Azərbaycan mədəniyyəti üçün Avropaya açılan daha bir qapı  

 

 

Dövlət başçısının İtaliya səfəri və bu ölkədə "Azərbaycan İli"nin elan edilməsi bu prosesi daha da sürətləndirəcək

 

Azərbaycan bir qayda olaraq yaxın və uzaq ölkələr, region dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı inkişaf etdirməyə, qarşılıqlı faydalı əməkdaşlıq qurmağa maraq göstərir və bu istiqamətdə çox ciddi addımlar atır. Müntəzəm olaraq həm Bakıya edilən yüksək səviyyəli dövlət səfərləri, həm də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müxtəlif ölkələrə rəsmi səfərləri bu əməkdaşlığın daha da inkişaf etdirilməsinə təkan verir. Maraqlı məqamlardan biri ondan ibarətdir ki, Bakı qədər, eyni zamanda buya digər ölkələr də Azərbaycanla əməkdaşlığa ciddi maraq göstərir, bu əlaqələri inkişaf etdirmək istiqamətində məqsədyönlü addımlar atır. Bu isə Azərbaycanın həm regionda əhəmiyyətli yer tutması, güclü nüfuza, siyasi çəkiyə sahibliyi, həm də zəngin enerji ehtiyatlarına malik olması ilə əlaqədardır. İndi Avropanın böyük əksəriyyəti Cənubi Qafqazda Azərbaycanla əməkdaşlıqda maraqlı görünür. Necə ki, bu marağı elə bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin İtaliyaya rəsmi səfəri fonunda da aydın müşahidə edirik. Məlumat üçün qeyd edək ki, dövlət başçısı səfər çərçivəsində İtaliyada bir sıra mühüm görüşlər keçiribiki ölkə arasında müxtəlif sahələri əhatə edən sənədlər imzalanıb. Roma-Bakı əlaqələrinə, əməkdaşlığına təkan verən bu səfər həm də keçən il İtaliya prezidentinin Azərbaycana rəsmi səfərindən sonra ikitərəfli münasibətlərdə yaranmış yeni bir mərhələnin daha da inkişaf etdirilməsi deməkdir. Azərbaycan dövlət başçısının İtaliyaya səfəri və biurada keçirdiyi çoxsaylı görüşlər bütün detalları ilə mühüm əhəmiyyətlidir. Bu sırada bu il İtaliyada Azərbaycan İlinin elan edilməsi xüsusi qeyd edilməlidir.

 

Azərbaycan Prezidentinin İtaliyaya səfəri birmənalı olaraq yüksək qiymətləndirilir və Avropanın inkişaf etmiş bu ölkəsi ilə Bakı arasında əlaqələrin inkişafı Azərbaycanın maraqları baxımından əhəmiyyətli sayılır.  Millət vəkili Nəsib Məhəməliyev deyib ki, Azərbaycan Prezidentinin bu ölkədə yüksək səviyyədə qarşılanması Romada Bakıda olan münasibətin göstəricisidir: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İtaliya Respublikasına dövlət səfəri çərçivəsində müxtəlif səviyyəli görüşlər keçirildi, siyasi, iqtisadi, müdafiə, mədəni, turizm, enerji, kosmik və digər sahələr üzrə əməkdaşlıq haqqında müqavilələrin imzalandı. Cənab Prezidentinbirinci vitse Prezident Mehriban xanım Əliyevanın qarşılanma mərasimindən tutmuş, müzakirə olunan məsələlərin geniş spektri,iki ölkə arasında münasibətlərin ən yüksək səviyyədə olmasının göstəricisidir. İtaliya, dünyanın 7- ci, Avropanın 4- iqtisadiyyatına sahib olmaqla ,"Böyük yeddiliyin" üzvüdür. Özünəməxsus qədim tarixə və mədəniyyətə malikdir. Paytaxtı Roma şəhərində dahi Azərbaycan şairifilosofu Nizami Gəncəvinin heykəli qoyulub.

Prezidentlərin keçirdiyi mətbuat konfransında İtaliya Respublikasının Prezidenti cənab Serjo Mattarelanın, 2020- ci ilin İtaliyada "Azərbaycanili" elan edilməsi ilə bağlı bəyanatı, düşünürəm ki, hər birimizin ürəyincə oldu. Bu da faktdır ki, son illər Avropanın enerji təhlükəsizliyində mühüm əhəmiyyət kəsb edən, Cənub Qaz dəhlizinin bir qolu olan TAP layihəsinin icrası ilə bağlı süni şəkildə əngəlliklər yaradılırdı. Aralarında erməni lobbisinin də fəal şəkildə iştirak etdiyi maneələr aradan qaldırıldı və yaxın vaxtlar da tikinti başa çatacaqdır. TAP-ın istifadəyə verilməsi isə, Azərbaycana iqtisadi dividentlər gətirməklə yanaşı,siyasi nüfuzunu da artıracaqdır. Bütün bunlar dövlətimizin Başçısı cənab İlham Əliyevin apardığı çoxşaxəli siyasətin və beynəlxalq aləmdə şəxsinə olan inamın, hörmətin nəticəsidir".  Müstəqil ekspert Zeynal Əmralıyev isə hesab edir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliyaya səfəri Azərbaycan - Avropa əlaqələrinin inkişafına mühüm tövhə verəcək. Onun sözlərinə görə, bu səfər zamanı qazanılmış uğurlar - imzalanan sənədlər və xüsusilə də İtaliyada bu ilin " Azərbaycan ili " elan edilməsi Azərbaycana öz milli mədəniyyətini, musiqisini, mətbəxini və folklorunu dünya mədəniyyətinin ilk və sanballı məskənlərindən biri olan İtaliyada nümayiş etdirmək imkanı verəcək: "Bu səfərlə Azərbaycan mədəniyyəti üçün Avropaya daha bir qapı açılmış oldu. Roma şəhəri dünya sivilizasiyasının ən qədim məskənlərindən biridir. Füsunkar təbiətli bu şəhər həm Avropanın siyasi qərarlarının qəbulunda, həm də turizm məskəni kimi mühüm əhəmiyyətə malik bir ölkədir.Azərbaycanın son zamanlar qeyri - neft sektorunun inkişafına çalışdığını və bu sahədə ən uğurlu sahələrdən birinin məhz turizm sektoru olduğunu nəzərə alsaq İtaliya ilə işgüzar əlaqələrin genişlənməsi çox mühümdür. Çünki İtaliya bu sahədə öz uğurları ilə sözünü demiş bir ölkədir. Dövlət başçısının İtaliya adamları ilə işgüzar naharıda məhz buna görə xüsusi əhəmiyyət daşıyan bir məsələdir. Azərbaycan ədəbiyyatının şahı sayılan Nizami Gəncəvinin Roma şəhərində möhtəşəm abidəsinin ucaldılması onu öz adlarına çıxarmaq istəyənlər üçündə laiqli cavabdır".

 

Süleyman

 

Olaylar.az

 

Olaylar.- 2020.- 22-24 fevral.- S.5.