Hayların Ön Qafqazda rus imperiya tarixi  

 

 "Arsak/Artsax" toponiminin etnomənsubiyyəti

 

 

Yunanlı fateh m.ö.323-cü ilin baharında ağır xəstəlikdən Babildə vəfat etdi.    

Mövzumuzla əlaqədar qeyd edək ki, "Böyük Maday"ın - Selevk-yunan imperiyasının Şərq əraziləri Orta Asiyanın cənubunda Kırkan (indiki Xəzər) dənizinin sahillərində yerləşmiş Part  ölkəsindən başlayaraq, əhalisi türklər olan qonşu Ariaini ("Arilərin ölkəsi"), Soqdia, Baktiriya ölkələrini əhatə edirdi. Yunan hersoqu Andraqorasın iqamətgahı Part ölkəsində yerləşirdi. Hersoqluğun şimal qonşuluğunda Kırkan dənizinin ləpədöyənindən Oksa (Ceyhun, indiki Amu-Dərya) çayının sahillərində hüdudlanan geniş Turan çöllərində ayrı-ayrı adlarda (Strabon) saysız türk tayfaları yaşayırdılar. Bu tayfalardan biriMaday imperiyasının banisi Dayekun mənsub olduğu hərbiləşmiş Day tayfaları idi. Daylar tarixin bir çağında yaxın qohumları olan Barani eli ilə birlikdə Böyük Köçlə Ön Asiyadan gəlib, Orta Asiyada qohum tayfaların arasında məskunlaşmışlar. Haqqında söhbət gedəcək Başbuğ Arsak da Dayların nəsil budağı olan Parn tayfaları arasından çıxmışdı. Siyasi məqsədlə nəsillərimizə unutdurulmuş təkzibedilməz bu tarixi həqiqət bir daha sübut edir ki, ümumtürk epoxasının ayrı-ayrı yüzilliklərində MadayPart imperiyasının əsasını qoymuş Başbuğlar vahid qüdrətli hərbçi türk tayfa ittifaqının ən yaxın qohum qollarına mənsub görkəmli sərkərdələr olmuşdular.

 

Babalarının hərbi döyüş ənənələri üzərində öz həyat tərzini yaşayan Parn tayfa ittifaqının yeni nəsil Başbuğu Arsakın komandanlığı altında m.ö. 250-ci ildə Oksa çayının sahillərindən, başqa sözlə, azad Turan çöllərindən qarşısıalınmaz güclü axınla qədim türk torpağı olan Part ölkəsində yerləşən Selevk-yunan satraplığına hücum etdi.

 

Arsak ağır döyüşdə yunan hersoqu Andraqorası öldürdüonun ordusunu qılıncdan keçirdi, ata-baba ölkəsinə sahib oldu. Bundan sonra Arsak Part hersoqluğuna tabe olan Selevki satraplıqlarını - Ariaini, Soqdia, Baktiriya, habelə Hırkan (Alban, Kaspi, Xəzər) dənizinin cənub-şərq sahillərində yerləşən Hırkan ölkəsini işğaldan azad etdi. Bununla da ümumtürk tarixinin 475 illik (m.ö.250, m.s.225-ci illər) qədim Parn Türk tayfa ittifaqının səltənət tarixinin əsası qoyuldu. Ümumtürk tarixinin bu dövrü onun banisi Başbuğ Arsakın şərəfinə dünya tarixində "Arsaklılar", yaxud qədim yunanların "Parfiya" adlandırdıqları "Part" ölkə adı ilə qeydə alındı.

 

Alman tarixçisi Ö.Mommsen öz üçcildlik monumental əsərində Arsaklı çar sülaləsi haqqında danışarkən onların mənsub olduqları Parn tayfalarının indiki Xəzər dənizinin cənub-şərq sahillərində yaşadıqlarından və onların Turan soyundan olduqlarından bəhs edərkən yazır: "Onlar Turan Arsaklılar hakimiyyəti yaratdılar, lakin yüz ildən sonra tanındılar."

 

M.ö.160-139-cu illərdə Arsaklı çarı olmuş I Mitradat ("Avesta"da şimşək-ildırım tanrısı Mitranın şərəfinə. Başqa xalqların ədəbiyyatında "Mitridat") BaktiriyaSind (Hind) boylarından başlayaraq, qarşısıalınmaz sürətlə Bağdad torpaqları istiqamətində irəliləyir, saysız mahal, şəhər və ölkələri işğal edir. O, m.ö.140-cı ildə Selevki çarı II Demetri Nikatoru açıq döyüşdə məğlubiyyətə uğradır və onun Dəclə çayı sahilində yerləşən mərkəzi şəhəri Selevkiyanı, bununla da bütün Mesopotamiyanı Part imperiyasının siyasi-inzibati ərazisinə daxil edir. I Mitradat Kiçik Asiyada KapadokiyaFrat (Fərat) çayınadək olan əraziləri də yunan-Selevki işğalından azad edir. Yunan işğalçılarının əlində şimali SuriyaKilikiya qalır. I Mitradat bununla da Part imperiyasının hüdudlarını Orta Şərqə və Anadolu torpaqlarına doğru genişləndirmiş olur.

 

Qədim türk tarixinin görkəmli mütəxəssis alimi Zvelin Klenqel - Brandt da m.ö.140-cı illərdə baş vermiş tarixi hadisələr barədə yazır: "Bizim eranın 140-cı ilində parfiyalılar (partlılar.- Ə.T.) indiki İrandan Mesopotamiyaya hücum edib, Babili işğal etdilər. Onlar dağıdılmış nəhəng binaların yerində Ktezifont mərkəzi şəhərini saldılar, Babil çarlarının saraylarını yerlə-yeksan etdilər."

 

Görkəmli alim X. Treydler yazır ki, bundan sonra Mesopotamiya 300 ildən artıq Arsaklı çarlarının hökmranlığı altında qaldı. Onların mərkəzi iqamətgahı indiki Bağdadın yaxınlığında Ktesifon (ərəblər bu şəhərə "Mədain" dedilər. Mədain sasanilərin dövründə perslərin mərkəzi şəhəri olmuşdur) şəhərində yerləşirdi.

 

Qədim Şərq tarixinin araşdırıcısı Filip Qyuiz Arsaklıların Ön Asiya tarixini araşdırarkən yazır: "Parfiyalılar (partlılar.- Ə.T.) II Mitradatın (m.ö.123-88) dövründə birinci dəfə Armeniyaya (Arme-Mtsibin) hücum etdi öz hakimiyyətini Fratın (Fəratın) yuxarı hissəsinədək genişləndirdi."

 

Mövzumuza aydınlıq gətirmək üçün Filip Qyuizin fikrinə tarixi kontekstdən yanaşaq.

 

Mötəbər mənbələrdən məlumdur ki, Krım yarımadasından dəniz yolu ilə Anadolu torpaqlarına gəlmiş Tavr türk tayfalarının adını yaşadan Tavr dağ silsiləsinin (erməni tarixçiləri bura süni olaraq, "Armeniya" dağ silsiləsi deyirlər) hündür zirvəsində yerləşən assuriya yazılarında "Şupria" adı ilə qeydə alınmış kiçik bir ölkə Biaini çarı Ursun (m.ö.605-585) tərəfindən işğal edildi. Şuprianın yerləşdiyi coğrafiyaya işarə olaraq, biainilər onu öz dillərinə uyğun olan "Arme", yəni "Hündür ölkə" adı ilə tarixə nişan verdilər. Ölkənin Azərbaycan türklərinin Anamayasında iştirak etmiş qədim yerli əhalisi olan Mar tayfaları tarixin bir çağında Urmiya gölü ətrafından gəlib, bu dağın əlçatmaz zirvəsində məskunlaşmışdılar. Bu ölkəni "Armeniya" adlandıran Filip Qyuiz heç təsadüfi deyildir ki, "Armeniya" sözünün qarşısında "Arme-Mtsibin" toponimlərini qeyd edir. Müəllif bununla da rusdilli ədəbiyyatda işlədilən "Armeniya" anlamının erməni tarixçilərinin saxta iddiaları ilə heç bir əlaqəsi olmadığını, onun mənşəyinin Mar əhalisinin "Arme" ölkə adı ilə əlaqələnd olduğunu tarixi aydınlıqla aşkara qoymuş olur. Qeyd edək ki, "Arme" toponimi ayrı-ayrı xalqların ədəbiyyatında müxtəlif şəkillərdə, formalarda işlədilmişdir. Bu barədə ayrı-ayrı kitablarımda geniş araşdırmalar aparılmışdı.

 

Mötəbər mənbələrdən məlumdur ki, Selevk-yunan çarı III Antioxun (m.ö.223-187) dövründə "Suriya çarlığı"nın tərkibində canişinlik olmuş Arme yunan "strateqi" ("komandanı") Artaksi (Strabon) tərəfindən idarə edilirdi. M.ö.190-cı ildə III Antiox romalılar tərəfindən məğlub edildikdən sonra tarixi şəraitdən müdrikcəsinə istifadə edən Artaksi (m.ö.188-145) Arme canişinliyini m.ö.188-ci ildə müstəqil çarlıq elan etdi. O, iqamətgahını Filip Qyuizin işarə etdiyi Mtsibin şəhərində yerləşdirdi. Kilsə anonim keşiş M.Xorenatsi "Arme çarlığı"nın banisi Artaksiyə (Strabon) "Atarpaten əsilzadəsi Mar Artaşes"- deyəndə, Artaksinin haylarla (ermənilərlə) heç bir əlaqəsi olmadığını, onun Atarpaten hökmdarı Atarpatın çar sülaləsi ilə ilişikli Mar tayfa əhalisinə mənsubiyyətini etiraf edir. Strabon yazır ki,Artaksi "kiçik Arme ölkəsini qonşu torpaqları hesabına genişləndirmişdi."

 

Mötəbər mənbələrdən məlumdur ki, Artaksi Anadolu torpaqlarından başlayaraq, Ön Qafqaz Oğuz Albaniyasının torpaqlarını işğal etmiş, "kiçik çarlığın" hüdudlarını Alban dənizinədək genişləndirmişdi. Bu hadisədən sonra Mar sərkərdəsi Artaksi Oğuz Albaniyasının cənubdan Dərəşamdan Alban dənizinə, şimaldan Pont dənizindən (Qara dəniz) Dərbənd torpaqlarını əhatə edən geniş coğrafiyanı altı inzibati əraziyə (Strabon) bölmüşdür. O, bununla ümumtürk tarixinin 200 (m.ö.188-m.s.10-Fəxrəddin Kırzıoğlu) illik Artaksilər (bəzi erməni tarixçilərində "Artaşesidlər") epoxasının əsasını qoymuşdur. Bu tarixi həqiqət sübut edir ki, "Arme çarlığı"nın banisi Artaksi , onun varisi Artavast nəvəsi Tiqran da erməni kilsəsində anonim keşiş M.Xorenatsinin adına üç türk dövlətinin (Biaini, Arme, Part) mifoloji filoloji ədəbiyyatı əsasında tərtib edlmiş "Armeniya tarixi"ndə "erməniləşdirilmişdir". Bu tarixi fakt bir daha sübut edir ki, erməni tarixçilərinin əsrlərdən bəri siyasi məqsədlə uydurduqları, lakin bəşər tarixinin tanımadığı "Armeniya", "Kiçik Armeniya", "Böyük Armeniya" adında mifik "armyan" "dövlətləri" olmuşdur. Ermənilərin   Azərbaycan türklərinin Anamayasında iştirak etmiş Mar tayfaları ilə, Başbuğ Artaksi (M.Xorenatsidə "Mar Artaşes") ilə heç bir soy-kök əlaqələri yoxdur. Araşdırmamızın mahiyyəti ilə bağlı onu da xatırladaq ki, Arsaklıların yürüşünədək tarixin bu çağında hər hansı mənbədə Oğuz Albaniyasının ərazisində "Qarabağ", "Arsak" adında toponimlər qeydə alınmamışdır.

 

Arsaklıların Ön Asiyaya Ön Qafqaza ikinci böyük yürüşləri II Mitradatın (m.ö.123-88) dövründə başlayır.

 

Tarix xəbər verir ki, II Mitradat  Əfqanıstanın və Sindin (indiki Hindistanın) bir hissəsini ələ keçirdikdən sonra böyük yürüşlə Yaxın Şərqə gəlir. O, Arme çarı Artavastın üstünə güclü ordu hissəsi göndərir. Artavast qeyri-bərabər qüvvə ilə üz-üzə döyüşə girir, ancaq məğlub olur. Bundan sonra Artaksinin dövründə Arme çarlığının hərbi-inzibati ərazisinə daxil edilmiş Frat (Fərat) çayının yuxarı axarından başlayaraq, Anadolu torpaqları və Alban dənizinədək olan Ön Qafqaz torpaqları II Mitradatın işğal ərazisinə çevrilir. Bununla da Part imperiyasının hərbi-inzibati coğrafiyası Ön Asiyanın və Ön Qafqazın torpaqları hesabına genişləndirildi. Beləliklə, Başbuğ Arsakın banisi olduğu Arsaklı sülaləsinin 475 illik Part-türk imperiyasının tarixi hüdudları yaranmış oldu.

 

Olaylar.- 2020.- 27-28 fevral.- S.10