Mətbuat vətəndaşların sərbəst şəkildə məlumat əldə etməsi üçün əhəmiyyətli rol oynayır

 

 

Müstəqillik əldə etdikdən sonra Azərbaycanda vətəndaşların hüquq və azadlıqlarının təmin olunması iqtiqamətində ciddi addımlar atılıb. Ölkədə demokratik təsisastların formalaşdığı bir məqamda demokratiyanın əsas prinsiplərindən hesab olunan sözfikir azadlığına xüsusi diqqət yetirilib. Belə ki, vətəndaşların söz və məlumat azadlıqlarının təmin olunması, azad fikirlərinin ifadə olunması, istədikləri məlumatın əldə edilməsi məqsədilə təkmil qanunvericilik bazası yaradılıb. Müstəqil Azərbaycan Respublikasının Heydər Əliyevin müəllifliyi ilə hazırlanan və qəbul edilən ilk Konstitusiyanın 50-ci maddəsində ölkə vətəndaşlarının söz, məlumat toplamaq, öz rəyini sərbəst ifadə etmək hüquqları təsbit olunub. "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycanda kütləvi informasiya vasitələri azaddır. Bu azadlıq ölkə vətəndaşlarının qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən verilən təminata əsaslanır. Qüvvədə olan qanuna əsasən kütləvi informasiya vasitələrinin təsis olunması, onlara sahiblik, onların idarə edilməsi, onlardan istifadə qanunvericililkdə nəzərdə tutulan hallar istisna olmaqla məhdudlaşdırıla bilməz. Hazırda dünya ölkələrinin maraq dairələrində olan məsələlərdən biri də insanların azad və sərbəst şəkildə məlumat əldə etməsi ilə bağlıdır. Etiraf edilməlidir ki, dünyanın bir çox ölkələrində bu sahədə ciddi problemlər yaşanmaqdadır. Azərbaycanda isə məlumat azadlığı qanunvericiliklə tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə uyğun olaraq hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Bu isə o deməkdir ki, ölkə vətəndaşları təqdimat formasından asılı olmayaraq təbiətdə, cəmiyyətdə və dövlətdə baş vermiş hadisələr, proseslər, faktlar və şəxslər haqqında xəbərlər əldə etmək hüququna malikdirlər. Bundan başqa, Azərbaycanda məlumat azadlığı haqqında qanun qəbul edilib.

 

Hüquqşünas Baxış Mahmudov qeyd edib ki, Azərbaycanda məlumat azadlığının təminatı üçün hər cür şərait yaradılıb. Məhz dövlət tərəfindən yaradılan təminatın nəticəsidir ki, Azərbaycanda hər kəsin məlumat əldə etmək üçün müraciət etmək hüququ vardır. Dövlət məlumat azadlığının elə təminat formasını yaradıb ki, bu azadlığın həyata keçirilməsi fizikihüquqi şəxslərin hüquq və mənafelərinin pozulmasının qarşısını alır. Daha dəqiq, məlumat azadlığının məhdudlaşdırılmasına yalnız Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda yol verilir. Hətta məlumat azadlığından istifadə edilməsi qaydası da ölkə Konstitusiyası və ona müvafiq olaraq qanunlarla  müəyyən edilir: "Bütün sadalananlardan məlum olur ki, dövlət ən ali qanunu ilə öz vətəndaşlarına məlumat almq hüququ verir, üstəlik onun təminatını müəyyən edir, qaydalarını qanun çərçivəsinə salır. Məhz bu kimi addımlar vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə hədəflənib". Onun sözlərinə görə,  Azərbaycan Avratlantik məkana inteqrasiya olunduqdan sonra söz və mətbuat azadlığının təmin edilməsi sahəsində bir sıra beynəlxalq konvensiyalara və sazişlərə də qoşulub: "Ulu öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixdə imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman kütləvi informasiya vasitələri üzərində senzuranı aradan qaldırdı. Bu fərman Azərbaycanda mətbuatın sürətli inkişafına ciddi təkan verdi və cəmiyyət həyatında KİV-in səmərəli rolunun artırılması sahəsində böyük rol oynayıb. Azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və onlar üçün çoxsaylı güzəştlərin müəyyənləşdirilməsi istiqamətində verilmiş bir sıra fərman və sərəncamlar, mətbuat işçiləri ilə mütəmadi görüşlər ənənəsinin yaradılması, KİV-lə bağlı problemlərə operativ müdaxilə - bütün bunlar ümummilli lider Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirən faktlardır. Ümummilli lider Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, mətbuata düzgün münasibət, onun problemləri ilə daim məşğul olmaq dövlət quruculuğunun mühüm bir sahəsidir. O, mətbuatda sərt, ziddiyyətli meyilləri duyan kimi dərhal buna reaksiya verir, KİV nümayəndələri ilə görüşür, onlarla canlı dialoq keçirirdi".

 

Onun sözlərinə görə, hazırda prezident İlham Əliyev Azərbaycanda mətbuat azadlığının ən böyük təminatçısı kimi tanınır. Belə ki, ölkə başçısı İlham Əliyevin Azərbaycanda söz və mətbuat azadlıqlarının inkişafı istiqamətində həyata keçirdiyi siyasət, dövlət rəhbərinin hətta bəzən söz azadlığından siyasi, yaxud şəxsi məqsədlərlə istifadə etməyə çalışan jurnalistlərə münasibəti humanizm çalarları ilə zəngindir: "Prezident İlham Əliyev redaksiyaların və jurnalistlərin maddi durumunu yaxşılaşdırmaq məqsədilə mühüm addımlar atmışdır. Ölkə başçısı 31 iyul 2008-ci ildə imzaladığı "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncam bu baxımdan əhəmiyyətli sənəd oldu. Konsepsiyaya müvafiq olaraq 3 aprel 2009-cu ildə dövlət başçısı tərəfindən imzalanan digər sənəd - "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" sərəncam ölkəmizdə müstəqil mətbuatın inkişafında yeni mərhələnin əsasını qoydu. Mətbuatın inkişafına hərtərəfli dəstək verən dövlət başçısı qarşıya qoyduğu məqsədin "dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi" olduğunu bildirmişdir. Ölkə başçısının sərəncamı ilə dövlət orqanlarından, kütləvi inflormasiya vasitələrindən və jurnalist təşkilatlarından hər birindən 3 nəfər olmaqla 9 nəfər müəyyənləşdirilərək KİV-ə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası yaradıldı. Fond səmərəli fəaliyyəti ilə KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsinə, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşmasına kömək göstərməkdədir. Bütün bunlar bir daha sübut edir ki, bu gün Azərbaycanda azad mətbuat inkişaf edironun qarşısını heç bir qüvvə ala bilməz. Çünki bu, sosial sifarişə, ən əsası isə Prezident İlham Əliyevin siyasi iradəsinə əsaslanır".

 

Sirr deyil ki, söz və mətbuat azadlığı demokratik cəmiyyətin prioritet dəyərlərindən biridir. Zəngin tarixi və mütərəqqi ənənələri olan Azərbaycan mətbuatı ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda demokratiyasiyasi plüralizmin mühüm vasitəsi kimi çıxış edir. Cəmiyyətdə aşkarlığın və şəffaflığın təmin edilməsində, aktual ictimai problemlərin ümumxalq müzakirəsinə çıxarılmasında, sosial ədalət prinsiplərinin müdafiəsində Azərbaycan mətbuatının xüsusi rolu var. Heç şübhəsiz ki, ölkə mətbuatı vətəndaşların sərbəst şəkildə məlumat əldə etməsi üçün əhəmiyyətli rol oynayır. Hüquqşünas bildirib ki, hazırda açıq məlumatlar internet informasiya ehtiyatları vasitəsilə, rəsmi nəşrlərlə, kütləvi informasiya vasitələrinin yayılması ilə əldə edilir: "Açıq məlumatın alınması qaydası və şərtləri  "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktları və ya müqavilə ilə müəyyən olunur. Məlumatın verilməsi barədə müqavilə mülki qanunvericiliyə uyğun bağlanır. Dövlət hakimiyyəti orqanları, bələdiyyələr müqavilənin olmamasına görə məlumatı verməkdən imtina edə bilməzlər". Göründüyü kimi Azərbaycanda məlumat azadlığının təmin edilməsi məqsədilə bütün zəduri addımlar atılıb. Bununla yanaşı, qanunvericiliyin daha da təkmilləşdidirlməsi, beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə lazımi tədbirlərin görüləcəyi də istisna edilmir".

 

Onun sözlərinə görə, məlimat azadlığı məsələsində ən vacib elementlərdən biri də şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyinin qorunmasıdır. Media orqanları və sosial şəbəkə istifadəçiləri məlumat azadlıqı haqqında qanuna riayət etməklə şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyinin təmin olunmasında iştirak edirlər: "Ancaq qanunvericilik pozulduqda, qanundan sui-istifadə hallarına yol verildikdə mənfi fəsadlara yol açılır. Son vaxtlar belə hallar ən çox dövlətin müdafiə sahəsində həyata keçirdiyi tədbirlər zamanı müşahidə olunur. Həm bəzi media orqanları, həm də sosial şəbəkə iştirakçıları cəbhə xəttində baş verən hadisələri dəqiqləşdirmədən, yaxud rəsmi mənbəyə istinad etmədən ictimailəşdirilər ki, nəticə etibarilə həmin məlumatlar cəmiyyətin və dövlətin əlehinə işləyir. Düşmən tərəfi isə həmin məlumatlardan sözün həqiqi mənasında faydalanır. Belə hallar nəzərə alınaraq dövlətin təhlükəsizliyi ilə bağlı məlumatların yayımlanmasında diqqətli olmaq tələb olunur". Hüquqşünas qeyd edib ki, MDB ölkələri ilə müqayisədə Azərbaycanda məlumatın əldə edilməsinin üsul və vasitələri olduqca qənaətbəxşdir. Azərbaycanda məlumatın əldə edilməsi dövlət hakimiyyəti orqanlarının və bələdiyyələrin öz fəaliyyətləri və qəbul olunmuş qərarları barədə məlumatlar vermələri yolu ilə, dövlət hakimiyyəti orqanlarında məlumatın əldə edilməsi üçün informasiya xidmətlərinin yaradılması, normativ-hüquqi aktların qanunvericilikdə nəzərdə tutulmuş qaydada əhalinin nəzərinə çatdırılması və sair yollarla təmin edilir: "Ölkədə məlumat əldə etmək istəyən hər bir vətəndaş informasiya sistemlərindən maneəsiz istifadə etmək hüququna malikdir. Bununla yanaşı, dövlət orqanları vətəndaşların həyatı və sağlamlığı üçün təhlükə yaradan fövqəladə hallar, təbii fəlakətlər və qəzalar barədə əhaliyə dərhal məlumat verməəlidirlər. Bütün bu kimi məlumatlar kütləvi informasiya vasitələrində, özü də dövlət senzurasına yol verilmədən yayımlanır. Məhz bu kimi amillər Azərbaycanda məlumat azadlığının təminatını reallığa çevirir. Bununla yanaşı, Qanunvericilikdə nəzərdə tutulmamış hallarda gizli şəkildə məlumatın alınması üçün nəzərdə tutulan texniki vasitələrdən istifadə etmək, poçtteleqraf göndərişlərini yoxlamaq, telefon danışıqlarına qulaq asmaq qadağandır. Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, şəxsin onun xəbəri olmadanya etirazına baxmayaraq kütləvi informasiya vasitələrinin nümayəndələri və başqa şəxslər tərəfindən izlənilməsi, videofoto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur".

 

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2020.- 14-16 mart.- S.1.5.