İnternet mediada təhqir
və şantaja üstünlük verilir
Hazırda bu məsələnin
qanunla tənzimlənməsi
məsələsi gündəmə
gəlib
Azərbaycanda fikir, söz və məlumat azadlığından sərbəst
istifadə məqsədilə
hər cür şərait yaradılıb. Sadalanan azadlıqların
təmin olunması məqsədilə qanunvericilk
bazası yaradılıb,
mətbuatın müstəqilliyi
təmin olunub, istənilən məlumatı
əldə etmək üçün dövlət
qurumlarında cavabdeh şəxslər müəyyən
edilib.İnsafən qeyd
edilməlidir ki, hazırda ölkədə
istənilən vətəndaş
demokratiyanın təməl
prinsiplərindən hesab
edilən bu azadlıqlardan sərbəst
şəkildə idtifadə
imkanına malikdir.
Məlum olduğu kimi, müasir dünyada demokratik tərəqqinin ən əsas göstəricilərindən
biri də kütləvi informasiya vasitələrinin azadlığıdır.
Azərbaycanda insan hüquqlarının,
siyasi plüralizmin, vətəndaş cəmiyyətinin
mövcudluğu, demokratikləşmə
prosesinin geniş vüsət alması faktı demokratik institut kimi formalaşmış
kütləvi informasiya
vasitələrinin müstəqil
fəaliyyətində, onların
inkişafı üçün
formalaşmış hüquqi
təminatlarda öz təsdiqini tapmaqdadır.
Daha doğrusu, Azərbaycanda müstəqil media fəaliyyət
göstərir, insanların
internetə çıxışı
ən yüksək səviyyədədir. Müxalifətdə təmsil olunan partiyalar, siyasi təşkilatların təmsil
olunduqları birliklər
məhz bu imkanlardan sərbəst istifadə imkanlarına malikdirlər. Konkret olaraq bir neçə
siyasi partiyanın təmsil olunduğu Milli Şura adlı qurumun üzvləri çox sərbəst şəkildə
videokonfrans keçirir,
istədikləri fikirləri
səsləndirilər.Ölkə əhalisinin mütləq əksəriyyətinin izləyə
bildiyi sosial şəbəkələrdə sözügedən qurumun üzvlər iqtidarı ən sərt şəkildə tənqid
edir, radikal tələblər irəli
sürürlər. Bundan ötrü
onlara qarşı heç bir təzyiq vasitəsi tətbiq edilmir, ifadə azadlığı
məhdudlaşdırılmır. Təkcə bu faktın özü deməyə əsas verir ki, Azərbaycanda söz, mətbuat və ifadə azadlığı yüksək
səviyyədədir.
Prezident
İlham Əliyev də çıxışlarında
dəfələrlə bildirib
ki, Azərbaycanda söz və mətbuat azadlığı
tam şəkildə təmin
edilibdir: "Bildiyiniz
kimi, ulu öndər Heydər Əliyev tərəfindən
senzuranı ləğv
etməklə bağlı
irəli sürülmüş
təşəbbüs azad
mətbuata təkan verdi. Çünki senzura olan bir
ölkədə azad mətbuatdan söhbət gedə bilməzdi. Hesab edirəm ki, məhz o gündən başlayaraq Azərbaycanda
azad mətbuatın
tam formalaşması başlamışdır
və bu gün Azərbaycanda söz azadlığı
tam şəkildə təmin
edilir. Yüzlərlə mətbu orqan
sərbəst fəaliyyət
göstərir, əlbəttə
ki, senzuradan söhbət gedə bilməz. Azərbaycan, eyni zamanda,
müasir texnologiyaların
tətbiqində də
öz sözünü
deyir. Bildiyiniz kimi, bu gün internet jurnalistikası
da çox sürətlə inkişaf
edir, o cümlədən
Azərbaycanda. Azərbaycanda internet tam azaddır. İnternetin yayılması sürətlə
gedir, dövlət proqramları icra edilir, o cümlədən
Dövlət Neft Fondu tərəfindən genişzolaqlı internet xətlərinin
hər bir şəhərə gətirilib
çıxarılması layihəsi
də icra ediləcəkdir. İnternet istifadəçilərinin
sayı 70 faizdən çoxdur. Belə olan halda əlbəttə, biz tam əminliklə
deyə bilərik ki, Azərbaycanda söz azadlığı maksimum dərəcədə
təmin edilir. Bu, belə də
olmalıdır. Çünki biz müasir dövlət qururuq, biz inkişaf etmiş ölkəyə çevrilməliyik və
belə olan halda bütün meyarlar Azərbaycanda yüksək səviyyədə
olmalıdır. İqtisadi, sosial
və eyni zamanda, ictimai proseslərin gedişatı
da mütərəqqi
meyarlar üzərində
qurulmalıdır. Azərbaycanda azad jurnalistikanın rolu çox böyükdür. Ölkəmizdə demokratik cəmiyyətin formalaşmasında jurnalistikanın
çox böyük rolu vardır və bu rolu
mən yüksək qiymətləndirirəm. Əminəm ki, gələcəkdə
də Azərbaycanda söz azadlığı və bütün başqa azadlıqlar təmin ediləcəkdir.
Azərbaycanda demokratiyanın inkişafında
böyük addımlar
atılır, bütün
azadlıqlar vardır
- söz azadlığı,
sərbəst toplaşmaq
azadlığı. Azərbaycanda bütün digər azadlıqlar - vicdan azadlığı, din azadlığı
tam təmin edilibdir.
Beynəlxalq təşkilatlar Azərbaycanda bu sahədəki işlərə
yüksək qiymət
verirlər. Yəni, müasir
dövlət prinsipləri
elə olmalıdır
ki, biz hər bir sahədə qabağa gedək, ən mütərəqqi təcrübəni Azərbaycanda
tətbiq edək və ölkəmizi inkişaf etdirək.
Bu gün müstəqil
Azərbaycan dövləti,
sözün əsl mənasında hərtərəfli
inkişaf edir və ictimai proseslərin müsbət
istiqamətdə getməsi
əlbəttə ki, bizim gücümüzü
artırır".
Lakin, çox
təssüf ki, bəzi hallarda söz və mətbuat azadlığı
üçün yaradılmış
şəraitdən sui-istifadə
hallarına yol verilir. Xüsusən, internet mediada təhqir
və şantaja üstünlük verilir ki, hazırda bu məsələnin qanunla tənzimlənməsi
məsləsi gündəmə
gəlir. Deputat Nurlan Həsənov belə bir zərurəti
dövrlər sosial mediada müzakirələrin
ictimai və siyasi şəxslərə
qarşı aqressiv formada aparılması hallarının artması
halları ilə əlaqələndirib: "Bütün
bunlar hücuma məruz qalan insanların fərdi hüquqlarının pozulması
ilə yanaşı, eyni zamanda, siyasi
müzakirənin mövcudluğunu
sual altına salır. Belə qəddar mühitdə
insanlar bir çox hallarda ağır sözlərə
məruz qalacağından
ehtiyat edərək, siyasi müzakirələrdən
çəkinir və
fikirlərini ifadə
etmirlər. Bu isə fikir azadlığını təhlükə
altına salır.
Buna qarşı mübarizə aparmaq üçün hüquq-mühafizə
orqanlarının sosial
şəbəkələrdə olan nifrət cinayətlərinə qarşı
effektiv mübarizəsi
tələb olunandır".
Millət vəkili söyləyib ki, 2017-ci ildə Almaniyada altı maddədən ibarət "Sosial şəbəkənin mühafizəsi
haqqında" qanun qəbul edilib: "Bu qanunla sosial şəbəkənin operatorları
qarşısında müəyyən
öhdəliklər qoyulub.
Amma sosial şəbəkələrdə,
internet mühitində heç
bir qanun işləmir. Nəticədə
2020-ci ilin fevralında
"Sağ ekstremizm və nifrət cinayətlərinə qarşı
mübarizə haqqında"
qanun, bu ilin mart ayında isə "Sosial şəbəkənin mühafizəsi
haqqında" qanuna dəyişikliklər edilməsi
ilə bağlı sənəd Almaniya hökuməti tərəfindən
parlamentə təqdim
olunub. Bu sənədlərlə
bağlı müzakirələri
izləyirəm. Yeni qanun
layihəsində əsas
dəyişikliklərdən biri ondan ibarətdir
ki, sosial şəbəkələrdə cinayət tərkibli paylaşımlar edən istifadəçilərə məxsus
şifrələr xüsusi
ağırlaşdırıcı hallarda məhkəmə qərarı əsasında
sosial şəbəkə
operatoru tərəfindən
Almaniya Kriminal Federal İdarəsinə bildirilməlidir.
Bu, böyük irəliləyişdir və
biz də bu istiqamətdə müəyyən
işlər görə
bilərik".
Prezident İlham Əliyev təsadüfən qeyd etməyib ki, jurnalistlərin vətənpərvərliyi çox böyük əhəmiyyətə malik olan bir məsələdir: "Dövlətçilik prinsipləri üstünlük təşkil etməlidir. İlk növbədə, dövlət maraqları müdafiə edilməlidir. Dövlətə zərər vura biləcək hər hansı bir addıma yol verilməməlidir. Eyni zamanda, cəmiyyətdə mövcud olan problemlər ölkə daxilində həllini tapmalıdır. Mən bu barədə dəfələrlə fikirlərimi bildirmişəm. Bu gün də demək istəyirəm, hər bir ölkənin öz inkişaf dinamikası, öz problemləri, nailiyyətləri var, o cümlədən Azərbaycanın da. Bütün problemlər ölkə daxilində həllini tapmalıdır". Birmənalı şəkildə qeyd edilməlidir ki, jurnalist ilk növbədə vətəndaşdır. Əgər o, məsələlərə vətəndaş mövqeyindən yanaşsa, şər, böhtan, təhqir arxa plana keçmş olar. Necə ki, ölkə jurnalistləri koronavirus pandemiyasının yayıldığı bir məqamda əsil vətənpərvər mövqeyi ortaya qoydular. Milli Məclisinin deputatı Məzahir Əfəndiyev qeyd edib ki, hazırda media vətənpərvərliyin nümunəsini öz fəaliyyətində təcəssüm etdirir: "Koronavirus pandemiyası iləapardığımız mübarizə bizə media institutlarının əhəmiyyətini daha yaxşı anlamağa kömək etdi. Sosial şəbəkələrin yaratdığı şərait çərçivəsində fərdlərin xəbər mənbəyi kimi çıxış etməsində müxtəlif imkanların olmasına baxmayaraq, bu dövrdə biz peşəkar, institutlaşmış media qurumlarının rolunu bir daha başa düşdük. Xalqımıza vəziyyətin və ondan irəli gələn qərarların operativ formada çatdırılmasında, mövcud vəziyyətin ciddiliyinin əhalimiz tərəfindən başa düşülməsində media institutlarının töhfəsi böyük oldu. Əgər digər ölkələrə nisbətdə pandemiyanın fatal fəsadları ölkəmizdə az oldusa, bunda medianında rolu böyükdür. Bunları nəzərə alaraq, təsadüfi deyil ki, media idarəçiliyin bir qolu kimi tanınır. Burada hökumət qurumlarınında media ilə yaxından kommunikasiya qurulmasında səylərini vurğulamaq lazımdır. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mütəmadi brifinqlərin keçirilməsi bu səylərin bariz nümunəsidir. Bundan əlavə, Cənab Prezident İlham Əliyevin media mənsublarına daimi diqqəti və onlara ayırdığı zaman, dövlət idarəçiliyində medianın xidmətlərinin tanınmasıdır. Lakin, bu vəziyyətdə bəzi media qurumlarının milli təhlükəsizliyimizə və inkişafımıza məsuliyyətsiz yanaşma hallarınıda müşahidə etdik. Yanlış, əsaslandırılmamış məlumat yayaraq cəmiyyət arasında təlaş yaratma hallarını buna misal göstərmək olar. O biri tərəfdən baxsaq, bu cür neqativ hallar xalqımıza hansı media mənbələrinin daha etibarlı olduğunu anlamağa və məlumatları yalnız rəsmi mənbələrdən izləməli olduqlarına siqnal verdi. İctimai rəyin neqativləşməsinə hədəflənmiş bu tip əsaslandırılmamış məlumatların yayılmasında sosial şəbəkələrin yaratdığı "imkanları" nəzərə alaraq, bu şəbəkələrdə yayılan bəzi məlumatların üzərində nəzarətin gücləndirilməsi qaçılmazdır. Bu nəzarət eyni zamanda, milli əxlaqımıza zidd addımlar atan bəzi individual şəxslərədə şamil olunmalıdır. Əslində, Möhtərəm Prezidentimiz İlham Əliyev problemlərinə toxunduğu, eyni zamanda dəstək gözlədiyi sahələrdən birinin məhz müstəqil və sağlam media olduğunu dəfələrlə bildirmişdir. Bunun üçün isə ilk növbədə qanunvericilik hakimiyyəti tərəfindən hüquqi əsaslar yaradılmalıdır. Bu məsələyə post-pandemiya dövrünün digər bir çağırışı kimi də yanaşa bilərik. Bunları nəzərə alaraq, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin dəsti-xəttini əsas tutan,öz işinə peşəkarcasına yanaşan, birliyimizi təmin edərək "Biz Birlikdə Güclüyük" aksiyasına müsbət töhfələr verənmedia qurumlarına təşəkkürümü bildirmək istərdim.Öz məsuliyyətini tam anlamayan media orqanlarına isə təklifim milli birliyimizin, inkişafımızın və sosial ədalətin təmin olunmasında əhəmiyyətlərini daha da yaxşı dərk etmələridir. Müasir texnologiyaların yaratdığı imkanlardan dövlətimizin inkişafı və çiçəklənməsi istiqamətində istifadə etmək lazımdır. Bütövlükdə götürsək, media qurumları üçün də bu yeni konteksə uyğunlaşmaq böyük təcrübə toplamağa imkan verdi və onların fəaliyyətində sağlamlaşma ilə müşahidə olundu".
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.
Olaylar.- 2020.- 5-8 iyun.- S.1.5.