri də Seyid Məhəmməd
Seyid Hüseyn oğlu (1830-1919) olub, həm
də tərəkəmə həyatı yaşayıb, onun qəbri Ağdam nahiyəsinin
Mərzili kəndində idi, məzarı
üstündə 1930-cu ildə daş hörgü çəkilmişdi (3 m x 4 m).
Seyid Məhəmmədin
yaylağı kənddən 30 km
aralıda, Dəlidağda "Uzun yal" yaylağı olub,
aran Qarabağda
qışlağları, elə aranda rəhmətə
gedəndə yerli camaatın hörmətinə
rəğmən onun orda dəfn edilməsini
israr edib,
doğmalarından razılığı alıblar.
Pirçənis kəndinin inanclı və
ziyarət edilən ocaqları da bu şəcərinin soyları olub - Seyid Kərim Seyid Məhəmməd oğlu
(1880-1946), Seyid Məmməd Seyid Kərim oğlu
(1940-1990), Seyid Məhəmməd Seyid Kərim oğlu
(1927-2017), Seyid Əsgər Seyid Məmməd oğlu
Məmmədov (1975)...
Seyid Məmmədin
kənd qəbirstanlığındakı məzarı
üstündə türbəni 1990-cı ildə oğlu Seyid Əsgər inşa etdirmişdir. Seyid Əsgər
Bakı İslam İnstitutu
və Dəməşq şəhərində ali
dini məktəbində təhsil alıb,
hazırda Laşın məscidinin axundudur.
Böyük Seyidlər,
Piçənis, Xaçınyalı... kəndlərində
ziyarət edilən seyid ocaqları həm də ilanların
sığındığı, onlara toxunulmaz məkan olub və
bu ənənə günümüzədək
davam edir. Belə ki, Seyid
Əsgərin Balaxanı qəsəbəsindəki
ocağını ilanlar məskən seçib,
necə olubsa, bir dəfə
evin ağbirçəyi Kifayət Bəhmən
qızı (1938-2017) qorxub
qışğırıb, sonra
özünə gələrək deyib ki, məni Balaxanıda olmağımız
çaşdırdı...
Seyid Kərimin ocağına təzə
gəlin köçdüyü ilk əvvəllər Mina
xanım da ilanları otaqda, yataqda, həyətdə görəndə
qışğırırmış, ona
deyən də ki, ilanlar
da bu ocağın doğma sakinləridir, onlardan
qorxu yoxdur, sakitləşib
və onlara isinməkdən başqa çarəsi qalmayıb.
Seyid Kərimlə
bağlı bir el deyimi bildirir ki, aran Qarabağın Novruzlu kəndində olanda
Seyidin atını oğrular
qaçırır, xəbəri ona
çatdıranda heç nə deməyib,
ancaq 3 gün eləcə
çay içib.
Atı isə saxladıqları tövlədə oğrulara ilanlar imkan vermib ki, ona yaxın dursunlar, Naəlac
qaldıqdan sonra və biləndə ki, bu Seyidin
amanatıdır, onda gəlib
üzrxahlıq, bağışlanmalarını xahiş ediblər. Seyid
qırmancı verəndən sonra atı
saxladıqları yerdən çıxarıb geri
qaytarıblar.
Seyid Kərimin
ziyarətgaha çevrilən məzarı həmin Novruzlu kənd qəbirstanlığındadır.
Seyid Kərimlə
süd-sümük qohumu
olan Seyid Səkinənin
ocağı da ziyarət məqamlarından
idi. "Hacısamlı dərəsindən"
(Piçənis kəndindən 10-15 km şimal-qərbə)
üstdə, Əlipaşa bəy Xanmurad oğlunun bağ evindən
5 km aralıda qədim yurd
yerində Seyid Səkinənin evinin ortasından tək bir
tut ağacı bitmişdi,
hündürlüyü 8-10 m olardı, niyyət tutub ona parça, ip bağlayırdılar, kölgəsində dua edirdilər. Orada, meşədən
sonrakı yamacın üstündə 1920-ci ilədək 30-40
evi olan kənd olub, hay-daşnak
quldurlarının basqınından sonra ocaqlar sönülü
qalmışdı...
Əqidə, inam və
inanc sahiblərindən, irfan
yiyələrindən biri də Piçənis
kəndində Molla Abbas
olub. 1924-cü ildə həbs edib Şuşa həbsxanasında
mühakimə edəndə onu
sındır bilməyiblər, orada 2-3 il zillət çəksə də dini əqidəsini dəyişməyib,
danmayıb və düşmənə qulluq
etməkdən imtina etmişdir.
Piçənis kəndinin ətrafında,
cənub-qərbə 1 km aralıda, "Pəri
bulağı" deyilən yerdə (kəndin
"Bakı" kolxozunun əkin yerində)
aralarında 500 m olmaqla
üçbucaq şəklində kurqanlar (hündürlüyü
3-4 m-ə çatan) var
idi, biri elə
bulağın həndəvərindəydi, ətrafında
taxıl, yonca əkilirdi. Çox
güman ki, bu
süni təpəciklər müdafiə-səngər,
dini mərasimlərin keçirildiyi və ya maddi-tarixi nümunələrin saxlanc
yeri kimi, irs abidəsi kimi mühüm əhəmiyyətə malik olub.
Piçənisçay hövzəsinin digər
yaşayış məntəqələrinin də (Arduşlu, Nurəddin, Ərikli,
Ağcayazı, Nağdalı, Şamkənd, Bozdağan...)
hüdudlarındakı Alban xristianlığının və İslam mədəniyyətinin müqəddəs
ziyarət, dini-ibadət ocaqlarının yayılması "mistik-irfani təsəvvür yol xəritəsi"
kimi beynəlxalq ticarət yolu
ilə üst-üstə (Azərbaycan sərhədlərində
şimal istiqamət üzrə Dərbənd-Şirvan-Qarabağ-Zəngəzur-Naxçıvan
və Xudavənd-Həkəri-Xudafərin-Təbriz iqtisadi-ticari xətti boyunca)
düşməsi təsadüfi səciyyə
daşımadığına bir daha sübutdur.
Çünki, İslam dini ilahi müstəvidə iqtisadi
münasibətlərin, ticarətin də hallalıqla
aparılmasını hökm edir.
(Yazının hazırlanmasında həm
də Laçın rayonu, Piçənis
kənd sakini Seyid Nəsib
Seyid Məhəmməd oğlu
Məmmədovun (1962) məlumatlarından istifadə edilib.)
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
Olaylar.- 2020.- 18-24 dekabr.- S.18.