Ölkəmizdə hər zaman olduğu kimi bu günsöz və ifadə azadlığı ən yüksək səviyyədə qorunur

 

 

Ruslan Vəliyev: "Bu gün mediya təmsilçiləri, jurnalistlər tam rahatlıqla istənilən məsələ haqqında məlumat alır və bu məlumatı xalqa çatdırır"

 

 

 

Hər bir demokratik cəmiyyətin, ölkənin mühüm göstəricilərindən biri əsas demokratik prinsiplərə, qaydalara necə əməl edilib-edilməməsidir. Məhz həmin prinsiplərin yaxşı və ya pis təmin edilməsi, onlara riayət olunmasından dolayı buya digər ölkələr barədə müəyyən kriteriyalar müəyyənləşdirilir, reytinqlər tərtib olunur, hesabatlar hazırlanır.

 

Demokratik prinsiplər sırasına bir qayda olaraq fikir, söz, ifadə və məlumat azadlığı, plüralizm aid edilir və məhz sadaladığımız amillərin nə dərəcədə təmin edilməsi ölkələr üzrə müəyyən edildikdən sonra həmin ölkə və ölkələrin nə dərəcədə demokratik olduğu, bu prinsiplərə əməl edib-etmədiyi barədə fikir, mülahizə irəli sürülür.

 

Azərbaycan da demokratik cəmiyyətin bir üzvü olaraq əsas norma və prinsiplərə əməl edir, onların inkişaf etdirilməsi, yüksək səviyyədə təmin olunmasına daim çalışır. İstər ölkədə fikir, söz, məlumat və ifadə azadlığının mövcudluğu, onun daha da inkişaf etdirilməsi istiqamətində atılan sistemli addımlar, istər digər norma və prinsiplər, xüsusilə də plüralizmin ən yüksək təmin edilməsi üçün ortaya qoyulan siyasi iradə və fəaliyyətlər onu deməyə əsas verir ki, Azərbaycanda qeyd edilən bütün norma və prinsiplərə əməl olunur, onların inkişaf etdirilməsi istiqamətində davamlı addımlar atılır. Elə Odlar Yurdu Gənclər İctimai Birliyinin baş katibi Ruslan Vəliyev də bu qənaətdədir. "OLAYLAR"-a verdiyi müsahibədə Ruslan Vəliyev Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığı, plüralizmin təmin edilməsi istiqamətində dövlətin həyata keçirdiyi təbbirlərdən də danışıb.

 

-Ruslan müəllim, hazırda Azərbaycanda kütləvi informasiya vasitələri, medianın durumunu necə dəyərləndirərdiniz?

 

- Bildiyimiz kimi yaşadığımız dövr informasiya dövrü, mediya dövrü adlandırılır. Hal-hazırda ölkəmizdə mediya sahəsində mühim işlər görülməməkdədir. Təbii ki, keçmişə nəzərən mediyamız indiki dövrdə daha çox inkişaf edib. Ancaq bu bizim üçün uğur sayılmamalıdır. Çünki, bizim daha sürətli inkişafa ehtiyacımız var. Azərbaycan müharibə şəraitində olan bir ölkədir. Bizim torpaqlarımızın 20 faizi işğal altındadır. Məhz dövrün tələbindən irəli gələrək biz həm də informasiya müharibəsində qalib gəlməliyik. Düşünürəm ki, kütləvi informasiya vasitələri nümayəndələri bu istiqamətdə araşdırmalar etməlidir. Eyni zamanda mediya təmsilçiləri cənab Prezidentin ətrafında sıx birləşməli və dövlətimizin mənafeylərinə xidmət etməli, həmçinin ölkənin beynəlxalq aləmdə daha çox nüfuz qazanmasında öz üzərlərinə düşən missiyanı yerinə yetirməlidir. Bizim mediya nümayəndələri daha çox vətənpərvərlik ilə bağlı paylaşımlar etməlidir. İşğal altında olan ərazilərimiz ilə bağlı tarixi faktları əks etdirən yazılar yazmalıdır. Düşmən bizim torpaqları işğal edib, bizim mədəniyyətimizi oğurlayıb özəlləşdirir və mediyaya ötürür, qarayaxma kamaniyaları həyata keçirir. Bütün bunlara qarşı necəki ölkə başçımız beynəlxalq tədbirlərdə onların cavabını layiqincə verir, necəki səngərdə duran Azərbaycan əsgəri onların cavabını layiqincə verir, eləcədə Azərbaycan mediyası onların cavabını verməlidir.

 

Eyni zamanda bizim böyük problemimiz olan vikipediyanı vurğulamaq istəyirəm. Bu gün çox təəssüf olsun ki, vikipediyada xarici dillərdə bizim tarixi torpaqlarımız haqqında məlumat tapmaq çətindir. Biz bu məsələni həll etməliyik. Bu gün kütləvi informasiya vasitələri nümayəndələri bu məsələ ilə işlər görməlidir, tədbirlər planı hazırlamalı və hökumətdən dəstək istəməlidir. Qarabağ həqiqətlərini mediya vasitəsilə bütün dünyaya çatdırmalıyıq və informasiya müharibəsində qalib tərəf biz olmalıyıq.

 

-Ölkədə fikir, söz, məlumat və ifadə azadlığı, plüralizmin vəziyyətini qənaətbəxş hesab etmək olarmı?

 

-Ölkəmizdə hər zaman olduğu kimi bu günsöz və ifadə azadlığı ən yüksək səviyyədə qorunur. Bu gün istənilən şəxs öz subyektiv fikrini söyləyir və bu fikri sosial şəbəkələrdə işıqlandırır. Bu gün mediya təmsilçiləri, jurnalistlər tam rahatlıqla istənilən məsələ haqqında məlumat alır və bu məlumatı xalqa çatdırır. Həqiqətən bütün bunlar bizi qürurlandırır. Əlbətdə bəzi sahələrdə olduğu kimi burada da chr("39")qəhrəmanlarchr("39") var. Hansı ki, o tip insanların işi dövlətin qərarlarını əsassız şəkildə təndiq etməyə çalışaraq xalqı səhv məlumatlandırmaq və ölkədə xaos yaratmağa çalışmaqdır. Düşünürəm ki, belə insanlara qarşı hər birimiz mübarizə aparmalıyıq. Belə insanların Azərbaycan mediyasına zərbə vurmağa çalışması, ölkədə jurnalist adına ləkə gətirməyə çalışması hər birimizə məlum olmalıdır.

 

-Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığının, plüralizmin təmin olunmasında dövlət, şəxsən dövlət başçısı Cənab İlham Əliyev nə kimi müsbət, təqdirəlayiq addımlar atıb, müvafiq fərman və sərəncamlar imzalayıb?

 

-Azərbaycanda mətbuat azadlığı, söz azadlığı vardır. Azərbaycanda azad mətbuatın tarixi o qədər də böyük deyildir. Azərbaycanda müstəqil mətbuat Sovet İttifaqının son illərinə təsadüf edir. İlk qəzetlər, müstəqil qəzetlər o vaxt yaranmışdır. Müstəqillik əldə olunandan sonra, əlbəttə ki, azad mətbuatın formalaşması daha da sürətlə getmişdir. Ancaq mən hesab edirəm ki, bu sahədə əsaslı dönüş 1998-ci ildə baş vermişdir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda senzuranın ləğvi sözün əsl mənasında azad, müstəqil mətbuatın formalaşması, yaranması üçün həlledici rol oynamışdır. Bildiyiniz kimi, ondan sonrakı dövrdə 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv edilmişdir, 2003-cü ildə Mətbuat Şurası yaradılmışdır. Yəni, bu proseslər onu göstərir ki, Azərbaycan dövlətinin niyyəti həmişə birmənalı olmuşdur.

 

2003-cü ildə cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra bu sahəyə göstərilən diqqət və qayğı daha da artırıldı, mətbuatın maddi problemlərinin həlli istiqamətində xüsusi önəm kəsb edən bir tədbir görüldü. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında" Sərəncamı ilə bəhs edilən missiyanın yerinə yetirilməsi üçün hüquqi substrat oldu. Kütləvi informasiya vasitələrinin "Azərbaycan" nəşriyyatına olan borcları tamamilə ləğv edildi. Məhz Prezident İlham Əliyevin göstərişi ilə məlum borcların ləğv edilməsi mətbuatın maddi problemlərinin aradan qaldırılması istiqamətində atılmış fundamental əhəmiyyətli tarixi bir addım idi. Bununla yanaşı, jurnalistlərin peşə nüfuzunun artırılması üçün jurnalist-məmur, jurnalist-vətəndaş, jurnalist-biznesmen çəkişmələrinə hüquqi müstəvidə son qoyulması istiqamətində ciddi addımlar atıldı, müxtəlif tədbirlər görüldü. Bununla da qeyd etmək vacibdir ki, Azərbaycan mətbuatında mühüm, fundamental keyfiyyət dəyişikliklərinin meydana gəlməsi məhz Prezident İlham Əliyevin hakimiyyəti dönəminə təsadüf edir.

 

-Dövlət başçısının "Jurnalistlər mənim köməkçilərimdir" ifadəsi Cənab Prezidentin bu sahəyə, mətbuata nə qədər diqqətli olduğunu təsdiq etmirmi?

 

-Bəli, təbiki cənab Prezident hər sahədə olduğu kimi mediya sahəsində də son dərəcə diqqətlidir. Prezident İlham Əliyev Azərbaycanın sosial-iqtisadi, siyasi inkişafı ilə yanaşı, ölkəmizin mədəni-mənəvi tərəqqisini də hər zaman prioritet məsələ kimi dəyərləndirir. Bu, heç də təsadüfi deyil. Bəllidir ki, dövlətin, cəmiyyətin hərtərəfli tərəqqisində, inkişafında, mədəni-mənəvi amillərin, maarifləndirmənin, bütün bunların həyata keçirilməsində cəmiyyətin güzgüsü rolunu oynayan, onu işıqlandıran kütləvi informasiya vasitələrinin, medianın özünəməxsus rolu var. İnformasiya texnologiyalarının cəmiyyətin, dövlətin həyatına fəal şəkildə nüfuz etdiyi bir şəraitdə yaradıcı insanların - yazarların, jurnalistlərin üzərinə böyük məsuliyyət düşür. Bununla bağlı dövlət başçısı dəfələrlə vurğulayıb ki, hər bir jurnalist vətəndaş məsuliyyətini hiss etməli, ilk növbədə, vətənpərvər olmalıdır. Həmçinin dövlət başçısı bir neçə il əvvəl bununla bağlı çıxışında qeyd etmişdi ki, jurnalistikanın ağır peşə sahəsi olduğunu, burada çalışan insanların bir sıra hallarda haqsızlıqlarla, təzyiqlərlə üzləşdiyini bilir, media mənsublarının problemlərini çox yaxşı başa düşür. Prezident qeyd etmişdir: "Mən jurnalistlərin işini yüksək qiymətləndirirəm. Bu, çox çətin işdir. Bu işdə bəzən jurnalistlər haqsızlıqlarla, təzyiqlərlə üzləşirlər. Biz bunu da bilirik. Ona görə jurnalistlərin sosial müdafiəsi, məişət problemləri həllini tapmalıdır." Bu sözlərdən də aydın başa düşmək olur ki, ölkə başçımız hər zaman mediyanın fəaliyyətini izləyib və hər zaman mediyanı diqqət mərkəzində saxlayır.

 

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

 

Olaylar.- 2020.- 11-12 iyun.- S.15.