Hayların Ön Qafqazda
rus imperiya tarixi
"Arsak/Artsax" toponiminin etnomənsubiyyəti
Bu
yaxınlarda Soçidə Putinin rəhbərliyi altında
keçirilən növbəti sonugörünməz,
sürüşkən "Lavrov layihəsi"nin
"BARIŞ" toplantısında arxasında dayanan gücdən
qüvvət alan xalqların tarixindən xəbərsiz
olan savadsız, cahil Nikol Paşinyanın "Qarabağ Ermənistandır,
nöqtə" təcavüzkar bəyanatına Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətlə,
əminliklə "Qarabağ Azərbaycandır, NİDA"
verdiyi cavabın arxasında aşağıda qısa
xatırladacağımız ümumtürk tarixi
dayanırdı.
N.Adons :
"Artsax həmişə erməni nüfuz dairəsindən
kənarda olmuşdur."
N.O.Emin:
"Qarabağ heç zaman erməni mədəniyyətinin
mərkəzinə çevrilməmişdir."
Klassik
saxtakarlar olan erməni tarixçilərinin fantastik
uydurmalarından başqa, özlərini bəzən "hay",
bəzən "armyan" adlandıran, bizim "erməni"
(bizə babadan qalma: "Suya düşən itlə
yağışa düşən erməninin fərqi
yoxdur!" kəlamı nəsildən-nəslə
yaşayır) adlandırdığımız xalqın
etnokimliyi barədə bu günə kimi, qədim qaynaqlarda,
mötəbər mənbələrdə elmin qəbul edəcəyi
kiçicik bir fakta, adi bir işarəyə belə rast gəlinməmişdir.
Bu barədə tarix elminin üç riyazi əməlinin
- etnoarxeoloji, etnoantropoloji və etnolinqivistik ədəbiyyatının
susması da səbəbsiz deyildir. 30 ildən artıq
zaman ərzində fasiləsiz olaraq, erməni anonim
keşiş müəlliflərin və onların saxta
tarixçi varislərinin "Böyük Armeniya" mifi,
"qədim erməni yazısı" və başqa
fantastik uydurmaları ətrafında tarix və tarixilik
kontekstində apardığımız araşdırmalarda gəldiyimiz
son nəticəni özünəməxsus bir yanaşma ilə
təsdiq edən ifrat türk düşməni olan görkəmli
erməni alimi Manuk Abeqyanın söylədiyi
aşağıdakı fikir müstəsna elmi dəyərə
malikdir. O, yazır: "Erməni xalqının əsli nədir,
necə və nə vaxt, haradan və hansı yollarla o buraya
(Kiçik Asiyaya - Ə.T.) gəlib, armyan olmazdan əvvəl
və sonra hansı tayfalarla əlaqədə olub, onun dilinə
və etnik tərkibinə kim necə təsir
göstərib? Bu amilləri və armyanların
kimliyini sübut etmək üçün əlimizdə dəyərli,
dəqiq və aydın dəlillər yoxdur."
Manuk
Abeqyanın açıq-aydın şəkildə verdiyi
şərh sübut edir ki, "erməni tarixinin atası"
hesab etdikləri anonim keşiş Moisey Xorenatsi ilə
başlanan saxta ənənənin davamı olaraq, bu günə
kimi yazılan "Armeniya tarixi" kitablarının üz
qabığı - cildi əgər çıxarılarsa,
onların içərisində ümumtürk mifoloji və
filoloji tarixindən başqa, çağdaş erməni
xalqının etnotarixi, etnoyazısı barəsində elmi
tarixin təsdiq edəcəyi bircə cümləyə də
rast gəlinməz. Təsadüfi deyildir ki, akademik N.Y.Marr kimi
dünyaşöhrətli bir alim yazırdı:"Erməni xalqı
kimi,erməni dili də hibrid dildir!"
Əlbəttə,
bir xalqın ki, milli soy-kökü olmaya, "erməni
tarixinin atası" hesab etdikləri Moisey Xorenatsi də,
"erməni əlifbasının banisi"
adlandırdıqları Mesrop Maştos da anonim keşiş
ola, o xalqın "qədim tarixi"ndən danışmaq
elm deyil, erməni boşboğazlığıdır, cəfəngiyyatdır,
müalicəsiz "erməni xəstəliyi"dir!!!
Ermənilər
tarixən güclüyə
nökər və qul olmaqda, xəbislikdə və
riyakarlıqda dünya xalqları arasında elə fərqlənən
əhalidir ki, qədim ümumtürk tarixinin üç epoxasına
("Biaini çarlığı", "Arme
çarlığı" və "Part
çarlığı") aid olan zəngin mədəniyyəti,
qədim tarixi göz görə-görə kimsənin
ağlına gəlməyən müdhiş saxtakarlıqla
"Böyük Armeniya" adıyla öz adlarına
çıxmaqdan heç zaman çəkinməmişlər,
çəkinmirlər və çəkinməyəcəklər
də. Səbəb? - Çünki
onların bəşər tarixində nə bir qarış
torpaqları, nə etnoeponimləri, nə etnomifoloji, nə də
real etnotarixləri olmuşdur. Bu təkzibedilməz
faktdır. Ancaq rusların Azərbaycan
türklərinin qədim torpaqlarını işğal etdikdən
sonra yaranmış yeni siyasi şərait yarıdilənçi
ermənilərə ilk tarixi qapı açmış oldu.
1828-ci ildə qanlı rus süngüsü ilə məğlub
tərəfə (qədim Azərbaycan coğrafiyasının
cənub hissəsinin xilası naminə Qacarların son varisi
olan şahzadə Abbas Mirzəyə) imza
atdırılmış "Türkmənçay" irtica
müqaviləsindən sonra rus imperatorluğu bir anadan, bir
atadan doğulmuş Azərbaycan türklərinin iki qədim
dövlətini - Arazın o sahilində "Atarpaten" (yunan
ədəbiyyatında "Atropaten". M.ö.IV - m.s.VII əsr), bu
sahilində "Ön
Qafqaz Oğuz Albaniyası" (m.ö.IV-m.s.VII əsr) dövlətini
- qədim Vahid Azərbaycanı qəddarcasına
parçaladı.
Bu qanlı hadisədən sonra çar İrəvan və
Naxçıvan xanlıqlarını ləğv etdi,
imperiyanın tərkibində ikillik (1828-30-cu illər)
"Müvəqqəti armyan vilayəti" yaratdı. Rusların beş
ölkədə (Livan, Suriya, İraq, Türkiyə və
İranda) tarixən ailə şəklində günəmuzd
həyat şəraitində yaşamış yarıdilənçi
erməni ailələrini keşişlərin əli ilə
toplayıb, ilk köçünü İrəvan
xanlığında - Ön Qafqaz Oğuz Albaniyasının qərb
ərazisində yerləşdirdilər. Bu münasibətlə
general İ.F. Paskeviç I Nikolaya yazırdı:"...Zati-
aliləri! "Armeniya Vilayəti"nin yaradılması h ə
l ə l i k (kursiv bizimdir.- Ə.T.) Azərbaycan torpaqlarını ikiyə
bölmüş olur və Osmanlı Türkiyəsinə
qarşı bir poliqon bölgəsinin meydana gəlməsinə
şərait yaradır. Bu olduqca vacib şərtdir."
Ç.Kirokosyanın
"Armyan Vilayəti"nin timsalında tarixən iç-icə,
divar-divara yaşayan, bir ananın, bir atanın köynəyindən
çıxmış qanı bir, dili bir, dini inancı bir olan
əkiz qardaşın bağrına rusların qəddarcasına
çaldığı "paz"a aşağıda verdiyi
qiymət çağdaş rus-erməni siyasətinin tarixini
olduğu kimi aşkara qoymuş olur.O, yazırdı:
"Zaqafqaziya və Azərbaycan tatarlarını Kiçik
Asiya türklərindən ayıran erməni xalqı türk
tayfasının bədəninə çaxılmış bir
pazdır. Biz bu pazın aradan götürülməsinə
və onun yerinə bizə yağı kimi baxan bütöv
müsəlman toplumunun ortaya çıxmasına yol verə
bilmərik. Buna görə də bizim siyasətin məqsədi
Türkiyə Armeniyasında (keşiş baban M.Xorenatsini oxu,
ümumtürk tarixindən başqa, bircə cümlədən
ibarət etnotarixi fakt göstər - Ə.T.) elə bir siyasi
quruluş yaratmaq lazımdır ki, erməni xalqına dinc
inkişaf etmək imkanı versin."
C.Kirokosyanın bəyanatı Osmanlı və Azərbaycan
türklərinə qarşı Ön Qafqazda rus-erməni
"xristian qardaşları" birliyinin tarixindən xəbər
verir. Bu bəyanat
rəsmi olaraq sübut edir ki, Azərbaycan türklərinin qədim
torpaqlarını işğal edən də, Qafqazda
"xristian qardaşları" dayağı yaratmaq məqsədilə
bu gün özlərini həyasızcasına "yerli əhali"
kimi dünya ictimaiyyətinə sırımağa
çalışan köçkün ermənilərə
türk torpaqlarında "tarixi vətən" təşkil
edən də, saxta "Artsax" iddiası ilə
Qarabağda qanlı tarix yazan da işğalçı
ruslardır. Bu həqiqəti Moskvanın
özü etiraf etdi.
Keçən illərdə erməni ailəsini rus əsgəri
öz silahı ilə son nəfərinədək güllələdi,
məhv etdi. Xalq İrəvanın meydanında rusların
bayrağını yandırdı. Moskva televiziyasında
siyasət adamları, dövlət xadimləri hədələrlə
"etibarsız" "xristian qardaşları"na
köçkün həyatlarını xatırladaraq, onlara Azərbaycan
türklərinin torpaqlarında "Ermənistan" dövlətini
yaratdıqlarını, Qarabağı işğal edib,
"Artsax" adında ikinci dövlət təşkil etdiklərini
dünya ictimaiyyətinə çəkinmədən
hündürdən dəfələrlə "qürurla"
bəyan etdilər.
Türkün
əbədi düşməni olan daşnak-bolşevik
güruhuna söykənən siyasət dəlalları Ön
Qafqaza köç tarixləri məlum olsa da,
köçkün "xristian qardaşları"na "qədim
yerli əhali" tarixi yazmaq üçün heç bir maddi
sübuta söykənmədən yetmiş il fantastik
"Böyük Armeniya" mifi zəminində cild-cild saxta
kitablar yazdılar, "Ararat", "Naxçıvan" və
"Arsak" iddialarını zəhərli ideoloji silaha
çevirdilər.
Mövzunun
tələbindən kənara çıxmamaq
üçün yuxarıda qısaca söylədiklərimiz
sübut edir ki, rusların XIX əsrin əvvəllərində
İrəvan yaylasında yerləşdirdiyi ermənilərin
çağdaş nəslinin etnomənşəyi
ümumtürk tarixinin ən qədim dövrünü
yaşadan "Arsak" ("Artsax") toponimi ətrafında
hay-küy qaldırması özləri qədər
saxtadır. Çünki ermənilərin növbəti rus
imperatorunun - Bakıda tökdüyü türk-müsəlman
qanını içə-içə
qarşısıalınmaz yırtıcıya
çevrilmiş Xallı Köpək M.S.Qorbaçovun
birbaşa rəhbərliyi altında 1990-cı illərdə işğalçı
imperiyanın hərbi texnikasının və canlı qüvvəsinin
yazdığı "Qarabağın qanlı tarixi"
sübut edir ki, bu illərdə meydana çıxan "erməni
Artsax"ı iddiaları tarixdə görünməyən
müdhiş türk soyqırımı siyasətində
rus-erməni vəhşiliyini gizlətmək üçün
uydurulmuşdu. Bu kontekstdən "Arsak" ("Artsax")
toponiminin etnotarixinə qısaca nəzər yetirsək, o
zaman aydın olacaq ki, ruslar yarıdilənçi erməni
köçkünlərini bəhanə edərək, XIX əsrin
əvvəllərində İrəvan yaylasında
"Armeniya" adında dövlət yaratdıqları kimi,
XX əsrdə də Qarabağda "Artsax" namında
imperiyanın tərkibində ikinci rus dövləti
yaratmağa israrlıdırlar. Kremlin Azərbaycan türklərinə
qarşı 20 ildən artıq müddətdə
apardığı "barış", "dostluq" və
"qardaşlıq" siyasətinin səmimi olmaması da
bunu sübut edir.
Arsak etnomənşəcə
kimdir?
Qısaca gətirəcəyimiz tarixi faktlar suala aydın
cavab verəcəkdir.
Tarix xəbər
verir ki, Makedoniyalı Aleksandr m.ö.331-cı ildə Qavqamel
yaxınlığında III Daraya (m.ö.336-330) qəti qələbə
çaldı və Persepolu atəşə verərək,
Maday imperiyasının Pers-Əhəməni sülaləsinin
(m.ö.550-330) səltənətinə son qoydu.
Bundan sonra yunanlı fateh qarşısıalınmaz
ildırım sürətilə Orta Asiyaya yürüşə
başladı.
O,Turan çöllərinin dərinliklərinə
doğru istiqamət alanda burada ayrı-ayrı adlar altında
məskən salmış saysız qohum türk tayfaları
vahid hərbi ittifaqda birləşərək istilaçı
yunan ordusunun qarşısını kəsdilər və
düşmənin üzünü Hindistan torpaqlarına
doğru istiqamət almağa məcbur etdilər.
Makedoniyalı Aleksandr "Böyük Şərq"
yürüşündən m.ö. 324-cü ilin mart ayında
Hindistandan Babilə qayıtdı. Böyük fateh "Maday
imperiyası"nın indiki Orta Asiyanın cənubundan
başlayaraq, Ön Asiyanı və Ön Qafqazı əhatə
edən coğrafiyanı "Böyük Maday" və
"Kiçik Maday" adı ilə iki nəhəng inzibati
bölgəyə ayırdı.
"Böyük Maday" coğrafiyasında fatehin yavəri,
görkəmli sərkərdə Selevkin şərəfinə
300 illik "yunan Selevk" imperiyasının əsası
qoyuldu.
Makedoniyalı Aleksandr Yekbatandan başlayaraq,
tarixi yürüşdə onunla çiyin-çiyinə
Maday-Alban ordusunun komandanı kimi sədaqətlə iştirak
etmiş cəsur döyüşçü, müdrik dövlət
adamı babamız Atarpatı m.ö. IV əsrin 20-ci ilinin
sonunda "Kiçik Maday"a hökmdar təyin etdi və
onun sülaləsinə "çarlıq" titulu verdi.
Sonralar ölkə babamız çar Atarpatın şərəfinə
"Atarpaten" adıyla Azərbaycan
türklərinin ən qədim dövr tarixində qan
yaddaşına çevrilmiş oldu.
Əjdər Tağıoğlu
professor
Olaylar.- 2020.- 25-26 fevral.- S.10.