Namaz quşu və mutant giləmeyvələr...
("Paralel dünyalar" silsiləsindən)
... Ötən dəfə orda qalmışdıq ki, almaları yeyən kimi zəlzələ və torpaq sürüşməsi
baş verdi.
Biz meşəyə tərəf qaçdıq.
Almaları yerə tökəndən sonra sürüşmə dayandı...
Meşəyə çatanda dayanıb nəfəsimizi dərdik. Xalıq böyrünü
tutmuşdu, Təlim
it kimi ləhləyirdi,
mənim də başım ağrıyırdı.
Dincimizi alandan sonra yolumuza
davam elədik. Meşənin içi ilə kələ-kötür yol
gedirdi. Bir neçə gün
əvvəl yağış
yağdığından yoldakı
çalalar su ilə dolmuşdu. Çalışırdıq ki, yolun kənarı ilə gedək. Palçıq ayağımıza elə yapışırdı
ki, tez-tez dayanıb ağacla onu təmizləyirdik.
Başımızın üstündəki ağacların
birindən xışıltı
gəldi. Başımızı yuxarı qaldırdıq.
Budaqda bir quş vardı.
Dimdiyi ilə yarpaqları tutub yerə atırdı, sanki palçıqlı yolların
üstünü örtürdü.
Acmışdıq deyə onu tutmaq
istədim. İncəvardan quş qaçmadı.
Buğda
boyda gözlərilə
mənə baxdı.
Mən əvvəlcə onun quyruğundan, sonra isə ayaqlarından tutdum. Quşun qırqovul kimi
kəkili vardı, özü də firuzəyi rəngə çalırdı.
Xalıq
dedi ki, bu, Namaz quşudur,
onu yemək olmaz, yesək, onda hər səhər
ya əzana qulaq asmalı, ya da azan verməyi
öyrənməliyik...
Buna isə vaxtımız
yox idi. Quşu əlimdən
buraxsam da, uçmadı.
-Burda bir hikmət
var, -dedim, - o, uçmaq istəmir.
Xalıq
dedi ki, yəqin ayağı sınıb, bəlkə də qanadı. Diqqətlə quşa baxdım,
cərrah gözü və barmaqlarıyla onu mayinə elədim, ancaq heç nə tapmadım. Məcbur olub quşu
yenidən budağın
üstünə qoydum.
Xalıq
dedi ki, meşədə yeməli
göbələk var,
hələ çiyələk
də tapmaq olar.
-Hardan bilirsən?- Təlim soruşdu.
-Meşələrin hamısında
çiyələk də
olur, göbələk
də, -Xalıq özünəinamla belə
dedi.
-Nə deyirsiniz axtaraq, amma yoldan
aralaşmayaq. - Bunu da mən təklif
elədim.
Meşəni bir xeyli axtardıq,
yoldan kənara da çıxmadıq. Amma biz nə
çiyələk tapdıq,
nə də göbələk. Bir neçə
göbələk qarşımıza
çıxdı, ancaq
heç birimiz onun yeməli olub-olmadığını bilmirdik.
Təlim
o qədər acmışdı
ki, onları yığıb bişirməyi
təklif elədi, mən razı olmadım.
Mən ona təpindim:
-Başqa vaxt igidlikdən dəm vurursan, indi aclığa dözmürsən!
O da səhvini anladı və:
-Sizi sınayırdım, -dedi.
Bir müddət
gedəndən sonra meşədən çıxdıq. Qarşıda evlər görünürdü.
Deməli, yaşayış
vardı və nicatımız ordaydı...
Qəsəbənin içindən əyri-üyrü
çınqıllı yol
keçirdi. Yolun ətrafında səliqə
ilə kollar əkilmişdi, kolların
üstü giləmeyvə
ilə doluydu, amma heç birini tanımırdıq,
bəziləri moruğa,
bəziləri də zoğala oxşayırdı.
-Mutant meyvələrdi, - Xalıq
dedi və onlardan birini qopardı, ağzına qoymaq istəyəndə etiraz elədim.
-Dayan, -dedim, - orda bir
kişi dayanıb, yolun qırağında, ondan soruşaq, görək yeməlidir, ya yox.
Bizim soruşmağımıza
ehtiyac qalmadı. Kişi
dedi ki, onların hamısını
özü əkib, qəsəbə camaatı
onunla dolanır, doyunca yeyə bilərik, bir şərtlə ki, yarım çörək
alaq.
-Bəlkə çörək
çox bahalıdır,
-dedim.
-Elə də bahalı deyil.
Mən:
-Necə yəni bahalı deyil? Biz bu qədər
meyvə yeyəcəyik,
yəqin ki, bahalı olar da.
Bu zaman arxamızdakı yoxuşdan bir adam çıxdı.
Əlində ağapppaq, pambıq
kimi çörək
vardı. Bizim təəəccübümüzə o cavab verdi:
-Bu meyvələri bu gün dərsən, sabah yenə
də çıxırlar.
Ona görə çörək
də ucuzdur.
Çörək kişinin əlindəki sinidəydi. Uzunluğu üç qarış,
eni də qarış yarım olardı.
Onların dediyi qiyməti manata çevirdim. Altı manatdan
çox eləmədi.
Çörəyin yarısını kəsdik. Təlim istədi ki,
çörəkdən yeyə.
Bu dəfə Xalıq etiraz elədi.
-Çörəyi sonraya saxlayaq, əvvəlcə giləmeyvə yeyək. Sonra acanda çörəyi yeyərik.
Meyvələrdən elə də çox yeyə bilmədik, bir-ikisini ağzımıza atandan sonra hamımız doyduq.
Yola çıxanda bostan sahibi yolumuzun
hansı tərəfə olduğunu soruşdu. İrəlini göstərdim.
-Qarşıda daha bir meşə var, ondan sonra da biri. Qaranlıq düşür, istəsəniz sizə ucuz qiymətə mənzil təşkil edə bilərəm. Biz razılaşmadıq. Çünki həmin adamın kim olduğunu bilmirdik.
...Bostançıdan ayrılıb yola çıxdıq.
Elçin Hüseynbəyli
Olaylar.- 2020.- 15-17 fevral.- S.13.