Akademik Yaqub Mahmudov üçün
ÖZƏL GÜN
Fevralın 10-u Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun doğum günüdür.
Olaylar.az akademikin doğum gününü nəzərə alaraq, onun tərcümeyi-halını təqdim edir:
Yaqub Mikayıl oğlu Mahmudov 1939-cu il fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olub.
1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1966-cı ildə "Ağqoyunlu dövlətinin Venesiya Respublikası ilə qarşılıqlı əlaqələri (XV əsrin 60-70-ci illəri)" mövzusunda namizədlik dissertasiyası, 1989-cu ildə isə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Tarix fakültəsinin Elmi Şurasında "Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı - XVII əsrin əvvəlləri)" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Yaqub Mahmudov 1966-1975-ci illərdə Azərbaycan Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, elmi işlər üzrə baş redaktor müavini vəzifələrində çalışıb. 1968-1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) baş müəllim və dosent işləyib.
1981-2004-cü illərdə BDU-nun Tarix fakültəsində dosent, kafedra müdiri, dekan müavini və dekan olub.
Yaqub Mahmudov 1986-1990 və 1994-2004-cü illərdə Tarix fakültəsinin dekanı işləyib. Dekan olarkən onun sədri olduğu fakültə Elmi Şurası S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin tarixi adı olan Bakı Dövlət Universiteti adının bərpa olunması haqqında qərar qəbul edib. Həmin vaxtdan universitet öz tarixi adı altında fəaliyyət göstərir. Elə həmin dövrdə Yaqub Mahmudov milli azadlıq hərəkatının mərkəzlərindən biri olan Tarix fakültəsinin bir qrup tələbəsinin universitetdən qovulmasının qarşısını alaraq, 1990-cı ildə dekan vəzifəsindən istefa verib. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra 1994-cü ildə dekan vəzifəsinə bərpa olunub.
Yaqub Mahmudov 1991-ci ildən BDU-nun Tarix fakültəsinin qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiridir. Kafedranın formalaşması onun adı ilə bağlıdır.
Yaqub Mahmudov 1991-1992-ci illərdə Azərbaycan Respublikasının ilk Təhsil Qanununu hazırlayan ekspert-işçi qrupuna rəhbərlik edib. Onun təqdimatı ilə Milli Məclisdə qəbul olunan qanun əsasında ölkədə müasir təhsil sisteminə keçilib. Müstəqillik dövrünün ilk "Azərbaycan tarixi" və "Orta əsrlər tarixi" dərslikləri onun qələminin məhsuludur.
Yaqub Mahmudov 1992-1993-cü illərdə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası sədrinin müavini və "Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru vəzifələrində çalışıb.
Yaqub Mahmudov
2004-cü ildən AMEA-nın
Tarix İnstitutunun direktorudur. 1000-dən çox elmi əsərin müəllifidir.
Diplomatiya tarixi, itirilmiş
torpaqlar, soyqırımları
tarixi elmi istiqamətləri sahəsində
yaratdığı elmi
məktəblərə və
"Azərbaycan tarixi
ilk mənbələrdə" layihəsinə rəhbərlik
edir. Əsərləri bir çox
xarici ölkələrdə
(Moskva, London, Vaşinqton,
Nyu-York, Ankara, İstanbul,
Kiyev, Roma, Qahirə, Seul, Mexiko, İslamabad,
Los Anceles və b.) nəşr olunub.
Yaqub Mahmudov Azərbaycanda yüksək
ixtisaslı tarixçi
kadrların yetişdirilməsində
mühüm rol oynayır. Onun bilavasitə elmi
rəhbərliyi ilə
65 nəfər fəlsəfə
və elmlər doktorlarından ibarət tarixçilər məktəbi
formalaşıb.
Yaqub Mahmudov tarix elmimizi dünya miqyasında layiqincə təmsil edir. O, XXI əsrin məşhur
elm adamlarının siyahısına
daxil edilib.
Yaqub Mahmudov Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. II, III, IV və
V çağırış Azərbaycan Respublikası
Milli Məclisinin deputatı seçilib. O, prezident seçkilərində
ulu öndər Heydər Əliyevin, sonra isə İlham Əliyevin vəkili olmuş və onların bir sıra rəsmi
dövlət səfərlərində
iştirak etmişdir.
Ulu öndər
Heydər Əliyev Yaqub Mahmudovun elmi fəaliyyətini yüksək qiymətləndirərək,
onu Azərbaycanın
"böyük alimi",
"böyük tarixçisi"
adlandırıb.
Ailəlidir. Bir oğlu (Turxan), iki qızı (Aynur və Gülnur)
və beş
nəvəsi (Nailə,
Xaqan, Sara Xatun, Alp Arslan və Yaqub) var.
Elmi dərəcə və adları: tarix üzrə fəlsəfə
doktoru (1966), tarix üzrə elmlər doktoru (1989), AMEA-nın müxbir üzvü
(2007), AMEA-nın həqiqi
üzvü (2017), Türk
Dünyası Araşdırmaları
Beynəlxalq Elmlər
Akademiyasının həqiqi
üzvü (2019), Azərbaycan
Respublikasının Əməkdar
elm xadimi (1992) və Dövlət Mükafatı
laureatı (2012), Rusiya
Federasiyası Dağıstan
Respublikasının Əməkdar
elm xadimi, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının
həqiqi üzvü,
"The Name in Science" ("Elmdə
ad") fəxri titulu,
"Ən yaxşı
baş menecer" fəxri adı və Oksford Akademik Birliyinin fəxri professoru (2019).
Təltif olunduğu orden və medallar: "Şöhrət" (1999), "Şərəf" (2009), "Ataman Anton Qolovatıy" (2013), 1-ci dərəcəli "Əmək" (2019) ordenləri, "Azərbaycan polisinin 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalı (2018), Milli Məclisin "Parlament" medalı (2018), "Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalı (2019), "General Səməd Bəy Mehmandarov" yubiley medalı (2019), "Simurq" beynəlxalq medalı (2019), "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı (2019), Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının "Beynəlxalq Qızıl Ulduz" medalı (2019), "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalı (2019), "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı (2019), "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı (2020) və "UN Council for Public Awards" (UNCOPA) təşkilatının "Avropa lideri ulduzu" ordeni (2020).
Layiq görüldüyü
mükafatlar: "Yusif Məmmədəliyev", "Rəsul Rza", "Qızıl qılınc",
"Qızıl qələm", "Samir
Əsgərxanov", "Humay" və
"Gənclərin dostu"
mükafatları laureatı. "Kraliça
Viktoriya" Beynəlxalq mükafatı,
AMEA-nın Abbasqulu ağa
Bakıxanov adına mükafatı (2016), Tarix
İnstitutunun təsis etdiyi
"Gənclərin dostu"
mükafatı (2019), Türk
Dünyası Araşdırmaları Beynəlxalq Elmlər
Akademiyasının (TDABEA) Beynəlxalq Atatürk
Mükafatı (2019) və TDABEA-nın "Türk
dünyasında ilin elm
adamı" beynəlxalq mükafatı (2020).
Olaylar.- 2020.- 10-11 fevral.- S.11.