İlham Əliyev: “Sərbəst
toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı,
vicdan azadlığı, söz azadlığı, mətbuat azadlığı
Azərbaycanda təmin olunur və təmin
olunacaqdır”
Azərbaycanda azad medianın
yaranması hüquqi dövlət və vətəndaş
cəmiyyəti quruculuğunun əsas
şərtlərindən hesab edildiyindən, bu sahəyə
dövlət xüsusi diqqət verdi. Söz və məlumat
azadlığına, kütləvi informasiya
vasitələrinin müstəqilliyinə böyük
əhəmiyyət verən Ulu
Öndər Heydər Əliyev ölkədə azad medianın inkişafına, kütləvi informasiya vasitələrinin
azadlığının təminatına xüsusi
diqqət göstərirdi. Çıxışlarının
birində Ulu Öndər dövlətin informasiya siyasəti haqqında deyirdi:
"Müstəqil, demokratik
və hüquqi dövlət quruculuğu prosesini yaşayan Azərbaycan dövlətinin ictimai-siyasi həyatının bütün
sahələrində olduğu kimi, mətbuat və informasiya
sahəsində də demokratiya
prinsiplərinə dönmədən əməl olunur. Müstəqil Azərbaycan
Respublikasının yeni Konstitusiyasında
tətbiq olunmuş fikir
və söz azadlığı, siyasi plüralizm
mətbuat və informasiya sahəsində
Azərbaycan dövlətinin yeritdiyi
siyasətin əsasını təşkil edir".
Ulu Öndər azad
mətbuatın milli mənafelərə
xidmət etməsi, milli ideologiyanın
formalaşması, obyektiv, düzgün,
ictimai rəyin yaradılması
sahəsində ciddi addımlar atdı,
kütləvi informasiya vasitələrinin
fəaliyyətini tənzimləyən qanunvericilik
bazasının yaradılması və bu
bazanın beynəlxalq standartlara
uyğunlaşdırılması, müstəqilliyinin və
azadlığının təmin edilməsi sahəsində
çoxşaxəli işlər gördü:
"Azərbaycanda mütərəqqi mətbuat
ənənələrinin qorunub inkişaf etdirilməsi, müasir
beynəlxalq təcrübə ilə
zənginləşdirilməsi, kütləvi informasiya
vasitələrinin imkanlarından ölkəmizdə hüquqi dövlət quruculuğu,
vətəndaş cəmiyyəti formalaşması, demokratik islahatların həyata
keçirilməsi, Azərbaycan dilinin
inkişafı sahəsində düzgün
istifadə edilməsi dövlət siyasətinin əsas
məqsədlərindəndir".
Məlum olduğu
kimi, müasir informasiya, vətəndaş
cəmiyyətinin, eləcə də, azad
medianın əsası dəyərlər fikir,
söz və məlumat
azadlığıdır. Cəmiyyət demokratikcəsinə inkişaf etdikcə informasiya
cəmiyyətinə keçid
sürətlənir, informasiya mühitinin texnoloji komponentləri,
informasiya resurslarının
formalaşması, yayılması və istifadə
sistemləri, informasiya telekommunikasiya
infrastrukturu yaranır və inkişaf edir.
Cəmiyyəti doğru, düzgün,
obyektiv informasiyalarla
məlumatlandıran, kütləvi informasiya
vasitələri dövlət informasiya
siyasətində həlledici təsisatlarından olub bir növ
dördüncü hakimiyyət
funksiyasını həyata keçirir. Dövlət orqanlarının informasiya,
media sahəsində gördüyü
tənzimləyici tədbirlər dövlət informasiya
siyasətinin əsas mahiyyətini təşkil edir. İnformasiya sektorunda kütləvi informasiya
vasitələri qəzet, jurnal, televiziya, radio kanalları,
informasiya agentlikləri, telekommunikasiya-informasiya
sistemləri, habelə, hər növ
informasiyanın - xəbər, elmi, işgüzar, əyləncəli və s. məlumatların qorunması, istifadə
edilməsi ötürülməsi ilə bağlı
istehsalçı münasibətlərinin məcmusu daxildir. Dövlət informasiya siyasətinin əsas
vəzifələrindən biri
"Kütləvi informasiya
vasitələrinin fəaliyyətində şəxsiyyət,
cəmiyyət və dövlətin maraqlarının
tarazlaşdırılmasına yönəlmiş hüquqi, iqtisadi,
təşkilatın və texnoloji
tədbirlərin müəyyən edilməsidir".
Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı
prinsipinə hörmətlə yanaşılan
ölkələrdən hesab edilir. Ölkədə azad
medianın, insan hüquq
və azadlıqlarının müdafiəsi demokratik
mexanizmlərin mövcudluğunun əsas
şərtlərindən biri kimi qəbul edilir. Kütləvi
informasiya vasitələri -
qəzetlər, jurnallar, televiziya
və radiolar, informasiya
agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər
vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini
müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir.
Kütləvi informasiya vasitələri
cəmiyyətdə ictimai fikri,
dövlətə inamı və sosial
fəallığı formalaşdırmaqla yanaşı,
həm də onları istiqamətləndirir. Dördüncü
hakimiyyət hesab olunan
kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab
edilir. Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad
fəaliyyəti və inkişafı üçün
zəruri tədbirlər görülür.
Artıq kütləvi informasiya
vasitələri də məhz bu imkanlardan yararlanaraq öz müstəqil, azad
fəaliyyətlərini davam etdirir, dövlətçilik, milli
maraqlar prizmasından
çıxış edirlər.
İstər müxalifət,
istərsə də iqtidar kütləvi
informasiyaları bir amalda
- dövlətçiliyi möhkəmləndirmək, milli ideologiyaya xidmət
etmək, milli mənafeyi qorumaq,
informasiyanı çatdırmaq məqamında
birləşməlidir. Azərbaycanın azad mətbuatı təkcə informasiya
vermək, ölkəyə və dünyaya
həqiqətləri çatdırmaq, ictimai
rəyi formalaşdırmaq və ictimai şüuru milli
istiqamətdə inkişaf
etdirməklə kifayətlənməməli, xalqın
maariflənməsində, milli
mədəniyyətimizin, milli-mənəvi
dəyərlərimizin təbliğində,
dövlət siyasətinin əsas mahiyyətinin xalqa çatdırılmasında,
cəmiyyəti düşündürən problemlər
haqqında məlumatın verilməsində, milli
mənəviyyatın inkişafında da mühüm rol
oynamalıdır. Ölkənin iqtisadi
qüdrətinin artdığı, hüquqi
dövlət və vətəndaş cəmiyyəti quruculuğunun keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu indiki
dövrdə mətbuatın üzərinə daha
ciddi məsuliyyət düşür.
Milli
təəssübkeşlik, problemlərə
vətəndaş mövqeyindən yanaşma
hər bir mətbuat orqanının
keyfiyyət göstəricilərinə
çevrilməkdədir. Ölkə Prezidenti
İlham Əliyevin azad
medianın inkişafı sahəsində gördüyü
tədbirlər hüquqi dövlətin
və vətəndaş cəmiyyətinin
inkişafına da əsaslı
təsirini göstərməkdədir".
Bütün azadlıq ların
təmin edildiyi, demokratik
ölkə imicinə malik olan Azərbay canda söz, fikir və
özünüifadə azadlığı təkcə çap - klassik mət
buatı əhatə etmir, ölkəmizdə
inter net azadlığı
da tam təmin olunub. Respublika əhalisinin 80 faizi
in ternet istifadəçisidir. İnformasiya resurslarına sərbəst çıxış
imkanları mövcuddur.
Bir sıra hallarda Azər baycanın müstəqil siyasət
həyata keçirməsindən,
beynəlxalq mövqe
yinin davamlı olaraq möhkəmlən
məsindən ciddi
narahatlıq keçirən
müəyyən dairələr
ölkəmizə qarşı
"qara piar" kampaniyası aparırlar.
Bu məqsədlə Azərbaycanda
guya insan hüquqlarının pozulduğuna,
Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş
binada mənzillərin
paylanması mərasimində. 2017-ci il may-iyun
2019 81 söz, fikir və ifadəazadlığının
məhdudlaşdırıldığına
dair iddialar irəli sürür, respublikamızın müsbət
beynəlxalq imicinin
üzərinə kölgə
salmağa çalışırlar.
Amma reallıq həmin qərəzli
dairələrin iddia
etdikləri kimi deyil. Azad, demokratik cəmiyyət quruculuğuna
nail olunması ölkəmizin
müstəqillik illərində
əldə etdiyi ən böyük uğur lardan biri kimi dəyərləndirilir.
Bütün azadlıqların
təmin olunması Azərbaycan cəmiyyətinin üstün cəhətidir. Ölkəmizin
demokratik dəyərlərə, fundamental insan hüquq və azadlıqlarına sadiqliyi mKonstitusiya
və digər hüquqi sənədlərlə
təsdiq olunub. Azərbaycan dövləti
daim ölkə Konstitusiyası
və digər mmüvafiq qanunvericilik aktları ilə təsbit
olunan demokratik
prinsiplərə sadiqlik nümayiş etdirir. Son 16ildə
Prezident İlham
Əliyevin rəhbərliyi ilə ölkəmizdə
demokratik təsisatların möhkəmləndirilməsi,
siyasi plüralizmin,
insan hüquq və
azadlıqlarının təmin olunması, vətəndaş
cəmiyyəti institutlarının gücləndirilməsi
istiqamətində məqsədyönlü tədbirlər
həyata keçirilib vəmühüm
nailiyyətlər əldə edilib.
Bu gün Azərbaycanda 55 siyasi
partiya, 3 mindən çox
qeyrihökumət təşkilatı (4min dən çox qeyri kommersiya təşkilatı), 5min
dən artıq kütləvi informasiya
vasitəsi, habelə sıralarında 2 milyona yaxın insanı birləşdirən
həmkarlar ittifaqları sərbəst fəaliyyət
göstərir. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin
qeyd etdiyi kimi: "Azərbaycanda
həm demokratik, həm də sosial iqtisadi inkişaf paralel gedir. Buna görə hesab edirəm ki, bizim cəmiy
yətimizdə islahatlar
təkamül yolu ilə aparılır və dərinləşir.
Siyasi və iqtisadi islahatlar daha da dərinləşməlidir.
Söz azadlığı
Azərbaycanda tam təmin
edilibdir, heç bir məhdudiyyət yoxdur. Mənə verilən son məlumata
görə, Azərbaycan
əhalisinin təxminən
80 faizi internet istifadəçisidir.
Belə olan halda söz azadlığı ilə
bağlı heçbir
problem ola bilməz.
Düzdür, bəzi
hallarda bizi bəzi qeyri hökumət təşkilatları
tənqid edir, hətta itti ham edirlər. Amma bu ittihamların heç bir əsası yoxdur. Bu, sadəcə olaraq qərəzli mövqedir.
Bunun səbəbi də bəllidir. Amma real vəziyyətə
baxdıqda biz hamımız
görürük ki,
Azərbaycanda söz
azadlığı və
bütün başqa
azadlıqlar tam təmin
olunur. Sərbəst
toplaşma azadlığı,
siyasi fəaliyyət
azadlığı, vicdanazadlığı,
söz azadlığı,
mətbuat azadlığı
Azərbaycanda təmin
olunur və təmin olunacaqdır".
Azərbaycan Respublikasının Prezidenti yanında
KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilmişdir
Olaylar.- 2020.- 12-13 mart.- S.15.