Yunus Oğuz:
“Əsas prinsipim hökmdarların həyatlarını
obyektiv şəkildə
araşdırmaqdan ibarətdir”
Qələmə aldığı əsərləri,
tarixi romanları təkcə Azərbaycanda
deyil, eləcə də dünyanın əksər
ölkələrində sevilən yazıçı-publisist,
tarixi romanlar müəllifi
Yunus Oğuza
xüsusilə Orta Asiya
regionunda böyük maraq göstərilir. Bu da səbəbsiz deyil. Belə
ki, yazıçının "Əmir Teymur" romanı Özbəkistanda Azərbaycanda
olduğu qədər sevilir.
Elə bunun göstəricisidir ki, Özbəkistanın kütləvi informasiya vasitələri, müxtəlif qəzet
və internet portalları müntəzəm
olaraq yazıçı Yunus
Oğuzdan müsahibə
götürürlər. "OLAYLAR" xəbər verir ki, bu
günlərdə Yunus Oğuzun
Özbəkistanda nəşr olunan "Pravda vostoka" qəzetində növbəti
müsahibəsi dərc edilib. Müsahibədə
müəllif qeyd edir
ki, Yunus Oğuz tanınmış azərbaycanlı
yazıçı-türkoloq, tarixçi,
publisist, politoloq və
jurnalist olmaqla
yanaşı, həm də, bir sıra elmi və bədii əsərlərin müəllifidir.
Ona xüsusi
populyarlıq qazandıran isə dünyanın müxtəlif
dillərinə tərcümə edilmiş
tarixi romanlarıdır. Bundan
başqa, bütün
dünyada yazarın "Türkün
gizli tarixi",
"Əmir Teymur:Zirvəyə doğru",
"Türkün tarixinə yeni bir baxış",
"Qədim Anadolu və Azərbaycan
türkləri" və sairə bu kimi tarixi-publisistik əsərləri
məşhurdur. Müsahibədə daha çox müəllifi olduğu
"Əmir Teymur" romanına diqqət
çəkən yazıçı qeyd edib ki, bir
zamanlar Əmir Teymuru neqativ tərəfdən təqdim etmək üçün hər şey
edilib. Lakin həqiqətdə
onun Mərkəzi Asiya
regionunda dövlətçiliyin
inkişafında qoyduğu misilsiz səyi danmaq olmaz: " Misal üçün, Cəlaləddin Məngübirdi
Çingiz xanın dövründə
yaşayıb və tarixdə ona
qarşı mübarizə aparan bir şəxsiyyət kimi
yadda qalıb. Çingiz
xanın tarixindən yazarkən bu
faktı görməzdən gəlmək olmaz.
Bu bizim ümumi tariximizdir və insanlara bu həqiqətləri
olduğu kimi
çatdırmaq lazımdır ki, xalq öz qəhrəmanlarının
tanıya bilsin. Tarixi
mənbələrdə onların fəaliyyətilə
bağlı təhrif olunmuş və ya onların xidmətləri haqqında ötəri
yazılmış faktları oxuduqda çox təəssüflənirəm. Mənim
əsas prinsipim hökmdarların həyatlarını
obyektiv şəkildə
araşdırmaqdan ibarətdir". Tarixi
romanları qələmə alarkən tarixi
mənbələrə daha çox diqqət yetirdiyini
deyən Yunus Oğuz bildirib ki, hər zaman yazdığı qəhrəmanlar
haqqında həmin dövrün orjinal materiallarına əsaslanıb: "Məsələn, "Nadir
şah" romanını yazarkən, o vaxtın bütün ədəbiyyətını
araşdırmışdım. Əmir Teymurun
bioqrafiyası ilə tanış olarkən isə, "Zəfərnamə"ni
diqqətlə təkrar-təkrar oxumuşdum.
Çalışırdım daha çox XIX və XX əsrlərin ədəbiyyatına
müraciət edəm. Birmənalı şəkildə
obyektiv informasiya mənbələrini
tapmaq çox vacibdir". Müsahibədə
Əmir Teymur şəxsiyyətinə böyük hörmətlə
yanaşdığını ifadə edən
yazıçı qeyd edib
ki, Əmir Teymur qanunlar məcəlləsini
yaradaraq özü də
həmin qanunlara əməl edirdi: "35 il ərzində
bu dahi hökmdar
bircə dəfə olsun döyüşdə
uduzmayıb. Tarixdə bu kimi şeylərə nail olan çox az olub. Əmir Teymur qlobal düşünürdü.
Əsl bir hökmdar kimi. O, gələcəyi görüb proqnozlar verərək,
fəaliyyyət strategiyasını qururdu.
Əgər həyat ona şans
versəydi, Teymurun ordusu
Afrikanı belə tutacaqdı. Burada Teymurun planlarına nəzər salaraq, onun hədəflərinin
nə qədər böyük olduğunu görə bilərik. Məhz
ona görə də, xalqın qəhramanına
çevriləcək şəkildə, dahi
sərkərdə və hökmdarın obrazı insanlarda heyranlıq yaratmaya
bilməz". Gələcək planları barədə də
söz açan Yunus Oğuz bildirib ki, hazırda elmi-fəlsəfi
və tarixi işlər üzərində
çalışır: "Bu
yaxınlarda Çingiz xanın və Məngübirdinin
ömür yolundan bəhs
edən kitabı yekunlaşdırmışam. Növbəti hədəfim
yeni əsər üzərində
çalışmaqdır. İstərdim ki,
bütün türk
dünyasına dahi hömkdarlar
haqqında əsl həqiqətləri çatdırım. Azərbaycanda
ümumi təhsil proqramına Əmir Teymurun həyat və
yaradıcılığına aid kitablar əlavə olunub. Məhz məktəblər sayəsində bizlər uşaqlara ümumi tarixi və türkün zəngin
mədəniyyətini aşılaya bilərik. Əsərlərin
ekranlaşdırılması və bütün
dünyaya yayılması isə ayrıca
bir müsbət hal
olardı".
Olaylar.- 2020.- 27-28 fevral.- S.6.