Söz və mətbuat azadlığı demokratik inkişafın göstəricisidir

 

 

 

Bir ölkənin demokratik dəyərlərə uyğun inkişaf edib-etmədiyinə fikir vermək, diqqət yetirmək, təhlil etmək üçün həmin ölkənin media məkanına diqqət çəkmək kifayətdir. Medianın, kütləvi informasiya vasitələrinin cəmiyyətin güzgüsü olduğunu nəzərə alsaq, o zaman kütləvi informasiya vasitələrinin nə dərəcədə müstəqil, azad olmasının həmin ölkə barədə fikir formalaşdırdığını deyə bilərik. Demokratik dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda demokratiyanın vacib amillərindən biri kimi söz, mətbuat azadlığının təmin olunması, azad mətbuatın inkişafı prioritet istiqamətlərdən biridir. Ölkədə həm hakimiyyət, həm müxalifət meyilli, həm də müstəqil medianın mövcud olması Azərbaycanda fikir, söz, məlumat azadlığının olduğunu təsdiq etməklə yanaşı, həm də plüralizmin mövcudluğunun göstəricisidir. Yəni, Azərbaycanda istənilən siyasi partiyaya təşkilata bağlı media qurumları fəaliyyət göstərir.  onlara qarşı heç bir təzyiq yoxdur. kütləvi informasiya vasitəsində istər ölkənin əldə etdiyi uğurlar, inkişaf və tərəqqi, istərsə də müxtəlif sahələrdə mövcud olan problemlər barədə sistemli, davamlı, gündəlik olaraq materiallar dərc edilir. Bu gün cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin olunmasına istiqamətlənmiş proqram, layihə və s. həyata keçirilməsi, fikir, söz və məlumat azadlığı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi, xarici təcrübənin öyrənilməsi və tətbiqi, kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi kimi metodlar mövcuddur ki, onlar Azərbaycan mətbuatında geniş tətbiq olunmaqdadır. Azərbaycanda sözfikir azadlığının təminatşısı kimi çıxış edən qanunvericilik bazası mövcuddur. Mövcud qanunvericilk bazası kütləvi informasiya vasitələrinin müstəqilliyinin qarantı olmaqla yanaşı, həm də sözfikir azadlığına şərait yaradır. Mətbuat və televiziya xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, inkişafı və geniş ictimaiyyət arasında yayılmasının qayğısına  qalmalıdır. Jurnalistlərin peşəkar səviyyəsini artırmaq, vətəndaşlarda kütləvi informasiya vasitələrinə obyektiv münasibət aşılamaq,  mətbuatın imkanlarından bacarıq və məsuliyyətlə istifadə etmək istiqamətində həm dövlət, həm də mətbuat orqanlarının özləri çox işlər  görməlidirlər. Bununla bağlı kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin və digər əməkdaşların vətənpərvərliyi yüksək vətəndaşlıq  məsuliyyəti, peşə hazırlığı, təhsili, təmiz mənəvi siması xüsusi əhəmiyyət kəsb edir. Kütləvi informasiya vasitələrində Azərbaycan  qanunvericiliyinin tələblərinə, milli mənəviyyatımıza uyğun hüquqietik normaların gözlənməsi hər bir jurnalist üçün ən vacib vəzifə  olmalıdır.

Azərbaycanda fikir, söz və məlumat azadlığı, siyasi plüralizmin qorunub-saxlanılması, bu prinsiplərin, normaların daha da inkişaf etdirilməsi günümüzdə də öz aktuallığını qoruyub saxlayır və Azərbaycan hakimiyyəti hər zaman olduğu kimi bu günqeyd etdiyimiz məsələlərə xüsusi həssaslıqla, diqqətlə yanaşır. Çünki demokratik cəmiyyətlərdə, ölkələrdə siyasi plüralizmin təmin olunması, fikir, söz və məlumat azadlığının təmin edilməsi vacibdir, zəruridir.

Bu gün əminliklə deyə bilərik ki, Azərbaycanda siyasi plüralizm tam mənada qorunur, ölkədə fikir, söz və məlumat azadlığı mövcuddur. Bunu hər bir cəhətdən söyləmək mümkündür. İstər beynəlxalq aləm, dünyanın demokratik cəhətdən inkişaf etmiş ölkələri kimi təqdim edilən dövlətlərlə müqayisədə, yaxud ölkədə fəaliyyət göstərən siyasi partiyaların seçkili orqanlarda təmsilçiliyində. Eyni zamanda siyasi partiyalara hakimiyyət səviyyəsində göstərilən diqqət və qayğıdan da eyni nəticəyə gəlmək mümkündür. Siyasi munaqişələrin həllində siyasi plüralizmin rolu çox böyükdür. Plüralizm ziddiyyətlərin sosial-siyasi inkişafın mənbəyi olmasını tanıyır və bu ziddiyyətlərin dinc yolla həllini mümkün edir. Siyasi plüarizm hakimiyyətdə istənilən inhisarı, hər hansı totalitaravtoritar rejimi rədd edir. Tolerantlıq plüralizmin bir şərtidir. Təsadüfi deyil ki, Azərbaycanda siyasi plüralizmin vacib elementlərindən olan tolerantlıq ən yüksək səviyyədədir.

Fikirsöz azadlığına, plüralizm anlayışına hüquqisiyasi mahiyyət bəxş edən Avropa institutlarında mövcud yanaşmalar müvafiq sahələrin əslində dövlət quruculuğu, vətəndaş cəmiyyəti, ölkə rəhbərliyi ilə xalq arasındakı münasibətlərə necə böyük təsir qüvvəsi olduğunu göstərir. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində qeyd olunduğu kimi, hər kəsin ifadə və məlumat əldə etmək azadlığı var. Bu yanaşma ənənəvi mediadan müasir mediaya keçid dövründə daha da təkmilləşərək, yeni elementlər ehtiva edərək öz mahiyyətini saxlayıb.

 

Azərbaycanda azad medianın yaranması hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindən hesab edildiyindən söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqilliyinə böyük əhəmiyyət verən ulu öndər Heydər Əliyev ölkədə azad medianın inkişafına, kütləvi informasiya vasitələrinin azadlığının təminatına xüsusi diqqət göstərirdi.

Heydər Əliyev demişdir: "Biz mətbuat haqqında bir neçə ciddi addım atmışıq: söz azadlığının, mətbuat azadlığının təmin olunması, senzuranın aradan qaldırılması, bütün mətbuat orqanlarına sərbəstlik verilməsi. Əgər bu gün hansısa yeni bir şey varsa, biz onu edirik və edəcəyik".

Məhz ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıtması bütün sahələrdə olduğu kimi mətbuat sahəsində də probmelərin həllinə yol açdı. Təsadüfi olaraq deyilmir ki. Azərbaycanda fikir, söz və məlumat azadlığı, plüralizmin inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.  Qısa zaman ərzində Heydər Əliyev tərəfindən insanların öz fikir və yanaşmalarını azad şəkildə ortaya qoyması, onu cəmiyyətə çatdırması üçün müvafiq addımlar atıldı. Heç şübhəsiz ki, bu addımlar birbaşa ümummilli lider Heydər Əliyevin adı ilə bağlı idi. Ümummilli liderin 1998-ci ildə ölkədə senzuranın ləğvi ilə bağlı atmış olduğu addım o dövr üçün bir inqilabi yenilik idi. Bu Azərbaycanın fikir, söz, ifadə və məlumat azadlığına nə qədər önəm verdiyini əyani şəkildə təsdiqlədi. Heydər Əliyevin düşünülmüş, uzaqgörən siyasəti və atmış olduğu addımlardan sonra Azərbaycan mediası, kütləvi informasiya vasitələri azad, müstəqil şəkildə fəliyyət göstərirdi. Tədricən media, kütləvi informasiya vasitələri üçün yaradılan şərait, imkanlar yeni-yeni müstəqil media qurumlarının yaradılmasına, təsis edilməsinə yol açırdı ki, bu da ölkədə müstəqil medianın formalaşmasına öz müsbət təsirini göstərirdi. Bir sözlə müstəqil mətbu orqanlarının yaradılması Azərbaycanda fikir, söz. ifadə və məlumat azadlığının təminatından xəbər verirdi. Bu gün Azərbaycanda ümummilli lider Heydər Əliyevin zamanında, 90-cı illərin əvvəllərində qoyduğu ənənə uğurla davam edir.

Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə də media sektorunun inkişafı üçün ciddi addımlar atılıb, söz, fikir azadlığının təmin olunması istiqamətində əsaslı nailiyyətlər əldə edilib.

Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən azad mətbuatın inkişafına yönəlmiş bu siyasətə sadiq olduğunu atdığı addımları ilə təsdiqlədi. "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası" buna əyani sübutdur. "Söz və mətbuat azadlığı demokratik cəmiyyətin prioritet dəyərlərindən biridir. Zəngin tarixi və mütərəqqi ənənələri olan Azərbaycan mətbuatı ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda demokratiyasiyasi plüralizmin mühüm vasitəsi kimi çıxış edir. Cəmiyyətdə aşkarlığın və şəffaflığın təmin edilməsində, aktual ictimai problemlərin ümumxalq müzakirəsinə çıxarılmasında, sosial ədalət prinsiplərinin müdafiəsində Azərbaycan mətbuatının rolu xüsusi qeyd olunmalıdır" - deyən Prezident İlham Əliyevin bu fikirləri dövlət başçısının ölkəmizdə mətbuat azadlığının ən böyük təminatçısı olduğunu bir daha nümayiş etdirir.

Kütləvi informasiya vasitələri hakimiyyətin fəaliyyəti haqqında cəmiyyətin məlumatlandırılmasını və ictimai fikrin ifadə olunmasını təmin edən təsirli vasitədir. Kütləvi informasiya vasitələrinin bu xüsusiyyətləri onları dövlətin informasiya siyasətinin mühüm sosial institutlarından birinə çevirir. Dövlətin informasiya siyasəti dedikdə, dövlət orqanlarının informasiya sektorunun inkişafına yönəlmiş tənzimləyici fəaliyyəti başa düşülür. İnformasiya sektoru telekommunikasiya, informasiya sistemlərini və kütləvi informasiya vasitələrini, habelə hər növ informasiyaların yaradılması, mühafizəsi, işlənilməsi, nümayişi, ötürülməsi ilə bağlı istehsalın və münasibətlərin məcmusunu əhatə edir. Müasir kütləvi informasiya vasitələri nəinki dünya hadisələrini çevik işıqlandırır, həm də informasiyanın təhlili ilə məşğul olur, onu süzgəcdən keçirir və məqsədli şəkildə seçərək istifadə edir. Hazırda Azərbaycanda söz, məlumat və fikir azadlığı ilə bağlı vəziyyət demək olar ki, demokratik baxımdan ən inkişaf etmiş ölkələrlə bərabər səviyyədədir.

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2020.- 15-17 fevral.- S.15.