Əli Həsənovun
“Geosiyasət” əsəri
2016-cı ildə tarix elmləri doktoru Əli Həsənovun
"Geosiyasət" kitabı özbək dilində çap
olunub. Bu, Özbəkistanın ictimai həyatında olduqca
əlamətdar bir hadisə idi. Özbək
tələbələri üçün bu qiymətli dərs
vəsaiti nəinki gələcəkdə tələbələrin
maariflənməsi, eləcə də Azərbaycan və
Özbəkistan arasındakı münasibətlərin dərinləşməsinə
xidmət göstərəcəkdir. Hal-hazırda Əli
Həsənovun bu kitabı Özbəkistanın ali təhsil müəssisələrində dərslik
kimi istifadə olunur.
Əli Həsənovun "Geosiyasət" kitabında
geosiyasətin yaranmasına elmi sahənin mövzusu kimi qiymətləndirilir. Kitabda xüsusilə bəşəriyyətin
(dünya sisteminin) geosiyasi quruluşunun formalaşması və
ya başqa sözlə desək, "dünya birliyi"nin yaranması və üzərindəki
geosiyasi nəzarət geniş şəkildə təsvir
olunur. Bunu siyasətçilər aşağıdakı mərhələlərə
bölürlər:
* "Rəqabətsiz
müstəmləkəçilik" dövrü - 1494-1648-ci
illər
* Vestfal-Macarıstan
dövrü - 1648-1914-cü illər
*
Versal-Vaşinqton dövrü - 1919-1939-cu illər
* Potsdam
dövrü - 1945-1991-ci illər
Dövlətlərarası və xalqlararası dünya
nəzarət sistemi qaydalarının müəyyənləşdirilməsinin
bütün mərhələləri mənasız yerli
müharibələrlə müşayiət olunub. Yeni mərhələyə
keçid dövrlərində isə dünya dövlətlərinin
qarşılıqlı münasibətlərində dünya
müharibələri baş verirdi.
XX əsrin əvvəllərində Almaniya, İtaliya və
Avstriya-Macarıstanda vəziyyət qənaətbəxş
deyildi. Sənaye və iqtisadiyyatın intensiv inkişaf
etdiyi bu ölkələrdə xammal qıtlığı
yaşanırdı. Defisitin səbəbi XIX əsrin
sonlarında Asiya, Afrika, Latın Amerikası, Avstraliya və
Okeaniyanın bütün məşhur xammal mənbələri
və yeraltı sərvətlərinin nəhəng müstəmləkə
dövlətləri - Böyük Britaniya, Rusiya və Fransa
arasında bölüşdürülməsi idi. Bu vəziyyətdə Almaniya, İtaliya və
Yaponiya, demək olar ki, heç nəsiz qaldılar. Yaranmış vəziyyətdən çıxmaq
üçün onlara, təbii ki, bircə yol - müharibə
qalırdı. Onun sayəsində
dünyanın təkcə ərazi bölgüsü deyil, həm
də sərvəti, həmçinin koloniyaların
alınması da mümkün idi.
Müharibə ən effektiv vasitələrdən biri
kimi uzun illər boyunca yaranan müxtəlif miqyaslı problemləri
həll etmək üçün şərait
yaradırdı.
1914-cü ildə dünya miqyasında iqtisadi problemlərin
və geosiyasi ziddiyyətlərin həlli üçün
münasib vəziyyət yarandı. Dünya müharibəsinin
başlanmasına 1914-cü ilin 28 iyununda Avstriya-macar
imperiyası taxtının varisi Frans Ferdinand və onun həyat
yoldaşı hersoginya Sofiyanın Sarayevo şəhərində
öldürülməsi zəmin yaratdı. Və Birinci Dünya müharibəsi başladı.
Bu müharibə iki tərəf arasında gedirdi: bir tərəfdə
Rusiya, Britaniya və Fransanın daxil olduğu Antanta, o biri tərəfdə
isə Almaniya, İtaliya və Avstriya-Macarıstanın daxil
olduğu Üçlər İttifaqı vardı. Hadisələr Avropadan Şərqə tərəf
keçdi.
İstanbulun müsəlmanlardan azad edilməsi
ideyası, Avropa dövlətlərinin "xristian mehribanlığı
və sevgisi" adı altında qurulması və şəhərin
adının Konstantinopol olaraq dəyişdirilməsi xəyalı
bütün dünyanı qanlı
qarışıqlığa çevirdi. Bu şəhər
1453-cü ildə müsəlmanlar tərəfindən sadəcə
əldə olunmamışdır, həm də bu ildən
tarixdə yeni bir dövr başlayır. Birinci Dünya
müharibəsinin əvvəlinə qədər İstanbulda
xalqlar təxminən 460 il xoşbəxt
yaşadı və müxtəlif dinlər inkişaf etdi.
Birinci Dünya müharibəsi bəşəriyyət
tarixində ən qanlı və faciəvi müharibə oldu. Orada dünyanın əhalisi,
1,5 milyard olan 36 dövləti iştirak
edib. 70 milyon əsgər və zabitin savaşdığı
müharibə bəşəriyyətə böyük sayda
insan itkisi gətirdi: 10 milyon insan həyatını itirdi, 12
milyon dinc əhali qurban oldu və 55 milyona qədər insan
yaralandı.
Bundan
başqa, 1917-ci ildə Rusiyada bütün dünyanı lərzəyə
salan hadisə baş verdi: Burjua-demokratik
(fevral) inqilabı və proletar (oktyabr) çevrilişi oldu. Rusiya imperiyası dağıldı. İnsanlar siniflərə və ideoloji
baxışlarına görə iki yerə
parçalandılar. Rusiyanın müharibədən
uzaqlaşmağı müttəfiqləri olan Fransa və
İngiltərəni çox pis bir vəziyyətə
saldı. Məhz onların təhriki
altında 1917-ci ildə bu vaxta qədər Antantaya maliyyə
köməkliyi göstərən ABŞ da Antanta tərəfdən
Almaniyaya qarşı müharibəyə qoşulur. 266 il Avropada mövcud olan beynəlxalq münasibətlərin
Vestfal sisteminin də axırı çatdı.
Bəşəriyyət tarixində istənilən
müharibə hansısa təntənəli və pafoslu
ideyanın təbliğatıyla başlamış,
qarşı tərəfin də elə bu cür hansısa təntənəli
və pafoslu bir ideyasıyla üz-üzə gəlmişdir. Saysız-hesabsız
müharibələr sayəsində ölkələrin əraziləri
genişlənir; xammal resursları çoxalsa da, insanların
qurban verildiyi istənilən ideya dəhşətlidir.
Təəssüf ki, tarixdə böyük ideyalara
söykənərək törədilən kütləvi insan
qırğınlarıyla bağlı kifayət qədər
faktlar var. Dağıdıcı ideyaların təbliğatının
nəticəsində insanların həyatı cəhənnəmə
dönür, əvvəldən yaxşı, xeyirli olan ideyalar
sonradan bəşəriyyət üçün faciəyə
çevrilirdi.
Müharibə kimlər üçünsə bədbəxtlik
və kədər, kimlər üçünsə sadəcə
biznesdir.
Müharibə
həqiqətləri və təbiəti Antanta ordusunun baş
komandanı F.Foşun məşhur kitabında kifayət qədər
aydın şəkildə izah olunur: "Müharibə,
keçmişdə olduğundan daha çox millətçiləri
maraqlandıran ticari bir müəssisədir və buna görə
də fərdlərin marağını daha çox
artırır. Hamımız nə
axtarırıq? Satışa
çıxara biləcəyindən çox məhsul istehsal
edən ticarət, sənaye bazarları davamlı rəqabətin
artması ilə sıxışdırılır. Ona görə də onlar üçün
atışma səsləri altında bazarlar əldə edirlər".
İkinci
Dünya müharibəsi cəmi 20 il
mövcud olmuş beynəlxalq münasibətlərin Versal
sisteminin axırına çıxdı. Böyük
maddi, mənəvi və insan itkiləriylə müşayiət
olunan bu müharibə bəşəriyyətə
ağır zərbə endirdi. Rəqabətdə
olan tərəflər öz "dahi" fikirlərini beyinlərə
yedirtmək üçün xüsusən yeni elmlər fikirləşib
tapmışdılar. Onlar "tərtəmiz
və ağappaq ariçilərin" digər irq və
xalqlardan olanları məhv etmək üçün mənəvi
haqları olduğunu elmi metodlarla sübuta yetirməyə
çalışırdılar. Digər tərəfdən,
günahsız qurbanların qanı axdığı
qırmızı bayraq altında bütün bəşəriyyət
üçün ümumi və böyük bir yoxsulluğu təbliğ
etmək fikrinin arxasında kommunist ideyası dayandı.
Kommunist-sosialistlər
"kommunist ideyası" əsasında sosial-sinfi əlamətlərə
əsasən milyonlarla insanı güllələyir, edam edir və dustaqxanalarda
çürüdürdülər. Nasist-sosialistlərsə
"ari ideyaları"na əsasən irqə
və milli əlamətlərə görə ölüm
düşərgələrində insanları diri-diri
yandırır, qaz kameralarında boğurdular. Əvvəldə
hər iki tərəf "yaxşı müttəfiq" və
dost idilər. Lakin bir müddət keçdi və
maraqları üst-üstə düşməyəndə
dünyada yenidən ərazi bölgüsü başladı.
Qeyd etmək lazımdır ki, hər iki cərəyan
yeni bir xalqı yaradıb-qurmaq niyyətində idi. SSRİ və Almaniyanın həmin dövrdə
dövlət siyasətində, ideoloji cərəyanların
kommunizm və faşizmin tərəfdarları müəyyən
qədər olsa da, yeni qurulmuş xalqın nümayəndələrini
yaratmağa müvəffəq oldular.
İkinci Dünya müharibəsi bəşəriyyət
tarixində dəhşətli izlər buraxdı. Dağıdılmış,
xarabaya çevrilmiş şəhərlər yerlə-yeksan
edildi. Maddi-mədəni obyektlər, 60
milyon insan qurbanı, yüz milyonlarla taleyi məhv olmuş, bədənləri
şikəst qalmış insan İkinci Dünya müharibəsinin
acı nəticələri idi. Milyonlarla
insan düşərgələrdə diri-diri
yandırılır və qaz kameralarında məhv edilirdi.
Bu insanların günahı nə idi?!
Cavab çox sadədir: "Bütün bunlar kimlərinsə
öz millətinin xeyri və başqa millətlərdən
daha yaxşı olmasının danılmaz sübutu
üçün idi". Bu cür təntənəli
və pafoslu ideyaların ucbatından bu gün də
dünyada müxtəlif ölkələr arasında
qarşıdurmalar mövcuddur.
Tarixçilər, hüquqşünaslar və siyasətçilər
ərazi maraqlarına görə Üçüncü
Dünya müharibəsi başlaya biləcəyini başa
düşürlər. Və bu, geosiyasətin yeni "kart
oyunu"dur. Əslində, o artıq
qızışmağa başlayıb. Bəşəriyyət
bu gün də özünü bu cür müxtəlif
müharibələrlə məhv edir.
Başqa sözlə desək, müstəmləkəçilik,
inkvizisiya, faşizm, bolşevizm və dini fanatizmi dadan
inkişaf etmiş mədəni dünya, irqi-konfessional, etnik və
digər mənsubiyyətindən asılı olmayaraq, hər
bir insanın şərəf və ləyaqətinə
hörmət etməyi öyrənmişdi. Lakin təəssüflər
olsun ki, indinin özündə də "tarixi ədalət"in
yerinə qaytarılması adı altında insanlar arasında
etnik antaqonizm yaratmaq üçün provokasiya kampaniyaları
aparırlar.
İkinci
Dünya müharibəsi bitəndən (1945-ci il)
SSRİ dağılana qədər (1991-ci il) dünya sisteminin
geosiyasi nəzarətində ikiqütblü planetar qüvvəyə
söykənən bipolyar dövr mövcud oldu. Geosiyasi
vəziyyət SSRİ və sosialist düşərgələri
dağılandan sonra dəyişdi. 1991-ci
ildən siyasətdə başqa beynəlxalq hüquqi
yanaşmalar tələb edən "yeni dünya nizami"
yarandı. Dinc sakinlərin
zorakılığa məruz qalmasına və
öldürülməsinə səbəb olan kütləvi dəliliyin
səbəblərini anlamazdan əvvəl cinayət törədənlərin
fikirlərinin mahiyyətinə və mənasına diqqət
yetirmək lazımdır. İrqçilik,
milliyyətçilik, terrorizm və soyqırımı tərəfdarları
arasında insanlığa qarşı cinayətlər etmək
istəyi mənəvi yoxsulluqdan qaynaqlanır.
Düşüncələrində yaxşı və
ümumbəşəri xeyirxahlığın olmaması səbəbindən
mənəvi cəhətdən kasıb insanlar daxillərində
olanları - qəzəb və nifrəti çölə püskürürlər.
Manikal depressiya, şizofreniya, paranoyya, müxtəlif
fobiyalar və s.-in nədən yaranması və insan
psixikasında özünü necə göstərməsi
klinik suallardır və diaqnoz qoymaq tibb işçilərinin
peşə məsuliyyətidir. Ona görə də
psixoloq və psixiatrlar bunlar haqda tarixçilərdən daha
yaxşı bilirlər. Tarixçilərə cinayəti
törədənlərin xəstəlikləri yox, müharibə
və terroaktlar zamanı normal insanlar üzərində
törətdikləri konkret hadisələr maraqlıdır:
*
Müasir dünyada insanın mənəvi dünyasını
məhv etmək üçün aparılan yalançı
ideyalar təbliğatından ötrü şüur və
siyasi texnologiyalar manipulyasiyasının hansı
metodlarından istifadə olunur? Dəhşətli
və qeyri-insani cinayətləri hansı yalançı elmi
nəzəriyyələr və siyasi motivlər bəyan edir?
* Müxtəlif
etnik və dini qrupların nümayəndələrini
qeyri-insani hərəkətlərə və bir-birilərinə
qarşı cinayətlərə sövq edən xarici amil,
daha doğrusu, üçüncü qüvvə hansı
etnik ədavət rolu oynayır?
* Fəthlər,
qeyri-insani zülmlər, millətçi
ağılsızlıqlar, terror aktları nə
üçün və nə məqsədlə həyata
keçirildi? Bu əməliyyatların nəticələri
nədir və bütün bunlar dünyadakı ictimai-siyasi vəziyyətə
necə təsir edir?
Əslində, bütün bu suallara cavab axtarmaq təkcə
tarixçilərin, hüquqşünasların və siyasətçilərin
araşdırma arealı deyil, hər bir müasir insan
üçün dünya siyasətinin tarixinə maraq
oxşar suallara cavab axtarmaqla bağlıdır.
Obyektiv səbəblərə görə sıravi vətəndaş
müasir ciddi siyasi və iqtisadi analitikadan, eləcə də
tarixçilərin müzakirələrindən uzaqdır. Bu səbəbdən
də cəmiyyətə qərəzli interpretasiyasını
sırımaqda maraqlı olan "qaranlıq qüvvələr"ə
məqsədlərinə çatmaq üçün hansı
materiallardan, kimdən və necə istifadə etməsinin
heç bir əhəmiyyəti yoxdur. Onlar
planlarını həyata keçirməkdən ötrü
istənilən yalançı elmi tezislə dəstəklənən
hər hansı saxta ideologiyadan istifadə edə bilərlər;
hətta etno-dini ekstremizm və sürünən transmilli
terrorizmdən belə çəkinməzlər.
*
"İslam amili" - dini ekstremist terrorizm;
* "Ari nəzəriyyəsi" - etnik ədavət,
millətçilik və digər xalqlara qarşı irqi
üstünlüyə dair iddialar. İkinci Dünya müharibəsi
tarixindən "Ari" maraqlarının nələrə səbəb
olduğu kifayət qədər aydındır;
* "Erməni revizionizmi" - əvvəllər
olduğu kimi, indi də güclülərin xidmətindədir. Birinci
Dünya müharibəsi tarixində, bolşevizm və
Dağlıq Qarabağ müharibəsində onların
qanlı izləri mövcuddur.
Əl-Qaidə,
Hizbut-Təhrir, Tabliğ camaatı, Sələfi-Vəhhabi
dini ekstremist, erməni milli şovinist təşkilatları və
məqsədlərinə çatmaq üçün həmişə
insanlar arasında terror, zorakılıq, düşmənçilik,
nifrət təbliğatından istifadə edən bir çox
digər təşkilatlar sahiblərinin, yəni
dünyanın xüsusi ölkələrində bu işdə
maraqlı olan xüsusi müştərilərin göstərişləri
ilə hərəkət edirlər. Onların fəaliyyətlərinin
əsas məqsədi hərbi münaqişə qurmaq, daha
doğrusu, silah və narkotik satmaq üçün
"bazar" yaratmaqdır.
Müasir siyasi arenada münaqişələrin
"sifarişçiləri" açıq və müstəqil
olaraq öz adlarıyla qarşıdurmaya girmirlər. Əsas məsələ
"müştəri"nin istəyi ilə
"podratçının" münaqişələri həyata
keçirməsidir. "Müştərilər"
dünya və dünya nizamının taleyinin "hakimləri"
olaraq, beynəlxalq siyasi debatlar arenasında münaqişənin
ən yüksək nöqtəsində görünəcəklər.
Mütəxəssislərin fikrincə, dünyada 200-dən
çox gərginlik ocağı mövcuddur. Onların əksəriyyəti
separatizm ideyası ilə qeyd olunur - metropoliyadan ayrılmaq istəyi.
Bəzi ocaqlar artıq uzun müddətdir ki,
"alovlandırılır". Onların
ətrafında müxtəlif səviyyələrdə daimi
"dinc" müzakirə gedir. Bunun səbəbi:
*
Metropoliyalar kifayət qədər güclüdürlər və
"öz" separatçılarından qorxmurlar;
*
Dünyanın taleyini "həll edənlər" -
böyük dövlətlər bu separatçı qrupa qlobal əhəmiyyət
daşımadıqları üçün sakit
yanaşırlar;
*
Bugünkü geosiyasi və geostrateji maraqlar zonasından kənarda
qalan separatçılar.
Həm
coğrafi mövqeyinə görə, həm də Qərb-Şərq,
Şimal-Cənub vektorları boyunca geosiyasi problemlərin həllində
müəyyən bir rol oynadığına görə
strateji əhəmiyyətli faydalı qazıntı
ehtiyatlarının mövcudluğu səbəbindən
dünyanın taleyini "həll edənlər"in diqqətində
olan gərginlik ocaqları da var. Bunlar:
* Balkan ərazisində
U.Çörçillin "Avropanın yumşaq
qarnı" adlandırdığı Kosovo;
*
Rusiyanın Moskva geosiyasətinin qərb strateji istiqaməti
üzrə maraq dairəsində olan Pridnestrovye;
* ABŞ
və Rusiyanın maraq dairəsində olan Əfqanıstan;
* XXI əsrdə
artıq xəritədə İraq, Suriya, Şərqi Ukrayna və
Krım kimi geosiyasi oyunçuların yeni müharibə
ocaqları göründü.
Gərginlik və geostrateji diqqət zonası, eyni zamanda
yuxarıda sadalanan separatizmin ən vacib mərkəzləri ilə
əlaqəli olan "Orta Asiya - Qafqaz - Xəzər - Qara dəniz"
meqaregionudur. Bu meqaregion, Z.Bjezinskinin fikrinə görə,
"Böyük şahmat lövhəsinin" ən vacib hissəsidir.
Burada müasir geosiyasət və qloballaşmanın
böyük aktorlarının - ABŞ, Rusiya, vahid Avropa, Orta
Şərqin böyük dövlətləri, eləcə də
Çin, Yaponiya və Cənubi Koreyanın maraqları
toqquşdu.
* Orta Asiya və Qafqaz hazırda ən intensiv inkişaf
edən Asiya-Sakit okean regionuna rahat yollar açır.
* Şərqi Qərblə birləşdirən qədim
marşrutlar canlanır. Bu, Böyük İpək Yolu -
dünyanın müxtəlif bölgələrinin sakinlərinə
istifadə üçün lazım olan ədviyyat və
istehlak məhsulları yoludur.
*
Dünya əhalisinin üçdə biri bu meqaregionda yaşayır.
* Asiya -
Sakit okean regionunun potensialı bu gün planetimizin hər
hansı digər bölgəsi ilə müqayisədə
olduqca böyükdür.
Dünyadakı mövcud ictimai-siyasi vəziyyətlə
əlaqədar, qədimlərdən gələn
"Sivispacem, parabellum!" ("Sülh istəyirsənsə,
müharibəyə hazır ol!") məsəliylə
razılaşmalı olursan. Köhnə və
ya Yeni Dünyanın, Afrikanın və ya Ərəbistanın,
Türküstanın və ya Hindistanın, Qafqazın və
ya Okeaniyanın nəzərdə tutulmasından asılı
olmayaraq, bu belədir.
Aydın məsələdir ki, müasir dövrün
döyüş taktika və strategiyaları orta əsrlərdə
əsgərlərin bir-birinə qarşı canlı qüvvə
ilə qürurla hücum etdikləri üsullardan fərqlənir. Elmi və
texnoloji tərəqqinin bu əsrində başqa bir dövləti
əsarət altına almaq istəyən dövlətin ən
vacib hədəfi insanların düşüncəsidir.
Və düşüncəsi düşmən tərəfindən
yetişdirilən insanlar onlar üçün hər şeyi
edəcəklər. Odlu silahla bombalanma, məhvetmə
və öldürmə əməliyyatlarından əvvəl
insanların şüurunda məğlubiyyət əhval-ruhiyyəsi
yaratmaq üçün kütləvi hücumlardan istifadə
ediləcəkdir.
Bu hücumların məqsədi insanların zehnində
irəliləyən düşmənə qarşı birləşən
fikirləri məhv etməkdir. Əslində, elə
qədim zamanlarda da belə olub. Düşmənlər
içərisində fəaliyyət göstərən təxribatçılar
insanların düşüncələrini korlayır və
onlarda məğlubiyyət ab-havası yaradırdılar.
İndiki dövrdə bütün bunlar
düşməndən min kilometr uzaqda oturmaqla da edilə bilər.
Mahiyyəti eynidir, bircə texnika fərqlidir.
Bütün millətlərarası müharibələrin
şablonu və onların metodları, demək olar ki, eynidir. Lakin bu
şüurun manipulyasiya üsulu ilə ictimai diqqətdən
gizlədilir.
Müharibələrin səbəbləri fərqli olsa
da, təcavüzə hazırlaşma üsulları eynidir. Hər şey
hər hansı bir xalqın düşmənçiliyinin, nifrətinin
və ya məzhəbinin ideoloji təbliğindən, yəni
psevdosentifik tezislərdən istifadə edərək sıravi
insanların zehinlərinin manipulyasiyasından başlayır.
İnsanın mənəvi təməlinin məhv
edilməsi üçün məqsədyönlü şəkildə
hazırlanmış şüuru manipulyasiya etmə
taktikası və strategiyası metodik göstərişlərlə
dəstəklənir.
Yeni siyasi texnologiyalar köhnə Bolşevik "beyin
yuyulmasından" köklü şəkildə fərqlənir. Müasir
informasiya texnologiyaları ehtiyac duyulan ölkələrdə
daxili siyasi vəziyyətə təsir etmək
üçün istifadə olunur. Vəziyyəti,
mövqeyi və idarəetmə planlarını
aydınlaşdırmaq üçün uzaqdan araşdırma
imkanlarından istifadə olunur, bütün bunlar indi
"açıq sirr"dir. Müəyyən siyasi
texnologiyalar əsasında hazırlanmış, demək olar
ki, bütün manipulyasiya metodlarının, onların manipulyasiyalarının
mahiyyət və məqsədlərini ictimaiyyətin diqqətinə
çatdırmaqla məhv edildiyini nəzərə almaq
vacibdir.
Artıq heç kəsə sirr deyil ki, müasir
dünyada düşmənçilik atmosferi yaratmaq
üçün millətçi və dini ekstremist nəzəriyyələrin
təbliği üsulu ilə sonradan cəmiyyət daxilində
silahlı münaqişələrə müxtəlif mənfi
tendensiyaların qızışdırılması
üçün üçüncü qüvvələr tərəfindən
istifadə olunacaq etnik və dini qarşıdurmalar
qızışdırılır.
Postsovet məkanında mövcud siyasi vəziyyəti
qiymətləndirərkən xarici qüvvələrin tarixi
imperiya ambisiyalarını yenidən canlandırmaq səylərini
nəzərdən qaçırmaq mümkün deyil. Buna görə də, təsadüfi
deyil ki, bugünkü dünyada imperiya xəstəliyinə
tutulan, Qafqaz və Orta Asiya xalqlarının tarixini obyektiv
şərh etmək əvəzinə, özlərinə
üstünlük verən parametrləri yayan, yəni tarixi
hadisələri şərh edərkən bir çox hallarda
rüsvayedici, bölüşdürücü və
bölüşdürən tezislərdən istifadə edən
müasir ictimai-siyasi xadimlərin olduğu faktını
söyləyə bilərik. Təbii ki
bütün bunlar tarix və ədəbiyyat
araşdırması adı altında təqdim olunur.
Bir
çox mütəxəssislərə, elə siravi vətəndaşlara da
postsovet dövründə Qafqaz və Orta Asiyada qeyri-sabitlik və
xaos yaratmaq istəyən düşmən qüvvələrin,
ilk növbədə, İslam ekstremizmini bir vasitə kimi istifadə
etməyə çalışdıqları artıq məlumdur.
Yeni əsrdə, dünyanın müxtəlif televiziya
kanallarının və sosial şəbəkələrin xəbərlərindən
etnik separatizmin "həvəskarları" və
"beşinci kolonun" daha fəal olduğu
görünür. Düşmən qüvvələr
bu təxribatçı siyasi texnologiyanı dünyanın istənilən
ölkəsində etnik nifrət oyatmaq üçün
istifadə etməyə çalışırlar. Buna görə də bu gün millətçilik və
etnik düşmənçilik mövzusu aktuallaşır.
Və dünyanın istənilən ölkəsinin
ziyalı nümayəndələri, xüsusən də tarixi
problemləri şərh edərkən, bəşəriyyətin
yaxşılıq və sülh anlayışlarının
prinsip və əsaslarına riayət etməyə borcludurlar.
İctimai şüura mənfi təsir edən
tendensiyalar ictimai və siyasi xadimlərdən və siravi vətəndaşlardan
xəbərdarlıq zərbəsi almalıdırlar. Hər
hansı bir xalqa qarşı aparılan istənilən məhvedici
təbliğatın korporativ şəkildə qınanması
məqsədəuyğun olardı. Yalançı
elmi nəşrlərin köməyi ilə bir çox
türk-slavyan, türk-erməni və fars-türk düşmənçiliyini
nümayiş etdirən müəllifləri kəskin şəkildə
tənqid etmək və qınamaq lazımdır. Milliyyətçi və ksenofob münasibətlərin
böyüməsinə, beynəlxalq hüquq aktlarında tənzimlənən
və zəmanət verilən təbii insan
hüquqlarının pozulmasına, həqiqi ümumbəşəri
dəyərləri təhrif etməyə və devalvasiya cəhdlərinə
qarşı effektiv mübarizə aparmaq üçün
xalqların həqiqi və real tarixinin öyrənilməsinin
təbliğatını gücləndirmək olduqca vacibdir.
Xalqların taleyində baş verən tarixi reallıqlar
kontekstində hadisələrdən paralel nümunələrin
müqayisəsi ilə faktların ətraflı və
detallı şəkildə öyrənilməsi
üçüncü tərəflərin öz geosiyasi
oyunlarında istifadə etdikləri tarixi və müasir millətçi
cərəyanların real məqsədlərinin dərk edilməsinə
səbəb olur.
Rus dilindən tərcümə
edən: Xanım Aydın
Şöhrət Salamov Barlas
tarixçi-publisist,
Özbəkistan
Olaylar.- 2020.- 7-11 mart.- S.5;11.