Azərbaycanda fikir, söz və mətbuat
azadlığının inkişafı dövlətin siyasətində
prioritet məsələdir
Kütləvi informasiya vasitələri demokratiya və aşkarlığın mühüm vasitəsi hesab olunur. Azad söz, hər bir fərdin öz düşüncələrini, fikirlərini sərbəst ifadə etmək istəyi demokratiyanın əsas tərkib hissələrindəndir. Azərbaycan dövləti onların müstəqil qurulması, azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görür. Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi təsbit edilib. Bu məqsədə nail olmaq və müvafiq hüquqi mexanizmlər yaratmaq üçün dövlətin siyasi-hüquqi və iqtisadi potensialından tam istifadə edilməsi sahəsində ciddi tədbirlər görülür. Ölkəmizdə demokratik cəmiyyətlərə xas olan institutların formalaşdırılması və azad siyasi fəaliyyət üçün hər cür şərait yaradılıb. İlk dəfə çoxpartiyalılıq əsasında demokratik parlament seçkiləri keçirilib, ümumxalq səsverməsi ilə siyasi plüralizm, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsiplərini təsbit edən konstitusiya qəbul edilib. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycanda siyasi plüralizm tam mənada qorunur, ölkədə fikir, söz və məlumat azadlığı mövcuddur. Bunu hər bir cəhətdən söyləmək mümkündür. İstər beynəlxalq aləm, dünyanın demokratik cəhətdən inkişaf etmiş ölkələri kimi təqdim edilən dövlətlərlə müqayisədə, yaxud ölkədə fəaliyyət göstərən siyasi partiyaların seçkili orqanlarda təmsilçiliyində. Eyni zamanda siyasi partiyalara hakimiyyət səviyyəsində göstərilən diqqət və qayğıdan da eyni nəticəyə gəlmək mümkündür. Siyasi munaqişələrin həllində siyasi plüralizmin rolu çox böyükdür. Plüralizm ziddiyyətlərin sosial-siyasi inkişafın mənbəyi olmasını tanıyır və bu ziddiyyətlərin dinc yolla həllini mümkün edir. Siyasi plüarizm hakimiyyətdə istənilən inhisarı, hər hansı totalitar və avtoritar rejimi rədd edir. Tolerantlıq plüralizmin bir şərtidir. Təsadüfi deyil ki, Azərbaycanda siyasi plüralizmin vacib elementlərindən olan tolerantlıq ən yüksək səviyyədədir.
Mövcud qanunvericilk bazası kütləvi informasiya vasitələrinin müstəqilliyinin qarantı olmaqla yanaşı, həm də söz və fikir azadlığına şərait yaradır. Mətbuat və televiziya xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, inkişafı və geniş ictimaiyyət arasında yayılmasının qayğısına qalmalıdır. Jurnalistlərin peşəkar səviyyəsini artırmaq, vətəndaşlarda kütləvi informasiya vasitələrinə obyektiv münasibət aşılamaq, mətbuatın imkanlarından bacarıq və məsuliyyətlə istifadə etmək istiqamətində həm dövlət, həm də mətbuat orqanlarının özləri çox işlər görməlidirlər. Bununla bağlı kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin və digər əməkdaşların vətənpərvərliyi yüksək vətəndaşlıq məsuliyyəti, peşə hazırlığı, təhsili, təmiz mənəvi siması xüsusi əhəmiyyət kəsb edir. Ölkəmiz insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və sazişlərə qoşulub. Beynəlxalq qurumlarla konstruktiv əməkdaşlıq, beynəlxalq təcrübənin milli xüsusiyyətlərə uyğunlaşdırılması ilə bağlı təbliğat ölkənin demokratikləşməsində mütərəqqi rol oynayıb.
Fikir və söz
azadlığına, plüralizm
anlayışına hüquqi və siyasi mahiyyət bəxş edən Avropa institutlarında mövcud
yanaşmalar müvafiq
sahələrin əslində dövlət quruculuğu,
vətəndaş cəmiyyəti, ölkə rəhbərliyi
ilə xalq arasındakı münasibətlərə
necə böyük təsir qüvvəsi
olduğunu göstərir. Avropa
İnsan Hüquqları
Konvensiyasının 10-cu maddəsində qeyd
olunduğu kimi, hər
kəsin ifadə və məlumat əldə etmək
azadlığı var. Bu
yanaşma ənənəvi mediadan müasir mediaya keçid
dövründə daha da
təkmilləşərək, yeni elementlər
ehtiva edərək öz
mahiyyətini saxlayıb. Azərbaycan Respublikasında bu istiqamətdə atılan addımların kompleks şəkildə olması, ümumi inkişaf
strategiyasına tabe etdirilməsi təmin edilib. Bu gün
Azərbaycan demokratik inkişafın əsas
göstəricilərindən olan KİV-lərin
sayına görə MDB və Şərqi Avropa
ölkələri arasında lider
mövqedə dayanır. Azərbaycan internetin tam azad olduğu ölkədir və əhalimizin 85 faizindən çoxu fəal internet istifadəçisidir. 2019-cu ilin
böyük uğurları
sırasında yer alan 10 milyonluq
ölkə sevincini nəzərə alsaq, Azərbaycanda sosial mediadan istifadə edənlərin sayının
2 milyondan çox olması təqdirolunan hadisədir. Bu rəqəm
onu nümayiş etdirir ki, Azərbaycanda
azad medianın inkişafı üçün
mühüm addımlar
atılıb. Ölkəmiz
beynəlxalq səviyyəli
tədbirlərə ev sahibliyi etməklə həm malik olduğu imkanların təqdimatında
əlavə imkanlar əldə edir, həm də təcrübə mübadiləsinin,
səylərin birləşdirilməsi
fonunda qarşıya qoyulan məqsədlərə
yüksək səviyyədə
nail olur.
Azərbaycanda demokratikləşmə prosesində
KİV-in aparıcı mövqedə
olması ulu öndər Heydər Əliyevin bu məsələyə müsbət
və birmənalı
münasibətinin nəticəsi
idi. Heydər Əliyev
demişdir: "Biz mətbuat
haqqında bir neçə ciddi addım atmışıq:
söz azadlığının,
mətbuat azadlığının
təmin olunması, senzuranın aradan qaldırılması, bütün
mətbuat orqanlarına
sərbəstlik verilməsi.
Əgər bu gün hansısa yeni bir şey varsa,
biz onu edirik və edəcəyik".
Ümummilli lider söz və məlumat azadlığını, KİV-in müstəqilliyini demokratik
cəmiyyət quruculuğunun
vacib şərti hesab edirdi. Heydər
Əliyevin Azərbaycanın
inkişafı naminə
həyata keçirdiyi
düşünülmüş siyasət və bu
kursun Prezident İlham Əliyev tərəfindən uğurlu
davam erdirilir. İlham Əliyevin 15 illik hakimiyyəti dövründə
atılan addımlar bütün bunların əyani sübutudur.
Azərbaycan Milli Mətbuatının yaradılmasının
130 və 135 illik yubileyləri münasibətilə
ölkənin onlarla jurnalistlərini ali
dövlət mükafatları
ilə təltif etdi, kütləvi informasiya vasitələrinə
maddi yardımlar olundu. Bütün bu reallıqlar
bir daha sübut edir ki, ölkədə azad mətbuat mövcuddur və onun mövcudluğunun qarşısını heç
bir qüvvə ala bilməz. Ölkə Prezidenti İlham
Əliyevin fərmanı
ilə Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin
inkişafına Dövlət
Dəstəyi Fondunun yaradılması da mətbuatın inkişafına
göstərilən diqqət
və qayğının
bariz nümunəsidir.
Jurnalistlərin mənzil şəraitinin
yaxşılaşdırılması, fəxri adlarla təltif olunmaları haqqında sərəncamların
imzalanması və bu kimi bir-birindən
əhəmiyyətli addımlardır.
Jurnalistlərin mənzillə əmin
edilməsi, "Azərbaycan
mətbuat işçilərinin
sosial müdafiəsinin
gücləndirilməsinə dair əlavə tədbirlər haqqında"
növbəti sərəncamın
imzalanması da addımların davamlılığından
irəli gəlir.
Dövlət başçısı
İlham Əliyevin
son on ildə bir neçə dəfə "RUH" Azərbaycan
Jurnalistləri Müdafiə
Komitəsinin keçirdiyi
sorğu əsasında
"Jurnalistlərin dostu"
mükafatına layiq görülməsi ötən
dövr ərzində
mətbuatın inkişafına
göstərilən diqqət
və qayğıya
media ictimaiyyətinin baxışı
və verdiyi dəyəridir". Ölkə Prezidenti
İlham Əliyevin dövlət informasiya sahəsində gördüyü
tədbirlər azad medianın inkişafında
keyfiyyətcə yeni mərhələ yaratdı.
Söz və mətbuat azadlığını
yüksək qiymətləndirən
ölkə Prezidenti İlham Əliyev deyib: "Söz və mətbuat azadlığı demokratik
cəmiyyətin prioritet
dəyərlərindən biridir.
Zəngin tarixi və
mütərəqqi ənənələri
olan Azərbaycan mətbuatı ölkəmizdə
hüquqi dövlət
və vətəndaş
cəmiyyəti quruculuğunda
demokratiya və siyasi plüralizmin mühüm vasitəsi kimi çıxış edir. Cəmiyyətdə aşkarlığın və şəffaflığın
təmin edilməsində,
aktual ictimai problemlərin ümumxalq müzakirəsinə çıxarılmasında,
sosial ədalət prinsiplərinin müdafiəsində
Azərbaycan mətbuatının
rolu xüsusi qeyd olunmalıdır".
"Kütləvi İnformasiya
Vasitələrinə Dövlət
Dəstəyi Konsepsiyası
ilə bağlı qərarın qəbul olunması, Kütləvi İnformasiya Vasitələrinə
Dövlət Dəstəyi
Fondunun (KİVDF) yaradılması,
jurnalistlərə fəxri
adların verilməsi,
onların orden və medallarla təltif olunması, qəzet redaksiyalarına, informasiya agentliklərinə
birdəfəlik maliyyə
yardımlarının edilməsi
media sektorunun inkişafını
sürətləndirdi. Fond fəaliyyəti dövründə
fikir, söz və məlumat azadlıqlarının möhkəmləndirilməsi
istiqamətində ardıcıl
tədbirlər həyata
keçirməklə bu
sahəni daha da inkişaf etdirdi. Kütləvi informasiya vasitələri
- qəzetlər, jurnallar,
televiziya və radiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm
formada yayıldığı
digər vasitələr
cəmiyyətin inkişafına
ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirir.
Ölkə Prezidenti İlham
Əliyevin Fərmanı
ilə Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin
inkişafına Dövlət
Dəstəyi Fondunun yaradılması da mətbuatın inkişafına
göstərilən diqqət
və qayğının
bariz nümunəsidir.
Milli Mətbuatımızın 135 illiyinin
ölkəmizdə dövlət
səviyyəsində qeyd
olunması, jurnalistlərin
mənzil şəraitinin
yaxşılaşdırılması, fəxri adlarla təltif olunmaları haqqında sərəncamların
imzalanması və bu kimi biri-birindən
əhəmiyyətli addımlar
qeyd edilənlərin təsdiqidir.
Azərbaycan Respublikasının Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilmişdir.
Olaylar.- 2020.- 30 aprel-1 may.- S.15.