Tarixdə iz qoyan qəhrəman

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər il olduğu kimi, bu il də II Dünya müharibəsi illərində faşist işğalçılarına qarşı qələbənin qeyd edilməsini xüsusi vurğulamışdır. O, bu il qələbənin 75 illik yubileyini nəzərə alaraq, 1 may 2020-ci il tarixində "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" adlı Azərbaycan Respublikasının yubiley medalının təsis  edilməsi və onun vəsiqəsinin hazırlanması, tərtib olunmuş siyahıya əsasən təqdim olunması haqqında sərəncam imzalamışdır.

 

Bütün müharibələr kimi, bəlalar gətirmiş 1941-1945-ci illər müharibəsi, neçə-neçə ölkələri viran qoyaraq müxtəlif xalqların vətənpərvər övladlarının və dinc əhalinin ölümünə səbəb olmuş, valideynlərə övlad, övladlara valideyn dağı çəkmiş, minlərlə uşağı yetim böyüməyə vadar etmişdi. Hələ itkin düşmüş əsgərlərin, gözü yolda qalan qohum-qardaşlarının nigarançılıq acısı uzun illər narahatlığa səbəb olaraq, yuxulara haram qatmışdır.

 

Lakin hər acının bir sonu olur.  1945-ci ilin may ayının 9-u, nəhayət ki, 15 ölkənin  birləşmiş igid övladlarının rəşadətli qəhrəmanlığı nəticəsində faşizm üzərində qələbə çalınır. Onu xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan faşizm üzərindəki bu tarixi qələbəyə böyük töhfələr vermişdir. Həmin dövrdə  130-dan çox Azərbaycan vətəndaşının Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi, 170 mindən çox zabit əsgərin isə, orden medallarla təltif olunmaları, heç təsadüfi deyildir.  Belə ki, igid Azərbaycan oğulları, nəinki Moskva, Leninqrad, Kiyev, Odessa, Simfiropol Stalinqradın şəhər kəndlərində, hətta Polşa, Çexoslovakiya, Yuqoslaviya kimi ölkələrin azad olunmasında da iştirak edərək, yenilməz döyüş nümayiş etdirmişlər. Partizan dəstələrində azərbaycanlıların ad-san qazanması isə, danılmaz faktdır.

 

Həyat qəribəliklərlə doludur. Bəzən elə insan talelərinə rast gəlmək olur ki,  sağlıqlarında gördükləri qəhrəmanlıqların fərqinə özü, başqaları varmır. Yəqin ki, bu, onların təvazökarlıqlarından irəli gəlir. Amma haqq-ədalət gec olsa, öz yerini tapır. Bu, həmin insanın yoxluğundan sonra baş versə , sevindirici haldır.

 

Elə haqqında söhbət açacağımız qəhrəmanın taleyi  belə gətirib. Fətulla Abdulla oğlu Həmidov 1925-ci ildə o vaxt Xızının tərkibində olan Zöhrab kəndində anadan olub. Vətənpərvər bir ailənin üzvü kimi igid ruhda böyümüş Fətulla Həmidov müharibə başlayan kimi,  16 yaşında ikən, ordu sıralarına qatılmaq üçün hərbi komissarlığa müraciət etsə , yaşı çatmadığından onu geri qaytarırlar. Lakin vətənpərvərlik qeyrəti onu rahat buraxmır inadkarlıqla müraciətlərini davam etdirir. Yalnız üçüncü müraciətindən sonra, 17 yaşında ordu sıralarına qatılır   Stalinqrad uğrundakı döyüşlərdə mahir pulemyotçu kimi ad qazanaraq, düşmənə sözün əsil mənasında qan uddurur. Dəfələrlə yaralanır, müalicə olunaraq döyüşünü davam etdirir. Müharibə bitdikdən sonra vətənə qayıdır. O, müharibədən sonra da şərəflə yaşayır. Lakin amansız ölüm 1976-cı ildə onu haqlayır o, Şabran Mərkəzi qəbirstanlığında  dəfn olunur.  Bununla da müharibədə göstərdiyi şücaətlər özü ilə birgə məzara gedir.

 

Lakin... Taleyin hökmünə baxın! Bir təsadüf ədaləti bütünlüklə bərqərar edir...

 

Əvvəlcədən onu qeyd edək ki, qəhrəmanımız dünyasını tez dəyişdiyi üçün ailə övladlarının ağırlığı onun xanımı, mərd qadın olan Qızbacı xanımın üzərinə düşür. Həyatın ağrı-acısını çəkə-çəkə, min-bir əziyyətə qatlaşaraq yeddi övladını böyüdən hər birinə ali təhsil verməklə qürur duyan qəhrəman ana, "Şərəf" ordenli Qızbacı xanım ömrünün sonunadək başıuca şərəflə yaşayır. İndi onun böyütdüyü qədirbilən, dərin zəkalı övladlarının hər biri, müxtəlif peşə sahibləri olaraq ayrı-ayrı ölkələrdə xidmət edib, Azərbaycanı təmsil edirlər.

 

Bildiyimiz kimi, hər il keçmiş Sovet ölkələrində  9 May günü Böyük Vətən Müharibəsi iştirakçıları ilə görüşlər keçirilir. Bu görüşlərdən biri Fətulla Həmidovun Volqaqradda yaşayan oğlunun həyat yoldaşının musiqi müəlliməsi kimi    fəaliyyət göstərdiyi bağçada keçirilir. Qonaq qismində, müharibə illərində şəfqət bacısı işləyən Lidiya Mixaylovna Kiselyova da həmin tədbirə dəvət olunur. O, qeyd edir ki, o vaxt Stalinqrad adlanan, indi isə Volqaqrad kimi tanınan bu şəhərdəki 14 saylı məktəb hospital kimi fəaliyyət göstərirdi. Pəncərələr, qapılar sınıq, elektrik yox, xərəklər az, yaralılar isə, çox idi. Qızlar yaralıları şinellərdə daşıyırdılar.  Çox ağır vəziyyətdə gətirilən yaralılar arasında azərbaycanlıların da olduğunu söyləyən Lidiya Mixaylovna,  özünün Məmmədov Həmidov soyadlı iki yaralı azərbaycanlıya qulluq etdiyini bildirir. Bunu eşidən Fətulla Həmidovun gəlini ona yaxınlaşaraq qayınatasının da Stalinqradda döyüşdüyünü soyadının Həmidov olduğunu söyləyir.  Kövrələn qadın müharibə dostunu 71 il axtardığını qeyd edərək, şəkli varsa, ona göstərməsini xahiş edir. Şəkildən Fətulla Həmidovu tanıyan Lidiya Mixaylovna Azərbaycana gələrək, müharibə yoldaşının həyat yoldaşı övladları ilə tanış olur, yaşadığı evi ziyarət edir. Şabranda Heydər Əliyev Mərkəzinə gələrək Ulu öndərin zəngin həyat fəaliyyəti ilə tanış olur, xatirə kitabına öz ürək sözlərini yazır. Heydər Əliyevin vətənində olması ilə fəxr edən 90 yaşlı müharibə iştirakçısı Lidiya xanım Bakıdakı Fəxri xiyabanda  Ulu Öndərin məzarını ziyarət edir abidəsi önünə gül dəstəsi qoyur.

 

Bu hadisə kütləvi informasiya vasitələrinin diqqətini cəlb edir. Bir sıra qəzetlər, saytlar vasitəsilə həmin hadisə işıqlandırılır. Hətta Xəzər TV " İndi sizə film kimi bir hadisədən danışacağıq" adlı qısametrajlı sənədli filmdə Fətulla Həmidovun övladlarından  Lidiya Mixaylovna Kiselyovadan müsahibə alır. "Dağlı Fətulla" sözləri yazılmış məzarı önündə doluxsunan qadın "Səni tapdım yenidən itirdim" deyərək hamını kövrəldir. Lidiya xanım öz arzularını da bildirərək, söyləyir ki, belə qəhrəmanların xatirələrini əbədiləşdirmək mütləqdir. Bu məqsədlə onun yaşadığı küçəyə adının verilməsi ədalətli qərar olardı. O, həmçinin Azərbaycan xalqının istiqanlılığına, qədirbilənliyinə heyran olduğunu söyləyib bir daha kövrəlir.

 

Bu da bir qismət imiş ki, Fətulla Həmidovun oğlu, məhz atasının döyüşdüyü şəhərdə işləsin təsadüfən ya taleyin hökmü ilə belə bir görüş baş versin.

 

2016-cı ildən Volqaqradda Stalinqrad uğrunda döyüşən azərbaycanlılara həsr olunmuş muzey ekspozisiyasındakı Stalinqrad panoramında  Fətulla Həmidovun adı xatirəsi yad edilir, haqqında rus dilində bioqrafik kitab nəşr olunub, Volqaqrad vilayətinin Sovet rayonu 54 saylı məktəbində  həmin vilayətin Voraşilov rayonunun 14 saylı məktəbində xatirəsini əks etdirən stend nümayiş olunur, rus dilində nəşr olunmuş "Stalinqrad döyüşü ensiklopediyası"   "Biz SSRİ- xidmət edirik" adlı iki cildli kitabda özü ailəsi haqqında məlumat verilir.

 

Hal-hazırda Böyük Vətən Müharibəsindəki igidliyinə görə III dərəcəli "Şöhrət" ordeni ilə təltif olunmuş Fətulla Həmidovun yaşadığı küçə Şabran rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun  2016-cı il 15 dekabr tarixli qərarına əsasən, onun adını daşıyır. Yaşadığı ev isə, müharibə iştirakçılarının xatirələrini əbədiləşdirən ev-muzeyi kimi fəaliyyət göstərir. Bu muzeydə onun şəxsi əşyaları, şəxsi geyimi, işlətdiyi potefon, haqqında yazılmış məqalələrdən ibarət qəzetlər, orden medalları, o cümlədən, büstü nümayiş olunur. Həyətində Volqaqraddan gətirilmiş, rəmzi məna daşıyan ağac da əkilmişdir.

 

Onu da qeyd edək ki, Fətulla Həmidovun övladları ilə bərabər, nəvələri onun döyüş yoldaşları nəvələri ilə əlaqə saxlayıb dostluqlarını davam etdirir. Necə deyərlər, xələflər sələflərin yolunu davam etdirir.

 

Qəhrəmanımızın ölümündən əvvəlki sonrakı həyat hekayəsi onu göstərir ki, heç vaxt heç kəs unudulmur, heç kəs yaddan çıxmır. Yaddan çıxanlar isə, hansısa xoşməramlı insanlar tərəfindən aşkarlanır, haqq-nahaqqa qurban getməyərək, ədalət öz yerini tapır.

 

Müharibə veteranlarını "Xalqımızın qızıl fondu" adlandıran Ümumilli liderimiz Heydər Əliyevin qərarı ilə 1994-cü ildən 9 May Qələbə günü bayram kimi qeyd edilir. Hal-hazırda Ulu Öndərin yolunu davam etdirən  İlham Əliyev Böyük Vətən Müharibəsi iştirakçılarına ehtiramla yanaşaraq, hər il veteranlara qayğının artırılması onların sosial müdafiələrinin möhkəmləndirilməsi barədə sərəncam imzalayır. Dünyalarını dəyişən veteranların həyat yoldaşlarına birdəfəlik müavinətlər verilir xatirələri hörmətlə yad edilir.

 

İllər ötsə , qədirbilən Azərbaycan xalqı Böyük Vətən Müharibəsi iştirakçılarını unutmayacaq, onları daim ehtiramla yad edəcəklər!..

 

Əlibalayeva Gülnarə

Cəfər Cabbarlı ev muzeyinin böyük elmi işçisi, jurnalist

 

Olaylar.- 2020.- 7-8 may.- S.14.