Prezident İlham Əliyev daim medianın problemləri ilə maraqlanır
Müasir dövrdə həyatımız
mediasız, mətbu orqanlarsız təsəvvür
edilsəydi, yəqin ki, cansıxıcı, boz rənglərin daha üstün olduğu bir mənzərə gözlər
önündə canlanardı. Lakin məhz kütləvi informasiya vasitələri insanı bir andaca min kilometrlərlə
belə uzaqda baş verən prosesin müşahidəçisinə
çevirir, həmin proses, hadisə barədə dolğun təsəvvür yaradır.
Bununla qloballaşan dünyada
media həm də insanları bir-birinə bağlayan, onlar arasında gözəgörünməz
bağlar yaradan bir vasitəyə çevrilir. Bu vasitə insan həyatını daha rəngarəng edərək
onun informasiya qidasının əsas mənbəyi kimi çıxış edir.
Respublikamızın ictimai-siyasi, sosial-iqtisadi
həyatında demokratik
dəyərlərin daha
geniş şəkildə
bərqərar olması,
müstəqil dövlətçiliyin
siyasi, iqtisadi və hüquqi dayaqların möhkəmlənməsi
prosesi sürətləndikcə,
Azərbaycan dövləti
söz və mətbuat azadlıqlarının
qanunvericilik bazasının
demokratikləşdirilməsi istiqamətində yeni-yeni
addımlar atır.
Lakin medianın
çox cəhətli
funksiyaları bununla məhdudlaşmır. İstənilən cəmiyyətin tərəqqisində,
milli şüurunun formalaşıb inkişaf
etməsində ən
təsirli vasitələrdən
biri məhz mediadır. Bu səbəbdən sağlam
milli şüurun, ictimai rəyin yaranmasında maraqlı olan hər bir
cəmiyyət, onun qurduğu dövlət söz və məlumat azadlığının
əsas daşıyıcılarından
olan medianın, yazılı mətbu orqanların inkişafına
həmişə xüsusi
diqqət yetirib.
Dövlət quruculuğunun dünyəvi,
hüquqi və demokratik prinsiplərlə
həyata keçirildiyi
respublikamızda azad vətəndaş cəmiyyətinin
formalaşması, insanların
sərbəst yaşaması,
qanunların aliliyinin təmin edilməsi istiqamətində bütün
zəruri addımlar atılıb. O cümlədən
demokratik cəmiyyətin
əsas göstəricilərindən
sayılan söz və mətbuat azadlığının təmin
olunması, kütləvi
informasiya vasitələrinin
fəaliyyəti və
inkişafı üçün
münbit şəratin
yaradılması, bu sahədə olan bütün maneələrin
aradan qaldırılması
da daim diqqət
mərkəzində olub.
Söz azadlığı,
mətbuatın müstəqilliyi,
insan hüquq və azadlıqlarının
qorunması ümummilli
lider Heydər Əliyevin əsasını
qoyduğu siyasətin
əsas prioritetlərindən
biri idi. Məhz Ulu
Öndərin apardığı
uğurlu siyasət müasir mətbuatın inkişafının əsas
təminatçısına çevrilib. Ümummilli liderimiz
Heydər Əliyevin
1993-cü ildə xalqın
təkidi və tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması
bütün sahələrdə
olduğu kimi, mətbuatın da inkişafında mühüm
dəyişikliklərə səbəb oldu. O dövrdə Azərbaycan mətbuatının yeni keyfiyyətdə formalaşması
məhz bu gün şahidi olduğumuz intellektual, inkişaf etmiş mətbuata gətirib çıxardı. Azərbaycan mətbuatının
böyük hamisi və qayğıkeşi,
mətbuatın missiyasını
və funksiyasını
dərindən başa
düşən, onu lazımınca qiymətləndirməyi
bacaran ulu öndər Heydər Əliyev 1998-ci ildə mətbuat üzərində
senzuranı ləğv
etdi. Bundan başqa, 1999-cu ilin sonunda "Kütləvi informasiya vasitələri haqqında" yeni Qanunun qəbulu media təsisatının inkişafını
şərtləndirən, bəhs
edilən sahəyə
müvafiq surətdə
sahəvi və ümummilli münasibətləri
tənzimləyən hüquqi
bazanın zənginləşdirilməsi
işinə əhəmiyyətli
töhfə oldu. 2000-ci ilin mart ayında
ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə
"2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki
şəraitinin yaxşılaşdırılması
üzrə tədbirlər
Proqramı" təsdiq
olundu. İdarəçilik sisteminin islahatı
çərçivəsində Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, kütləvi informasiya vasitələrinin yaranması
və fəaliyyətinin
hüquqi əsaslarının
möhkəmləndirilməsi məqsədilə Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı.
2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında
media-ictimaiyyət, media-hakimiyyət
münasibətlərini tənzimləyən
qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Bütün bunlar
öz növbəsində
Azərbaycanda söz,
fikir və mətbuat azadlığının
bərqərar olunması
üçün əlamətdar
tarixi hadisələr kimi qiymətləndirilməlidir.
Təbiidir ki, Ulu Öndərin atdığı
bu addımlar KİV ictimaiyyəti tərəfindən
yüksək qiymətləndirilirdi.
2002-ci ildə ümummilli
liderimiz Heydər Əliyevin "RUH" Azərbaycan
Jurnalistləri Müdafiə
Komitəsi tərəfindən
"Jurnalistlərin dostu"
adına layiq görülməsi bir daha göstərdi
ki, milli mətbuatın inkişafına
xüsusi diqqət və qayğı göstərən ulu öndər Heydər Əliyev jurnalistlərin gerçək hamisidir. Əsası Ulu Öndərimiz tərəfindən
qoyulan və mətbuata qayğını,
dost münasibəti özündə
əks etdirən siyasi kurs hazırda
Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
Prezident İlham Əliyev daim medianın problemləri ilə maraqlanır, jurnalistlərlə
görüşür, KİV-lərin hərtərəfli
inkişafı üçün
zəruri addımlar atır. Mətbuat orqanlarının maddi-texniki bazasının
gücləndirilməsi, jurnalist
əməyinin qiymətləndirilməsi
istiqamətində həyata
keçirilən tədbirlərin
miqyası daha da genişlənib. Jurnalistlərlə səmimi münasibətlər,
daim onlarla ünsiyyət qurması bu reallığın təzahürüdür. Mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə
əsaslanmaqla, xalqımızın
tarixi-milli xüsusiyyətlərini
qorumaqla inkişaf etməsini vacib sayan Prezident İlham Əliyev söz və mətbuat azadlığını
demokratiyanın fundamental şərti
hesab edir. "Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi
ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf
etsin, ölkədə
yaşayan hər bir vətəndaş bütün azadlıqlardan
istifadə etsin.
Azərbaycanda o cümlədən mətbuat azadlığı
da mövcuddur. Biz bu məsələdə
çox ciddi addımlar atırıq.
Söz azadlığının,
mətbuat azadlığının
təmin olunması bizim prioritet məsələmizdir və
deyə bilərəm
ki, Azərbaycan bu sahədə böyük uğurlara
nail olmuşdur" - deyə
Prezident İlham Əliyev bildirib.Prezident İlham Əliyevin göstərişi ilə milli mətbuatın yubileylərinin
qeyd olunması,
KİV-ə birdəfəlik yardımların göstərilməsi,
mətbuat işçilərinin
sosial müdafiəsinin
gücləndirilməsi tədbirləri,
həmçinin bu sahənin inkişafındakı
xidmətlərinə görə
jurnalistlərin fəxri
adlarla təltif edilməsi haqqında sərəncamlar da dövlət qayğısının
tərkib hissəsidir.
Mətbuat Şurasının yeni binasının açılış
mərasimində Prezident
İlham Əliyevin iştirakı və jurnalistlər qarşısındakı
çıxışı bir
daha təsdiq etdi ki, azad
mətbuatın inkişafı
dövlət siyasətində
prioritetdir. Ölkə rəhbərinin "Azərbaycan
mətbuat işçilərinin
sosial müdafiəsinin
gücləndirilməsi haqqında"
2010-cu il 22 iyul tarixli sərəncamı
isə jurnalistlərin
sosial müdafiəsinin
gücləndirilməsi ilə
bağlı dövlət
siyasətini bir daha ortaya qoydu.
Bu gün Azərbaycan
dünyada dinamik inkişaf edən, müasir, beynəlxalq aləmdə böyük nüfuza malik, demokratik islahatların daha da dərinləşdiyi
ölkəyə çevrilib. Mövcud reallıqlar
kütləvi informasiya
vasitələrinin, o cümlədən
milli mətbuatımızn
qarşısında da
bir çox yeni vəzifələr qoyur. Prezident İlham Əliyev çıxışlarında qeyd
etdiyi kimi, bu gün Azərbaycan
mediası müasir cəmiyyət quruculuğunda,
milli həmrəyliyin
və tolerantlığın
möhkəmləndirilməsində, demokratik özünüdərkin
inkişafında, milli
-mənəvi dəyərlərin
qorunub saxlanması və təbliğində
daha təsirli rol oynamalı, qlobal informasiya məkanının, müasir
informasiya- kommunikasiya texnologiyalarının yaratdığı
imkanlardan səmərəli
istifadə edərək
fəaliyyət sahəsini
genişləndirməli, beynəlxalq
aləmdə tanınmalı
və Azərbaycanın
haqq səsini dünya ictimaiyyətinə
çatdırmağı bacarmalıdr.
Eyni zamanda öz tarixi dəyərlərini,
jurnalistikada "Əkinçi"
ənənələrini yaşadaraq
peşəkarlıq, obyektivlik,
qərəzsizlik, yüksək
milli şüur və vətənpərvərlik
prinsiplərini rəhbər
tutmalıdır.
XIX əsrin sonu-XX
əsrin əvvəlində
milli azadlıq ideyalarının, milli şüurun, mədəniyyətin,
maarifçiliyin inkişafında
Azərbaycan mətbuatının
rolu danılmazdır. İctimai fikrin
digər ifadə vasitələrinin kifayət
qədər inkişaf
etmədiyi bir zamanda mətbuat qabaqcıl ideyaları cəsarətlə təbliğ
etmiş, xalqın geniş dairələrini düşündürən, zehnini
məşğul edən
problemləri diqqət
mərkəzinə gətirmiş,
ictimaiyyətin müzakirəsinə
çıxarmışdır. Xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında
və zənginləşməsində,
Azərbaycan ədəbi
dilinin inkişafında
milli mətbuat müstəsna xidmətlər
göstərmişdir. Azərbaycan Respublikasının müstəqillik
qazandığı və
suveren dövlət quruculuğu prosesini yaşadığı müasir
dövrdə kütləvi
informasiya vasitələri,
o cümlədən milli
mətbuatımızın qarşısında
tamamilə yeni vəzifələr durur.
Bu gün mətbuat müstəqil dövlət,
sivil, demokratik vətəndaş cəmiyyəti
quruculuğunda, iqtisadi
və sosial islahatların həyata keçirilməsində, cəmiyyətdə
sosial ədalət və şəffaflığın
təmin edilməsində,
insan hüquqlarının
müdafiəsində, həmrəylik
və tolerantlıq mühitinin yaradılmasında,
milli şüurun, siyasi mədəniyyətin
və bütövlükdə
sağlam mənəvi
dəyərlərin formalaşmasında
mühüm rol oynamalıdır. Hazırda ölkəmizdə
həyata keçirilən
bütün bu proseslərin mətbuatın,
kütləvi informasiya
vasitələrinin iştirakı
olmadan reallaşdırılması
təsəvvür edilə
bilməz.
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.
Olaylar.- 2020.- 18-19 iyun.- S.15.