Emosianal sağlamlıq - İnsan təcrübəsinin
hissi fundamenti
İnsanların dünyada düzgün həyat və fəaliyyət göstərməsi
üçün bir çox amillərin yerində olması vacibdir. Bunların ən başlıcası
insanların sağlamlığıdır.
İnsan
bədəni sağlam
olmadıqca heç bir normal fəaliyyətdən
və inkişafdan söz gedə bilməz. İnsanların fiziki sağlamlığı
qədər emosianal sağlamlığı da
olduqca əhəmiyyətlidir.
Bizim hər bir emosiyamız
beynin müəyyən
sistemini fəallaşdırır,
hərəkəti dəyişməyə,
yeni vəziyyətə
uyğunlaşmağa yönəldir.
Məsələn, qorxu
hissi bizdə "qaçmaq" fikrini oyadır: qanda adrenalin ayrılır, ürək
əzələsinin, tənəffüs
sisteminin işi güclənir, arterial təzyiq
yüksəlir, nəbzin
vurması sürətlənir,
maddələr mübadiləsi
orqanlarının işi
zəifləyir. Narahat dünyamız
o qədər gərginləşmişdir
ki, insanın daşıdığı psixi
yük gündən-günə,
saatdan-saata artır.
Qəzetdən, radiodan, televiziyadan,
eləcə də ayrı-ayrı adamlardan alınan informasiyalar insana güclü təsir göstərir.
Təkamül nəticəsində insanda bir çox
özünü qoruma
mexanizmləri əmələ
gəlmişdir. Bunların bir
çoxu "mənfi
emosiyalar" adlanır.
Məsələn, qorxu hissi, ağrı hissi, utancaqlıq hissi və s. Məhz bu tip mənfi hesab edilən emosional durumların sayəsində insan orqanizmi ətraf mühitə uyğunlaşaraq
öz tamlığını
və toxunulmazlığını
qorumağa cəhd göstərir. Bu, həm fizioloji və həm də psixoloji sferada baş verir. Bütün bunların hamısı
yaşamaq uğrunda mübarizənin elementləri
olmaqla bir məqsəd daşıyır
- sağ qalıb, həyatı davam etdirmək.
Psixologiyada yer alan
faktlara görə, emosional halın dəyişməsi orqanizmin
bütün orqan və sistemlərinə təsir edərək olduqca mürəkkəb bioloji reaksiyalara səbəb olur. Misal üçün, müsbət emosional reaksiyalar zamanı qanda şəkərin, katexolaminlərin miqdarının,
mənfi emosional reaksiyalarda isə adrenalinin, serotoninin miqdarının artması
buna misal ola bilər.
Ümumiyyətlə, insan daim xarici və daxili aləmdən gələn qıcıqların
təsiri altında ya şənlənir, ya da kədərlənir.
Xəstəlik nəticəsində meydana çıxan ağrı, aclıq, soyuğun təsiri narazılıq hissini, yaraddır. Xoş xəbər eşitmək,
dost ilə görüşmək
isə insanı razı edir. Bütün bunlar əhvala təsir göstərir.
Əhvalın həddi bütün
qıcıqların cəminə
bərabər olur.
Gün ərzində bu göstəricilər dəfələrlə
dəyişə bilər.
Əhval-ruhiyyənin vəziyyəti hər
bir şəxsin anadangəlmə fərdi xüsusiyyətləri, temperamenti,
xasiyyəti ilə də əlaqədardır.
Həyatda nikbin adlandırdığımız
adamlar, əhvalı bədbib olardan kəskin fərqlənir.
Belə ki, az əhəmiyyətli,
mənfi bir qıcıq nikbin adamların vəziyyətinə
bəzən heç bir təsir göstərməsə də,
bədbin adamlarda xeyli davam edən
məyusluğa səbəb
olur.
Tez-tez rast gəlinən emosiya pozuntularına laqeydlik, emosional kütlük, hipertimiya, hipotiniya, eyforiya, disforiya, qorxu, təşviş, həyacan emosional ləbillik, emosional kövrəklik, emosional ambivalentlik, emosional kütlüyü hesab olunur. Məsələn, emosional kövrəklik
zamanı xəstə
olduqca yazıq, asanlıqla göz yaşı axıtmağa
hazır olan görkəm alır.
Beynin damar, üzvi, intoksikasion və infeksion xəstəlikləri
zamanı rast gəlinir. Laqyedlik zamanı isə
xəstə yaxın adamlara, ətrafda cərəyan edən hadisələrə qarşı
biganə olur. Amma bu zaman şəxs,
marağına, instiktiv
tələblərinə laqeyd
qalmır.
Alimlər bu nəticəyə gəlmişlər ki, stresin əsasını çox vaxt onu doğuran hadisəyə münasibət
təşkil edir. Təhlükənin obyektivliyinin necəliyi o qədər vacib deyil, başlıcası, onun necə qiymətləndirilməsidir. Qəfil və əsassız qorxu, yaxın adamın hərəkətlərinin
düzgün şərh
edilməsi, həqiqi ziyan və təhlükə
baş vermədiyi halda bu barədə
yalan məlumat da real təhlükə kimi stress üçün
səciyyəvi olan fiziki və biokimyəvi təsir oyadır.
Psixoloq Leyla Ramazanlı bildirib ki, emosiyalar tələbatların təzahürünün
subyektiv forması kimi çıxış edir. Emosiyalar insan təcrübəsinin
hissi fundamenti hesab olunur. Onlar ətraf aləmlə, cəmiyyətlə qarşılıqlı
münasibətləri zənginləşdirir
və xatirələrə
dinamiklik verir. İnsan hiss və emosiyaların köməyilə
gündəlik həyatında
rastlaşdığı bioloji,
psixoloji, sosial gərginliklərdən azad
olur. Bu psixoterapevtik funksiya kim
hiss və emosiya əslində bədənlə
şüurun birgə
fəaliyyətinin son məhsulu
və ya təzahür formasıdır. Hiss və emosiya diqqət, hafizə, duyğu, qavrayış, təfəkkür,
təxəyyül və
orqanizmin mürəkkəb
kombinasiyasıdır.
İnsanın psixi həyatı
çoxcəhətli, rəngarəng
olsa da o vəhdətdədir. İdrak prosesləri
(duyğu, qavrayış,
diqqət, hafizə, təfəkkür, təxəyyül,
nitq) emosiya və hisslərlə dialektik vəhdət təşkil edir. Bu köklü qanunauyğunluq
müasir təlim nəzəriyyəsi üçün
fundamental əhəmiyyətə malikdir. Başqa sözlə desək insanda müəyyən
hiss və emosional hal doğuran qıcıqlandırıcı (söz, hərəkət,
hadisə, cism, və s.) yaddaşda daha yaxşı saxlanılır. Psixologiyada
hisslərlə hafizənin
qovşağında önəmli
bir fenomen - emosional hafizə fenomeni əmələ gəlmişdir ki, orqanizmin
relaksasiyasına kömək
edir.
Nigar Orucova
Olaylar.- 2020.- 5-6 mart.- S.13.