Keçmişdən gələcəyə
nə daşıyırıq?-
YEDDİNCİ
YAZI
Fəlsəfi-tarixi-publisist düşüncələrim
Epiqraf
Hökumət o zaman özünə potensial üsyançılar hazırlayır ki, cəmiyyətdə xurafatlaşma, manqurtlaşma, cahilləşmə, zombiləşmə sürətlənir, riyakarlıq, saxtakarlıq baş alıb gedir. Bu zaman milli-mənəvi və maddi dəyərlərin, vətənpərvərliyin təbliği effekt vermir və dövlətçilik anlayışı məmur və ictimai status anlayışı ilə eyniləşdirilir.
Yunus Oğuz
Yeddinci yazı
Birinci yazını buradan oxuya bilərsiniz https://olaylar.az/news/siyaset/365495
İkinci
yazını buradan oxuya bilərsiniz https://olaylar.az/news/sosial/366212
Üçüncü yazını buradan oxuya bilərsiniz
https://olaylar.az/news/sosial/367202
Dördüncü yazını buradan
oxuya bilərsiniz
https://olaylar.az/news/siyaset/368146
Beşinci yazını buradan
oxuya bilərsiniz
https://olaylar.az/news/siyaset/369204
Altıncı yazını buradan
oxuya bilərsiniz https://olaylar.az/news/siyaset/370131
a) Tarix ibrətdir
Özünü sovet rəhbərliyi
adlandıran bu komitənin ilk bəyanatında
aşağıdakılar qeyd
olunurdu: "Yenidənqurma
dalana dirənib,
SSRİ-ni dağıtmaq
və hakimiyyəti ələ keçirmək
istəyən ekstremist
qüvvələr ortaya
çıxıblar. QKÇP
ölkəni böhrandan
çıxartmaq əzmindədir.
Sovet vətəndaşları isə
qısa müddətdə
əmək nizam-intizamını
bərpa etməli, istehsal gücünü qaldırmalı və ölkənin böhrandan çıxarılması səylərinə
hərtərəfli yardım
göstərməlidirlər".
Daha sonra fövqəladə vəziyyətlə
bağlı komitənin
bir nömrəli qərarı hər saatda bir televizordan
oxunurdu. Qərarda deyilirdi ki,
SSRİ konstitusiyasına zidd
olaraq fəaliyyət göstərən hakimiyyət
və idarəetmə
strukturları, hərbi
birləşmələr buraxılsın,
vəziyyətin normallaşmasına
mane olan partiya və ictimai birliklərin fəaliyyəti
dayandırılsın və
tətillər qadağa
olunsun, kütləvi informasiya vasitələrinin
fəaliyyətinə senzura
tətbiq edilsin.
Moskvaya ordu daxil olur. Ancaq bu komitənin qarşısına
o zaman Rusiya Federasiyasının yeni seçilmiş prezindenti
B. N. Yelsin çıxır
və buna qarşı hərəkata
başçılıq edir.
Fövqəladə vəziyyət elan
ediləndə Yelsin Moskvada yox idi
və DTK-nın
müavini Şebarşinə
göstəriş verilmişdi
ki, o paytaxta buraxılmasın. Alfa xüsusi təyinatlılar
isə mitinqi dağıtsın. Şebarşin xüsusi təyinatlılara mitinqi dağıtmamaq haqqında
göstəriş verir
və Rusiya prezidentini paytaxta buraxır, bununla da o mitinqçilər tərəfə keçir.
Bəlkə də bu komitə
Yelsinlə mübarizədən
qalib çıxsa idi, bilmək olmazdı ki, taleyimiz necə olacaqdı. Çünki respublikalarda hərəkat
fəallarının həbs
olunması üçün
siyahılar hazırlanırdı.
Yəqin
ki, 1937-ci ildə olduğu kimi ən "yumşaq cəza" Sibirə sürgün olardı.
Ancaq belə olmadı. Yelsinin rəhbərlik etdiyi hərəkat üç gün davam edən mitinqlərdən qələbə ilə çıxdı. Bir neçə
nəfərin həlak
olmasına baxmayaraq
QKÇP-çilər məğlub
oldular. Komitə üzvlərindən daxili işlər naziri Puqo özünü
güllələdi, bir
çoxları isə
həbs olundular.
B. N. Yelsinsə məhşur kəlamını bu ərəfədə söylədi:
"Kim nə qədər
bacarırsa o qədər
demokratiya götürsün".
İranda səfərdə olan Ayaz Mütəllibov hadisələrin axarının
hara gedəcəyini gözləmədən, elə
oradan qiyamı dəstəkləyən bəyanat
yaydı. Bakıda isə Xalq Cəbhəsi Yelsini dəstəkləyən çox
güclü mitinq keçirdi. Azərbaycan
rəhbəri Moskvadakı
üsyandan elə ruhlanmışdı ki, xüsusi təyinatlılara
mitinqi dağıtmaq haqqında göstəriş
verdi. Mitinq çox
amansızlıqla dağıdıldı,
hətta aparıcılar,
liderlər, millət vəkilləri çox ciddi yaralandılar, zərbə aldılar.
21 avqust 1991-ci ildə
üsyan iflasa uğrayandan sonra məlum oldu ki, imperiyanın dağılmasına çox
qalmayıb. Bu dörd
aydan sonra baş verəcəkdi.
Təpədən dırnağa qədər
silahlanmış ermənilərin
qarşısına nə
ilə çıxmaq
lazım olduğunu heç kim
bilmirdi. Əlbəttə könüllülər hardansa nəsə tapırdılar. Ancaq respublika
hökuməti səviyyəsində
deyildi. Müdafiə Nazirliyi yenicə
yaranmışdı və
bütün çabalara
baxmayaraq əlimizdə
olanlar heç "ilkin tibbi xidmət"
göstərməyə yaramazdı.
Hər şey dağınıq halında idi. Ordu yaratmaq işi çox ağır gedirdi. Buna bir
tərəfdən ordu
yaratmaq səriştəsizliyi,
digər tərəfdən
isə könüllü
batalyonların birləşib
vahid şəkildə
idarə edilməməsi
mane olurdu.
Ayrı-ayrı imkanlı adamlar
şprisdən tutmuş
silah və sursata qədər alıb könüllülərə
göndərirdilər. Ancaq bu başıpozuq şəkildə həyata
keçirilirdi. Buna görə də cəbhədə məğlubiyyətimiz
çoxalırdı. Qarabağın içindən azərbaycanlılar
yaşayan kəndlər
boşalırdı. Bir sözlə
müstəqilliyimizi elan
edəcəyimiz günə
"əliboş" yaxınlaşırdıq.
Bütün bunlara baxmayaraq 1991-ci il Azərbaycan xalqı üçün çox mühüm və şərəfli il hesab olunmalıdır və olunur da. Müstəqillik uğrunda mübarizə özünün ən yüksək nöqtəsinə çatırdı. Qarabağda və bütövlükdə erməni cəbhəsində çox ciddi döyüşlər gedirdi. Indi bunun üstündən otuz il keçdikdən sonra, dönüb arxaya baxanda özümə sual verirəm: Bütün bu üç il ərzində xalq yalın əllə necə oldu ki, torpaqları qismən qoruya bildi? Yəni mən Naxçıvanı, Gədəbəyi, Qazaxı, Tovuzu və s. əraziləri nəzərdə tuturam. Bütün olanlar böyük dirənişdən xəbər verirdi. Xalq özünütəsdiq fazasına daxil olmuşdu, müstəqil dövlət olmasa da, birlik enerjisini təsdiq edirdi. O zaman bu birlik çox vacib idi. Bu birlik olmasaydı, müstəqillik uğrunda danışmağa dəyməzdi.
Təbiidir ki, belə vəziyyətdə möhtəkirlər, dəllallar, güdükçülər və fürsətçilər də at oynadırdılar. Xalqın ağrısından, iniltisindən var-dövlət qazanmaq istəyən kifayət qədər idi. Orta təbəqəli məmur vəzifəsinə keçmək istəyən müdirinə badalaq qurur, min bir hiylə işlədərək torbasının ağzını bağlayırdı. Özlərini vətənpərvər, millətçi, hətta bozqurd göstərib min oyunlardan çıxanların şəxsən bu sətrin müəllifi kimi şahidi olmuşam. O zaman mən həm AXC idarə heyətinin üzvü, həm də "Ordu" qəzetinin baş redaktoru idim.
Həftəlik çıxan bu qəzetin tirajı otuz min, qırx min, bəzən əlli mini keçirdi. İndiki kimi o zaman qəzet bolluğu deyildi. İnsanlar həftəlik qəzetləri "Ordu"nu , "Aydınlığı", "Səs"i, "Yeni Müsavat", "Azadlığı", "Azərbaycan"ı həsrətlə və intizarla gözləyirdilər. Köşklərdə uzun-uzadı qəzet almaq növbələri yaranırdı.
Təcrübəsiz olan bizləri güdükçülər və fürsətçilər çox asanlıqla ələ ala bilirdilər. Yox-yox, elə düşünməyin ki, bizim cibimizə gətirib pul qoyurdular. Əksinə, bizimlə elə millətçi söhbətlər edirdilər ki, özümüz qabağa düşüb, ya hansısa nazirdən kiminsə işinin həll olunmasını, ya da banklardan kiməsə kredit, yaxud ssuda verilməsini xahiş edirdik. Əslində, bunları bəzilərimiz bilərəkdən, bəzilərimiz isə bilməyərəkdən edirdik. Fakt odur ki, bu dəllallara, möhtəkirlərə, fürsətçilərə imkan verirdik ki, milyonlar qazansınlar, gəlirli yerlərdə vəzifə tutsunlar. Bəlkə də bu düşünülmüş addımlar idi, çünki, gələcəkdə müstəqil dövlətin hökmən milli burjuaziyası, milli məmurları olmasını zəruri idi. Müstəqillikdən iyirmi doqquz il keçməsinə baxmayaraq bu seqmentlərin formalaşması çox ləng gedir.
Fakt odur ki, təkcə A. Mütəllibovun komandasından savayı, xalqın əksəriyyəti vahid enerjiyə çevrilib Moskva asılılığından qurtulmaq istəyirdi. Burada bizim müstəqilliyimizi istəyən yeganə dövlət Türkiyə idi. İran fürsət gözləyirdi ki, SSRİ parçalansın və Azərbaycan zəif və ümidsiz halda ondan birləşmək haqqında xahiş etsin, yalvarsın. Mollabaşı yetkililəri elə düşünürdülər ki, bu xalq müstəqil yaşamağı bacarmır, ən azı bunun başının üstündə başqa bir xalqın lideri dayanmalıdır. Elə Moskva da o cürə düşünürdü. Azərbaycan uğrunda geosiyasi oyunlar gedirdi və özünü güc hesab edənlər Azərbaycanı asılı vəziyyətə salmaq istəyirdilər. İndi o hadisələrin üstündən illər keçib. Azərbaycan dövləti püxtələşib, Qarabağ problemini həll edə bilməsə də, dünyanın istehsal elədiyi ən müasir silahlarla silahlanıb, hətta xaricə silah və hərbi ləvazimatlar satır, qonşu dövlətlərə, bəzənsə qonşu olmayanlara borc pul da verə bilir, kimlərəsə maddi və mənəvi dəstək göstərir. Amma, 1991-ci il belə deyildi. Bizim özümüzə maddi və mənəvi dəstək lazım idi. Bunu isə yalnız təmənnasız Türkiyə edirdi, xalq əzab çəkirdi. Kimsəsizlik onu bezdirirdi. Bəlkə buna görə idi ki, xalq daxildən birləşməyə çox ehtiyac duyur və buna görə də irəli addımlayırdı.
Bütün bunları indi niyə yazıram? Bir məsəl var: "El bir olsa zərbi kərən sındırar". Qoy o dövr bizə ibrət olsun. Xalqın zərbi doğurdan da kərən sındırdı, çünki bir idi, diriliyə doğru gedirdi, heç bir atalar məsəli bu məsəl kimi öz təsdiqini tapmamışdı. 1991-ci il sübut etdi ki, belə məsəllər elə belə deyilmirmiş.
O dövrlər Milli Azadlıq hərəkatının əsas şüarı belə idi: "Azadlıq verilmir, ALINIR". Xalqın bir olması, təkidli etirazları, respublikanın sənayesini, ali məktəblərin, elmi institutların iflic vəziyyətə gətirilməsi, nəhayət "zərbi kərən sındırdı".
1991-ci ilin bir payız günü, oktyabrın 18-də xalqın təzyiqi ilə üzləşən rəhbərlik, istəməsə də Azərbaycan Respublikasının Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu.
O günləri diri yaşayan, yəni gecə-gündüz gözümüzü bir an belə qırpmadan çalışan və
hadisələrin şahidi kimi qeyd edə bilərəm
ki, sevincimizin həddi-hüdudu
yox idi. Hər kəsin
gözündən qələbə yaşı axırdı.
Tanıdı-tanımadı, küçələrdə
hamı bir-birini öpüb
təbrik edirdi. Çünki
rus süngüsünü
və tanklarını 20 yanvarda görmüşdük. Qanımızla,
canımızla hiss etmişdik.
Ermənistan deyilən Qərbi Azərbaycandan sürgün
edilənlərin ağrılarının istisini
hələ də üzərimizdə hiss
edirdik. Mən hələ Qarabağda
qətlə yetirilənlərin
sayının artmasını və bu
ağrıların altında necə əzab çəkdiyimizi
demirəm. 1988-ci ildən sonra üzümüz yalnız 18 oktyabrda
güldü.
Yunus Oğuz
Olaylar.- 2020.- 7-11 mart.- S.9.