Ölkə mətbuatının mütərəqqi milli və bəşəri dəyərlər əsasında inkişafı üçün bütün zəruri tədbirlər həyata keçirilir

 

 

Azərbaycan Respublikasında söz, fikir, məlumat, o cümlədən mətbuat azadlığının, plüralizmin inkişaf etdirilməsi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas vəzifələrindən biridir. Dövlətin informasiya və mətbuat siyasəti Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuş söz, fikir və məlumat azadlığının, vətəndaşların informasiya əldə etmək hüququnun ardıcıl və tam təmin edilməsinə yönəlmişdir. "Məlumat azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu"nda göstərilir ki, hər kəsin məlumat əldə etmək üçün müraciət etmək hüququ vardır. Məlumat azadlığının həyata keçirilməsi fizikihüquqi şəxslərin hüquq və mənafelərinin pozulmasına səbəb olmamalıdır. Məlumat azadlığının məhdudlaşdırılmasına yalnız Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda yol verilir. Məlumat azadlığından istifadə edilməsi qaydası Azərbaycan Respublikasının Konstitusiyası və ona müvafiq olaraq Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilir. Deməli, məlumat azadlığı üçün əsas təminat Azərbaycan Respublikasının Konstitusiyası və onun müvafiq qanunlarıdır. Kütləvi informasiya vasitələrinin inkişafına və mətbuata dövlət dəstəyi cəmiyyətdə söz azadlığını, insanların obyektiv informasiya əldə etmək hüququnu, həmçinin kütləvi informasiya vasitələrinin və mətbuatın müstəqilliyini təmin etmək məqsədilə dövlət tərəfindən müəyyən olunan təşkilati - texniki, hüquqi, iqtisadi və digər tədbirlərin məcmusunu əks etdirir. Bir ölkənin demokratik dəyərlərə uyğun inkişaf edib-etmədiyinə fikir vermək, diqqət yetirmək, təhlil etmək üçün həmin ölkənin media məkanına diqqət çəkmək kifayətdir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. İstənilən ölkədə demokratiyanın mövcud olub-olmadığı, bu prinsiplərə necə əməl edildiyi göstərən, sübut etdirən amillərdən biri də həmin ölkədə kütləvi informasiya vasitələrinin necə fəaliyyət göstərməsidir. Bu mənada dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiyainformasiya azadlığının mühüm vasitəsi hesab edilir. Ölkəmizdə çoxsaylı yazılı media, eləcə də yüzlərlə intenet portalı, xəbər saytları fəaliyyət göstərir. Bu agentliklərin hər biri fikir, söz və məlumat azadlığını, plüralizmi əsas götürərək Azərbaycan həqiqətlərini, tarixi, mədəniyyətimizi müstəqil şəkildə təbliğ edir. Ölkəmkizdə mətbuat işçilərinə dövlət tərəfindən böyük dəyər verilir, mənzillə, fəxri adlarla təltif olunur. Bunlar mətbuata dövlət qayğısının bariz nümunəsidir. Bu isə ölkəmizdə fikir, söz azadlığı, plüralizmin mövcudluğunun, onun ən yüksək səviyyədə qorunduğunun göstəricisidir. Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri olan tədbirlər görülür və qorunmaqdadır. Kütləvi informasiya vasitələri isə yaradılan bu əlverişli mühitdən səmərəli istifadə edir, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm əhəmiyyətli rol oynayırlar. Ölkədə fəaliyyət göstərən informasiya agentliklərinin  hər biri fikir, söz və məlumat azadlığını, plüralizm fonunda müstəqil fəaliyyət göstərərək, Azərbaycan həqiqətləri ilə yanaşı, tarixi, mədəniyyətimizi təbliğ edirlər. Söz azadlığı, siyasi plüralizmin mövcud olub-olmaması əsas diqqət mərkəzində olan məsələlər sırasındadır.

 

Bu gün Azərbaycan azaddemokratik, plüralist bir dövlətdir, ölkəmizdə bütün hüquqlar ən yüksək səviyyədə qorunur. İstər söz və mətbuat azadlığı, istər insan hüquq və azadlıqları, istərsə də plüralizm ənənələri müstəqillik illərindən etibarən inkişaf etdirilməyə başlanılıb və günümüzdə bütün bu qeyd etdiyimiz məqamlar Azərbaycanda ən yüksək səviyyədədir desək yanılmarıq. Azərbaycanda siyasi plüralizmin mövcudluğu təkcə siyasi partiyaların sayının çoxluğunda özünü ehtiva etmir. Həmçinin onlara yaradılan şərait, siyasi partiyaların seçkili orqanlarda iştirak edib yer qazanmasında da özünü açıq şəkildə göstərir. Bunu sübuta yetirmək üçün təkcə Azərbaycan Parlamentinin tərkibinə nəzər yetirmək kifayətdir. Bu gün Azərbaycan Parlamentində hakim Yeni Azərbaycan Partiyası ilə yanaşı onlarla müxalifət partiyası, eyni zamanda dövləti, dövlətçiliyi müdafiə edən partiyalar təmsil olunur. Bu sırada Ana Vətən Partiyası, Sosial Rifah Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, eləcə də digər siyasi partiyaların adlarını çəkmək mümkündür.  Bu gün parlamentdə siyasi partiyaların təmsil olunmasına şərait yaradılması ilə bərabər, eyni zamanda onlara dövlət büdcəsindən maliyyə yardımı da ayrılır ki, bu da öz-özlüyündə siyasi plüralizmin mövcudluğunun göstəricilərindən biridir.

 

Azərbaycanda media, kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Günümüzdə Azərbaycan Respublikasında media, kütləvi informasiya vasitələrinə diqqət və qayğı ilə yanaşmaq siyasəti Heydər Əliyev siyasi kursunun davamçısı Cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ümummilli lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıdandan sonra bu sahəyə diqqət və qayğını daha da artırdı. Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı", həmçinin 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman ölkəmizdə söz, mətbuat və fikir azadlıqlarının təminatına əlverişli şərait yaradıb. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması isə dövlətin mətbuat üzərində nəzarətinə tamamilə son qoyub. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununun, sonrakı dövrlərdə isə "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "Məlumat azadlığı haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikasının qanunlarının qəbul edilməsi ilə kütləvi informasiya vasitələri cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilib. Senzuranın ləğvi ölkədə demokratiyanın təkmilləşməsi eləcə də, demokratik qanunların tətbiq edilməsinn aydın təzahürü idi.  Bununla insanların inkişafı yüksək şəkildə inkişaf etməyə, cəmiyyət sivil şəkildə formalaşmağa başlamışdır.

 

Ulu öndər Heydər Əliyev siyasi kursunu inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev söz və mətbuat azadlıqlarının inkişafını respublikanın demokratikləşməsi prosesinin vacib amili kimi dəyərləndirir. Dövlət başçısı İlham Əliyev milli mətbuatın qabaqcıl dövlətlərin mütərəqqi ənənələrinə əsaslanmaqla, eyni zamanda, xalqın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etdirir. Dövlət başçısı tərəfindən mətbuata davamlı olaraq qayğı və diqqət göstərilir. Azərbaycan özünün Konstitusiya prinsiplərinə sadiq qalaraq söz və məlumat azadlığının təmin edilməsi sahəsində müəyyən etdiyi siyasi xətti ardıcıl şəkildə davam etdirir. azadlıqların təmini və plüralizmin inkişafı Prezident İlham Əliyevin daim diqqətindədir və Prezidentin bu sahəyə xüsusi qayğısı göz qarşısındadır. Məhz Prezident İlham Əliyev tərəfindən mətbuata xüsusi diqqət və qayğının nəticəsidir ki, 2010-cu ildə Prezident İlham Əliyev  "Jurnalistlərin dostu" seçilib. Eyni zamanda 2009-cu ilin aprel ayının 3-də Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİV DDF) yaradılması haqqında Fərmanı da KİV sahəsinə dövlət qayğısının təzahürüdür. Məhz KİV DDF-nin yaradılması və mətbuata dövlət qayğısı Azərbaycanda mətbuat sahəsində irəli doğru atılmış bir addımdır. Qətiyyətlə demək olar ki, demokratiyanın əsas göstəricilərindən biri fikir, söz və məlumat azadlığıdır ki, bu prinsiplər də ölkəmizdə yüksək səviyyədə təmin edilir. Sevindirici hal ondan ibarətdir ki, qeyd edilən prinsiplərin, fikir, söz və məlumat azadlığının təmin olunmasının əsas qarantı Azərbaycanda hakimiyyət, dövlətdir. Xüsusilə, Azərbaycanın dövlət başçısı, prezident İlham Əliyev ölkədə fikirsöz, məlumat azadlığı, plüralizmin təmin olunması, bu prinsiplərə yüksək səviyyədə əməl edilməsi istiqamətində qətiyyətli və ardıcıl, məqsədyönlü addımlar atır. Məhz bunun nəticəsidir ki, Azərbaycan nəinki bölgədə, eləcə də dünyada fikirsöz, məlumat azadlığı sahəsində ön sıralarda durur.

 

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2020.- 3-4 mart.- S.12.