Ümummilli lider mətbuatın inkişafına bir an azalmayan qayğı və diqqət ilə yanaşırdı

 

 

Azərbaycan mediası qarşısında duran əsas vəzifələrdən biriQarabağ həqiqətlərini bütün dünyaya çatdırmaqdır

 

Sözfikir azadlığı hər bir insanın ayrılmaz hüququdur. Azad media sivil, demokratik cəmiyyətdə vətəndaşların ictimai forumu rolunu oynayır. Belə ki, vətəndaş öz fikir və düşüncəsini sərbəst ifadə etməklə cəmiyyətin tərəqqisinə töhfə verir. Buna görə də hər sivil dövlətdə azad, müstəqil medianın təşəkkül tapması çox vacibdir. Azərbaycan dövləti sivil, demokratik dəyərlərə sadiqlik nümayiş etdirərək, ölkəmizdə sözfikir azadlığının, azad medianın bərqərar olmasına böyük önəm verir.

 

Bu, bir həqiqətdir ki, azad mediaya sahib olmayan cəmiyyətlərin davamlı iqtisadi, siyasi inkişafı qeyri-mümkündür. Bu həqiqəti çağdaş dünyada hər kəs qəbul edir və hətta ən avtoritar rejimlər belə, ən azı, sözdə media azadlığına qarşı çıxmırlar. Lakin söz, fikir, düşüncə və media azadlığı, onun məğzi yalnız cəmiyyət tərəfindən dərk olunduğu zaman real fayda verir, süni, hibrid halda o, yalnız ziyan gətirir.

 

Azad media azad sözün, insan hüquqları və azadlıqlarının həm də qoruyucusu rolunda çıxış edir. Bu, şərəfli missiyadır və cəmiyyət, öz növbəsində, jurnalistikaya adekvat diqqət və qayğı ilə cavab verir. Təəssüf ki, dünyanın heç bir yerində mütləq, ideal media azadlığı yoxdurbu, mümkündeyildir. Media, hətta onun sərbəst fəaliyyəti üçün ideal şərait yaratdığını iddia edən Amerika Birləşmiş Ştatlarında belə tam azad deyil.

 

Qərb mətbuatının bütün incəliklərinə yaxşı bələd olan təcrübəli jurnalistlər çağdaş medianı hər iki tərəfindən hündür hasar çəkilən uzun dəhliz boyu sərbəst hərəkət etməsinə icazə verilən şəxsə bənzədib. Jurnalist hasarın o tayına boylana bilməz. Lakin bütün çətinliklərə baxmayaraq, doğru söz, əsl həqiqət ən çətin maneələri belə aşa bilir.

 

İnformasiya azadlığı həm də fərdi hüquqi məna daşıyır - insanın mümkün qədər çoxsaylı mənbələrdən dolğunobyektiv məlumat almaq, öz fikirlərini və dünyagörüşünü genişləndirmək, şəxsiyyət kimi formalaşmaq, özünü ifadə etmək tələbatını ödəyir. İnsanın ətraf aləmə, cəmiyyətə, dövlətə, ictimai-siyasi proseslərə münasibəti daha çox onun KİV-dən aldığı informasiyalar əsasında formalaşır. Söz azadlığı insanın öz fikirlərini yazılı, şifahibaşqa formalarda ifadə etmək, ətraf aləmə münasibətini bildirmək, bu münasibəti başqalarına çatdırmaq sərbəstliyidir.

 

Mətbuatın inkişafına göstərilən bu yüksək diqqət və qayğı müqabilində ölkə rəhbərliyinin mətbuatla bağlı gözləntiləri isə tamamilə obyektiv xarakter daşıyır. Daha dəqiqi, mətbuatdan yalnız qanunlara, peşə etikasına hörmət, milli mənəvi dəyərlərə sədaqət, dövlət və xalq maraqlarına təəssübkeş, vətənpərvər münasibət istənilir. Bütün bunlar da sırf peşəkarlıqla bağlı məsələlərdir. Azərbaycanda jurnalist adına iddia edən təbəqənin peşəkarlıq səviyyəsinin lazımi səviyyədə olmaması etiraf olunası reallıqdır. Dövlət başçısı İlham Əliyev də çıxışlarında bu məqama xüsusi diqqət çəkmişdir. Söhbət ondan gedir ki, Azərbaycanın inkişafının hazırkı mərhələsində mətbuatın keçid dövrü üçün xarakterik olan bəzi ziyanlı vərdişlərdən əl çəkə bilməməsi, fəaliyyətində qeyri-obyektivliyə, qərəzə, tərəfkeşliyə yol verməsi, qanunların aliliyini gözləməməsi cəmiyyətdə ciddi narahatlıqlar doğurur.

 

Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə söz azadlığının daha da güclənməsi, medianın azad, sərbəst fəaliyyət göstərməsi üçün davamlı işlər görülür. İndi dünyada çox az ölkə tapılar ki, azad media, onun maddi bazasının möhkəmləndirilməsi, jurnalistlərin öz peşə vəzifələrini sərbəst həyata keçirmələri, maddi-məişət şəraitlərinin yaxşılaşdırılması üçün Azərbaycanda olduğu qədər şərait yaradılsın. Söz, fikir və düşüncə azadlığı ölkənin inkişafı, əhalinin rifahı ilə harmonik inkişaf etməlidir. Əks halda, cəmiyyətdə radikallaşma baş verə bilər. Bir sıra postsovet ölkələrindən fərqli olaraq Azərbaycanda demokratik proseslər iqtisadi islahatlarla paralel aparılıb. Ölkə vətəndaşlarının siyasi hüquq və vəzifələri onların cəmiyyətin iqtisadisiyasi idarəedilməsinə cəlb olunmaları ilə bərabər həyata keçirilib. Azərbaycan cəmiyyəti yüksək intellektə, geniş erudisiyaya malik sosiumdur. Ölkəmizdə və dünyada baş verənlər ölkə vətəndaşları üçün təkcə adi bir yenilik kimi maraq daşımır, həm də onların cəmiyyətin həyatında iştirak edərək düzgün qərar çıxarmaları üçün vacibdir. Bu mənada informasiyanın ən adi vətəndaşa əlçatan olması, azad sözlə azad medianın bir-birini tamamlaması, vəhdət təşkil etməsi zəruridir.

 

Azərbaycanın orta və yaşlı nəsil jurnalistlərinə ölkəmizdə azad medianın formalaşması prosesinin şahidi və iştirakçıları olmaq şansı nəsib olub. Müstəqil ölkənin qələm əhli olaraq bundan hər birimiz şərəf duyuruq. Azərbaycan illər əvvəl öz müstəqilliyini yenidən bərpa edərək azad, sivil, demokratik dövlət quruculuğuna başlayıb. Sirr deyil ki, xalqımız öz azadlığına, bundan sonrakı mərhələdə dünya birliyində öz layiqli yerini tutana qədər ağır, çətin sınaqlardan keçib.

 

Ölkəmizdə azad medianın formalaşdırılması prosesi ilə milli dövlətçilik quruculuğu üst-üstə düşüb. Həmin dövrdə ölkəmizə Heydər Əliyev kimi dahi siyasətçi başçılıq edib. Millətini sonsuz məhəbbətlə sevən ulu öndərin zəngin siyasi təcrübəsi, qeyri-adi qətiyyəti sayəsində ölkəmizdə dövlətçiliyimizin etibarlı bünövrəsi qoyulub. Ümummilli lider mətbuatın inkişafına bir an azalmayan qayğı və diqqət ilə yanaşırdı. Azərbaycanda dövlət senzurasının ləğv olunması, qəzet kağızının əlavə dəyər vergisindən azad edilməsi, qəzet redaksiyalarının Azərbaycan nəşriyyatına yığılıb qalmış kifayət qədər böyük borclarının silinməsi və sair bu kimi başqa vacib addımlar ölkəmizdə azad mətbuatın formalaşmasına münbit şərait yaradıb. Ulu öndərin milli dövlət quruculuğunda azad mətbuat ilə bağlı siyasəti son  illərdə Prezident İlham Əliyevin liderliyi ilə yeni dövrün reallıqlarına uyğun yaradıcı şəkildə davam etdirilib. Bu gün bütün dünya Prezident İlham Əliyevi xalqının, dövlətinin maraqlarını hər şeydən üstün tutan, ölkəsinin elmikadr potensialını uğurla istiqamətləndirə bilən, Azərbaycanın üzləşdiyi problem və çağırışları həll etməyə qadir olan müdrik və qətiyyətli dövlət başçısı kimi tanıyır. Azərbaycan Prezidenti güclü, müstəqil, xarizmatik bir siyasətçidir.

 

Doğma ana dilindən başqa rus, ingilis və fransız dillərini əla bilən dövlətimizin başçısı yüksək intellekti, kübar davranışı ilə də media təmsilçilərini heyran qoyur. Azərbaycan liderinin əsas məqsədlərindən biri də Azərbaycan mediasının ən yüksək beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsinə nail olmaqdır. Təsadüfi deyil ki, bu məqsədə çatmaq üçün ölkəmizdə ardıcıl işlər görülür. 2003-cü il martın 15-də Azərbaycan Mətbuat Şurası ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb və o vaxtdan uğurla fəaliyyət göstərir. Şuranın məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarət etmək, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqə və etimadı möhkəmləndirmək, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaratmaqdır.

 

KİV cəmiyyətlə dövlət, ictimaiyyətlə və vətəndaşlarla hakimiyyət strukturları arasında bir növ əlaqələndirici həlqə rolunu oynayır. Bu mənada, yazılı mətbuat, elektron kütləvi informasiya vasitələri yeni dövrdə sadəcə informasiya vermək, maarifləndirmək və əyləndirmək kimi funksiyalarla məhdudlaşmırlar. Onlar eyni zamanda ictimai nəzarətçi, tənqidçi, müdafiəçi kimi funksiyaları özündə daşıyırlar. Bundan başqa, mediya cəmiyyət həyatının müxtəlif sahələrinə aid aktual problemlər, ictimaiyyəti maraqlandıran ayrı-ayrı məsələlər üzrə ictimai müzakirə açmaqla, diskussiyalar təşkil etməklə, müxtəlif rəylər formalaşdırmaqla kommunikativ funksiya həyata keçirir.

 

İnformasiya azadlığı həm də fərdi hüquqi məna daşıyır - insanın mümkün qədər çoxsaylı mənbələrdən dolğunobyektiv məlumat almaq, öz fikirlərini və dünyagörüşünü genişləndirmək, şəxsiyyət kimi formalaşmaq, özünü ifadə etmək tələbatını ödəyir. İnsanın ətraf aləmə, cəmiyyətə, dövlətə, ictimai-siyasi proseslərə münasibəti daha çox onun KİV-dən aldığı informasiyalar əsasında formalaşır. Söz azadlığı insanın öz fikirlərini yazılı, şifahibaşqa formalarda ifadə etmək, ətraf aləmə münasibətini bildirmək, bu münasibəti başqalarına çatdırmaq sərbəstliyidir.

 

Azərbaycan mediası qarşısında duran əsas vəzifələrdən biriQarabağ həqiqətlərini bütün dünyaya çatdırmaq, Ermənistan dövlətinin təcavüzkar siyasətini ifşa etməkdir. Ölkə jurnalistləri, ziyalılarımız həm yerli, həm də qlobal mediada ermənilərin hər cür dezinformasiya və yalanlarını ifşa etmək üçün əllərindən gələni edirlər. İnanırıq ki, doğru söz yerdə qalmayacaq, beynəlxalq ictimaiyyət təcavüzkarın üzünü yaxından tanıyacaq.

 

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2020.- 25-26 fevral.- S.12.