Dərəşam Oğuz -türk məzarlığının qədim Nəxçuan tarixi xaincəsinə məhv edildi

 

 2-ci yazı

 

Əgər bu əsərdə adıgedən qəbir daşları həqiqətən “erməni ba­ba­la­rı”nın uydurma “Naxçıvan tarixi” ilə əlaqədar olsaydı, şübhəsiz, Şahnazaryan on­la­rı xüsusi maşınla doğratdırıb çınqıla çevirtdirməzdi, əksinə, hökmündə olan hər­bi maşınlarla həmin abidələri İrəvana daşıtdırardı, oradan da təyyarə ilə dünya muzeylərinə paylatdırardı və bununla da uydurma “erməni Nax­çı­vanı”nın tarixdən silinməsinə imkan verməzdi.

Rus-erməni siyasət adamlarının tarixi təcavüzünə məruz qalmış haq­qın­da söhbət gedən Oğuz-türk abidələrini V.M.Arutyunyan və S.A.Səfəryan tarixin tanımadığı “or­ta əsr Armeniya”sı ilə əlaqələndirərkən, əlbəttə, onlar da, keşiş mü­əl­lif­lər kimi, erməni babalarına vaxtilə sığınacaq vermiş bir xalqın əcdad tor­pa­ğına açıqdan-açığa sahib çıxırlar. Müəlliflər yazırlar: “Arazın sahilində XVII əsrdə çiçəklənən ticarət mər­kəzlərindən biri olan Cuğa kəndi (Naxçıvan MR) yaxınlığında bədii də­yə­rinə görə unikal olan bir neçə minxaçkardan (“daşxaçdan – Ə.T.) iba­rət  böyük qəbiristanlıq və materialı yerli qırmızı və sarı rəngli qum­ da­şın­dan olan daşdan yonulmuş qoyunlar var. Daş üzərində yüksək oyma sə­nə­ti və orta əsr Armeniyasının (tarixin heç bir dövründə ermənilərin nəinki “Armeniya” adında, hətta hər hansı adda olsa da, “dövlətləri” olmamışdır. M.Xorenatsi yazır ki, biz çox məhdud sayda xalq olmuşuq, hər zaman başqa hökmranlıqlar altında yaşamışıq. – Ə.T.) bu sənət üzrə ən yaxşı ənənələrinin dir­çə­liş dövrü nümunələrindən ibarət onlarla xaçkar kompozisiyası var”..

Xaç” adlandırılan işarənin xristianlıqdan xeyli əvvəl, başqa sözlə, m.ö.minilliklərdə “Odun və Günəşin rəmzi” olması, ta­nın­mış xristian dini nəzəriyyəçilərinin xaçdan qəti imtina etmələri, xü­su­sən orta əsrlər yepiskopu Feliks Minutsiyin: Xaçlara biz qətiyyən sitayiş etmirik, biz xris­tianlara onlar gərək deyil”, – deyə aydın şəkildə bəyanat verməsi şübhə ye­ri qoymur ki, Zərdüşti inancla bağlı olanXaçla (“əbədiyyət nişanı” ilə) çar­­­mıxa çəkilmiş Xristi (yunanlardaXristos”) rəmzləşdirən “Xrest\Krest” arasında bərabərlik işa­­rəsi qoyan hər kimsə ümumtürk tarixini, başqa sözlə, Ön QafqazAves­­ta” memarlıq abidələri ilə əlaqədar Azərbaycan türklərinin mənəviyyat və mədəniyyət tarixini antitarixi mövqedən açıqdan-açığa gəl­­mə xalqın adına yazmaq məqsədi güdürlər.

Problem ətrafında geniş araşdırmalar apar­­mış N. Eminin gəldiyi nəticə də maraqlıdır. O, yazır: “… “Xaç” adı birbaşa öz mənasına əlavə edilmir. Gördüyümüz kimi, məbədə əlavə edil­mişxaç” adının, hansı ki, nə “krest”lə, nə də ümumiyyətlə, xristian iba­də­ti­nin hər hansı əşyası ilə heç bir əlaqəsi yoxdur.”(İ.Petruşevski.Xristian inancınadək Dağlıq Qarabağ kəndləri haq­qın­da. ­Bakı,1930, s.19.)

Də­rəşam qəbirüstü abidələr nə qədər yüksək zövqlə, zərgər işləmələri ilə ­ha­zırlanmışsa, 1828-ci il hadisəsindən sonra İrandan köçürülərək Nax­çı­van xanlığının qədim Dərəşam ərazisində yerləşdirilmiş ermənilərin qəb­irüs­tü daşları bir o qədər kobud şəkildə yonulmuşdu. Qaçqın və dilənçi bir ic­manın nümayəndələri olan Cuğa ermənilərinin bundan artıq nə mə­də­niy­­yətləri ola bilərdi ki?!

Əgər V.M.Arutyunyanın və S.A.Səfəryanın nişan verdikləri memarlıq abidələri xris­­tian abidələri olsaydı, həm də onlar erməni babalarına məxsus olsaydı, şübhəsiz, bu sənət ənənəsini varislər davam etdirmiş olar­dıl­ar. Çünki onlar dünən də xristian idilər, bu gün də xristiandırlar.

“Kitabi-Dədə Qorqud” dastanlarında Oğuz tayfalarına məxsus Dərəşam qala-şəhərin adının çəkilməsi bizim keşiş Zakariy Ka­na­kertsiyə istinadən yuxarıda gəldiyimiz nəticəni təsdiq,V.A. Arutyunyanın, S.A.Sə­fəryanın, N.Eminin və başqalarının iddialarını qəti təkzib edir. Bu da növ­bəti inkaredilməz dəlil olaraq, bizə əsas verir söyləyək ki, erməni ba­ba­larının dünya tarixində ilk real dövləti mart 1828-ci ildə ləğv edil­miş İrəvan və Naxçıvan xanlıqlarının əraziləri hesabına rus im­pe­ra­tor­luğunun tərkibində təşkil edilmiş iki illik (1828-1830-cu illər) “müvəqqəti armyan vilayəti”dir.

Məsələ belə olduğu halda, bəs, erməni müəllifləri hansı əsasla Də­rə­şam qəbir daşlarını öz erməni babalarının adına yazmaq məqsədilə qaçqın er­məni ailələrinin XIX əsr Qafqaz tarixini iki yüz il əvvələ, yəni XVII əsrə atırlar?

Erməni müəlliflərinin iddiaları o zaman inandırıcı olardı ki, qəbrin başdaşındakı hələ m.ö. yüzilliklərdə Zərdüşti Səma Tanrısına (Ahura-Məzdaya) aidxaçkar” dedikləri “əbədiyyət nişanı”na əsassız olaraq, Xristin dara çəkilməsini rəmzləşdirən xristianların “Krest”/”Xrest” işarələri ilə yanaş­maqdansa, həmin mə­zar­larda uyuyan insanları antropoloji cəhətdən öyrənəydilər və onların et­no­mənsubiyyətlərini aşkarlayay­dılar.

 

Yuxarıda xatırlatdıq ki, Kreml Dərəşam nekropolunu Azərbay­can ar­xe­o­loqlarından qoruyurdular, ermənilər isə bütün məsələlərdə xüsusi sər­bəst­lik imtiyazına malik idilər. Kreml çox gözəl başa düşürdü ki, ar­xe­o­lo­gi­yadan keçən yol heç zaman ermənilərə xeyir gə­tirməyəcəkdir. Ona görə də Dərəşam abi­də­lə­rini fotolara köçürmək və onlar haqqında uy­dur­maarmyan Naxçıvanı” mifi yaratmaq daha sər­fəli və məqsədəuyğun idi. Bu səbəbdən də V.M.Arutyunyan və S.A.Səfəryan da bu məkrli şeytan yolunu tutmuşdular.

Daşın şəbəkə hissəsində xristianlıqla heç bir əlaqəsi olmayan zə­rif haşiyələrlə işlənmiş “Aves­ta” memarlıq sənətinə aid kita­bəyə diqqət yetirin.

 

Kitabədə başları canlan­dı­rıl­mayan iki Mü­qəddəs Səma Buğasının (Zərdüşti inancda Buğa Müqəddəs hesab edildiyi üçünAvesta” abidəsi on iki min Buğa dərisi üzərində yazılmışdır döş-döşə da­yan­dığı hissədən onların başını rəmzləşdirən günəşin gur hailəsinə alın­mış Zarvan (“Zaman” an­la­yışı verir) Tan­rı və onun sağ-solunda hü­zu­runda dayanmış oğlanları: Xeyir Tanrı – Ahu­ra-Məz­da, Şər Tanrı – Anqra-Manyu (Təkallahlıq dinləri bir sıra ilahi adətlərlə yanaşı insanın bir çiynində Xeyir Mələk, o biri çiynində Şər Mələk olması inancını da Zərdüşt Peyğəmbərin yaradan və yaranış fəlsəfəsindən almışlar) can­lan­­dı­rıl­mış­dı..Hər iki Səma Buğasının quy­ruq­larının uc­ları “əbədiyyət nişanlı” (+) ilan şəklində təsvir edil­miş­dir. Azər­bay­can türklərinin mifologiyasına gö­­rə, Zarvan Tanrının rəmzlərindən biri də ilan­­dır. Bu səbəbdəndir ki, Azərbaycan türklərinin Anamayasında iştirak etmiş türk tayfalarından biriMar tayfaları adlanır. Marlar qan qohumu olan MadayMaq tayfaları ilə birlikdə onlarla eyni nəsildən olan başqa tayfaları da bir ittifaqda birləşdirərək qədim Şərqin qüdrətli imperiyası olmuş Maday (yunan qaynaqlarında “Midiya”) imperiyasının əsasını qoymuşlar. İmperiyanın qüdrətli hökmdarı bir adı daVarbakolmuş KiaksarınMar Varbak”, onun oğlu, imperiyanın son çarı Astiyaqın daMar Astiyaq” adı ilə nişan verilməsi də təsadüfi deyildir.

Kitabədən sonra qəbirdaşı axıradək qədim “Avesta” tişə ornamentləri ilə nə­­fis işləmələrlə hər iki tərəfdən haşiyəyə alın­­mışdı. Başdaşı üzərində oyulmuş “əbədiyyət nişan”lı (+) tablo mərhumun əbədiyyətə qovuşduğuna işarədir. Onun sonunda yüksək sə­nətkarlıq zövqü ilə oyulmuş şar (“qlobus”) Yer kürəsinin rəmzidir. Şarın yuxarı hissəsindən başlayaraq,”əbədiyyət nişanı”nın sağından və solundan yuxarıya doğru şölələnən odu-atəşi nişan verən ornamentlə “Avesta” tişə ustası fikrini tamamlayır. O, bununla başdaşının “əbədiyyətə qovuşmuş” Zərdüşt inanclı mərhuma aid olduğunu bildirir. Ümumi fikir budur ki, insan dünyaya gəlir, sonda “əbədiyyətə qovuşur”. Zərdüşt inanclı Azərbaycan türklərinin əcdadlarına məxsus yaradan və yaranış ətrafında olan bu din-mistik fəlsəfəsə, müsəlman dinini qəbul etdikdən sonra da bu günə kimi davam etməkdədir.

  Zaman” mənasını verən Zarvana aid olan “əbədiyyət nişanı” (+) ilə kainatın sirlərini öyrənməyə çalışan müdrik babalarımız m.ö. neçə-neçə min illər əvvəl Yer kürəsinin dörd cəhətdən (Şərq, Qərb, Şimal, Cənub), ilin dörd fəsildən (qış, bahar, yay və payız) ibarət olduğunu insan tarixinin daşlaşmış yaddaşına çevirmişlər.

Yer kürəsini və onu dörd cəhətə ayıran “əbədiyyət nişanı”nı əhatəyə al­­mış haşiyədən sonra dərinləşdirilmiş çərçivədə qabarıq canlandırılan Atəş­­gah möhürü vurulur. Çox təəssüf ki, erməni tarixçiləri qəbirdaşının fotosunu götürülərkən möhürün içərisində ya­zı­ya­bən­zər cizgilər aydın, oxunaqlı çə­kil­mə­miş­di.

Kompozisiya atlı barelyefi ilə tamamlanır. Çox aydın şəkildə görsənir ki, təsvir edilmiş süvari nə döyüşə gedən silahlanmış cəngavərdi, nə də qol­çağı üstündə sıçrayışa hazırlaşan şahinlə ova çıxan şahdazə. Atlı sağ əlin­də “əbədiyyət nişanı” (+) ilə canlandırılmışdı.

Göründüyü kimi, qədim Nəxçuan tişə ustaları (ölməz memar Əbubəkir Naxçıvaninin ulu babaları) sadə, yığcam kom­po­zi­si­yada olduqca lakonik bir “sənəd dili” ilə mənsub olduqları yerli türk əha­lisinin dədədən qalma məişətini – Zərdüşti inanca uyğun keçirdikləri dəfn-mərasim adətini teolojimifoloji obrazların,  habelə astroloji rəmz­lə­rin əsasında “Avesta” memarlıq məktəbinə məxsus üslubda tarixin qan yad­daşında əbədiləşdirmişlər.

 

 

Pr.Dr Əjdər TAĞIOĞLU, Turan Araşdırma Mərkəzi -nin sədri

 

 

Olaylar.- 2020.- 23-24 iyun.- S.14.