Beynəlxalq ictimaiyyət dərk etməlidir ki, Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı yönəlib  

 

 

Xocalı sakinlərinə qarşı soyqırımı cinayəti Dağlıq Qarabağın işğalı planının tərkib hissəsi idi

 

Hər il olduğu kimi, bu il də Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar dünyanın bir sıra ölkələrində soyqırımı qurbanlarının xatirəsi anılır, qətliamın dünya ictimaiyyətinə tanıdılması istiqamətində müxtəlif tədbirlər keçirilir. Artıq bəzi ölkələrdə Azərbaycan diasporunun təşkilatçılığı ilə Xocalı qətliamının 28-ci ildönümünə həsr olunmuş tədbirlərə start verilib. Yeri gəlmişkən qeyd edək ki, bu il dünyanın 50-dən çox ölkəsində Xocalı soyqırımının qurbanları yad ediləcəyi nəzərdə tutulur. Artıq diaspora təşkilatlarımızın təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdə  Xocalı soyqırımı qurbanlarının yad edilməsi ənənə halını alıb. Belə ki, ötən il ABŞ tarixində ilk dəfə olaraq azərbaycanlılara məxsus olmayan qeyri-hökumət təşkilatları - Amerika Sefardlar Federasiyası, Amerika Müsəlmanları Liderləri İttifaqı Xocalı soyqırımı qurbanlarına həsr edilmiş geniş tədbir keçiriblər. Həmçinin ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində Holokost Muzeyi və Təhsil Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib. Bununla yanaşı, ABŞ-ın Vaşinqton, Nyu-York, Bruklin, Boston, Solt Seyk Siti, ÇikaqoMeyn şəhərlərində, o cümlədən Florida Ştatında da fevralın 26-dək Xocalı soyqırımının ildönümü ilə bağlı anım tədbirləri təşkil olunub. Qeyd edək ki, bu kimi tədbirlərin çoxsaylı ölkələrdə təşkil edilməsi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyət daşıyır. Tədbirlərdə səsləndirilən şüarlar, iştirakçılara paylanan braşüra, digər çapvodeo materiallar əyani vəsait olaraq Xocalı fasciəsinin mahiyyətini anlatmış olur. Nəzərə almaq lazımdır ki, Azərbaycan Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü siyasət yürüdür, ardıcıl tədbirlər həyata keçirir. Hələ 2001-ci ildə Azərbaycan Avropa Şurasına qəbul edildikdən az sonra-həmin il aprelin 26-da Avropa Şurası Parlamenti Assambleyasında Ermənistanın azərbaycanlılara qarşı törətdiyi soyqırımı siyasətinin tanıdılmasına dair ilk sənəd hazırlanıb. O vaxt nümayəndə heyətimizə rəhbərlik edən Azərbaycanın bugünkü Prezidenti İlham Əliyevin qətiyyəti sayəsində sənəd gerçəkləşib və imzalar toplanıb. Ümumilikdə 200-dən artıq sözün yer almasına icazə verilməyən bu sənəddə son 200 ildə ermənilərin xalqımıza qarşı həyata keçirdikləri soyqırımı siyasəti, eləcə də Xocalı faciəsi öz əksini tapıb. Son illərdə də Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm işlər görülməkdədir. Bu baxımdan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 2008-ci il mayın 8-də irəli sürdüyü "Xocalıya ədalət!" Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası təqdirəlayiqdir. Həmçinin bu istiqamətdə Azərbaycan diasporunun fəal nümayəndələri də ardıcıl işlər aparırlar. Təqdirəlayiq haldır ki, gğrülən işlərin nəticəsi olaraq artıq bir sıra ölkələrin parlamentləri tərəfindən Xocalı hadisələri soyqırımı aktı kimi tanınıb.

 

***

 

Qeyd edək ki, Xocalıda baş verənlər soyqırımı ilə əlaqədar beynəlxalq konvensiyaların müddəalarına cavab versə də, təəssüflər olsun ki, dünya ictimaiyyəti hələ də faciəyə siyasi qiymət verməyib. Ermənilərin törətdiyi müdhiş cinayətin xarakteri və miqyası BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada əksini tapmış müddəalara tam uyğundur. Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayanların məhz azərbaycanlı olduqlarına görə həyata keçirilib. Xocalı sakinlərinə qarşı soyqırımı cinayəti Dağlıq Qarabağın işğalı planı çərçivəsində Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasətinin növbəti mərhələsi idi. Məlum olduğu kimi, məhdud coğrafi zonada oxşar əməllərin törədilməsi keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Tribunalı tərəfindən soyqırımı aktı kimi tövsif edilib. Təəssüf ki, bir çox dövlətlərin ikili standartlardan çıxış etməsinin, bəzilərinin məsələyə ehtiyatla yanaşmasının nəticəsidir ki, dünya ictimaiyyəti Xocalıda baş verənlərin soyqırımı olduğunu dilinə gətirmək istəmir. Təsəvvür etmək çətindir ki, tarixdə analoqu olmayan belə qəddarlıq və vəhşilik XX əsrin sonunda dünyanın gözü qarşısında baş verib. Lakin dünya unudur ki, bu cinayət təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlib.

 

***

 

Azərbaycan öz həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə Almaniyanın Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığında yerləşən Paris meydanında Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi keçiriləcək. Dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə keçirilən mitinq fevralın 22-si saat 13:00-da baş tutacaq. Aksiyaya Azərbaycan, Almaniya, Niderland, Macarıstan, Polşa, İspaniya, İtaliya, Belçika, İsveç, Latviya, Litva, Estoniya, Çex Respublikası, Avstriya, İsveçrə, Norveç, Finlandiya, Fransa, Rumıniya, Xorvatiya, Böyük Britaniya, Yunanıstan, Moldova, Ukrayna, Gürcüstan, Türkiyə, ABŞ, Kanadabir sıra başqa ölkələrdə yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvlərinin qatılacağı gözlənilir. Aksiyanın vacibliyinə diqqət yönəldən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib ki, beynəlxalq təşkilatlarımız bütün ölkələrdə fəal olmalıdır. Çünki,  diaspor təşkilatlarını bir araya gətirən əsas ideyalardan biribirincisi Qarabağın azadlığı idayasıdır. "Hər bir diaspor təşkilatı və onun üvləri Qarabağın azadlığı idayasına xidmət etməlidirlər və bu istiqamətdə Azərbaycan dövlətinin yanında olmalı, öz dəstəklərini verməlidirlər. Azərbaycan dövlətinin apardığı siyasətin uğurla nəticələnməsi üçün oz paylarını verməlidirlər və son illərdə hiss olunur ki, bu istiqamətdə diaspor təşkilatlarımız xüsusilə də Avropada xeyli fəallaşıblar. Diaspor Komitəsinin yeni rəhbəri o istiqamətdə yorulmadan fəaliyyət göstərir və bizonu izləyirik. Bizim oradakı diaspor təşkilatları ilə əlaqələrimiz var, bizonlarla Qarabağ məsələsi ilə əlaqədar əməkdaşlıq edirik. Mən hesab edirəm ki, demək olar ki, bütün Avropanı əhatə edən bir mitinq olacaq. Hətta mən mətbuatdan izlədim ki, Amerikadan, digər yerlərdən də nümayəndələr bu mitinqdə iştirak edəcəklər. Avropadakı təşkilatlarla biz əlaqə saxlayırıq və şahidiyik ki, ciddi şəkildə hazırlaşırlar. Bu tədbirin əhəmiyyəti də böyükdürvacibdir. Dünya ictimaiyyətinə, Avropa ictimaiyyətinə birmənalı şəkildə Qarabağla bağlı həqiqətlər çatdırılmalıdır və bu məsələnin bir tərəfidir. Dövlətlər də, beynəlxalq təşkilatlar da Qarabağla bağlı həqiqətləri bilməlidir və Azərbaycanın haqlı mövqeyini başa düşməli, müdafiə etməlidirlər. Eyni zamanda bu cür mitinqlərin keçirilməsi, bu cür tədbirlərin keçirilməsi bizim Avropadakı diaspor təşkilatlarımızın, soydaşlarımızın bir araya gəlməsi, güclənməsi, qüdrətlənməsi, vahid mövqeyi ortaya qoyması üçün çox vacibdir. Belə aksiyaların ətrafında birləşmək diaspor təşkilatımızın gücünü artırır. Ona görə də hesab edirəm ki, nəzərdə tutulan mitinq çox müsbət bir hadisədir və hesab edirəm ki, hər kəs də buna dəstək verməlidir". Onu da vurğulayaq ki, bütün hallarda bəşəriyyət bilməlidir ki, Xocalı faciəsi son 200 ildə Azərbaycan xalqına qarşı aparılan soyqırımı siyasətinin ən qəddar mərhələsi olub. Odur ki, təkcə ildönümü günündə və ya ərəfəsində soyqırımını xatırlatmaqla kifayətlənmək olmaz. Bu istiqamətdə işlər davamlı görülməli, məsələyə tarixi kontekstdən və sistemli şəkildə yanaşılmalıdır.

 

Zəka

 

Olaylar.az

 

Olaylar.- 2020.- 22-24 fevral.- S.11.