Azərbaycanda hәr kəs öz fikrini sərbəst
ifadә etmək hüququna malikdir
Azərbaycan müstəqillik əldə etdikdən sonra demokratik təsisatların inkişafına xüsusi əhəmiyyət verilib. Xüsusən, söz və mətbuat, ifadə azadlığı istiqamətində görülən işlər, yaradılan qanunvericilk bazası ölkədə hər kəsin fikrini azad ifadə etməsi üçün münbit şərait yaradıb. Konkret olaraq ifadə azadlığının həyata keçirilməsi üçün qaydalar müəyyənləşdirilib, vətəndaşların informasiya əldə etmək hüququnun təmin edilməsi sahəsində dövlət orqanlarının, bələdiyyələrin, mülkiyyət növündən asılı olmayaraq bütün hüquqi şəxslərin vəzifə və funksiyaları tənzimlənib. Hazırda Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə uyğun olaraq hər kəsin istədiyi informasiyanı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Lakin informasiya azadlığının həyata keçirilməsi digər insanların hüquqlarının, azadlıqlarının və qanuni maraqlarının pozulmasına səbəb olmamalıdır. Xatırladaq ki, ifadә azadlığı demokratik cәmiyyәtin vacib tәrkib hissəsi olan vә bir çox digər әsas insan hüquqlarının həyata keçirilmәsi üçün zəruri olan beynəlxalq insan hüquqları qanunlarında tәsbit edilmiş әsas insan hüququdur. Bu informasiya vә fikirlәrin sәrbəst mübadilәsi, siyasi seçimlәr haqqında açıq müzakirә və hökumәtin hərәkətlәrinә ictimaiyyət tərәfindәn nәzarәtә imkan yaradan hüquqdur. Azәrbaycan Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Tәşkilatı üzvü olaraq, əsas beynәlxalq vә regional insan hüquqları sazişlәrinə qoşularaq ifadә azadlığı hüququna riayәt etmək vә onu mühafizә etmək öhdәliyi daşıyır. İfadə azadlığı bir çox digәr әsas insan hüquqlarının hәyata keçirilmәsi üçün başlıca şәrt olan beynәlxalq insan hüquqları qanununda tәmin edilmiş әsas hüquqdur. Maraqlıdır Azərbaycanda ifadə azadlığı nə dərəcədə təmin olunur?
Sosioloq Nuray Məmmədova deyir ki, ifadә azadlığı fərdlәrә öz fikirlərini ifadә etmәk sәlahiyyәti verir. İfadә azadlığı informasiya vә fikirlərin sərbəst mübadilәsi, siyasi seçimlər haqqında açıq müzakirә vә hökumətin hərәkətlәrinә ictimaiyyәt tәrəfindәn nәzarətә imkan yaratdığından, demokratik cәmiyyәt üçün çox vacibdir. Universal İnsan Hüquqları Bәyannamәsi (UİHB) özündə ilk dәfә olaraq ifadә azadlığı hüququnu tәsbit edir və eyniadlı Bəyannamənin 2-ci Maddәsindә aşağıdakılar nəzərdə tutulur: Hәr kәs fikir vә ifadə azadlığı hüququna malikdir; bu hüquqa maneәsiz olaraq öz fikrindә qalma vә hər hansı vasitə ilә vә dövlәt sәrhәdlәrindәn asılı olmayaraq, informasiya və ideyaları axtarmaq, almaq vә yaymaq azadlığı daxildir. UİHB mәcburedici xarakterli saziş olmasa da 2-ci Maddәsindә müəyyən edilmiş ifadә azadlığı hüququ beynəlxalq adi hüquq norması kimi geniş qәbul edilmişdir, bu isә onun bütün Dövlətlәr üçün mәcburi olmasını ifadə edir: "Mübaliğəsiz şəkildə qeyd etmək olar ki, beynəlxalq sənəddə əksini tapmış bütün müddəalar Azərbaycanda heç bir problem olmadan təmin edilir. Birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycanda istənilən vətəndaş fikir vә ifadə azadlığı hüququna malikdir və bu hüquqdan sərbəst şəkildə ifadə edə bilir. Belə ki, sadalanan azadlıqlar ölkəmizdə sadəcə olaraq qanunun müddəası kimi göstərilmir, sözün həqiqi mənasında həyata keçirilir. Ölkəmizdə sözün həqiqi mənasında hәr kəs öz fikrini ifadә etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyindә qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tәrəfindәn hәr hansı maneә olmadan və dövlәt sərhədlərindən asılı olmayaraq, məlumat vә ideyaları almaq vә yaymaq azadlığı daxildir. Bununla yanaşı, beynəlxaıq aləmdə olduğu kimi Azərbaycanda da bu azadlıqların həyata keçirilmәsi milli təhlükәsizlik, ərazi bütövlüyü vә ya ictimai asayiş maraqları naminә, iğtişaşın vә ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mәnəviyyatın qorunması üçün, digәr şәxslərin nüfuzu vә hüquqlarının müdafiəsi üçün, gizli əldә edilmiş mәlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakimәsinin nüfuz vә qərәzsizliyini təmin etmək üçün qanunla nәzərdә tutulmuş vә demokratik cәmiyyətdә zәruri olan müəyyən rәsmiyyətə, şәrtlәrә, mәhdudiyyətlərә və ya sanksiyalara mәruz qala bilər. Lakin heç bir halda bunlar ifadə azadlığının məhdudlaşdırılması kimi dəyərləndirilə bilməz".
Hüquqünas Tahir Baxışov qeyd edir ki, Azərbaycan ifadə azadlığı ilə bağlı beynəlxalq standartlara cavab verən milli qanunvericilk bazasını yaradıb. Azәrbaycan 1992-ci ildə ATӘT-də qәbul edilmiş vә Helsinki Yekun Aktını imzalamışdır. Helsinki Yekun Aktında ATӘT-ə Üzv Dövlәtlәrin "insanlara xas olan lәyaqәtdən ortaya çıxan vә onun sərbәst və tam inkişafı üçün zəruri olan mülki, siyasi, iqtisadi, sosial, mədəni və digər hüquqları vә azadlıqlarının effektiv həyata keçirilmәsini inkişaf etdirmәk vә dәstəklәmәk" vә "UİHB-nin məqsədləri vә prinsiplərinә uyğun olaraq hərəkәt etmәk" üçün öhdəlik daşıdığı qeyd edilir. Həmçinin Azәrbaycan ifadә azadlığı vә әlaqәdar əsas hüquqlara, o cümlədәn toplaşma və birlәşmə azadlığı hüququna hörmәt vә onların müdafiəsini təmin etmək üçün beynәlxalq qanunlarla öhdəlik daşıyır. Bu öhdәliklərdәn başlanğıc götürәrәk, Azərbaycanın Konstitusiyası və Azərbaycanın yerli qanununda ifadə azadlığı vә digər əlaqәdar hüquqlarla bağlı bir çox müddəalar öz әksini tapır. Bunlardan bəzisindә beynəlxalq standartlara uyğun olaraq ifadə azadlığının müdafiәsi nəzәrdә tutulur: "Lakin bəzi müddəalar bu standartlarla ziddiyyәt tәşkil edir və narahatlığa sәbəb yaradır. Bu bölmələrdə Azәrbaycanda müvafiq yerli qanun çərçivәsi, əsasәn birbaşa olaraq ifadә azadlığı ilə əlaqədar olan müddәalar, lakin eyni zamanda bәzən Azәrbaycan mühitində ifadә azadlığını boğmaq üçün istifadә edilən digәr qanunlar haqqında ümumi məlumat verilir. Xatırladaq ki, ölkə Konstitusiyasında ifadə azadlığının müdafiəsinin nəzərdə tutulduğu bir neçə maddә öz әksini tapır. Məsələn, Maddә 47-də qeyd edilir: Hər kəsin fikir vә söz azadlığı vardır. Heç kәs öz fikir vә əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə mәcbur edilә bilməz. Maddә 45-dә hәr kəsin öz ana dilindən istifadə etmәk hüququnun olduğu göstərilir. Maddə 48-də vicdan azadlığı nəzərdə tutulur və Maddә 49-da sərbәst toplaşma azadlığı tәmin edilir. Maddə 50-dә mәlumat hüququ nәzərdә tutulur və Maddә 51-də yaradıcılıq azadlığı tәmin edilir. Bundan başqa, Maddә 12-dә qeyd edilir ki, Konstitusiyanın bütün müddəaları beynәlxalq hüququn müvafiq müddəalarına uyğun tətbiq edilməlidir. 151-ci Maddәyə әsasәn, yerli vә beynәlxalq qanunlar arasında ziddiyyət yaranarsa, beynәlxalq qanuna üstünlük verilir". Onun sözlərinə görə, Azərbaycan Respublikasının yerli qanunvericiliyi şəxsi həyatın toxunulmazlığı və ifadə azadlığı haqqında müddəaları əks etdirir. Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci maddəsinə əsasən: "Hər kəsin fikir və söz azadlığı vardır." Eyni zamanda, 50-ci maddə məlumat azadlığını əks etdirir: "Hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır." Göründüyü kimi Konstitusiya, düzgün hakimiyyət və qanunun aliliyi ilə idarə olunan cəmiyyətin bünövrəsi olan söz azadlığını təmin edir, amma praktikada söz azadlığını həyata keçirənlər məhz kütləvi informasiya vasitələridir. Buna görə də, söz azadlığına qarşı məhkəmə iddialarının böyük hissəsi kütləvi informasiya vasitələrin tənqidinə məruz qalan məmurlar tərəfindən qaldırılır. Sözügedən məhkəmə iddialarında şəxsi həyatın toxunulmazlığı hüququ media nümayəndələrinə qarşı qaldırılmış iddia predmetlərinin böyük hissəsini təşkil edir. Ümumi Prinsip kimi, ifadə azadlığına istənilən məhdudiyyət zərurəti inandırıcı şəkildə əsaslandırılmalıdır. Qəbul edildiyi kimi, bu zaman ilk növbədə, milli hakimiyyət orqanları belə məhdudiyyət üçün "təxirəsalınmaz sosial ehtiyac"ı dəyərləndirməli və bu qiymətləndirməni edərkən bundan müəyyən həddə istifadə etməlidirlər. Eyni zamanda həmin maraq 10-cu maddənin 2-ci paraqrafında göstərildiyi kimi, bu məhdudiyyət təqib olunmanın qanuni məqsədinə uyğundursa, balans gözlənilməklə üstün tutulmalıdır". Onun sözlərinə görə, ölkədə qüvvədə olan İnformasiya azadlığı haqqında qanuna görə, hər bir kəs özü və ya nümayəndəsi vasitəsilə səlahiyyətli orqanı, informasiyanın növünü və informasiya ilə işləmə formasını sərbəst şəkildə seçmək, informasiya almaq üçün müraciət etmək hüququna malikdir. Belliklə, səlahiyyətli orqanlara müraciət edən hər bir kəs sorğu edilən informasiyanın həmin orqanda olub-olmaması barədə, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq hüququna malikdir: "Səlahiyyətli orqanlar sorğu edilən informasiyaya sahib olduqda onu sərbəst, maneəsiz və bərabər şərtlərlə əldə etmək hüququna malikdir. Fiziki və hüquqi şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiyaya, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallar istisna edilməklə, maneəsiz buraxılmaq, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hallardan başqa, informasiya əldə etmək hüququndan maneəsiz, sərbəst və bərabər şərtlərlə istifadə edə bilərlər. Səlahiyyətli orqanlardan bu Qanunun tələblərinə uyğun əldə edilmiş sənədləşdirilmiş informasiyadan kommersiya məqsədləri üçün törəmə informasiya məhsulunun yaradılmasına bu şərtlə icazə verilir ki, törəmə informasiya yaradılarkən ilkin mənbəyə istinad edilsin. Səlahiyyətli orqanlardan bu Qanunun tələblərinə uyğun əldə edilmiş sənədləşdirilmiş informasiyanın kommersiya məqsədi ilə ötürülməsi, satılması, çoxaldılması və ya dərc edilməsi qanunvericiliklə tənzimlənir. Göründüyü kimi ölkəmizdə hər bir vətəndaş məlumat əldə etmək və fikirlərini sərbəs ifadə etmək hüququna malikdir".
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2020.- 5-6 mart.- S.12.