Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsində  

 

 

Azərbaycanın yerləşdiyi coğrafiyada mühüm amilə çevrilməsi, bütün parametrlər üzrə regionun aparıcı, lider dövlətinə çevrilməsi ölkəmizə olan beynəlxalq marağı getdikcə artırır. Bu maraq həm Azərbaycana baş tutan yüksək səviyyəli səfərlər, həm də dövlət başçısı Cənab İlham Əliyevin ayrı-ayrı ölkələrə rəsmi səfərlərə dəvət edilməsi fonunda özünü aydın şəkildə göstərir. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin İtaliyaya rəsmi dövlət səfərinə dəvət edilməsinin timsalında da bunun əyani şahidinə çevrildik. İstər səfər çərçivəsində keçirilən müxtəlif səviyyəli görüşlər, istərsə də imzalanan sənədlər onu deməyə əsas verir ki, dövlət başçısının İtaliyaya səfəri ölkələrimiz baxımından səmərəli olub. Elə əksər ekspertlər də bu qənaətdədirlər. Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib ki, yüksək beynəlxalq nüfuza, müsbət reputasiyaya malik olan, dünyada böyük etimad qazanan müstəqil Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Onun sözlərinə görə, ölkəmiz praqmatikçoxvektorlu xarici siyasət kursu ilə regionalqlobal təhlükəsizliyə fundamental töhfələr verir, beynəlxalq miqyasda əməkdaşlığın dərinləşməsində və inteqrasiyanın intensiv xarakter daşımasında mühüm rol oynayır: "Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşdırılan transmilli enerji və nəqliyyat-kommunikasiya layihələrinin səmərəli geostrateji nəticələri bunun bariz nümunəsidir. Bəhs olunan aşkar reallıqların fonunda istər regional, istərsə də qlobal miqyasda mühüm təsir imkanları və mexanizmlərinə malik olan müstəqil milli dövlətlər, eləcə də beynəlxalq münasibətlər sistemində güc mərkəzləri kimi çıxış edən ölkələr tərəfindən Azərbaycanın dünya siyasətində fəal rolu yüksək qiymətləndirilir, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük əhəmiyyət verilir. Bu baxımdan, Avropanın lokomotiv aktorlarından olan İtaliya Respublikasının Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verməsi ayrıca qeyd edilməlidir. Öz növbəsində, Azərbaycanın xarici siyasət kursunda da İtaliya ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur". Millət vəkili qeyd edib ki, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliyaya dövlət səfəri tərəflər arasında müxtəlif sahələri əhatə edən çoxşaxəli əlaqələrin inkişafı baxımından böyük əhəmiyyətə malikdir: "Əlamətdar haldır ki, bu səfər cari ildə İtaliyaya xarici ölkələrin dövlət başçıları tərəfindən edilən ilk dövlət səfəridir. Bu fakt İtaliyanın Azərbaycanla dostluq və tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafına verdiyi dəyərin bariz nümunəsi - əyani ifadəsidir. Dövlətimizin başçısının bəhs olunan ölkəyə səfəri zamanı keçirilən görüşlər və imzalanan çoxsaylı sənədlər iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın yüksək səviyyədə olmasını əks etdirir. Azərbaycan Prezidentinin italiyalı həmkarı Sercio Mattarella, İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Konte, İtaliya Respublikası Senatının Sədri xanım Maria Elisabetta Alberti KaselattiDeputatlar Palatasının Sədri Roberto Fiko ilə görüşləri zamanı səsləndirilən fikirlər iki ölkə arasında münasibətlərin həm də yaxşı perspektivlərə malik olmasını təsdiq edir. Səfər çərçivəsində iki dövlət arasında ümumilikdə 28 sənədin imzalanması isə siyasi, müdafiə, iqtisadi-ticarət, energetika, yüksək texnologiyalar, nəqliyyat, infrastruktur, mədəni, elmi, turizm, idman sahələrində əlaqələrin inkişafına vacib töhfədir. Ən mühüm məqamlardan biri isə "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə"nin imzalanmasıdır. Sənəd bilavasitə Prezident İlham Əliyev və Baş Nazir Cüzeppe Konte tərəfindən imzalanıb. Birgə Bəyannamədə tərəflərin bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək ifadə etmələri isə strateji əhəmiyyətə malikdir. Sənəddə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında, BMT və ATƏT-in müvafiq sənəd və qərarlarında təsbit olunduğu kimi, habelə ATƏT-in himayəsi altında aparılan danışıqlar prosesi çərçivəsində sülh yolu ilə nizamlanmasının birmənalı şəkildə dəstəklənməsi tarixi önəm kəsb edir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, dünyanın diqqətində olan 56-cı Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə Azərbaycan Prezidenti tərəfindən tarixi, hüquqisiyasi reallıqların beynəlxalq ictimaiyyətin diqqətinə qətiyyətlə çatdırılmasındam sonra sözegedən strateji sənəddə ölkəmizin haqlı və ədalətli mövqeyinə dəstək xarakterli müddəaların əksini tapması növbəti mühüm diplomatik nailiyyətdir. Başqa sözlə, Avropa İttifaqının aparıcı ölkələrindən biri ilə imzalanmış Birgə Bəyannamədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktı, BMT və ATƏT tərəfindən qəbul edilmiş qətnamə və qərarlar əsasında həll olunmasınin göstərilməsi Azərbaycanın ardıcıl və məqsədyönlü strateji diplomatiya siyasətinin çox əhəmiyyətli uğurudur. Birgə Bəyannamədə əksini tapmış mühüm məsələlərdən biri tərəflərin Trans Adriatik Boru Kəməri (TAP) layihəsinin vaxtında tamamlanması üçün səylər göstərəcəklərini ifadə etmələridir. Bu, heç şübhəsiz, regional və beynəlxalq təhlükəsizlik, o cümlədən Avropanın enerji təhlükəsizliyi baxımından olduqca önəmlidir. Çünki TAP Cənub Qaz Dəhlizinin tam fəaliyyət göstərməsinə, Azərbaycan qazının Avropaya çatdırılmasına yeni imkanlar yaradacaq. Beləliklə, təbii qaz mənbələrinin və təchizat marşrutlarının şaxələndirilməsi ilə Avropa enerji təhlükəsizliyi möhkəmləndirilmiş olacaq. Bütövlükdə, Azərbaycanın təşəbbüsü ilə reallaşan və Avropanın ən böyük infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Azərbaycan İtaliya ilə sıx əməkdaşlığı strateji xarakter daşıyır. Səfər zamanı diqqət mərkəzində olan əhəmiyyətli məsələlərdən biri tərəflər arasında ticari-iqtisadi münasibətlərin inkişafı oldu. Məlumdur ki, İtaliya Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. Keçən il İtaliya ilə ümumi ticarət dövriyyəmiz 6 milyard dollardan artıq olub. Ümumilikdə isə, İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92 faizi Azərbaycanın payına düşür. Ötən il Azərbaycan İtaliyanın ən böyük xam neft təchizatçısı olub. Bu faktlar həm də dünya iqtisadiyyatına uğurla inteqrasiya edən Azərbaycanın beynəlxalq miqyasda səmərəli və məhsuldar ticari-iqtisadi əlaqələrinin daha bir göstəricisidir. Nəticə etibarilə, dövlətimizin başçısının bəhs olunan səfəri, səfər çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən sənədlərin imzalanması və digər mühüm faktlar dostluqstrateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətlərinin yeni inkişaf mərhələsinə yüksəldiyini deməyə əsas verir".

 

Millət vəkili Sahib Alıyev də hesab edir ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin İtaliyaya dövlət səfəri olduqca səmərəli keçdi və səfər zamanı ikitərəfli əməkdaşlığa dair imzalanan sənədlər Roma ilə Bakı arasında qarşılıqlı faydalı əməkdaşlıqda yeni bir mərhələnin əsasını qoydu: "Dövlət səfəri rəsmi qarşılanmaların ən yüksək statuslusu sayılır və bir ildə iki, uzağı 3 ölkənin rəhbəri üçün bu cür protokol təşkil edilir. İtaliyada cari ildə ilk belə yüksək diqqət məhz Prezident İlham Əliyevə göstərildi. Demək, 2020-ci ilin İtaliyada "Azərbaycan ili" elan edilməsi sadəcə xoşməramlı protokol jesti deyil, dövlətimizə verilən önəmdir və burada ölkəmizin sadəcə regionda yox, dünyada oynadığı rol, eyni zamanda da müsəlman dövlətləri içərisində fərqliliyi əsas götürülüb. Bu fərqlilik Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevayla Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin görüşündə də vurğulandı. Yeri gəlmişkən, informasiyalı adamlar bilməmiş deyillər ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinin təqdim edilməsi nə deməkdir. Bu həm də o deməkdir ki, hayların bağlı qapılar arxasında Dağlıq Qarabağ konfliktini sivilizsiyalararası qarşıdurma kontekstindən təqdim etmək cəhdləri arzuladıqları effekti verməyəcək". Millət vəkili bildirib ki, Papayla görüşdə ölkəmizin bütün dinlər arasında qarşılıqlı anlaşmanın yaranmasına çalışmasının və bu baxımdan dünyaya örnək olmasının vurgulanması da bir növ bu dediklərimizin təsdiqidir: "Bax, praqmatizmə dayanan belə siyasətin yeridilməsinin nəticəsidir ki, biz hazırda hayları məhz din faktoruna görə özləri üçün doğma meydança saydıqları Avropada yerlərində oturda bilirik. Bu baxımdam diqqətimi çəkən ikinci mühüm olay fevralın 22-də 30-a yaxın ölkədəki diaspor təşkilatlarımızın təşəbbüsüylə Berlində Paris meydanında Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Qarabağ mitinqinin keçirilməsi idi. Prezident İlham Əliyevin Münhendə Ermənistan baş nazirini siyasidiplomatik nokauta salmasından sonra belə bir tədbirin düzənlənməsi bir tərəfdən dövlətimizin eyni məqsəd uğrunda necə düşünülmüş sinxron, ardıcıl siyasəti apardığını ortaya qoyursa, digər tərəfdən də Ermənistan rəhbərliyini nədən son günlər cəbhədəki vəziyyətlə bağlı qapalı toplantılar keçirdiyinə aydınlıq gətirir. Yəni bu cür diplomatiksiyasi həmlələrdən sonra da Ermənistan konstruktiv danışıqlar aparmaq istəməyəcəksə (Nikol Paşinyanın son açıqlaması göstərir ki, bunu istəmir də), onda Azərbacanın bir yolu qalır ki, onun daolduğu hər kəsə, o sıradan haylara da aydındır. Orası da mümkündür ki, digər diplomatik hazırlıqların da baş verməməsi üçün haylar özləri cəbhədə vəziyyəti gərginləşdirməyə çalışsınlar və biz bu variantı da nəzərdən qaçırmamalıyıq".

 

Füzuli

 

Olaylar.az

 

Olaylar.- 2020.- 25-26 fevral.- S.6.