Ölkədə fikir,
söz, məlumat və ifadə
azadlığının təmin olunması, onun
daha da inkişaf
etdirilməsində birbaşa dövlət
və şəxsən dövlət başçısı Cənab
İlham Əliyev maraqlıdır
Azərbaycan demokratik cəmiyyətin, sivil dünyanın bir üzvü olaraq bütün demokratik prinsiplərə, normalara əməl edir, bu prinsip və normaların daha da inkişaf etdirilməsi istiqamətində zəruri addımlar atır.
Bu bir reallıqdır ki, demokratik cəmiyyətin mühüm prinsipləri, göstəricilərindən biri də fikir, söz, məlumat və ifadə azadlığıdır. Bəs, Azərbaycanda bu fimi prinsiplər, fikir, söz, məlumat və ifadə azadlığı necə təmin edilir? Bu və ya digər suallarla Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramova müraciət etdik.
-Çingiz bəy, Azərbaycandan fikir, söz, məlumat və ifadə azadlığı necə təmin olunur. Bu sahədə ölkəmizdəki vəziyyəti necə qiymətləndirərdiniz?
-Birmənalı olaraq qeyd edə bilərəm ki, Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığı ən yüksək səviyyədə təmin edilir. Bu prosesdə təkcə kütləvi informasiya vasitələri, qəzetlər, media qurumları deyil, eyni zamanda dövlət də maraqlıdır. Xüsusilə dövlət başçısı Cənab İlham Əliyevin azad media, kütləvi informasiya vasitələri, fikir, söz, məlumat və ifadə azadlığının təmin olunmasına göstərdiyi diqqəti qeyd etməmək mümkün deyil. Əgər Cənab İlham Əliyevin 17 illik prezidentlik dövrünə nəzər yetirsək görərik ki, bu illər ərzində dövlət başçısı tərəfindən ölkədə mətbuat, media, kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi, fikir, söz, ifadə və məlumat azadlığının təmin olunması məqsədilə onlarla fərman və sərəncamlar imzalanıb, sənədlər qəbul edilib. Yaxud ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri, qəzetlərin normal fəaliyyət göstərməsi, onların maddi-texniki bazasının gücləndirilməsi məqsədilə müvafiq addımlar atılıb, müəyyən dövlət qurumları təsis edilib, strategiya, konsepsiya müəyyən olunub. Bu mənada Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin mətbuat, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, onların günün tələblərinə uyğun şəkildə fəaliyyət göstərməsi, media, mətbuat sahəsində çalışan şəxslərin sosial durumunun yaxşılaşdırılması məqsədilə dövlət başçısı kimi atmış olduğu ilk addım qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının ləğv edilməsi oldu. Məlumdur ki, belə bir addımın atılması da heç də təsadüfi xarakter daşımırdı. Belə ki, Cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi ilk gündən sələfi, ümummilli lider Heydər Əliyev kimi hər bir sahədə mövcud olan nöqsanlar, problemləri araşdırmağa, onların həlli yollarını axtarmağa üstünlük verdi. Düzdür, Cənab İlham Əliyevdən əvvəl, yəni ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə də kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, onların üzləşdikləri böhranlı vəziyyətdən, maddi sıxıntıdan çıxması istiqamətində müvafiq addımlar atılmışdı. Belə ki, məlum olduğu kimi ümummilli lider Heydər Əliyevin prezident olduğu illərdə kütləvi informasiya vasitələrinin Azərbaycan Nəşriyyatına olan borcları dondurulmuşdu. Əgər ümummilli lider Heydər Əliyevin zamanında ölkəmizin maddi imkanları, iqtisadi gücü, potensialı yalnız kütləvi informasiya vasitələri, qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının dondurulmasına imkan verir, yol açırdısa, ancaq zaman keçdikcə, ölkəmizin iqtisadi imkanları artıb, gəlirləri çoxladıqca daha əhatəli, genişmiqyaslı addımların atılması üçün şərait yaradırdı. Bu baxımdan qəzetlərin, kütləvi informasiya vasitələrinin Azərbaycan Nəşriyyatına olan borclarının tamamilə ləğv olunması da mümkün variant idi. Cənab İlham Əliyev tərəfindən həmin dövrdə atılan belə bir addım kütləvi informasiya vasitələri, qəzetlər üçün demək olar ki, ikinci bir nəfəslik verdi, onları bağlanmaq, fəaliyyətini dayandırmaq təhlükəsindən uzaqlaşdırdı. Yuxarıda da qeyd etdiyimiz kimi qəzetlərə, kütləvi informasiya vasitələrinə ilk nəfəslik məhz ümummilli lider Heydər Əliyev tərəfindən verilmiş və mətbu orqanların Azərbaycan Nəşriyyatına olan borcları müəyyən müddət üçün dondurulmuşdu. Ancaq təəssüflər olsun ki, dövlətin humanizm prinsiplərindən hər zaman olduğu kimi, həmin dövrdə də bəzi qəzetlər, kütləvi informasiya vasitələri sui-istifadə edir, ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan Nərşiyyatına olan borclarının müəyyən müddətə dondurulması barədə imzaladığı müvafiq sənədə rəğmən yeni çap etdirdikləri qəzetlərin də pulunu ödəmir, eyni zamanda əvvəlki illərdən yığılıb qalan borcları Azərbaycan Nəşriyyatına qaytarmırdılar. Təbii ki, bu da öz növbəsində Azərbaycan Nəşriyyatının fəaliyyətini çətinləşdirirdi. Məhz bütün bunları təhlil edən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev qəzetlərin, kütləvi informasiya vasitələrinin Azərbaycan Nəşriyyatına olan borclarını ləğv etdi.
-Dövlət başçısının sonrakı illərdə atdığı addımlar medianın, kütləvi informasiya vasitələrinin inkişafı, onların maddi-texniki bazasının gücləndirilməsinə nə dərəcədə təkan verdi?
-Yuxarıda da qeyd etdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dövlət başçısı kimi əsas diqqət yetirdiyi məsələlərdən biri hər zaman media, kütləvi informasiya vasitələrinə diqqət və qayğı ilə yanaşmaq olub. Bu mənada Cənab Prezidentin Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının hazırlanması mühüm əhəmiyyət kəsb edirdi. Bundan qısa müddət sonra isə dövlət başçısı tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Cənab Prezident tərəfindən belə bir qurumun yaradılması dövlət başçısının media, kütləvi informasiya vasitələrinə diqqət və qayğısının növbəti təzahürü idi. Həm sözügedən konsepsiyanın işlənib hazırlanması, həm də onun əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması məhz mətbuat, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların iqtisadi potensialının möhkəmləndirilməsi, imkanlarının yaxşılaşdırılmasına xidmət edirdi. On ildənn artıq müddətdə fəaliyyət göstərən Fondun ötən müddət ərzində mətbuatımızın, kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, həmin sahədə çalışanların sosial durumunun yaxşılaşdırılması istiqamətində atdığı addımlar bütün bunların əyani sübutudur.
-Bəzən bir qism insanlar iddia edirlər ki, mətbuatın, kütləvi informasiya vasitələrinin dövlətdən maddi dəstək alması, onların müxtəlif layihələrinin dövlətin bəlli bir qurumu tərəfindən maliyyələşməsi qəzetlərin, KİV-lərin fikir azadlığını əlindən alır, onlar söz, məlumat və ifadə azadlığı prinsipindən uzaq olurlar. Bu nə dərəcədə doğru yanaşmadır?
-Tamamilə kökündən yalnış bir məsələdir. Dövlət, onun müvafiq qurumu medianı, onun layihələrini
maliyyələşdirəndə həmin mətbu qurumun qarşısında hər hansı bir şərt qoymur, yaxud bununla fikir,
söz, məlumat və ifadə
azadlığı prinsipi pozulmur.
Bu gün məhz
dövlətin maddi dəstəyini alan istənilən kütləvi informasiya vasitəsi istənilən mövzunu işıqlandıra, cəmiyyəti
narahat edən bu və
ya digər problemi
ictimailəşdirə bilir. Və bu addımına görə
də dövlət tərəfindən həmin mətbu orqana, kütləvi informasiya
vasitəsinə qarşı heç bir addım atılmır. Çünki
ölkədə fikir, söz,
məlumat və ifadə azadlığının təmin
olunması, onun daha da inkişaf etdirilməsində
birbaşa dövlət və şəxsən
dövlət başçısı Cənab İlham
Əliyev maraqlıdır. Elə Cənab Prezidenti
İlham Əliyev özü
şəxsən bir neçə dəfə
etdiyi çıxışlarda, verdiyi müsahibələrdə bunu açıq şəkildə ifadə edib. Elə jurnalistlər üçün
tikilmiş ikinci
hündürmərtəbəli yaşayış
binasının istifadəyə verilməsi zamanı etdiyi çıxışda da
Azərbaycan Respublikasının Prezidenti
Cənab İlham Əliyev bir
daha bunu bəyan etdi: "Azərbaycanda həm demokratik,
həm də sosial-iqtisadi inkişaf
paralel gedir. Buna görə hesab edirəm
ki, bizim cəmiyyətimizdə
islahatlar təkamül yolu
ilə aparılır və dərinləşir. Siyasi və iqtisadi islahatlar daha da dərinləşməlidir. Söz
azadlığı Azərbaycanda tam təmin
edilibdir, heç bir məhdudiyyət yoxdur.
Mənə verilən son məlumata
görə, Azərbaycan əhalisinin təxminən 80 faizi internet istifadəçisidir.
Belə olan halda söz azadlığı ilə bağlı heç bir problem ola
bilməz. Düzdür, bəzi hallarda
bizi bəzi qeyri-hökumət təşkilatları
tənqid edir, hətta ittiham edirlər. Amma bu ittihamların
heç bir əsası yoxdur. Bu, sadəcə olaraq
qərəzli mövqedir.
Bunun səbəbi də bəllidir. Amma real vəziyyətə baxdıqda biz hamımız
görürük ki, Azərbaycanda söz azadlığı və bütün başqa azadlıqlar tam təmin olunur. Sərbəst toplaşma azadlığı,
siyasi fəaliyyət azadlığı, vicdan azadlığı, söz
azadlığı, mətbuat
azadlığı Azərbaycanda
təmin olunur və təmin olunacaqdır".
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2020.- 3-4 mart.- S.15.