Azərbaycanda media azadlığı var, internet azaddır, heç bir senzura yoxdur

 

 

 

Demokratiyanın əsas göstəricilərindən sayılan söz məlumat azadlığı prinsipi dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayır. Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir. Fikir, söz məlumat azadlığı, sərbəst düşüncənin ifadə olunması üçün hüquqların təmin olunması kütləvi informasiya vasitələrinin bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər məqsəd olmaqla bərabər, ölkənin demokratik inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan verən əsas elementlərdəndir. İnsan hüquq azadlıqlarının ayrılmaz hissəsi olan söz, fikir ifadə azadlığı bunların təminatı hər bir ölkədə demokratiyanın dərəcədə inkişaf etdiyinin demokratik təsisatların dərəcədə uğurlu işləməsinin əsasını təşkil edir. Ölkədə azad medianın, insan hüquq azadlıqlarının müdafiəsi demokratik mexanizmlərinin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir.

Prezident İlham Əliyev Kürdəmirdə "ASAN xidmət" mərkəzinin açılış mərasimində çıxışı zamanı qeyd edib ki, Azərbaycanda media azadlığı var, internet azaddır, heç bir senzura yoxdur: "İndi dünya qloballaşır, informasiya heç bir sərhəd tanımır, - bu da müsbət haldır, - amma bununla bərabər dezinformasiya da heç bir sərhəd tanımır, feyk xəbər anlayışı 5-6 il bundan əvvəl mövcud deyildi. İndi bu, həqiqətdir bunu etiraf edənlər dünyanın aparıcı ölkələrinin dövlət başçılarıdır. Onlar da bundan əziyyət çəkirlər. Media bir tərəfdən artıq bütün sərhədləri aşaraq hər bir ölkəyə qədəm qoyur bu, müsbət haldır. Bildiyiniz kimi, Azərbaycanda da media azadlığı var, internet azaddır, heç bir senzura yoxdur. Digər tərəfdən, informasiya təxribatları, yalan məlumat, şər-böhtanla dolu məlumat da sərhədləri aşır. Biz buna hazır olmalıyıq, xüsusilə gənclər. Ona görə bilməliyik ki, bizim uğurlu inkişafımızı bizdən çox istəyən yoxdur taleyimiz öz əlimizdədir. Artıq 30 ilə yaxındır ki, müstəqil ölkə kimi yaşayırıq müstəqillik hər şeydən dəyərlidir".

Faktdır ki, Azərbaycanda söz fikir azadlığının təmin olunması məqsədilə lazım olan bütün addımlar atılmaqdadır. Məqsəd ondan ibarətdir ki, hər bir Azərbaycan vətəndaşı öz fikrini azad şəkildə ifadə edə bilsin. Hətta bu kimi məsələlər ölkə başçısı tərəfindən qəbul edilən dövlət proqramlarında xüsusi bəndlə əksini tapıb. Məlum olduğu kimi Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı qəbul edilib. Sənəddə qeyd olunur ki, qarşıda duran əsas vəzifələrdən biri müasir dəyərlərə prinsiplərə əsaslanan informasiya cəmiyyətinin inkişaf etdirilməsidir. Azərbaycanda informasiya cəmiyyətinin formalaşmasına dövlət qayğısı, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, onun xalqımızın rifahına xidmət edən aparıcı amilə çevrilməsi ölkəmizin gələcək perspektivlərinə hesablanmış siyasətin tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 17 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının inkişafı naminə informasiya kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003- 2012)"nın onun icrası ilə bağlı qəbul edilmiş dövlət proqramlarının həyata keçirilməsi nəticəsində təhsil, səhiyyə digər sosial sahələrdə, iqtisadiyyatda, biznes fəaliyyətində, gündəlik həyatda İKT-nin imkanlarından istifadə səviyyəsi nəzərəçarpacaq dərəcədə artmışdır. Ölkədə ən son texnoloji yeniliklər tətbiq edilmiş, internetə simli, simsiz, mobil texnologiyalarla çıxış imkanları yaradılmışdır. Bunun sayəsində əhalinin 75 faizi internet, onların 65 faizi isə genişzolaqlı internet istifadəçisinə çevrilmişdir. Evlərdə, yerlərində istifadə edilən kompüterlərin sayı artmışdır. Mobil sektor sürətlə inkişaf etmiş, 3G 4G xidmətləri tətbiq olunmuşdur. İlk telekommunikasiya peyki "Azerspace-1" yer səthinin müşahidə peyki "Azersky" orbitə çıxarılmış bununla da Azərbaycan kosmik ölkələr sırasına qoşulmuşdur. İKT üzrə yüksəkixtisaslı kadr hazırlığı genişləndirilmiş, "elektron hökumət" üzrə genişmiqyaslı layihələr həyata keçirilmiş cəmiyyət üçün vacib olan elektron xidmətlər təşkil edilmişdir. Azərbaycanda informasiya cəmiyyətinin formalaşdırılması sahəsində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir. Ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqının "İnformasiya cəmiyyətinin ölçülməsi" hesabatlarında inkişaf dinamikasına görə ilk onluğa daxil olan dövlətlər sırasındadır. Dünya İqtisadi Forumunun "Qlobal informasiya texnologiyaları-2016" hesabatında Azərbaycan Respublikası "Şəbəkə hazırlığı indeksi" göstəricisinə görə 139 ölkə arasında 53-cü yerə layiq görülmüşdür. Ölkədə informasiya cəmiyyətinin formalaşdırılması üzrə siyasətin davam etdirilməsi, yeni inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, dövlət idarəçiliyində, biznes sektorunda ümumilikdə cəmiyyətdə hər bir vətəndaşın İKT-nin imkanlarından faydalanması üçün əlverişli şəraitin daha da genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli 359 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya" təsdiq edilmişdir. Milli Strategiyanın icrasını təmin etmək məqsədilə "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı" hazırlanıb. Dövlət Proqramında Milli Strategiya ilə müəyyən edilmiş 8 istiqamətdən 7-si üzrə konkret tədbirlər nəzərdə tutulmuşdur. Milli Strategiyanın "elektron hökumət"in inkişafı" istiqamətinin yerinə yetirilməsi üzrə tədbirlər digər dövlət proqramı çərçivəsində həyata keçiriləcəkdir. Dövlət Proqramının hazırlanmasında beynəlxalq təcrübə, texnoloji yeniliklər inkişaf meyilləri nəzərə alınmış, vətəndaş, cəmiyyət, dövlət prioritetləri onların informasiya cəmiyyətinin imkanlarından səmərəli istifadəsi əsas götürülmüşdür. Dövlət Proqramı ilə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə özəl sektorun qeyri-hökumət təşkilatlarının fəal cəlb olunması, vətəndaş ictimai təşəbbüslərin irəli sürülməsi onların reallaşdırılmasında birgə fəaliyyətə şərait yaradılması planlaşdırılır.

***

 

Göründüyü kimi dövlət və dövlət başçısı bütün mümkün imkanlardan istifadə etməyə çalışır ki, müasir informasiya kommunikasiya vasitələri istənilən vətəndaş üçün əlçatan olsun. Cəmiyyətin bütün təbəqələri yaradılmış şəraitdən istifadə edərək fikirlərini azad şəkildə ifadə edə bilsinlər. Çox təəssüf ki, bəzi beynəlxalq təşkilatlar Azərbaycanda sözfikir, eləcə də mətbuat azadlığını ya görmür, yada görmək istəmir. Bu günlərdə AŞPA-nın qış sessiyasında "Avropada media azadlığına və jurnalistlərin təhlükəsizliyinə təhdidlər"adlı qətnaməsində Azərbaycan mediası ilə bağlı heç bir məntiqə sığmayan mənfi fikirlər əksini tapıb. Millət vəkili, Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva qeyd edib ki, bu gün medianın rolu və əhəmiyyəti çox böyükdür. Bu, səhvləri tənqid edən və qanun pozuntularının qarşısını alan bir resurs olmaqla yanaşı, eyni zamanda fikirlərin inkişafına, cəmiyyətin inkişafına da töhfə verir: "Tarix boyu bəşəriyyət sərbəst bir müzakirənin olduğu, fikirlərin yoxlandığı və mübahisə edildiyi zaman ən sürətli tərəqqiyə nail olub. Nelson Mandelanın sözlərini yada salaq: "Mediya, özümüzü başqalarının tanıdığı kimi görə biləcəyimiz bir aynadır: bütün qüsurlarımız, çatışmazlıqlarımız və digərləri ilə.  Bu cür tənqid inkişafımıza töhfə verməlidir. Necə hərəkətlərimizdən və hərəkətsizliyimizdən insanların bizdən gözlədiklərinə uyğun olmayan şeylərə diqqət çəkir". Müasir jurnalistika sosial şəbəkələr, sosial media ilə sıx bağlıdır. Hər bir vətəndaş informasiya daşıyıcısı olur. Bloggerlərin sayının artmasına səbəb olur. Onların fəaliyyəti isə öz növbəsində cəmiyyətin mövgeyinin formalaşmasına təsir edir. Bunu da unutmamalıyıq ki, hər bir vətəndaş hansı sahədə fəaliyyət göstərməyindən aslıolmayaraq qanun qarşısında eyni məsuliyyəti daşıyır. Söz azadlığına sığınaraq, vətəndaşlar- jurnalistlər və ya bloggerlər qanunazidd hərəkət və fəaliyyət göstərə bilməz! Medianın cəmiyyətin və dövlətin inkişafında rolu da böyükdür. Bu gün Azərbaycanda sürətli islahatlar aparılır. Hər bir sahədə şəffaflığın təmin edilməsi üçün, ölkə başçısı daima həm media nümayəndələrini, həm də hər bir vətəndaşı ictimayi nəzarətin həyata keçirilməsində fəal iştirak etməyə çağırır". Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, AŞPA-nın "Avropada media azadlığına və jurnalistlərin təhlükəsizliyinə təhdidlər"adlı qətnaməsində Azərbaycan mediası ilə bağlı əks olunmuş fikirlər reallıqdanuzaqdır, qərəzli mahiyyət daşıyır: "Qətnamədə bildirilir ki, Azərbaycan hakimiyyəti jurnalistlərə qarşı repressiyaları dərhal dayandırmalı, sözmedia azadlığını təmin etməli, mətbuat azadlığı və təhlükəsizliyi sahəsində Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün real addımlar atmalıdır. Yaxşı olardı ki, belə bir mötəbər qurum tərəfindən Azərbaycanla bağlı fikir bildirilərkən reallıq nəzərə alınaydı. Reallıq isə bundan ibarətdir ki, ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı islahatlar aparılır. Media bu prosesin hərərkətverici qüvvəsi, böyük dəstəkçisi kimi çıxış edib və etməkdədir. Biz hər gün ən müxtəlif kütləvi informasiya vasitələrində islahatçı baxışların bölüşüldüyünü görürük. Ən əsası isə islahata qarşı çıxan meyllər də medianın sərt tənqidinə məruz qalmaqdadır. Ümumən tənqid etmək Azərbaycan mediasının ruhundan irəli gələn xüsusiyyətdir. Heç bir qüvvə onun azadlığını məhdudlaşdıra bilməz. AŞPA-nın məlum qətnaməsində isə hansısa təqiblərdən, təhdidlərdən söz açılır. Sanki Azərbaycan hansısa "üçüncü dünya" ölkəsidir. Belə yanaşma yolverilməzdir".  Ə.Amaşov vurğulayıb ki, əgər Avropa Şurasının həqiqətən də söz və ifadə azadlığını, azad media dəyərlərinidüşünmək istəyi varsa, daha real məsələlərdən söz açılmalıydı. Görünür, kimlərsə Azərbaycanla bağlı mənfi rəy yaratmaq, cəmiyyəti bürüyən demokratik ab-havanı, islahatçılıq əzmini gözdən salmaq niyyəti güdürlər: "AŞPA-nın məlum qətnaməsinin Azərbaycanla bağlı hissəsində jurnalistlərin dövləttərəfindən mənzillə təmin edilmələri kimi nəcib təşəbbüs onların guya ələ alınması tədbiri kimi qiymətləndirilir. Ancaq hər kəs yaxşı bilir ki, indiyədək jurnalistlər üçün inşa edilmiş iki binanın sakinlərindən heç biri bu dövlət təminatına görə kimisə tənqid etməkdən uzaq dayanma diskonfortunu yaşamayıb. Əlbəttə, biz jurnalistlərimizin öz əmək haqlarına özləri üçün mənzil ala bilmələrini, belə bir mühitin yaranmasını arzulayırıq. Biz eyni zamanda KİV-lərimizin hər cür dövlət dəstəyindən imtina edib sərbəst şəkildə işlərini quracaqları şəraitin formalaşmasını istəyirik. Əslində dövlətin media siyasətinin məğzini də təşkil edən bu məqamdır. AŞPA-nın "Avropada media azadlığına və jurnalistlərin təhlükəsizliyinətəhdidlər" adlı qətnaməsinin Azərbaycan mediası ilə bağlı hissəsi ölkəmizin media ictimaiyyətinin baxış və düşüncələrinə adekvat deyil. Təəssüf ki, Azərbaycana qarşı qərəzli mövqedə dayanan qruplar bir daha öz niyyətlərini həyata keçirmək üçün AŞPA kimi nüfuzlu bir quruma təsir göstərə biliblər".

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2020.- 15-17 fevral.- S.12.