Teymur Əhmədov-90  

 

Əsl vətəndaşlıq insanın fəaliyyətinin, şəxsiyyətinin vətənə, millətə, dövlətə dövlətçiliyə gərəkli dərəcəsi ilə ölçülür. Belə dəyərli şəxsiyyətlərdən biri Teymur Əhmədovdur.

 

Professor Teymur Əhmədovun həyat fəaliyyət tarixinə nəzər salanda bütün hallarda onun həmin tələblərə uyğun gəldiyi qənaətinə gəlmək olar.

 

Teymur Əhmədov orta məktəbi "qızıl medalla" bitirəndə , ali məktəbdə təhsil alanda da, İrəvanda, Bakıda jurnalist, publisist, alim yazıçı kimi fəaliyyət göstərəndə birinci növbədə vətəninə, xalqına bağlı olaraq qalmışdır. O, İrəvanda "Sovet Ermənistanı", Bakıda "Azərbaycan" jurnalı, "Vətən səsi", "Respublika" digər mətbu orqanlarda məsul vəzifələrdə çalışanda da öz mövqeyinə sadiq qalmışdır.

 

Hələ İrəvanda yaşayıb işləyərkən Abbasqulu bəy Şadlinski haqqında çap etdirdiyi əsərində Teymur müəllimin alim vətəndaş mövqeyi, milli qürurundan doğan qətiyyəti hiss olunur. Erməni daşnaqlarına, onların liderlərinə qarşı cəsur azərbaycanlı komandir Abbasqulu bəy Şadlinskinin tutduğu divan, sosialist ideyaları pərdəsi arxasından ucalan vətəndaş təəssübkeşliyi ilə işıqlandırılmışdır. Teymur Əhmədov bu istiqamətdəki araşdırmalarını ;- "Vedibasarın qanlı-qadalı günləri" (1918-1919-cu illər), "Erməni xəyanəti Andranik Ozanyanın qanlı əməlləri" (1918-1920-ci illər) s. kitab məqalələrində davam etdirmiş, hər dəfə problemlə bağlı yeni daha tutarlı faktları, tarixi sənədləri oxuculara təqdim etmişdir. Bu kimi araşdırmaları onun elmi fəaliyyətinin əsasını təşkil etmiş, böyük ictimai xadim, yazıçı publisist Nəriman Nərimanovun ədəbi, elmi irsi ilə yanaşı dövlət xadimi kimi fəaliyyətini araşdırarkən zamanla faktları elmi nəzəri cəhətdən xeyli təkmilləşdirmiş, daha da zənginləşdirmişdir. Nəriman Nərimanovun dramaturji irsinin öyrənilməsinə həsr etdiyi monoqrafiyada ədibin sənət yolu, obrazlar aləmi, əsərlərinin nəşri barədə irəli sürülən fikirlər özünün dəyərini aktuallığını qoruyub saxlamışdır. N.Nərimanovun tarixi faciə janrında yazdığı "Ndir şah" dramının mövzusu, obrazlar sistemi, ideyalar aləmi geniş ətraflı təhlil edilmişdir.

 

Zaman-zaman Professor Teymur Əhmədovun vətəndaş, alim jurnalist fəaliyyəti daha da inkişaf etmiş, onun ayrı-ayrı tarixi ədəbi şəxsiyyətlərə bəslədiyi vətəndaş-alim münasibətində müşahidə etmək olur. Belə ki, Nəriman Nərimanov, Süleyman Rüstəm, Səməd Vurğun, Abdulla Şaiq, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, Mirzə İbrahimov Mir Cəlal Paşayev şəxsiyyətlərinə həsr edilən kitab-albomlar elmi-nəzəri, fakt material zənginliyi, mükəmməl sistemliyi ilə diqqəti cəlb edir. Həmin nəşrlərdən aydın olur ki, Teymur Əhmədovun elmi bədii tərtibçilik uğurunun arxasında onun incə zövqü, işinə dərin məsuliyyət hissi, hər şeydən əvvəl tədqiqat obyektlərinə sonsuz sevgisi ehtiramı durur. Həm ona görə ki, T.Əhmədov həmin nəşrlərə daxil etdiyi elmi tədqiqat xarakterli yazıları, müxtəlif ədəbi-elmi material tarixi sənədləri, foto illüstrasiyaları elə səriştə elmi prinsiplə yerləşdirir ki, onların həsr edildiyi şəxsiyyətlər göz önündə canlanırlar. Bu da həmin kitab-albomların elmi-nəzəri dəyərini artırmış olur.

 

Teymur Əhmədov AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda elmi fəaliyyətini jurnalisliklə paralel şəkildə davam etdirir. O, əvvəlcə müvafiq şöbələrdə çalışmış, sonra isə akademik Mirzə İbrahimovun təşəbbüsü Heydər Əliyevin xeyir-duası ilə yaradılan "Cənubi Azərbaycan ədəbiyyatı" şöbəsində səmərəli elmi yaradıcılıqla məşğul olmağa başlamışdır. Mirzə İbrahimovun vəfatından sonra fəaliyyəti dayandırılan həmin şöbənin fəaliyyətinin bərpasına nail olmuş yarımçıq qalmış işlərin tamamlanması ilə yanaşı yeni tədqiqatların əsasının qoyulmasına nail olmuşdur. Nəticədə "Cənubi Azərbaycan ədəbiyyatı antalogiyası" adlı sonrakı cildləri, XIX XX əsrin əvvəlləri Cənubi Azərbaycan ədəbiyyatı tarixinə həsr edilmiş iki cilddən ibarət elmi nəşrlər oxucuların ixtiyarına verilmiş, ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. O, elmi-nəzəri təcrübi toplama tərtibat işini digər sahələr istiqamətlər üzrə aparmışdır. Səbrlə elmi-metodik səriştə ilə toplayıb tərtib etdiyi hər biri iki üç cilddən ibarət "XIX Azərbaycan ədəbiyyatı müntəxəbatı", "XX əsr Azərbaycan ədəbiyyatı müntəxəbatı", "Azərbaycan uşaq ədəbiyyatı antalogiyası", Nəriman Nərimanovun, X.R.Ulutürkün, Əndəlib Qaracadağının seçilmiş əsərləri bu kimi digər nəşrlər, həmçinin "Jurnalist olmaq istəyirsənsə..." kitabı təcrübəli, zəhmətkeş, alim əməyinin qiymətli bəhrələridir.

 

Teymur Əhmədov elmi kadrların hazırlanması işində səmərəli fəaliyyət göstərir. Onun elmi rəhbərliyi ilə otuzdan çox adam müxtəlif mövzularda dissertasiya müdafiə etmişdir. O, onlarla gənc tədqiqatçının rəsmi opponenti olmuş ya dissertasiyanın aftoreferatına rəy vermişdir. Çoxlu sayda kitabın; elmi ədəbi kitabların redaktoru ya rəyçisi olmuşdur.

 

Bütün bunlarla yanaşı Teymur Əhmədovun jurnalistlik fəaliyyəti təkcə "Respublika" qəzeti ilə məhdudlaşdırmır. O, məşhur "Füyuzat" jurnalının nəşrini davam etdirmək məqsədi ilə həmin adda həmtəsisçisi olduğu jurnalın baş redaktoru XX əsrin əvvəllərində qadın mətbu orqanı kimi nəşr edilən "İşıq" jurnalının redaksiya heyyətinin üzvüdür.

 

"Füyuzat" jurnalının hər ay çıxan nömrəsinə yazdığı ənənəvi "Baş redaktordan" başlıqlı məqalələr dövrün ictimai-ədəbi, sosial-mədəni, hadisə proseslərinə jurnalist baxışının sərrastlığı oxucuya irşad-yolgöstərən, bələdçi olmaq missiyası ilə maraq rəğbət doğurur.

 

Teymur Əhmədov alim jurnalisliklə yanaşı həm çox həssas xeyirxah insandır. Ona üz tutan hər kəsə, hətta heç tanımadığı insanlara belə mümkün qədər hər sahədə köməklik göstərdiyinin şahidi olmuşam. O, sevgisinə, nifrətinə, qəzəbinə sadiqdir. Qazandığı yüksək hörmət ehtiramı ona çoxlu dostlar qazandırdığı kimi, eyni zamanda ətrafında etibarsız üzüdönük insanlara da rast gəlmək olur. Ancaq o, bütün hallarda öz qətiyyətini itirmir, öz sadəliyini səmimiyyətini hər zaman saxlayır. Bütün bunlarla yanaşı Teymur müəllimin tərəfdarları, onu sevənlər daha çoxluq təşkil edir.

 

Heç təsadüfi deyildir ki, onun hərtərəfli səmərəli fəaliyyəti mətbuatda ictimai-elmi mühitdə yüksək qiymətləndirilmiş, müxtəlif mükafatlara layiq görülmüşdür.

 

Hörmətli Teymur müəllim! səmərəli keçən həyat yolunuzda sizə möhkəm can sağlığı arzu edirik.

 

AMEA Nizami Gəncəvi adına ədəbiyyat İnstitutunun əməkdaşı

 

Ədalət Rəsulova

 

Olaylar.- 2020.- 25-31 dekabr.- S.22.