22 illik hərb həyatı yaşayan Vətən müharibəsinin qəhrəmanı

 

 

Polkovnik leytenant Seymur Hidayətov: "Döyüş meydanında hər bir əsgər bir qəhrəman, cəngavər idi"

 

Müzəfər Azərbaycan Ordusunun erməni təxribatına qarşı başlamış olduğu əks-hücum əməliyyatının bu günlərdə 3 ayı tamam olur. Sentyabrın 27-də cəbhənin Füzuli istiqamətindən növbəti dəfə Azərbaycan ərazilərinə hücum edən və yeni ərazilər zəbt etməyi qarşısına məqsəd qoyan Ermənistan unudurdu ki, bu dəfə başladığı savaşın onun üçün nəticəsi ağır ola bilər. Çünki düşmən ölkə ilə yanaşı Azərbaycan da Ermənistanın yeni ərazilər zəbt etmək planına uyğun olaraq hərbi hazırlığını artırır, cəbhədə müdafiə sistemini möhkəmləndirirdi. Digər tərəfdən artıq Azərbaycan Silahlı Qüvvələrinin sıralarında kifayət qədər səriştəli, hərb elminin incəliklərinə yiyələnmiş zabitlər qulluq edirdi ki, bu da döyüş başlayacağı təqdirdə bu savaşdan Azərbaycanın, Azərbaycan Ordusunun qalib ayrılacağına şübhə yaratmırdı. Paralel olaraq bunun üzərinə cəmiyyətdə, xüsusilə gənclər arasında artan vətənpərvərlik hissləri və həm Aprel döyüşləri, həm də Tovuz hadisələri zamanı minlərlə vətəndaşımızın könüllü olaraq cəbhəyə, torpaqlarımızı işğaldan azad etməyə getmək istəyi də ikinci Qarabağ savaşının başlayacağı təqdirdə düşmənə sarsıdıcı zərbənin vurulacağına inam, güvən hissi aşılamışdı. Elə bu dəfəki qəhrəmanımız Seymur Hidayətov da 44 günlük Vətən müharibəsinə bu inam, ümid, eyni zamanda arzu ilə qoşulmuşdu. O arzu ilə ki, 8 il batalyon komandiri kimi xidmət göstərdiyi Gədəbəydən hər gün işğal altında olan ərazilərimizə həsrətlə baxır, eyni zamanda ümid edirdi ki, tezliklə düşmən işğal altında olan ərazilərimizdən qovulacaq.

 

Məlumat üçün qeyd edək ki, Seymur Hidayətov 42 illik həyatının demək olar ki, yarısını hərb sahəsində keçirib. 22 illik hərbi təcrübəyə malik olan Seymur bu illər ərzində cəbhənin müxtəlif istiqamətlərində hərbi qulluqda olub. 42 yaşlı polkovnik-leytenant hərbi həyatında ən çətin və yadda qalan günləri isə Gədəbəy rayonunda keçib. Təbii ki, 44 günlük Vətən müharibəsinə qədər olan müddətdə. Hələlik isə Seymur Hidayətovun Gədəbəy rayonunda Vətənə layiqli vətəndaş kimi xidmət etdiyindən söhbət açaq. 44 günlük Vətən müharibəsindən isə bir qədər sonra.

 

Qeyd etdiyimiz kimi 42 illik həyatının yarısını hərbidə keçirən Seymur Hidayətov Gədəbəy rayonuna təyinat alanda baxmayarq ki, yeni ailə həyatı qurmuşduyeni ailə həyatı quran bir gəncin Aran zonasından gedib Gədəbəyin qarlı-qışlı, şaxtalı günlərinə adarptasiya olunması şətin idi. Həmçinin ailədə də Seymurun Gədəbəyə getməsinə razı deyildilər. Lakin Seymur Hidayətov məşhur filmdə deyildiyi kimi "Arazın o tayı, bu tayı olmaz" prinsipinə sadiq qalaraq Vətənin dağı, aranı olmaz deyib bu təyinata etirazsız razılıq verir. Onu da qeyd edək ki, təkcə hava şəraiti Seymur üçün əlverişsiz deyildi. Eyni zamanda düşmənlə üz-üzə dayanmaq, onun hücum cəhdləri də mümkün təhlükəli variantlardan idi. Ancaq bütün bunlara baxmayaraq Seymur bütün risk və təhlükələri gözə alaraq təyinat aldığı Gədəbəy rayonunda şərəflə öz vəzifəsini yerinə yetirir. Dəfələrlə erməni təxribatlarının qarşısının alınmasında iştirak edir. Müntəzəm olaraq pozulan atəşkəs rejimi və düşmənin snayperçi dəstəsi isə hər an həyat üçün təhlükə yaradırdı. Hər bir düşmən təxribatı və ermənilərin yeni ərazilər zəbt etmək istəyi Seymuru daha barışmaz, düşmənə qarşı daha amansız edirdi. Elə düşmənə olan bu nifrət hissiSeymur Hidayətovu gözünü qırpmadan Vətən müharibəsinə qatılmağa vadar edir. Seymura 22 illik hərb həyatında öyrəndikləri ona 44 günlük Vətən müharibəsi günlərində üzləşdikləri çətinliklər, təhlükəli situasiyalardan çıxmağa köməklik edir. Qeyd edim ki, Seymur Hidayətov da cəbhədə erməni təxribatı başlayandanbuna qarşı əkshücum əməliyyatına start verildiyi ilk günlərdən döyüş bölgəsinə yollanıb. Cəbhənin ən gərgin döyüşlər gedən hissəsində Xocavənd və Füzuli istiqamətlərində gedən döyüşlərin iştirakçısı olan Seymur düşmənə ilk və sarsıdıcı zərbənin də məhz bu istiqamətdə vurulduğunu deyir: "Düşmən hesab edirdi ki, Füzuli istiqamətində illərlə inşa etdiyi müdafiə sədlərini dəf edə bilməyəcəyik və məğlub durumda geri çəkiləcəyik. Ancaq qüdrətli Azərbaycan Ordusu, igid əsgər və zabitlərimiz düşmənin bu niyyətini puça çıxardı və qısa müddətdə ermənilərin müdafiə istehkamları darmadağın edildi". Seymur deyir ki, rütbəsindən, vəzifəsindən asılı olmayaraq Vətən müharibəsində hamı eyni missiyanı yerinə yetirirdi. Torpaqlarımızı işğaldan azad etmək. Ona görə də istər əsgər olsun, istər zabit, istər çağırışçı olsun, istərsə də könüllü, hər kəs özünü döyüş meydanında bərabər hesab edir, yalnız bir amala, düşməni torpaqlarımızdan qovmağa xidmət edirdi.

 

Seymur Hidayətov deyir ki, Füzuli istiqamətində gedən döyüşlərdə bir daha Azərbaycan Ordusunun, Silahlı Qüvvıələrin şəxsi heyətinin kifayət qədər güclü, yenilməz olduğunun şahidinıə çevrilib: "Sanki hər bir döyüşçüdə əlavə bir güc, qüvvət yaranmışdı. Hətta döyüş meydanlnda düşmən gülləsinə tuş gələn igidlərimiz belə yaralı halda döyüşməyə üstünlük verir, yaxud ilkin tibbi yardım aldıqdan sonra qısa müddətdə yenidən döyüşə atılırdı".

 

Seymur deyir ki, Füzuli istiqamətində Azərbaycan Ordusunun əldə etdiyi nailiyyət, uğur sonrakı mərhələdə digər işğal altında olan ərazilərimizin azad edilməsi üçün zəmin yaratdı: "Düşmən igid Vətən oğullarımız qarşısında duruş gətirə bilməyərək qaçmağa üstünlük verdi. Döyüş meydanında hər bir əsgər bir qəhrəman, cəngavər idi. Hər kəs ölümün gözünün içinə dik baxırdı. Çünki başladığımız mübarizə mqqəddəs savaş idi".

 

 

 

Düşmənlə gedən döyüşlərdə bir neçə dəfə təhlükəli anlar yaşadığını deyən Seymur 44 günlük müharibə günlərinin həm də həyatında şərəfli bir tarix olduğunu söyləyir. Ərazilərimizin düşmən işğalından azad edilməsində iştirakından qürur duyduğunu deyən Seymur Tanrıya buna görə minnətdardır. Dediyinə görə, Gədəbəydə xidmət etdiyi günlərdə erməni postlarını müşahidə edərkən və düşmənin Azərbaycan əsgərinə acıq verən görüntülərini seyr edərkən Allaha yalnız bir arzusu olub. Erməni silahlılarını torpaqlarımızdan qovmaq üçün başlayacaq savaşda iştirak etmək üçün ömür nəsib olsun. Seymur Hidayətov bu günləri gördüyü üçün Tanrıya şükür edir. Allahın qismətindən və onun yolunu gözləyən ailəsi, övladlarının duasından ayaqda olduğunu deyən Seymur Vətən müharibəsi zamanı həlak olan şəhidlərimizə Allahdan rəhmət diləyib, onların ailələrinə, yaxınlarına dərin hüzünlə başsağlığı verib: "Şəhid olan hər bir Vətən oğlumuz bir qəhrəmandır. Bu gün işğaldan azad edilən torpaqlarımızda Azərbaycan bayrağının dalğalanmsında məhz onların əməyi müqayisə edilməzdir".

 

Seymur Hidayətov deyir ki, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımızın uzun illər gözlədiyi zəfərə imza ataraq nəinki regionun, eyni zamanda dünyanın ən güclü ordularından olduğunu sübuta yetirib: "İndi bunu təkcə biz yox, eyni zamanda dünya ölkələri də etiraf edirlər".

 

22 ildir hərbi geyimdə olan Seymur bundan sonra da Vətənə sədaqətlə xidmət edəcəyini deyir. Polkovnik-leytenant qeyd edir ki, bir zabit kimi Ali Baş Komandan Cənab İlham Əliyevin bütün əmr və tapşırıqlarını icra etməyə hazırdır.

 

Süleyman

 

Olaylar.- 2020.- 25-31 dekabr.- S.23.