Diaspor təşkilatları Ermənistandan
təcavüzkar siyasətindən əl çəkməyi tələb
edir-
Səfər Karakoyunlu: "Türk millətinin
səbrı daşmak üzrədir"
Sərdar Ünsal: "Artıq işğal altında olan torpaqların işğaldan azad edilmə zamanı gəlib"
Artıq bir neçə gündür ki, işğalçı Ermənistan yenidən Azərbaycana qarşı silahlı təcavüzə start verib. Keçən həftənin sonlarından Tovuz rayonu istiqamətində mövqelərimizə qarşı həmlələr edən, Silahlı Qüvvələrimizin nəzarəti altında olan yüksəklikləri ələ keçirməyə çalışan düşmən Azərbaycan Ordusunun əks zərbəsi ilə ciddi itki versə də, lakin təcavüzkar siyasətini hələ də davam etdirməkdədir. Hazırda da davam edən düşmən təxribatı təkcə ölkə vətəndaşları deyil, eləcə də Azərbaycandan kənarda yaşayan soydaşlarımızı ciddi şəkildə narahat edir və onlar son hadisələrə öz kəskin etirazlarını bildirirlər.
Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının TADDEF sədr müavini Sərdar Ünsal deyib ki, ermənilər yenə bir oyun oynayırlar. Təşkilat rəsmisi deyib ki, ermənilər işğal etdikləri Azərbaycan ərazilərini azad etmək əvəzinə, utanmadan yenidən Azərbaycan ərazilərinə təcavüz edirlər: "Ermənilərin təxribatlarından yararlanaraq Azərbaycan Ermənistana lazım olan cavabı artıqlaması ilə verməlidir". Sərdar Ünsal deyib ki, işğalçı Ermənistanı dəstəkləyən dairələr, ATƏT-in Minsk qrupu da artıq həqiqəti görməli, Ermənistanın təcavüzkar siyasətinə son qoyub işğal altında olan Azərbaycan ərazilərinin boşaldılmasına qərar verməlidir: "Təəssüflər olsun ki, 30 ildir sülh yolu axtaran Minsk qrupu bu illər ərzində problemin həlli istiqamıtində heç bir irəliləyişə nail olmayıb. Sadəcə Minsk qrupu bu illər ərzində baş qatmaqla işğal sürəsini uzadıb. Hesab edirəm ki, qısa zamanda BMT proseslərə qoşulmalı və problemin həlli istiqamətində missiyanı öz üzərinə götürməlidir".
Hər zaman olduğu kimi, bu ağır günlərdə də Türkiyənin Azərbaycanıln yanında olduğunu deyən Sərdar Ünsal qeyd edib ki, qardaş ölkənin məlum mövqeyi bundan sonra da eyni formada davam edəcək: "Ermənistanın təcavüzkar və işğalçı siyasətinə artıq dayan deməyin zamanıdır. Hesab edirəm ki, Azərbaycan Ordusu bunu həyata keçirə biləcək gücdədir. Aprel döyüşləri bunun ən bariz nümunəsidir". Sonda şəhidlərə rəhmət, xəsarət alanlara şəfa diləyən TADDEF rəsmisi, hər zaman Azərbaycanın yanında yer aldıqlarını vurğulayıb: "Artıq işğal edilən torpraqların işğaldan azad edilmə zamanı gəlib".
İstanbul Türkiyə Azərbaycan Dərnəyi (İSTAD) də Ermənistanın təcavüzkar siyasəti və işğaçı dövlətin Tovuz istiqamətində təxribatlar törətməsini pisləyən bəyanat yayıb.
Azərbaycanın haqq davasında yalnız olmadığını deyən İSTAD sədri Səfər Karakoyunlu qeyd edib ki, Ermənistan bu kimi təxribat və silahlı basqınlarla Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə əngəl olur: "Bölgəmizin sülh və təhlükəsizliyə ehtiyacı olduğu bir vaxtda Ermənistan atəşlə oynayır. İllərdir bölgədə təcavüzkar siyasəti ilə Azərbaycanı məğlub etməyə çalışan ermənilər bilməlidirlər ki, Azərbaycan yalnız deyildir. Azərbaycanın düşmənə verəcək bir qarış torpaq deyil, bir xırda daşı belə yoxdur. 81 milyon Türkiyə və 300 milyonluq Türk Dünyası ilə Azərbaycanın haqlı davasında onun yanındayıq. Sadəcə Cənab Prezidentimiz İlham Əliyevdən bir əmr gözləyirik".
Səfər Karakoyunlu bildirib ki, Ermənistan öz aləmində bölgədə qarşıdurma yaradaraq işğal etdiyi Qarabağ torpaqlarını əlində saxlamağa çalışır: "Yanlış yolda olan Ermənistanı xəbərdar edirik. Bölgədə qan və göz yaşı istəmirik. Türk millətinin səbrı daşmak üzrədir. Bölgədə davamlı sülhün olması üçün Ermənistan işgal etmiş olduğu Azərbaycan torpaqlarını dərhal, qeyd-şərtsiz tərk etmelidir".
İspaniya Azərbaycanlıları Birliyi də Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatlar və mövqelərimizi ələ keçirmək cəhdlərini pisləyən bəyanat yayıb. Bu barədə məlumatı İspaniya Azərbaycanlıları Birliyinin sədri Vahid İmanov verib: "İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Döyüş nəticəsində Azərbaycan Ordusunun bir neçə hərbi qulluqçusu həlak olub, 5 nəfər isə yaralanıb. Özünün yeni "milli təhlükəsizlik strategiyası"nda sülhü deyil, müharibəni seçən Ermənistan hökuməti bu cür namərd həmlələrlə və kiçikmiqyaslı hərbi təxribatlarla həm üçüncü ölkələri Qarabağ münaqişəsinə cəlb etməyə çalışır, həm də bır daha Ermənıstanın terroru dəstəkləyən bır dövlət olduğunu ortaya qoyur". Vahid İmanov qeyd edib ki, bəyanatda dünya birliyinin, beynəlxal aləmin işğalçı Ermənistan barədə müvafiq ölçü götürməsinin vacibliyi də əksini tapır: "Avropa və dünya dövlətlərinin ikili standartlara son vermələrini və Ermənıstanın bır terrorçu dövlət olduğunu bildirmələrini tələb edirık" .
İsveçdə yaşayan azərbaycanlılar da Ermənistanın ölkəmizə qarşı təcavüzü, son günlər dövlət sərhədinin Tovuz istiqamətində müşahidə edilən erməni təxribatlarını pisləyib, Yerevanın təcavüzkar siyasətinə görə, beynəlxalq birlik tərəfindən cəzalandırılmasını tələb ediblər. Bu barədə məlumat verən İsveç Azərbaycan Birliyinin sədri Sevda Dadaşova deyib ki, hətta bu ölkədə yaşayan azərbaycanlılar paytaxt Stokholmda erməni təxribatlarını pisləyən etiraz aksiyası da keçiriblər: "Stokholmdakı Ermənistan səfirliyi qarşısına təşkil edilən yürüş həm də İsveçdə yaşayan azərbaycanlıların mənfur erməni təxribatçılarına layiqli cavab verən Azərbaycan Ordusuna dəstək aksiyası idi". Sevda Dadaşova deyib ki, tezliklə beynəlxalq aləm, dünya birliyi Ermənistanın təcavüzkar siyasətinə öz layiqli qiymətini verməli, işğalçıdan zəbt etdiyi Azərbaycan ərazilərindən qeyd şərtsiz çıxmağı tələb etməlidir". Sevda Dadaşova sonda onu da bildirib ki, xaricdə yaşayan hər bir soydaşımız kimi İsveç azərbaycanlıları da baş verənləri ürək yanğısı ilə izləyir: "Qürbətdə olsaq da, ürəyimiz Azərbaycanla döyünür. Lazım gəlsə Vətənə qayıdıb torpaqlarımızın erməni işğalından azad edilməsi kimi müqəddəs mübarizəyə belə qoşulmağa hazırıq. Bunun üçün xaricdə yaşayan hər bir azərbaycanlı kimi biz də Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyirik".
Süleyman İsmayılbəyli
Olaylar.- 2020.- 17-21 iyul.- S.14.