Vətən uzaqda
deyil
Diaspor gənclərinin
yay düşərgəsi istirahət üçündürmü?
Ikinci
yazı
Düşərgə sözü həm də müəyyən mənada istirahət kimi assosiasiya olunur. Məlumat veriləndə ki, Diasporla İş üzrə Dövlət Komitəsi düşərgə təşkil edir, istər-istəməz sual yaranır. Xaricdə yaşayan gənclərin Azərbaycanda istirahətinə nə kimi ehtiyac yaranıb? Niyə Dövlət Komitəsi bu işə vəsait sərf edir? Xatırladım ki, komitənin təşkil etdiyi diaspor gənclərinin yay düşərgəsi sayca ücüncüdür. Düşərgənin məqsədi və mahiyyətilə tanış olduqda, istirahətdən çox tamam başqa və dərin məsələlər ortaya çıxır. Əslində, yay düşərgələri bizimkilərin ideyası deyil, bu böyük tarixi olan diasporların ənənəsidir. Dünyadakı məşhur və oturuşmuş diasporların belə ciddi bir layihəsinin ölkəmizə gətirilməsi çox maraqlı və son dərəcə xeyirlidir. Sual yaranır. Bəs biz bu işdən nə qazanırıq, bu layihənin əhəmiyyəti nədir? Bu suala cavab vermək üçün bir neçə amili sadalamaq istəyirəm.
Birinci və ən vacib məsələ odur ki, kök və nəsil etibarilə azərbaycanlı olan, amma ölkəmizə heç bir vaxt gəlməyən insanlar da, bu düşərgənin vasitəsilə Azərbaycana gəlir.
İkincisi, xaricdə yaşayan azərbaycanlı gənclər arasında əlaqələr formalaşır. Bunun yəqin ki, bir neçə il sonra faydasını görəcəyik.
Üçüncüsü, düşərgədə iştirak pulsuzdur. Dövlət xaricdəki soydaşlarımızın istirahətini və düşərgə çərçivəsində məlumatlandırılmasını tam öz üzərinə götürür. Başqa bir məsələyə də nəzər yetirmək yerinə düşər ki, yay düşərgəsində 18-29 yaş arasında olanlar iştirak edə bilər. Zənnimcə, bunun üstün cəhəti odur ki, Diasporla İş üzrə Dövlət Komitəsi gənclərlə işləməyə xüsusi əhəmiyyət verir.
Təbii ki, xaricdəki
yaşlı nəsli də unutmaq olmaz, amma gənclər
mürəkkəb Amerika və ya Avropa cəmiyyətlərilə
daha asan dil tapa bilər. Onların
Azərbaycanı tanıması, burdan
lazımı məlumatları alması daha
önəmlidir. Azərbaycan dili amilini də unutmaq olmaz. Düşərgədə iştirak üçün
Azərbaycan dilində ünsiyyətin tələb
olunmasına sadə bir məsələ kimi baxılmamalıdır. Bu
və bunun kimi layihələr
həm də diasporu “məcbur” edir ki, dilimizə biganə
qalmayın, harda doğulub
yaşamağınızdan asılı olmayaraq
öz dilimizdə danışmağı
bacarın. Diaspor gənclərinin yay düşərgəsinin
könüllülərlə bağlı olması da təqdirəlayiqdir. “Könüllülər-2020”
Diaspor Gənclərinin Yay
Düşərgəsi həm də könüllülük
mövzusunu xaricdə yaşayan
azərbaycanlılara təbliğ edə bilər. Diaspor Gənclərinin
Yay Düşərgəsi kimi
bir tədbirin Azərbaycanda keçirilməsi
Komitə sədri Fuad Muradovun
gənc nəsillə işləməyə xüsusi
əhəmiyyət verməsinin ən gözəl nümunəsidir
və bu, Azərbaycanın diaspor siyasətinə qızıl həriflərlə
yazılacaq.
Fatimə Paşayeva
Olaylar.- 2020.-10-11 fevral.- S.11.