Qərbi Azərbaycanın milli,
dini-ruhani ocaqları hay
kilsəsinin saxta “Ermənistanın sakral coğrafiyası”nda
(X məqalə)
"Ölkə adı kimi Armina və arminiya xalqı barədə ilk məlumata İran hökmdarı Dariya Qistaspa məxsus e.ə. 529-cu ildə yazılmış gil lövhə səlnaməsində rast gəlinir. Bu yazıdakı arminlər, Herodotun armenilər adlandırdığı və müasir elmə görə, hind-avropa xalqlarına aid olmaqla yeni vətənlərinə (yaşadıqları müasir ərazilər nəzərdə tutulur - Q.Y.) Kiçik Asiyanı (yarımadanı - Q.Y.) keçməklə Avropadan köçmüşlər." (SSRİ və Ermənistan SSR Elmlər Akademiyalarının akademiki, tarixçi-şərqşünas Y.A.Manandyanın (1873-1952) "Qədim erməni tarixinin qısa icmalı" kitabından, SSRİ EA-nın nəşriyyatı, Leninqrad şəhəri, 1943, səhifə 3.)
Başda hay kilsəsi olmaqla ibtidai şüurlu hay sürüsünün miqrasiyası nəticəsində məskunlaşdıqları ərazilərdə yerli xalqaların yurd-yuvalarını ələ keçirməklə yanaşı, yerli aborigen xalqların tarixi maddi-mənəvi irsinə də qondarma adlar altında və saxta uydurmalarla yiyələnmələri müsəlman-türk dünyası üçün yeni hiyləgər və həyasız hal olmadığı kimi, bəşər cəmiyyətinə də çoxdan məlumdur. Bu canlıların məhz bu etnogenetik irsi-irqi özəllikləri, dəyişilməz avtogen daşıyıcılığı nəzərə alındığından onlar beynəlxalq və regional güclü qüvvələrin əlində "palma dəyənəyi" rolunu oynamış və oynamaqdadır. Qeyd edilən xüsusda, çox təəssüf ki, hay-daşnak icmasının əsas hədəf seçdiyi ölkə - bütöv Azərbaycan dövləti, onun tarixi-coğrafi keçmişi və müsəlman-türk dünyasını zənginləşdirən milli-mənəvi irsidir.
XIX əsrin II yarısından və XX əsrdən etibarən Azərbaycan sərhədləri hüdudlarında əski tariximizin maddi-mənəvi sərvətləri sırasında xüsusi yer tutan duyğusal-ruhsal (sakral) adidələrimizin, ocaqlarımızın "erməniləşdirilməsinə", əks təqdirdə məhv edilməsinə hay kilsəsi daha çox diqqət ayırmış, bu sahəni başlıca beynəlxalq təbliğat və təşviqat fəaliyyəti dairəsinə daxil etmişdir.
2017-ci ildə qərargahı Rusiya Federasiyasının Moskva şəhərində yerləşən L.N.Qumilyov adına Beynəlxalq Avrasiya Mərkəzində "Bəyaz Hindistan layihəsi" adı altında rus pravoslav kilsəsinin keşişi və "Dünya səyahətçilər klubu"nun bələdçisi V.Terexov tərəfindən işıq üzü görən və kütləvi təbliğ edilən saxta "Ermənistanın sakral coğrafiyası" nəşri, illüstrativ təsviri hay kilsəsinin bu sırada gördüyü uydurma, qərəzli, saxta son işlərdəndir.
Həmin kitabda (eləcə də bu mövzuda təbliğ edilən mənbələrdə) tarixi Qərbi Azərbaycan ərazisində minilliklər ərzində müsəlman-türk dünyasının (İslamaqədərki dövr də daxil olmaqla) təşəkkül tapdığı, xalqımızın dini-inanc, ziyarət ocaqları kimi abidələşən maddi-tarixi sakral irsi həyasız hay kilsəsi tərəfindən "ermənilərin sakral abidələri" kimi mənimsənilmiş, adları dəyişdirilmiş, olmayan erməni dini yerləri kimi qələmə alınmışdır.
Əslində, Qərbi Azərbaycanın ayrı-ayrı nahiyələri və mahalları üzrə dini-ruhsal, irfani-ruhani ibadət və duyğusal məkanlarımızın coğrafi yayılma sərhədləri ("Qərbi Azərbaycanın sakral coğrafiyası" barədə əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi) hay kilsəsinin uydurmasından kəskin surətdə fərqlənir və daha dolğun bilgilərlə yanaşı, həm də tarixi-coğrafi məkan baxımından daha geniş ərazini özündə birləşdirir.
Qərbi Azərbaycanın Göyçə mahalının Çəmbərək nahiyəsinin XIX əsrin 30-50-ci illərində Osmanlı Türkiyəsindən, Cənubi Azərbaycandan hay, yunan, yezidi kürd, Rusiya çarı I Nikolay Pavloviçin (1796-1855) əmri ilə Mərkəz Qaratorpaq və Volqaboyu quberniyalarından (əsasən Vladimir, Tambov, Saratov, Orenburq...) isə molokan ailələri köçürülərək bir neçə kəndində yerləşdirilmişdir.
Milli, irqi və dini müxtəlifliyinə baxmayaraq Çəmbərək nahiyəsinin kəndlərinin (1931-ci ildə ümumi 20 kəndin 13-ü müsəlman-türk kəndləri idi, 1990-cı illərədək bu rəqəm dəyişməmişdir - Qaraqaya, Yanıqpəyə, Çaykənd, Gölkənd, Ağbulaq, Şorca, Toğluca, Ardanış, Cil, Əmirxeyir...) əksəriyyətində İslam dininin müqəddəs ruhani-sakral irs zənginliyi minilliklər boyunca qorunub saxlanılmış və bölgədə milli irfani dünyagörüşünün formalaşmasına yönləndirilmişdir. Bu baxımdan Ağbulaq kəndinin duyğusal-ibadətgah məkanları da özündə tarixi-coğrafi keçmişi olduğu kimi yaşatmışdır.
Göyçə gölünün şərq hissəsinində, Şahdağ silsiləsinin qərb yamaşında yerləşən Çəmbərək nahiyəsinın kəndləri əsasən Göyçə gölü ətrafında və silsilənin 1500-2200 m yüksəkliklərində (Başkənd vadisində) yerləşmişdir. "Çəmbərək" toponimi "yüksəklikdə dərəni-bərəni bürüyən duman-çən" mənasında olmaqla ərazinin geomorfoloji və oroqrafik relyef xüsusiyyətlərini (dəniz səviyyəsindən 2400-3200 m yüksəklikdə yerləşməsi) əks etdirməklə, yerli şivə-dialekt dəyişikliyinə uğrayaraq fonetik səs formasında "Çəmbərək" (əslində "Çənbərək" adı daha doğru olar) kimi günümüzdə təsdiqlənmişdir. Eyni bu toponim kimi Bakı şəhərinin qədim Çəmbərəkənd kəndi ("hündür yerdə salınan məhəllə" mənasında) və yaxınlığındakı Pirvənzərə yüksəkliyində 1940-cı ilədək qalmış "Çəmbərəkənd qəbirstanlığı", Qarabağ dağlıq silsiləsində Keçəldağ ətəklərində yerləşən, Koroğlu qayasının ətrafındakı Laçın rayonuna aid olan Çəmbərəkənd kəndini də göstərmək olar.
Göyçə gölündən 3 km aralıda, "Kəmənd qaya"nın ətəklərində XII-XIII əsrlərdə yerli oğuz-türk tayfalarının (Göyçə mahalının Altuntaxt və Yellincə obalarında məskunlaşan) və XV-XVI əsrlərdə Səfəvi xanədanı zümrəsinin, tərəkəmə elatının yaylaq yerləri kimi istifadə edilən ərazilərinə köç edənlər Ağbulaq kəndinin əsasını qoymuşlar (bu kəndin əski adı elə Yellincə olub).
1918-1920-ci illərdə 60-80 ev, 1990-cı illərdə 300 ocağı olan Ağbulaq kəndinin adı onun mərkəzi hissəsində çağlayan saf və bumbuz sulu bulağdan yaranmışdır.
Qeyd etmək lazımdır ki, XX əsrdə hay kilsəsinin təşkilatçılığı ilə Qərbi Azərbaycan ərazisində Alban-İslam mədəniyyəti abidələrinə qarşı soyqırım siyasətinin yürüdülməsi həm də kökənli müsəlman-türk əhalisinin doğma yurd-yuvalarından köçürülməsi məqsədlərinin tərkib hissəsi olmuşdur.
Kəndin ortasında başqa bir bulaq da axırdı, amma suyu qara, şortəhər, adı Qarabulaq idi. Ondan 100 m şərqə tərəf, hündür təpənin üstündə qədim Cümə məscidi (bir mərtəbəli, üstü hamar örtüklü, 2 qapılı, eni 12-13 m, uzunluğu 25-30 m ) tikilmişdi, yaşı 300 ilə qədər olardı. Məscidin 250-300 metrliyində isə yaşı min ildən çox olan qəbirstanlıq mamırlaşmış, əski qəbir və sinə daşları ilə (ən çox at, qoç, dəvə, buğa fiqurlu) örtülmüş, epiqrafik yazıları oxunulmaz haldaydı.
Bu tarixi-coğrafi keçmişlə yanaşı kəndin yaxınlığında, "Dikin başı" deyilən yerdə (Baldırğanlı çayının köhnə kənd yoluna birləşən yerində) olan, yaşı 500-600 ildən çox olan ("Çəhlim yeri"ndə yaşı 800 ildən çox olan qəbir daşlarının yazılarını oxumaq mümkün idi) əksər baş daşları at, qoç, buğa fiqurlu olan qədim qəbirsatnlıq qəbirlərin hamısının üstü ardıc ağacları ilə örtmüş, sonradan torpaq altında qalmışlar. Bu qəbristanlıqda son əlli ildə dəfn mərasimi keçirilmirdi.
Sonuncu qəbirstanlıq, kəndin aşağısında, Şorca kəndinə uzanan yolun sol üstündəki iki dərənin arasındakı təpəlikdə, Çaxmaqlı" adlı göy-qara çınqıllı yerdə 1935-ci ildə salınmışdı (Mir Əli Ağanın və Mir Yaqub Ağanın məzarları üstündəki gümbəzləri, müqəddəs məqamları qoruyub saxlamaqla), elin-obanın ziyarət etdiy bu qəbirstanlığı quldur hay-daşnak sürüsü 1988-1990-cı illərdə yerlı-yeksan etdilər.
Quzeydən kəndin girəcəyindəki (Çəmbərək-İrəvan yolunun 6-cı km-də ) "Darama" adlanan yoxuşun başında, yolun sonunda "El qəbristanlığı"nda isə Tovuz və Qazax camaatının yaylaq dövründə ölənləri dəfn edilmişdir.
Məscid kənd sakinlərindən Nadir Zeynalovun (1898-1978), Qədir kişinin (1893-1973)... evlərinin yaxınlığında, əski qəbirstanlıq isə Tapdıq və Məhəmməd Zülfüqar oğlu Həsənov qardaşlarının həyətləri tərəfdəydi.
Göyçə, Qaraqoyunlu, Şınıx bölgələrində, Qazax və Tovuz nahiyələrində hörmətli din xadimlərindən Mirəli ağa Məşədi Mircavad ağa oğlu (1880-1979) Bəyazid mahalının Kəvər nahiyəsinin Hacımuğan kəndində dini-irfani ailədə doğulmuşdur.
1918-ci ildə erməni quldur-faşist dəstələri A.Ozanyanın Ağbaba-Dərələyəz-Göyçə mahallarının yerli, dinc əhalisinə qətliam-soyqırım faciələrini yaşatdıqda, qanlarına qəltan etdikdə, Kəvər nahiyəsinin Hacımuğan kəndi darmadağın edilmiş, kəndin əhalisinin yarıdan çoxu (bu kənddə 70-80 ev olub) qəddarlıqla məhv edilib. Bu vaxt Mirəli ağa öz ailəsi ilə Naxçıvan qəzasının Şərur bölgəsində, qohumlarının yanında sığınacaq tapır. Amma, orada güclü taun xəstəliyi yayıldığından həyat yoldaşı və uşaqları rəhmətə gedir.
Uzun məşəqqətdən sonra o, 1920-ci ildə yenidən Göyçə gölünün sahillərində yerləşən Ağbulaq kəndinə gələrək ev tikir və Ardanış kəndindən Bəyxan Süleyman qızı ilə evlənir. Mirhüseyn və Fizəbəyim adında oğlu və qızı dünyaya gəlir.
Mirəli ağa
el-obanın müdrik ağsaqqalı,
inamlı, kəramətli din adamı, həqq-ədalət,
insaf-mürvət carçısı kimi
şöhrət qazanır. Mahalda elin-obanın and dualarından
biri də "Ya Mirəli ağa cəddinə and olsun" inancı idi.
Ağbulaq kəndində Mirəli
ağanın yaşadığı
ev və
kənd qəbirstanlığındakı
məzarı (oğlu
Hacı Mirhüseyn ağa (1930-2005) tərəfindən
1980-ci illərdə qırmızı-ağ
kərpicdən, qara dəvəgözü və
mərmərlə örtükdən
inşa etdirilən dördkünc imamzadə ziyarətgahı) elin-obanın
müqəddəs inanc
yeri kimi sakral-ruhsal məkanlardan biri idi. Bu ocaqdan yığılan ianələr bütünlüklə
kəndin ehtiyaclı ailələri arasında bölüşdürülərdi.
Məşədi Miryaqub ağa (1884-1984) Mirəli ağanın doğma qardaşı, uca boylu, mütənasib
qamətli, sözü
qılınc kimi üzə deyən bölgənin istəklisi
və ağsaqqalı
olub. O, doğulduğu kənddə
dini təhsil almış, sonra isə həmin mədrəsədə müəllimlik
etmişdir.
1918-1920-ci
illərdə hay-rus silahlı, nizami döyüş birləşmələrinin
Qərbi Azərbaycanda
törətdikləri qırğından
qurtulan Mir Yaqub ağanın ailəsi də Şərur nahiyəsinə sığınmış
və taun xəstəliyindən 18 nəfər
qohum-əqrəbasını itirmişdir.
1920-ci ildə Çəmbərək nahiyəsinin
Ağbulaq kəndinə
gələn Miryaqub ağa Əfruz Əhməd qızı ilə evlənmişdir. ailə
Keçən əsrin otuzuncu
illərinin repressiyasında Miryaqub
ağanı
dini-ruhani baxışlarına
və el arasında olan hörmətinə görə Kəvər qalasının
zindana salmışlar.
Daşnak-bolşevik məmurlarının
təkidlə - de ki, Allah yoxdur - əmrinə cavab olaraq - "Allah var!" -
deyə ayağını yerə vurub, inadından dönməmişdir. Uzun müddət davam edən bu cür
iztirablı sınaqdan və məşəqqətdən sonra
Ağa azadlığa buraxılmışdır.
Gözəl avazla quran oxuyan,
şirin hədislər
ustası olan Miryaqub ağa həm də "Qurani-Hafiz" idi.
Mirəli ağa və Miryaqub ağanın evləri kəndin yuxarı tayındakı
"Seyidlər məhəlləsi"ndə
olmaqla, orada ziyarət edilən yerlər idi.
Ağbulaq kəndi savadlı
din xadimləri
və
mədrəsə-dini təlimi ilə mahalda tanınmışdır.
Onlardan Məşədi
Molla Əli və Məşədi Molla Həsən xüsusi hörmətə
malik olmuşlar. Molla Əli məşhur xalq şairi aşıq Ələsgərlə
dost idi.
Təsadüfi deyil ki, Aşıq Ələsgər
Şəmşəddin mahalının
Yekallar kəndində
yaşayan şair Nağı Yəhya oğluna yazdığı həcvdə
Molla Əlinin adını belə yad edir:
Molla Əli naməni yazandan bəri,
Bu söz çox
incidir qul Ələsgəri.
Tavaqqam var, Şəmşəddinin
bəyləri,
Acıqlanın sarı köpəyə, hürməsin.
Ümumilikdə, bölgənin müqəddəs
ziyarətgahlarından biri,
ruhsal-duyğusal məkan
kəndin Seyidlər məhəlləsindəki "Mir Əli Ağa" və "Mir Yaqub Ağa" ocaqları Ağbulaq kəndinin ünlü sakral-şəcərə
və ziyarət edilən, kəramət umulan yer idi.
Bu ailənin ulu soylarının (tərəkəmə
ailələrinin) bir qolunun XIII-XIV əsrlərdə
İraqın Kərkük
mahalından Göyçə
gölü ətrafına
köçdüyü də ehtimal edilir.
(Yazının hazırlanmasında
Qərbi Azərbaycanın
Çənbərək nahiyəsinin
Ağbulaq kənd sakinləri Vahid Əhməd oğlu Abbasovun (1956)
və
Mirağa Mirələkbər
oğlu Cavadovun (1972) məlumatlarından, eləcə
də şair-publisist
Eldar İsmayılın
"Məndən ötrü
Ermənistan yoxdur, yox..." kitabından
(2002) istifadə
edilib.)
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
Olaylar.- 2020.- 10-16 iyul.- S.23.