Azərbaycanda söz, mətbuat azadlığı bütün demokratik prinsiplərə cavab verir

 

 

Ölkədə fikir, söz, məlumat və ifadə azadlığı, qeyd edilən demoktratik prinsiplərin təmin edilməsi istiqamətində dövlətin həyata keçirdiyi tədbirlər, eləcə də mediamızın hazırkı durumu ilə bağlı hüquqşünas Əli İbrahimovun "OLAYLAR"-a müsahibəsi

 

 

 

-Əli müəllim, ölkədə fikir, söz, məlumat və ifadə azadlığı nə dərəcədə təmin edilirbu istiqamətdə vəziyyəti necə dəyərləndirərdiniz?

 

-Cəmiyyətin hərtərəfli inkişafı üçün əsas amillərdən olan fikirsöz azadlığı Azərbaycanda tam təmin edilir. İnsanların öz düşüncələrini azad şəkildə, şəxsi iradələrinə söykənərək ifadə etmələri bəşəriyyət yarandığı vaxtdan müşahidə olunub. Lakin bu anlayışın hüquqisiyasi dəyərinin müəyyənləşdirilməsi, demokratik dövlət quruculuğunun açar amillərindən birinə çevrilməsi və zaman keçdikcə təkmilləşərək çoxşaxəli mahiyyət kəsb etməsi son bir neçə əsrdə nəzərə çarpır. Fikir və ifadə azadlığı fərdin zehnində formalaşmış düşüncələrinin yalnız o istədiyi təqdirdə başqaları tərəfindən bilinməsi aktının əsasıdır. Bu anlayışa hələ qədim zamanlardan müxtəlif filosofların, sosioloqların fərqli yanaşmaları olub. Ümumiyyətlə, tədqiqatçılar fikir azadlığının araşdırılmasında dörd mərhələ müəyyən ediblər. Klassik, orta əsrlər, müasir və ən müasir dövr. Klassik dövrün Platon, Aristotel kimi filosofları azadlıq anlayışının fəlsəfi yönlərini qabardıblar. Platon ifadə azadlığının fərdin intellektual imkanları ilə müəyyənləşdiyini vurğulayıb. Onun fikrincə, hər bir şəxs məxsus olduğu sosial təbəqənin ümumi rifahı naminə sahib olduğu potensial qədər azaddır. Aristotel isə kişi, qadın və uşaqlardan təşkil olunan cəmiyyətdə azad davranmağa layiq fərd kimi yalnız kişiləri görürdü.

İfadə azadlığı XVI əsrdə Reformasiya dönəminin məhsuludur. Hakim dairələrdən fərqli düşünən və müxalif fikirlərini ifadə etmək haqqı qazananlar protestant hərəkata mənsub şəxslər idi. Bu baxımdan ifadə azadlığı anlayışının müasir hüquqi aspektlərinin formalaşmasını protestant hərəkatla əlaqələndirirlər. 1689-cu ildə İngiltərə parlamentinin qəbul etdiyi "Hüquqlar haqqında bill" ilə əslində fikirsöz azadlığına ilk dəfə hüquqi qiymət verilmiş oldu.

Sonrakı dövrlərdə cəmiyyətin inkişaf etməsi ilə azadlıq anlayışına yanaşmalar da dəyişir. Fikir azadlığının ən qızğın tərəfdarlarından olan ingilis filosofu Con Stüart Millin düşüncələri müvafiq mövzunun mahiyyətini dərk etməyə kömək edir. O, söz azadlığını insan hüquqlarının ayrılmaz hissəsi və özünüidarə məfhumunun əsası kimi görürdü. Hesab edirdi ki, fikrin azad şəkildə ifadə edilməsi aktı yalnız mülayim olduğu və ədalətli müzakirənin sərhədlərini keçmədiyi təqdirdə yolveriləndir. Milli hər hansı şəxsin ifadə azadlığının digərlərinə zərər verəcəyi halda məhdudlaşdırılmasına da haqq verirdi. Fikir azadlığının siyasi rejimlər çərçivəsində təhlili zamanı filosof bildirir ki, demokratik quruluşlarda sivil cəmiyyətin hər bir üzvünü idarə etməyin ən düzgün yolu ifadə azadlığına imkan yaratmaqdır. Bu cür sistemlərdə öz düşüncələrini sərbəst şəkildə irəli sürənlər dövlət tərəfindən qorunur.

 

-Bəs, müasir fikir azadlığı konsepsiyasında daha çox kimin yanaşması diqqət çəkir?

 

-Müasir dövrün fikir azadlığı konsepsiyasında isə fransız filosof Jan-Pol Sartrın yanaşması maraq doğurur. O, insanın mütləq azadlığı ideyasını irəli sürür və azadlıq anlayışını ruhun azadlığı kimi deyil, şəxsin seçim etmək, qərar qəbul etmək sərbəstliyi kimi dəyərləndirir.

Müasir demokratik cəmiyyətin əsasını təşkil edən fikir, söz və məlumat azadlığı anlayışları ilə yanaşı, plüralizm məfhumu da inkişafa və təkmilləşməyə gedən istiqamətləri müəyyənləşdirməyə kömək edir. Vətəndaş cəmiyyətinin əsas prinsiplərindən olan plüralizm bir-birindən düşüncə tərzinə, mövqeyinə, yanaşmasına və davranış üslubuna görə fərqlənən fərdlərin bir araya gələ bilməsini əks etdirir. Tədqiqatçılar fikirsöz azadlığı ilə, cəmiyyətin hər bir üzvünün sərbəst şəkildə məlumat əldə etmək haqqının mövcudluğu ilə plüralizm anlayışı arasında müəyyən bağlılıq görürlər. Belə ki, yalnız fərqli düşüncələrə malik şəxslərin öz fikirlərini azad ifadə edərək bir araya gəldiyi bir cəmiyyətdə plüralist konsepsiya özünü göstərə bilər. Müasir cəmiyyətin aktual elementi olan siyasi plüralizm şəraitində vətəndaş öz iradəsi əsasında istənilən mövqeyə, yanaşmaya malik ola bilər. Bununla yanaşı, o, başqalarının da həmin hüquqlarına hörmətlə yanaşmalı, istənilən fikir müxtəlifliyinə dözümlü münasibət bəsləməlidir.

Bütün qeyd olunan məqamlar müasir Azərbaycanda formalaşmış demokratik cəmiyyət anlayışına bir işıq salır. Ölkəmiz müstəqilliyini bərpa etdikdən, demokratik dövlət quruculuğu istiqamətində yeni yol müəyyənləşdirildikdən sonra, xüsusilə ulu öndər Heydər Əliyevin müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik, insan haqları kimi ümumbəşəri dəyərləri ön plana çıxarması ilə ölkəmiz üçün yeni ideologiya formalaşmış oldu.

 

-Bu istiqamətdə dövlət siyasəti necə həyata keçirilir?

 

-Azərbaycan bu yolda totalitar sovet rejimindən miras qalmış ictimai-siyasi problemlərin ağır nəticələrini aradan qaldırmağa müvəffəq olub. Demokratik sistemin, vətəndaş cəmiyyətinin formalaşması prosesinin mühüm elementləri olan fikirsöz azadlığının təmin edilməsi, siyasi plüralizmin, çoxpartiyalı sistemin inkişafı Ümummilli Liderin rəhbərliyi ilə uğurla həyata keçirilirdi. Bu gün Ulu Öndərin müəyyənləşdirdiyi bu mütərəqqi yol Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Azad mətbuatın inkişafına mane olan məhdudiyyətlərin aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir standartlara uyğunlaşdırılması, KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, mətbuat nümayəndələrinin sosial şəraitinin yaxşılışdırılması üçün tədbirlərin həyata keçirilməsi, müvafiq istiqamətlərdə verilmiş fərman və sərəncamlar, mətbuat işçiləri ilə mütəmadi görüşlərin təşkili ənənəsi müasir Azərbaycanda azad sözə və onun daşıyıcılarına münasibətinin bariz göstəriciləridir.

Demokratik, hüquqi dövlət olan Azərbaycanda cəmiyyətin hərtərəfli inkişafı üçün əsas elementlərdən olan fikirsöz azadlığı tam təmin edilir. Bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində təsbit olunub. Digər tərəfdən, müvafiq məsələyə ulu öndər Heydər Əliyevin şəxsi yanaşmasını qeyd etmək vacibdir. Ümummilli Liderin "Müstəqillik yolu" əsərində qeyd olunmuş fikirləri ölkəmizdə demokratik cəmiyyətin formalaşmasına həssas münasibətin göstəricisidir: "Azərbaycanda söz azadlığı, fikir azadlığı, siyasi plüralizm geniş yer almalıdır, hər bir vətəndaş özünü azad, sərbəst hiss etməlidir. İnsan azadlığı, söz, vicdan azadlığı, insan hüquqlarının qorunması, bütün vətəndaşların eyni hüquqa malik olması, siyasi plüralizm Azərbaycanda demokratik cəmiyyətin əsas atributları kimi bərqərar olmalıdır. Azərbaycanda siyasi plüralizm varsa, demək, siyasi müxalifət olmalıdır. Siyasi müxalifətin olması hər bir dövləti həm totalitarizmdən xilas edir, həm də dövlət siyasətinin aparılmasında dövləti daha da sayıq saxlayır".

Fikirsöz azadlığının əsas təmsilçisi olan mətbuatın sərbəst fəaliyyətinin təmin olunması bu gün də Azərbaycanda prioritet məsələlərdəndir. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" əslində keşməkeşli yol keçmiş milli mətbuatımızın problemlərinin həllində yeni mərhələnin başlanğıcı oldu. Həmin tarixdən başlayaraq xalq və dövlət ilə KİV arasındakı əlaqələrin tənzimlənməsi, vətəndaş cəmiyyəti quruculuğunda mətbuatın rolunun gücləndirilməsi və müvafiq istiqamətin nümayəndələrinin tam sərbəst fəaliyyətlərinin təmin olunması üçün qəbul edilən bütün qərarlar, qanunlar və sənədlər, təsis olunan qurumlar məhz adıçəkilən Konsepsiyanın prinsipləri əsasında formalaşdı. Beynəlxalq standartlara uyğun, mütərəqqi bir sənəd olan bu Konsepsiya əslində mətbuat azadlığı məsələsinə Azərbaycanda nə dərəcədə diqqət ayrıldığının bariz göstəricisidir.

 

-Ölkədə yüzlərlə yazılı KİV-in, televiziya və xəbər portallarının fəaliyyət göstərməsi Azərbaycanda fikir, söz və məlumat azadlığının təmin edilidyi qənaətini formalaşdırırmı?

 

-Mənim fikirimcə Azərbaycanda söz, mətbuat azadlığı bütün demokratik prinsiplərə cavab verir. Azərbaycanda alternativ fikirlərə yer verən müstəqil nəşrlərin fəaliyyətə başlaması ilə ölkə vətəndaşları üçün geniş seçim imkanları təmin olunmuş, media orqanlarının timsalında, demokratiyanın mövcudluq şərtlərindən biri kimi cəmiyyətdəki hadisələrin diskussiya məcrasına yönəldilməsinə münbit şərait hazırlanmış, qarışılıqlı inama istinad edən KİV, cəmiyyət münasibətləri fonunda medianın müstəqil fəaliyyəti üçün müvafiq iqtisadi baza yaradılmışdır.

 

Olaylar.- 2020.- 7-8 may.- S.15.