İtaliya-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyur

 

 

İlham Əliyevin İtaliyaya səfəri iki ölkə arasında münasibətlərin daha da genişlənməsinə töhfə verəcək

 

Azərbaycan Respublikasının həyata keçirdiyi uğurlu xarici siyasət dünyanın aparıcı dövlətləri, eləcə də nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müsbət dəyərləndirilir. Elə bu səbəbdən də ölkəmizlə əməkdaşlığa üstünlük verilir, siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin genişləndirilməsi istiqamətində ciddi addımlar atılır. Xatırladaq ki, ölkəmizin çoxtərəfli və balanslaşdırılmış xarici siyasət kursunda Avropa İttifaqının aparıcı dövlətlərindən olan İtaliaya Respublikası ilə sıx münasibətlərin qurulması və inkişaf etdirilməsi, çevik siyasiiqtisadi siyasətin həyata keçirilməsi vacib amillərdən biridir. Qeyd edək ki, özünün coğrafigeoiqtisadi mövqeyi, zəngin təbii ehtiyatları ilə fərqlənən respublikamız fövqəldövlətlərin, o cümlədən İtaliaynın geostrateji maraq dairəsində mühüm yer tutmaqdadır. Prezident İlham Əliyevin İtaliya Respublikasına dövlət səfəri, səfər çərçivəsində keçirilən görüşlər və çoxsaylı sənədlərin imzalanması dediklərimizə bariz nümunədir. Sadalanan faktlar baxımından demək olar ki, Azərbaycan Prezidentinin İtaliyaya uğurlu səfəri iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi baxımından mühüm addımdır. Xatırladaq ki, Prezident İlham Əliyev səfər çərçivəsində İtaliya Respublikasının Prezidenti Sercio Mattarella,  İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Konte, İtaliya Respublikası Senatının Sədri, senator xanım Maria Elisabetta Alberti Kaselatti, İtaliya Respublikası Deputatlar Palatasının sədri Roberto Fiko ilə görüşüb. Görüş zamanı iki ölkə arasında çoxtərəfli əməkdaşlıq prespektivlərinin müzakirəsi heç şübhəsiz ki, mövcud əlaqələrin inkişafına təkan verəcək. Siyasi, iqtisadi, müdafiə, mədəni, turizm, enerji, kosmik və digər sahələr üzrə əməkdaşlıq haqqında müqavilələrin imzalanması isə bu əməkdaşlığın genişlənməsinə bir tövfədir. Konkret olaraq Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın inkişafı və gücləndirilməsi üzrə Birgə Bəyannamə qarşıdakı uzun illər ərzində iki ölkə arasında sıx əməkdaşlığı müəyyən edən vacib siyasi sənəddir. Bu sənəd ölkələr arasında strateji tərəfdaşlığın gələcək istiqamətlərini müəyyən edir, ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Birgə bəyannamə siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələri əhatə edən müfəssəl sənəddir. Bəyannamədə beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək göstərilməsi haqqında müddəanın nəzərdə tutulması İtaliya və Azərbaycanın yaxın, dost, müttəfiq ölkələr olduğunu göstərir.

 

***

 

Yeri gəlmişkən xatırladaq ki, İtaliya Azərbaycanın ərazi bütövlüyünü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir. Elə bu səbəbdən də Birgə Bəyannamədə İtaliya və Azərbaycanın bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına hörmətlə yanaşdığı və bunu dəstəklədiyi vurğulanıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktı, BMT və ATƏT tərəfindən qəbul edilmiş qətnamə və qərarların əsasında həllinə dəstək ifadə olunub. Siyasi ekspertlərin qənaətinə görə, İtaliya və Azərbaycan arasında imzalanmış Birgə Bəyannamə Avropa İttifaqı ilə Azərbaycan arasında saziş üçün gözəl əsas təşkil edə bilər. Politoloq Sahil İsgəndərov qeyd edib ki, artıq neçə ildir ki, Azərbaycan İtaliya münasibətlərinin yüksələn xətt üzrə inkişafını müşahidə edilir. Həm rəsmi Bakı, həm də rəsmi Roma iki ölkə arasında münasibətlərin məhz bu kontekstdə inkişafında maraqlı olmasının mahiyyətini gözəl anlayır. Politoloq bildirib ki, Azərbaycan konkret olaraq enerji ixracatçısı olaraq Avropanın enerji təhlükəsizliyində mühüm aktora çevrilib və ölkəmiz bu baxımdan da İtaliya üçün maraqlıdır: "Bildiyiniz kimi TANAP və TAP layihələri vasitəsilə Azərbaycan qazının bir hissəsi İtaliya ərazisindən keçir. Bu kontekstdə Azərbaycan İtaliya üçün önəmli olmaqla yanaşı, sözügedən ölkənin investisiya şirkətləri də Azərbaycan iqtisadiyyatında iştiraka xüsusi önəm verirlər". Azərbaycanla Avropa İittifaqı (Aİ) arasında əməkdaşlıq, tərəfdaşlıqla bağlı ikitərəfli sazişin hazırlandığını xatırladan politoloq söyləyib ki, Azərbaycan artıq Aİ-nin 9 ölkəsi ilə konkret olaraq bu kontekstdə ikitərəfli münasibətlər qurub, sazişlər imzalayıb. S.İsgəndərov qeyd edib ki, dövlət başçısının səfəri ümumilikdə Azərbaycan-Avropa münasibətlərinin inkişafına təkandır: "Bu baxımdan da Prezident İlham Əliyevin İtaliyaya səfəri təsadüfi deyil". Politoloq qeyd edib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə İtaliyada bir sıra humanitar tədbirlər keçirilib: "Bunun öz Azərbaycan mədəniyyətinin İtaliyada tanınması kontekstindən çox önəmlidir. Hər kəsə məlumdur ki, dünya xristianlığının əsas mərkəzi, qərargahı olan Vatikan Romada yerləşir. Bu o deməkdir ki, Azərbaycan konfesiyalararası, multikultural dövlət kimi Şərq və Qərb arasında körpü kimi İtaliya üçün maraqlıdır. Katolik kilsənin Azərbaycanda təmsilçiliyinin olması da iki ölkə arasında münasibətlərin müsbət səviyyədə olduğunun növbəti göstəricilərindən biridir. Bu baxımdan hesab edirəm ki, Prezident İlham Əliyevin də İtaliyaya səfəri iki ölkə arasında ikitərəfli münasibətlərin daha da genişlənməsi və dərinləşməsinə mühüm töhfə verəcək".

 

Onu da qeyd edək ki, İtaliya Azərbaycan üçün dünya miqyasında bir nömrəli tərəfdaşdır. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 6 milyard dollara çatıb. Həmçinin iki ölkə arasında siyasi, iqtisadi, enerji, mədəniyyət, turizm, kənd təsərrüfatı, hərbi, nəqliyyat, təhsil, idman, kosmos, investisiya və ixracın təşviqi və digər sahələri əhatə edən 20-dən çox sənəd imzalanıb. Yalnız Azərbaycanın enerji sektoru və Azərbaycanın sərhədlərindən kənarda maliyyələşdirdiyi enerji layihələri ilə bağlı İtaliya şirkətləri dəyəri 10 milyard ABŞ dollarına yaxın olan müqavilələr imzalayıblar. Qeyri-enerji sektorunda bu rəqəm 700 milyon dollardır. İqtisadçı ekspert Vüqar Bayramov deyib ki, İtaliya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 6 milyard dollardan çoxdur, bu ümumi ticarət dövriyyəsinin beşdə biri deməkdir: "Azərbaycan xüsusən də enerji məhsullarını Avropa bazarına İtaliya vasitəsilə ixrac edir. Bu baxımdan təbii ki, Azərbaycanla Avropa Birliyi arasındakı ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İtaliyanın payına düşür. Nəzərə alsaq ki, əvvəlki dövrlərdə və hazırda da İtaliya xam neft ixrac edireyni zamanda növbəti illərdə də İtaliya Azərbaycan arasındakı ticarət dövriyyəsinin daha da artacağı proqnozlaşır. Çünki, Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycan İtaliya bazarına mavi qaz nəql edəcək. Beləki, TAP layihəsi vasitəsilə Avropaya birinci mərhələdə 10 milyard kubmetr, ikinci mərhələdə 20 milyard kubmetr mavi qaz nəql ediləcək. Nəql ediləcək mavi qazın əhəmiyyətli hissəsi məhz İtaliya bazarına ixrac ediləcək ki, bu da təbii ki, İtaliya və Azərbaycan arasında iqtisadi münasibətlərin növbəti dövrdə də inkişaf edəcəyindən xəbər verir". İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, cənab Prezidentin İtaliyaya səfəri iki ölkə arasındakı münasibətlərin inkişafı baxımından və strateji əməkdaşlığın gücləndirilməsi baxımından kifayət qədər əhəmiyyətlidir: "Nəzərə alsaq ki, ölkə Prezidenti İtaliyada səfərində həm görüşlərdə Azərbaycanda aparılan islahatlar, Azərbaycanın iqtisadi potensialı ilə bağlı öz fikirlərini bölüşüreyni zamanda təbii ki, bu səfər İtaliyadan Azərbaycana xarici investisiyanın cəlb edilməsi üçünbir baza formalaşdırır. Bu baxımdan gözlənilir ki, Azərbaycan Prezidentinin İtaliyaya səfərindən sonra Azərbaycanla İtaliya arasında qeyri-neft sektorunda əməkdaşlığın güclənməsi müşahidə olunacaq. Beləki, iki ölkə arasında enerji sektorunda strateji əməkdaşlıq var, amma bu səfər eyni zamanda qeyri-neft sektorunda əməkdaşlığın gücləndirilməsi üçün inkanlar yarada bilər ki, bu həm də Azərbaycan sahibkarlarının İtaliya bazarına daha çox qeyri-neft məhsulları ixrac etməsi baxımından vacibdir. Eyni zamanda İtaliya investisiyasının Azərbaycanın qeyri-neft sektoruna cəlb edilməsinə təkan verəcək. O baxımdan Azərbaycan Prezidentinin İtaliyaya səfəri iki ölkə arasındakı əməkdaşlıqda yeni bir mərhələnin əsasını qoyacaq. Bu, imkan verəcək ki, Azərbaycan qeyri-neft sektoruna cəlb edilən investisiyaların strukturunda İtaliya sərmayəsinin payını artıra bilsin. İtaliya Azərbaycan qeyri-neft məhsullarının ixracatı baxımından cəlbedici bazarlardan birinə çevrilsin. O baxımdan təbii ki, son səfər ondan xəbər verir ki, İtaliya Azərbaycan münasibətləri artıq yeni mərhələyə qədəm qoyur".

 

Qeyd edək ki, Prezidenti İlham Əliyevin İtaliyanın ən böyük maliyyə-bank qurumu olan "Cassa Depositi Prestiti SpA"nın və bu ölkənin dünya səviyyəsində məşhur olan 10-dan çox ən iri, aparıcı sənaye və maliyyə qruplarının rəhbərləri ilə görüşü Azərbaycanın xarici iqtisadi əlaqələrinin inkişaf etdirilməsi, ölkəmizə yeni investisiya axınının təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan İtaliyanın bir sıra aparıcı şirkətləri ilə uzun illərdir sıx əməkdaşlıq edir, bəzi şirkətlər ölkəmizlə işləməyi planlaşdırır. Nəzərə almaq lzaımdır ki, Azərbaycan İtaliya üçün etibarlı və bir nömrəli xam neft təchizatçısıdır. İtaliyanın xam neft istehlakının 17 faizi Azərbaycanın payına düşür. Cənub Qaz Dəhlizi layihəsi, artıq 92 faiz icra olunmuşyekunlaşmaq mərhələsində olan TAP layihəsi Avropanın və İtaliyanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfədir. Sadalanan faktlar deməyə əsas verir ki, İtaliya Azərbaycan üçün vacib tərəfdaş olduğu qədər, Azərbaycan da İtalıya üçün bir o qədər əhəmiyyət kəcb edən ölkədir.

 

Alim  

 

Olaylar.az

 

Olaylar.- 2020.- 22-24 fevral.- S.8.