Dövlət, Millət Dost fədaisi

 

YUNUS OĞUZ – 60

 

 

İyulun 22 -si "Olaylar" İnformasiya Agentliyi   "Olaylar" qəzetinin   baş redaktoru, tarixi əsərlər müəllifi Yunus Oğuzun 60 illik yubileyi olacaq.

 

Olaylar.az ictimai xadimlərin Yunus Oğuza ünvanladıqları təbrikləri təqdim edir.

 

"Bakı -Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev: "Yunus Oğuz Azərbaycanın parlaq şəxsiyyətlərindən biridir: "Məhsuldar və zəhmətkeş ziyalı imicini, vətənsevərlik hisslərini, təmənnasız  dövlətçilik şüurunu və həssas siyasi fəhmi bir arada birləşdirən şəxsiyyətdir. Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizənin öncül fəallarından və müasir dövlətçiliyimizin ilk milli məmur kadrlarından biri olub. AXC hakimiyyəti dövründə məhz vətənpərvərliyinə, dövlətçiliyə bağlılığına, mənəvi təmizliyinə görə irəli çəkildi və bu əvəzsiz keyfiyyətlərinə sadiq qalmaqdadır.

 

Yaradıcılıq qabiliyyətinin genişliyi sayəsində yaradaqura bilir, yaratdığını yaşada bilirbütün yaratdıqları ilə birlikdə dövlətimizə, cəmiyyətimizə və insanlığa gərək ola bilir.

 

Yazdığı tarixi romanları ilə tariximizə ədəbi-bədii və konseptual baxış sistemini dəyişdi. Sadiq insandır, eqoist və yekəxanalıq ona yaddır, ali dəyərlər səviyyəsində uca tutduğu türkçülük atributlarını özü və ailəsi üçün əbədi qürur mənbəyinə çevirə bilib. Kimin onu anlayıb anlamadığından asılı olmayaraq, bunu hamıya təlqin etmək istəyir, sonda bu xüsysiyyət onu hamıya  səmimi bir türkçü kimi sevdirir. Millət və dostları üçün fədakarlıqdan bezməz. Əsas tutduğu dəyərlərə, millətinə, dövlətinə sadiqliyi tamdır.

 

Bütün ömrünü azərbaycançılıq və türkçülük ideologiyasının sistemləşməsinə sərf etdi. Bu gün də azərbaycançılıq ideologiyasının müstəqillik, dövlətçilik, milli dəyərlər və tarixilik istiqamətlərinin formalaşdırılması yolunda can qoyur...

 

Böyük uğurlar, mənim və millətimizin dəyərli dostu Yunus Oğuz -70-də yazmaq arzusu ilə..."

 

Tanınmış yazıçı-dramaturq Elçin Hüseynbəyli dostu və həmkarı Yunus Oğuzun 60 illik yubileyini təbrik edərək bildirir ki, 30 ildən çoxdur ki, Yunus Oğuzu tanıyır: "Hardan gəlib, hara getdiyimizi də yaxşı bilirik. Yunus Oğuz vətənimizdə türkçülük şüurunun gəlişməsində, türk kimliyimizi tanımağımızda ideoloji baxımdan çox işlər görüb: istər öz əsərlərində, istərsə davranışında və tarixi romanlarında. O, Azərbaycanımızda tarixi romançılığı inkişaf etdirən yazarlarımızdandır və son illər bir-birinin ardınca uğurlu əsərlər yazır. "Nadir şah", "Əmir Teymur", "Çingiz xan" onun qələmində yeni obraz kimi qarşımıza çıxır. Bu barədə "Yunus Oğuzun özüsözü" adlı məqaləmdə geniş yazdığımdan sözümü qısa edirəm: "Qoy, Yunus Oğuzun enerjisi tükənməsin və ədəbi ruhu daim diriçevik qalsın!"

 

"Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyevin təbrik mesajını olduğu kimi təqdim edirik:

 

"Hörmətli Yunus Oğuz! Sizi - istedadlı yazıçını və qələm sahibini 60 illik yubileyiniz münasibətilə təbrik edirik. Ötən əsrin səksəninci illərində başladığınız ədəbi fəaliyyət artıq bu gün müasir Azərbaycan və Türk dünyası ədəbiyyatında Yunus Oğuz imzasını kifayət qədər tanınmış edib. O da əbəs deyil ki, ilk qələm təcrübələriniz də mətbuatda işıq üzü görüb. Tarixi faktlar və şəxsiyyətlər barədə bəhs edən romanlar, külliyyatlar bu gün də oxucularınız  tərəfindən yüksək dəyərləndirilməkdədir. Qəzetçilik fəaliyyətinizin də özünəməxsus çalarları özünü peşəkarlıq mücəssəməsi üzərində əxz etdirməkdədir.

 

Siz, eyni zamanda "Ordu" qəzetinin, daha sonra isə - 1995-ci ildən "Olaylar" qəzeti və "Olaylar" informasiya agentliyinin baş redaktoru olaraq, cəmiyyətimizi dolğun, analitikoperativ informasiyalarınızla yüksək səviyyədə təmin etmisiniz. O cümlədən, peşəkar ədiblikdə və jurnalistikada daim dövlətçilik, milli dəyər və əxlaq prizmasından yanaşaraq, Azərbaycançılıq məfkurəsinin yaşadılmasına töhfələrinizi vermisiniz.

 

Beləliklə, qələmə aldığınız əsərləriniz, tarixi romanlarınız ilə həm cəmiyyətə, həm də dünyaya sübuta yetirirsiniz ki, bizim xalq tarix yaradan, onu şana-şöhrətə çatdıran böyük bir xalqdır. Ümumiyyətlə, Yunus Oğuz yaradıcılığının əsərlərində, tarixi romanlarında tarixi türk dünyası, onun mədəniyyəti, böyük şəxsiyyətləri, hökmdarları haqqında ümumiləşdirmələrə özəl üstünlükləri ilə özünü büruzə verməkdədir.

 

Hörmətli Yunus Oğuz! Sizi bir daha 60 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, uzun və bərəkətli ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları, yeniliklər arzulayırıq."

 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev də Yunus Oğuzu səmimi qəlbdən təbrik edib: "Yunus Oğuz uzun illərin dostudur. Onu gənc yaşlarımdan, Milli Azadlıq Hərəkatı dövrlərindən tanıyıram. Yunus Oğuz hələ o zamanlardan qələmə sarılaraq müxtəlif pyeslər, hekayələr, məqalələr ərsəyə gətirən, müstəqilliyimizin həyat fəlsəfəsinə işıq salan yaradıcı insanlardan biridir. Azərbaycanın müstəqillik hərəkatı illərində maraqlı və yenilikçi yanaşmaları özündə əks etdirən yazıları, fikirləri ilə milli azadlıq mücadiləsində öz sözümövqeyi ilə seçilib. Müstəqilliyimizin ilk illərində milli ideologiya əsasında respublikaçı məfkurənin öyrənilməsində, tanınmasında, dünya praktikasının araşdırılmasında, demokratik ənənələrin tədqiqatında onun xüsusi xidmətləri olmuşdur. Azərbaycanın müasir dövr ictimai fikir tarixində öz sözü olan Yunis Oğuz ölkəmizin mətbuat tarixinin zəngin irsinin qorunmasında xidmətlər göstərən ziyalımızdır. O, yeni dövrün milli jurnalistika tariximizin ilklərindən olan "Olaylar" İnformasiya Agentliyinineyni adlı qəzetin təsisçisidir. Son 20 ildə onunla iştirak etdiyimiz tədbirlərdə, müxtəlif ictimai müzakirələrdə münaibətlərimiz, səmimi dostluq əlaqələrimiz daha da möhkəmlənmişdir. Yunus Oğuz dostadostluğa hər zaman sadiq xarakteri ilə xüsusi hörmətə layiqdir. Onun "insan müdrikləşəndə daha etibarlı dost qazanır. Bu yaşında dost qazanmaq belədir ki, atları döngədə dəyişmirlər" fikri dərin mənəvi keyfiyyətlərdən və ciddi xarakterdən xəbər verir.

 

Yunus Oğuz Azərbaycan jurnalistikasında yeni dövr realist yanaşmaları ilə yanaşı, tarixi janrın araşdırılmasında, hadisələrə tarixi aspektdən baxdıqda müasir dövrümüz üçün baş verən olayların daha doğrudüzgün təhlili üçün zəngin məlumatlara malik bir neçə tarixi ədəbiyyatın müəllifidir. O, tarixi faktlara söykənən "Sultan Alp Arslan", "Çingiz xan", "Əmir Teymur", "Nadir şah" kimi maraqlı romanların müəllifidir. Bu romanların hər biri Azərbaycan tarixinin araşdırılmasında, ictimai-siyasi həyatın öyrənilməsində zəngin mənbədir.

 

Yunus Oğuz dürüstlüyü və ədalətli yanaşmaları, həyat mücadiləsində gələcək uğurların əldə edilməsində biliyə, etimad və məsuliyyətə, zəhmət və milli mənəvi dəyərlərə göstərdiyi diqqəti ilə gənclərimizə bir örnəkdir. Əminəm ki, 60 ilini geridə qoyan bu fikir adamı, söz adamının yaratdığı, ərsəyə gətirdiyi işlər milli məfkurəmizin öyrənilməsi baxımında gələcək nəsillərimiz üçün qiymətli bir səlnamədir.

 

Bu simvolik yaş dövründə, 60 ilini vicdanla və şərəflə geridə qoyan dostumuzu və yaxınlarını təbrik edir,  BAMF ailəsi adından Yunus Oğuza, yeni-yeni uğurlar arzu edirik!"

 

"Həftə İçi" qəzetinin baş redaktoru Sevinc Seyidova Yunus Oğuzu təbrik edən şəxslər sırasındadır: "60 illik Yunus Oğuz ömrü əslində bir çoxları üçün məktəbdir. O, müasir Azərbaycan mediasının ən tanınmış simalarındandır.  Ömrünün böyük bir hissəsi Azərbaycanın ictimai-siyasi həyatı ilə bağlıdır. Biz onu daim siyasət meydanların ən fəal iştirakçısı olaraq görmüşük.

 

Artıq uzun illərdir ki, rəhbəri olduğu "Olaylar" qəzeti və "Olaylar" İnformasiya Agentliyi peşəkar kollektivin milli jurnalistikamızın ənənələri əsasında fəaliyyət göstərdiyi bir məktəbdir. Bu məhz Yunun Oğuzun yorulmaz əməyinin nəticəsidir. 

 

O, həm də çoxsaylı tarixi romanların müəllifidir. Müasir Azərbaycan ədəbiyyatında tarixi roman yazarları arasında özünəməxsus üslubu və yaradıcılığı ilə seçilir. Yunus Oğuzun müəllifi olduğu çoxsaylı əsərlər bir çox ölkələrdə, xüsusilə də türk dövlətlərində nəşr edilib. İstər jurnalist yaradıcılığı, istərsə də tarixi romanların müəllifi olaraq Yunus Oğuz məktəbi bir çox gənc yazarlar üçün nümunədir. Mən də, Yunus bəyi 60 illik yubileyi münasibəti ilə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayıram."

 

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, publisist Elçin Mirzəbəyli ünvaladığı təbrik məktubunu olduğu kimi təqdim edirik:

 

"Hörmətli Yunus bəy!

 

Azərbaycanın ilk müstəqil informasiya agentliyi olan "Olaylar" ın və eyni adlı qəzetin yaradıcısı və rəhbəri kimi  sizin müasir mətbuatımızın inkişafında da xidmətləriniz böyükdür. İctimai-siyasi fəaliyyətinizdə olduğu kimi mətbuat sahəsində də İstiqalBütöv Azərbaycan məfkurəsinin, milli-mənəvi dəyərlərimizin, ümumilli hədəflərimizin keşiyində dayanmısınız.

 

Sizin Azərbaycan tarixinin araşdırılması və bədiiləşdirilərək təbliğ olunması, gələcək nəsillərə ötürülməsi istiqamətindəki fəaliyyətiniz də keşiyində dayandığınız dəyərlərə sədaqətinizdən xəbər verir.

 

Hörmətli Yunus bəy!

 

Sizi 60  illik yubileyiniz münasibətilə təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıram!"

 

Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Yunus Oğuzu təbrik edərkən bildirib ki, Yunus bəyin 60 yaşının olacağını eşidəndə bir xeyli təəccüblənib: "Deməli, biz 60 -a yaxınlaşırıq və ilk 60-nı qeyd edən dostlarımızdan biri Yunus Oğuzdur.

 

Yunus Oğuzu mən hələ Xalq Hərəkatı illərində uzaqdan-uzağa tanımışam. O, xalq hərəkatının fəallarından, mitinqlərin aparıcısı olurdu. Eyni zamanda çətin şəraitdə qəzet yayımlayırdı. Həmişə Yunus Oğuzu vətənpərvər, milli hisslərə malik olan fəal bir insan kimi tanımışam. Sonralar tale elə gətirdi ki, biz Yunus bəylə yaxın dost olduq, tez-yez görüşdük, müxtəlif tədbirlərdə, beynəlxalq rəsmi səfərlərdə birgə iştirak edərək onu daha yaxından tanıya bildim.

 

Yunus Oğuzun ictimai-siyasi xadim kimi, partiya sədri kimi fəaliyyəti öz yerində, amma Yunus həm də mənən dolu, zəngin ruhu olan insandır. Həm Azərbaycan tarixinin mükəmməl bilicisidir, həm də Azərbaycan ədəbiyyatını yaxşı bilir. Bu baxımdan Yunus bəyin son illərdə ədəbi yaradıcılıqla məşğul olması əvvəl mənə bir az təəccüblü gəlsə də, sonralar bunu çox təbii qəbul elədim. Yadıma düşür ki, o bir neçə dodaqdəyməz yazmışdı ki, o ədəbi mühitdə, jurnalistika aləmində çox maraqla qarşılanmışdı.

 

Yunus Oğuzun nəsr yaradıcılığı, pyesləri və ardıcıl yazdığı romanlar maraqla qarşılandı. Onun "Nadir şah", "Təhmasib şah" kimi tarixi romanları Azərbaycan tarixinə yeni baxış idi. Tez -tez deyirəm ki, bizim evdə Yunus Oğuzun daimi oxucusu var. O, mənim anamdır. Yavər xanım hər zaman Yunus Oğuzun əsərlərini oxuyub, müəllifə bir neçə dəfə məktublar yazaraq fikirlərini bölüşüb. Çox sevinirəm ki, Yunus Oğuz da mənim anamın onun oxucusu olmasından çox məmnundur, qürur duyur.

 

Yunus Oğuzun ədəbi yaradıcılığı öz yerində, jurnalist kimi, agentlik rəhbəri kimi fəaliyyəti də çox qiymətləndirilməlidir. Uzun illərdir ki, o "Olaylar" qəzeti və "Olaylar" İnformasiya Agentliyinin rəhbəri kimi tanınmış mətbu orqana rəhbərlik edir və həmişə də milli ruhunu və vətənpərvərliyini rəhbərlik elədiyi media qurumunda da göstərir. Yunus Oğuzla birgə həm ölkə daxilində, həm də ölkə xaricində çoxlu səfərlərdə olmuşuq. Səfərlər zamanı bizim çoxlu söhbətlərimiz, polemikalarımız, müzakirələrimiz olub. Yunus Oğuz onu yeni taniyan insanlar tərəfindən hər zaman rəğbətlə, maraqla qarşılanıb, diqqətlə dinlənilib.

 

Yunus Oğuzun dostlara, həmkarlara, jurnalistlərə, ailəsinə həmişə necə həssas yanaşdığının şahidi olmuşam. Bəzən kənardan onun soyuqqanlı göründüyünü deyirlər. Amma onu yaxından taniyanlar bilir ki, Yunus bəy çox həssas, müşahidəçi, hər şeyi qəlbinə, könlünə salan kövrək bir insandır. Belə kövrək bir insan 60 yaşına çatırsa, deməli haradasa düşüncələrə daldığı, hissiyatlara qapıldığı vaxtlar da olur.

 

Sonda Yunus bəyin 60 illik yubileyini təbrik edərək demək istəyirəm ki, mənim əziz dostum, sən bu 60 ildə bir çoxlarının bir neçə ömürdə görmədikləri işləri görmüsən, şahid olmusan və ən əsası zəngin bir həyat yaşamısan. Həm sovet illərində Rusiyada təhsil almaq, o mühiti görmək, xalq hərəkatında iştirak etmək, müstəqil Azərbaycanın KİV rəhbəri, ictimai-siyasi xadim kimi müxtəlif ölkələrdə, tədbirlərdə olmaqbu qədər dəyişiklikləri yaşayıb, özü olaraq qalmaq hər insanın bacaracağı deyil. Mən sənin 60 illiyini təbrik edirəm və sən 60 yaşlı gənc, enerjidolu bir insansan. Gələcəkdə nə arzuların varsa, hamısının həyata keçməsini istəyirəm. Bir daha səni 60 illik yubileyin münasibəti ilə təbrik edirəm. Hər şey ürəyincə olsun."

 

Olaylar.- 2020.0- 17-21 iyul.- S.12.