Prezident İlham Əliyev ölkəmizdə azad sözün hamisidir

 

 

Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığının təmin olunması, bu prinsiplərin inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasət, atdığı addımlar müstəsna rol oynayır desək yanılmarıq. Bu gün Azərbaycan mətbuatının inkişaf etdirilməsi, bu sahədə fikir, söz, məlumat və ifadə azadlığının təmin olunmasında Heydər Əliyevin xidmətləri əvəzsiz olub. Sevindirici hal ondan ibarətdir ki, günümüzdə bu siyasət Heydər Əliyev siyasi kursunun layiqli davamnçısı Cənab İlham Əliyev tərəfindən uğurla icra edilir. Elə hüquqşünas Əli İbrahimov da bu qənaətdədir. Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin qoyub getdiyi irs Azərbaycan xalqının gələcəkdə də atacağı addımlara öz önəmli təsirini göstərəcəkdir: "Müdrik dövlət başçısının senzuranın ləğv edilməsi, qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının dondurulması, mediaya dövlət dəstəyinin göstərilməsi ilə bağlı qərarları ulu öndərin mətbuatın cəmiyyətdəki roluna verdiyi böyük önəmdən qaynaqlanmışdır. Heydər Əliyevin azad sözün keşiyində duran jurnalisti Vətənini qoruyan əsgərə bənzətməsi ulu öndərin jurnalist peşəsinə necə böyük hörmətlə yanaşmasının bariz nümunəsi idi. Görkəmli dövlət xadiminin dediyi "Siyasətçilər gələcək siyasəti, jurnalistlər isə gələcək nəsilləri düşünürlər", - sözlərini xatırlatmaq yerinə düşərdi. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu strategiya sayəsində Azərbaycanda bütün sahələrdə olduğu kimi, mətbuatın azad fəaliyyəti üçün də əlverişli şərait yaradılmışdır. Söz sənətinin ustadı olan Heydər Əliyevin Azərbaycan dilinin saflığının qorunması, mətbuatın cəmiyyətdəki mövqeyinin möhkəmlənməsi, peşəkar kadrların hazırlanması və KİV-lərin inkişafı ilə bağlı çoxşaxəli fəaliyyəti haqqında danışmışdır. Dərin zəkaya, fenomenal yaddaşa, zəngin dövlət idarəçiliyi bacarığına malik olan ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan mətbuatının formalaşmasına, dünyanın aparıcı KİV-ləri səviyyəsinə qalxmasına xüsusi önəm vermişdir. Ulu öndərin mətbuat qarşısında qoyduğu 3 əsas prinsipin - dövlətçiliyə xidmət, azərbaycançılıq ideologiyasının təbliği və ümumbəşəri dəyərlərə hörmətlə yanaşma prinsiplərinin bu gün də mətbuat işçilərinin fəaliyyətində əsas meyar kimi qəbul edilir. Ümummilli liderimizin simasında Ümummilli Lider Heydər Əliyev Azərbaycan jurnalistlərinin ən yaxın dostu olmuşdur".

 

Hüquqşünas bildirib ki, Ulu öndərin müstəqil Azərbaycan dövlətinin inkişafı ilə bağlı hazırladığı strategiya Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir: "Ölkədə yaradılmış söz, fikir, mətbuat azadlığının demokratik ənənələr əsasında möhkəmləndirilməsində mühüm rol oynayaraq, ölkəmizin sürətli inkişafının bu gün bütün dünya tərəfindən etiraf edilir. Dövlət quruculuğunun dünyəvi, hüquqidemokratik prinsiplərlə həyata keçirildiyi respublikamızda azad vətəndaş cəmiyyətinin formalaşması, insanların sərbəst yaşaması, qanunların aliliyinin təmin edilməsi istiqamətində bütün zəruri addımlar atılıb. O cümlədən demokratik cəmiyyətin əsas göstəricilərindən sayılan söz və mətbuat azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin fəaliyyəti və inkişafı üçün münbit şəratin yaradılması, bu sahədə olan bütün maneələrin aradan qaldırılması da daim diqqət mərkəzində olub. Azad sözün cəmiyyətdə aşkarlıq və plüralizm prinsiplərinin bərqərar edilməsində, eləcə də demokratik inkişaf posesində əsas meyarlardan biri olduğunu nəzərə alan Azərbaycan hakimiyyəti mətbuatın inkişafı üçün heç zaman qayğısını əsirgəmir. Bu gün Azərbaycanda ən müasir tələblərə və standartlara cavab verən kütləvi informasiya vasitələrinin mövcudluğu və mətbuatda qazanılan uğurlar məhz bu reallığın nəticəsidir. Hansı ki, bu uğurların başlanğıcı 27 il əvvələ gedib çıxır. Bəli, Azərbaycan dövlət müstəqilliyini 1991-ci ildə qazanmağına baxmayaraq ölkəmizdə mətbuat və söz azadlığının təmin edilməsi ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Məhz o dövrdən milli mətbuatımız siyasi həmlələrdən, təzyiqlərdən, buxovlardan qurtuldu. Prezident İlham Əliyev də ümummilli lider Heydər Əliyevin ölkədə azad mətbuatın inkişafı sahəsində müəyyən etdiyi siyasəti uğurla davam etdirir. Jurnalistlərlə səmimi münasibətlər, daim onlarla ünsiyyət qurması bu reallığın təzahürüdür. Mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla, xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayan Prezident İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti hesab edir. "Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur" - deyə Prezident İlham Əliyev bildirib".

 

Əli İbrahimovun qənaətincə, Prezident İlham Əliyev ölkəmizdə azad sözün hamisidir: "Dövlətimizin başçısı bunu ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələri uğurla davam etdirməklə, mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, jurnalist əməyinin qiymətləndirilməsi istiqamətində atdığı addımlarla təsdiq edib". Əli İbrahimov onu da deyib ki, dövlətimizin müstəqillik tarixində respublikamızın dünyanın inkişaf etmiş demokratik dövlətləri sırasına qoşulması antiazərbaycan qüvvələrin kürkünə birə salıb: "Onlar ölkəmiz haqqında mənfi rəy formalaşdırmaq üçün minbir oyundan çıxır, yalan və qərəzlə dolu "hesabatlar" hazırlayır, böhtanqarayaxma kampaniyasından əl çəkmirlər. Təbii ki, ölkəmizə qarşı belə bir qərəzli kampaniyanın mütəmadi olaraq aparılması, sürətli inkişafımızın, dünya birliyindəki mövqeyimizin getdikcə möhkəmlənməsindən irəli gəlir. Azərbaycanın inkişafını gözü götürməyən qüvvələrin, xüsusilə də ermənipərəst dairələrin təlaş keçirmələri başadüşüləndir. Ağa qara deyən böhtançılar  və qərəzli iddia irəli sürənlər arasında mötəbər beynəlxalq qurumun bəzi rəsmi nümayəndələrinin olması və belə bir təşkilatın hələ də ikili standartlardan əl çəkməməsi təəssüf doğurur. Azərbaycanda söz və məlumat azadlığının , kütləvi informasiya  vasitələrinin  vəziyyəti ilə bağlı bəzi dırnaq icində QHT-lərin verdiyi hesabatlarda bəzi fikirlərlə tanış olanda sanki, QHT yox, hansısa erməni təşkilatı olduğu təəssüratını yaradır. Mənim fikirimcə belə bir məlumatları eşidəndə o dəqiqə hiss edirsən ki, belə bir QHT-lər erməni lobbissinin sifarişini yerinə yetirir. Çünki Azərbaycanda söz və mətbuat azadlığının inkişafını, müstəqil mətbuatın sərbəst fəaliyyətini, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsini, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün dövlətin qayğısını tamamilə görməzliyə vurulur. Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq təşkilatların rəhbərləri ilə keçirdiyi görüşlərdə dəfələrlə vurğulayıb ki, ölkəmizdə demokratik cəmiyyətlərin hərtərəfli inkişafı üçün zəruri olan əsas prinsiplərdən biri fikirsöz azadlığı, müstəqil mətbuatın fəaliyyətinə normal şərait yaradılması, insanların öz fikirlərini sərbəst ifadə etmələrinin təmin olunmasıdır. Azad mətbuat, azad söz demokratiya və aşkarlığın, insan hüquq və azadlıqlarının qorunmasının mühüm amillərindən hesab olunur. Dövlətimizin başçısı keçirdiyi beynəlxalq  görüşlərin hamısında bəyan edib ki, Azərbaycanda bütün azadlıqlar təmin edilir. Söz azadlığı yüz faiz təmin edilir: "Azərbaycanda yüzlərlə mətbu orqan fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycanda internetə heç bir məhdudiyyət qoyulmur. İnternet azaddır, senzura yoxdur. Mətbuat azadlığı tam şəkildə təmin edilir. Eyni mənzərə sərbəst toplaşma azadlığına da şamil edilə bilər.  Hər bir kəs, hüquqifiziki şəxslər internetdən sərbəst şəkildə və qanunauyğun qaydada istifadə edir, saytlarbloqlar yaradır, sosial şəbəkələrdə fəallıq göstərirlər. Ölkədə nəşr olunan bütün qəzet və jurnalların demək olar ki, hər birinin, eyni zamanda, internet saytları, sosial şəbəkələrdə aktiv səhifələri mövcuddur. Bununla yanaşı, artıq internet media da formalaşıb, indi fəaliyyətlərini ancaq internet üzərindən quran media orqanları, TV-lər və radiolar da var. Azərbaycan hökuməti ölkədə internetin daha da geniş yayılması, ondan inkişaf perspektivləri üçün əlverişli istifadədə maraqlıdır". Hüquqşünas qeyd edib ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıtmasından sonra ölkədə demokratik təsisatların reallaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi: "Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin söz və mətbuat azadlığının inkişafına verdiyi dəyər beynəlxalq aləmdə də yüksək dəyərləndirilir".

 

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

 

Olaylar.- 2020.- 4-5 iyun.- S.15.