Azərbaycanda söz
azadlığının təmin olunmasında internet
medianın rolu artıb
Müasir dövrün vacib tələbatlarından olan
internet media həyat tərzimizin ayrılmaz tərkib hissəsinə
çevrilib.
Artıq gündəilk davranışımızı,
iş prosesimizi internet mediasız təsəvvür etmək
qeri-mümkündür. Hazərda ölkəmizdə
yüzlərlə internet media qurumu fəaliyyət göstərir.
Sosial şəbəkələri də bunun qzərinə əlavə etsək
məlum olar ki, ölkə əhalisinin bökük əksəriyyətinin
internetə çıxışı var. Məlumata görə,
hər 100 Azərbaycan vətəndaşından 72 nəfəri
genişzolaqlı internetdən istifadə edə bilir. Belə halda internet mediada insan hüquqlarına
hörmət məsələsi önə çıxır.
Etiraf edilməlidir ki, internet media qurumlarında
insan hüquqlarına hörmətlə yanaşılsa da
sosial şəbəkələrdə heç bir sərhəd
gözlənilmir. İnsanlar təhqir
edilir, alçaldılır, şərəf və ləyaqətinə
xələl gətirilir. Onu da qeyd edək
ki, bu vəziyyət hətta dünyanın demokratik
baxımdan ən inkişaf etmiş ölkələində
müşahidə olunur. Elə bu səbədən
də internet media və sosial şəbəkələrin fəaliyyətinin
qanunla tənzimlənməsi məsələsi gündəmə
gəlib. Millət vəkili, Milli Məclisin
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə
mübarizə komitəsinin sədri Ziyafət Əsgərov
qeyd edib ki, Azərbaycan sivil dünyanın tam hüquqlu
üzvü kimi internet şəbəkəsinin
inkişafına xüsusi diqqət yetirir. Xüsusilə
son illərin internetlə bağlı statistikası göstərir
ki, respublikamızın inkişafı internet xidmətlərinin
ən müasir tələblər səviyyəsinə
yüksəlməsinə gətirib çıxarıb. Həmçinin Azərbaycan əhalisinin
böyük əksəriyyəti internet istifadəçisinə
çevrilib. Bu tendensiyanın özü
Azərbaycanın demokratik inkişaf yolu keçdiyini göstərən
əsas faktorlardan biridir. Komitə sədri
qeyd edib ki, internetin inkişafı həm də informasiya cəmiyyətinin,
o cümlədən sosial şəbəkələrdən
istifadənin genişlənməsi və bu şəbəkələr
üzərindən medianın inkişafı deməkdir."Azərbaycanda
son illərdə sosial şəbəkələrin
yaratdığı informasiya mübadiləsi imkanlarından
istifadə daha da artıb ki, bu da ölkəmizdə söz
azadlığının təmin olunmasının göstəricilərindən
hesab olunur. Lakin təəssüflə qeyd etməliyik
ki, son illərdə sosial şəbəkələrin
heç də informasiya cəmiyyətinin ali
məqsədlərinə xidmət etmədiyinin şahidi
olmaqdayıq. Xaricdə məskən salan antimilli ünsürlər,
o cümlədən saxta adlarla qeydiyyatdan keçmiş xəyanətkarlar
uzun illərdir ki, sosial şəbəkələr üzərindən
Azərbaycana qara yaxmaqla, uğurlarımıza kölgə
salmaqla, dövlət, hakimiyyət və ölkənin
konsitusion quruluşu əleyhinə siyasi
çağırışlar etməklə məşğuldurlar.
Elədikləri əməllər həm də
mənəvi terrora cəhddir. Bu gün
sosial şəbəkələrdə təhqiri,
söyüşü mübarizə metodu seçənlər,
insanları dağıdıcılığa
çağıranlar, şayiə və dezinformasiya yayanlar,
eyni zamanda, həmin antiazərbaycançı mərkəzlərin
buyruqlarını yerinə yetirirlər. İnternetin,
sosial şəbəkələrin inkişafı, geniş
yayılması və texniki imkanları ondan təhqir etmək
və böhtan atmaq üçün istifadə edilməsini də
reallığa çevirib. Bununla
yanaşı, artıq dünyanın bir çox yerlərində
məhz sosial şəbəkələr vasitəsilə insan
ləyaqətinin alçaldılmasına qarşı
hüquqi müstəvidə qiymət verilməsinin mexanizmləri
gücləndirilib. Bir çox ölkələrdə
böhtan və təhqirə görə sosial şəbəkələr
nəzarətə götürülərək ciddi tədbirlər
görülür. Azərbaycanda bu sahədə
müəyyən addımlar atılıb. Cinayət Məcəlləsinin 147-ci maddəsinə
əsasən internetdən istifadə etməklə böhtan
atmağa görə müvafiq məsuliyyət nəzərdə
tutulur. Məcəllənin 148-ci maddəsi
isə təhqiretmə ilə bağlıdır. 148-1-ci maddədə göstərilir ki, internet
informasiya resursunda saxta istifadəçi adlar, profil və ya
hesablardan istifadə edərək kütləvi nümayiş
etdirməklə böhtanatma və ya təhqiretmə min
manatdan iki min manatadək miqdarda cərimə və ya
üç yüz altmış saatdan dörd yüz səksən
saatadək müddətə ictimai işlər, yaxud iki ilədək
müddətə islah işləri və ya bir ilədək
müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Lakin hesab edirəm ki, bütün bunlar yetərli
deyil və yeni hüquqi tənzimlənmə mexanizmlərinin
tətbiqinə ehtiyac var. Artıq bu şəbəkələri
yaradıb müasir bəşəriyyətin həyatının
bir parçasına çevirən ABŞ-da da belə bir
mühitin ölkənin, cəmiyyətin gələcəyi
üçün nə qədər böyük təhdidlər
doğurduğunun fərqindədirlər. Ona
görə də sosial şəbəkələrdə daha
ciddi tənzimləyici normaların müəyyənləşdirilməsi
üçün addımlar atılır. Azərbaycanda
da bu sahədə həllər tapılmalıdır. Çünki sosial şəbəkələrdəki
məsuliyyətsizlik mühitinə son qoymağın
vaxtıdır."
Deputat Kamran Bayramov bildirib ki, sosial şəbəkələr
və internet media resursları həyatımızın
ayrılmaz bir hissəsinə çevrilməklə virtual bir
cəmiyyət formalaşdırmaqdadır. Virtual cəmiyyət
də öz növbəsində özünəməxsus
sosial-mədəni bir aləm formalaşdırmaqdadır.
Bu proses pandemiya dövründə özünü daha
qabarıq formada ortaya qoyaraq daha da dərinləşməkdədir.
Lakin formalaşan bu virtual cəmiyyətin müsbət cəhətləri
ilə yanaşı, mənfi, uzun əsrlər boyu
formalaşan dəyərlər sistemini ciddi təhdid
altında qoyan ziyanlı cəhətləri də var. Sirr
deyil ki, sosial şəbəkələrdən bu cür
ziyanlı vasitələr, əslində isə mənəvi
terror aləti kimi istifadə olunması onlara xas olan anonimliyə
əsaslanır. K.Bayramov bildirib ki, məhz anonimlik sosial şəbəkələrdən
ayrı-ayrı qrupların və konkret fərdlərin şəxsiyyətin
hüquqlarının ən kobud şəkildə
pozulması, mənəvi terrora məruz qoyulması, təhqir
edilməsi, bütün əxlaqi, mənəvi dəyərlərinin
ayaqlar altına atılması və digər qanunazidd əməllərin
həyata keçirilmək üçün bir meydana
çevrilib. Ona görə də bu gün heç kim sosial şəbəkələrdə ən
eybəcər formada təhqir olunmaqdan, ləyaqətinin
tapdalanmasından sığortalanmayıb. Millət vəkilinin
sözlərinə görə, bu gün bəzi qruplar və şəxslər
özlüyündə mütərəqqi hesab edilən sosial
şəbəkələrin yaratdığı imkanlardan
terrorizmin, şiddət və nifrətin təbliğ edilməsi,
narkotik vasitələrin internet üzərindən
satılması, habelə şəxsiyyətin şərəf
və ləyaqətinin alçaldılması kimi çirkin
niyyətlərini həyata
keçirirlər: "Sosial şəbəkə və
internet resurslarda ciddi qanunazidd hərəkətlərin
baş verməsinin səbəbi isə belə
qanunsuzluqlara yol verənləri
məsuliyyətə cəlb etmək üçün
hüquqi tənzimləmə mexanizminin olmamasıdır. Bu
hüquqi mexanizmin olmamasından müvafiq dövlət
qurumları da sosial şəbəkələrdə, internet resurslarda vətəndaşların
hüquqlarının pozulmasına qarşı səmərəli
mübarizə apara bilmir. Bu səbəbdən də sosial
şəbəkə və internet resurslarda qanunazidd hərəktələrin
hüquqi cəhətdən qarşısının
alınması üçün hüquqi tənzimlənmə
mexanizminin yaradılması sosial sifarişə
çevrilib.Necə ki, ənənəvi kütləvi
informasiya vasitələrinin fəaliyyəti insan
hüquqlarının qorunması qanunvericilik əsasında tənzimlənirsə,
sosial şəbəklər və internet resurslar belə tənzimləmə
mexanizmi ilə tənzimlənməlidir. Bununla
bağlı müəyyən beynəlxalq praktika da
mövcuddur. Məsələn, Almaniyada belə
qanunazidd hərəkətlərin yol verməməsi
üçün sosial şəbəkə
operatorlarının üzərinə müəyyən
hüquqi məsuliyyət qoyub. Yəni belə hallara yol verən
şəxslərin tapılıb, məsuliyyətə cəlb
olunmasında sosial şəbəkə operatoru üzərinə
müəyyən vəzifələrə qoyulub. Digər bir fakt, son günlərdə ABŞ
Prezidenti Donald Trampın məlum qərarının qeyd etmək
olar".
Deputatın fikrincə, digər ölkələrdə
olduğu kimi Azərbaycanda da qanunvericilikdə bu istiqamətdə
addımlar atılmalı və hüquqi tənzimləmə
mexanizmi müəyyən edilməlidir. Bu məqsədlə sosial
şəbəkə operatorlarının qarşısında
müəyyən cavabdehliyin artırılması kimi
hüquqi mexanizm yaradıla bilər: "Eyni zamanda sosial şəbəkə
istifadəçisi barədə hüquqi məsuliyyətə
daşıyan hüquqi mexanizm tətəbiq edilməlidir.
Əgər belə
bir mexanizmi tətbiq etmək mümkün olarsa və
qeyri-sağlam hərəkətlərin qarşısı
alınarsa, o zaman müasir informasiya texnologiyaları bəşəriyyətin
böyük nailiyyəti, onun gələcək
inkişafının hərəkətverici qüvvəsinə
çevriləcək. Rəqəmsal texnologiya, süni
intellekt getdikcə daha böyük sürətlə inkişaf edib, yeni inkişaf
perspektivlər açacaq. Hüquq və əxlaq
normalarına əsaslanan cəmiyyətlərdə ictimai
münasibətlərin təkamülü informasiya
texnologiyaları paralel inkişaf edəcək. Bundan da ancaq bəşəriyyət və
insanlıq qazanacaq".
Millət
vəkili, parlamentin Ailə, qadın və uşaq məsələləri
komitəsinin sədr müavini Jalə Əliyeva deyib ki, sosial
şəbəkələrdə bəzən böhtan
atılması, çirkab yağdırılması kimi,
xoşagəlməz hallara rast gəlinir: "Bu, yolverilməz
və qəbuledilməzdir. Təbii ki, tənqid
demokratik bir dövlət üçün çox əhəmiyyətlidir,
çoxfikirlilik çox vacib bir amildir. Bizlər
də demokratik ölkənin vətəndaşları kimi,
bütün bu hallara normal yanaşırıq. Ölkə rəhbərimiz də hər zaman deyir
ki, Azərbaycanda söz azadlığı mövcuddur. Ümumiyyətlə, Konstitusiyamızda da söz
azadığı, demokratik azadlıqlar hamısı təsbit
olunub, insanlarımız da fikirlərini ifadə etməkdə
sərbəstdirlər, azaddırlar. Amma bu
azadlıq heç də xaos demək deyil. Bu, heç də kiminsə kimdənsə şəxsi
bir qərəzi varsa, kimsə kimisə sevmirsə, onu ictimailəşdirib,
qınaq obyektinə çevirməsinə əsas vermir.
Bunu cəmiyyətin "malı"na
çevirməyə ehtiyac yoxdur". J. Əliyeva əlavə
edib ki, ilk növbədə insanları yaxşı işlərinə
görə, qiymətləndirmək lazımdır:
"Onların gözəl əməllərinə qiymət
vermək gərəkdir. Eyni zamanda, əgər
hansısa bir nüans bəyənilmirsə, qəbul edilmirsə,
böyük bir kütlə tərəfindən qəbul edilməyən
bir şeylər varsa, gəlin onu normal şəkildə
müzakirəyə çıxaraq, mətbuat müstəvisində
müzakirə edək. Amma haqsız tələblərin,
haqsız iradların, əsası olmayan fikirlərin səsləndirilməsi,
yazılması, sosial şəbəkələrdə
müzakirəyə çıxarılması əlbəttə
ki, xoş bir şey deyil. Hələ
üstəlik də bunun arxasında konkret imza yoxdursa...Yəni,
imzadan kənar kimsə özünə bir təxəllüs
seçir, kimsə özünə ad qoşur və o adın
altında kiminsə həyatına müdaxilə edir, kiminsə
şəxsi işlərinə qarışır, təbii ki,
bunlar yolverilməzdir. Qanunlarımız da
insanların qarşı tərəfin razılığı
olmadan onun haqqında nəyinsə çəkilməsini, bəyan
edilməsini qadağan edir və qəbul etmir. Demokratik bir ölkə kimi, Azərbaycanda
bütün insanların hüquqlarına hörmətlə
yanaşılır və bu hüquqlar qanunlarla qorunur, tənzimlənir.
Bir tərəfin deyil, hər iki tərəfin
hüquqlarına. Bunu sosial şəbəkə
istifadəçiləri də unutmamalıdırlar".
Komitə sədrinin müavini onu da qeyd edib ki, kimsə sosial
şəbəkələrin inkişafının
qarşısını almaq fikrində deyil: "Amma eyni
zamanda, bizim böyüməkdə olan nəslimiz var, bizim mənəviyyatımız
var, bizim mədəniyyətimiz var, bizim əxlaqımız
var. Bu dəyərləri də qoruya biləcək bir
mexanizmin hazırlanmasına və sosial şəbəkələrin
tənzimlənməsinə ehtiyac var".
Azərbaycan Respublikasının Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir.
Olaylar.- 2020.- 13-17 iyun.- S.1.5.