Keçmişdən gələcəyə
nə daşıyırıq?
ONUNCU YAZI
Fəlsəfi-tarixi-publisist
düşüncələrim
Tarixin
kinayəsinə bir baxın! Bu sətirləri
Xocalı faciəsinin düz 28-ci ildönümündə, yəni
26 fevral 2020-ci ildə yazıram. 1992-ci il fevralın 25-dən
26-na keçən gecə Ermənistan Silahlı qüvvələri
Xankəndində yerləşən keçmiş SSRİ-nin
4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı
alayın 10 tankı, 16 zirehli transportyoru, 9 piyadaların
döyüş maşını, 180 nəfər hərbi
mütəxəssisi, ermənilərdən və ruslardan təşkil
olunmuş canlı qüvvəsi Xocalını mühasirəyə
aldı. Fikir
verirsinizmi hansı qüvvələrlə şəhər
mühasirəyə alındı. Özü
də düşmən bilirdi ki, şəhərdən dinc əhalidən
bircə nəfər də çıxıb getməyib.
İşıqsız, çörəksiz, müdafiəsiz
qalan əhali öz tarixi torpağından getmək istəmirdi.
Ermənilər
isə ən müasir silahlarla hücum edərək onu yerlə-yeksan
etdilər. Şəhər tam
dağıdıldı, atəşə verildi və əhali
xüsusi qəddarlıqla qətlə yetirildi. Onların içərisində başları kəsilən,
gözləri çıxarılan, dərisi soyulan, diri-diri
yandırılan və başqa vəhşiliklərə,
işgəncələrə məruz qalanlar çoxluq təşkil
edirdi. Ermənilər əhali
üçün dəhliz açmışdılar ki, guya
çıxıb getsinlər. Əslində
bu tələ idi. Dəhlizə girən
kimi uşaq, qadın, qoca dərhal qətlə yetirilirdi.
Sağ qalanların çoxu əvvəli məhz ermənilərin
açdığı dəhlizə girməyənlər idi. Onlar ayaqyalın, başıaçıq, qarın
içində meşələrlə, dağlarla Ağdama
doğru irəlilədilər. Yolda
neçəsi dondu, onlar qətliamdan sonra şəhərətrafı
axtarışda ermənilər tərəfindən ələ
keçdi.
Mənim aşağıda verəcəyim rəsmi rəqəmlər
heç də həqiqəti əks etdirmir. Çünki bu
soyqırımda daha çox insan məhv edilib, çünki
itkin və əsir düşənlər haqqında çox az məlumat var. Onlarınsa sayı yüzlərlədir.
Bu soyqırımın rəsmi nəticələrinə
görə, 613 nəfər öldürülmüşdü. Onlardan 63 nəfəri
uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə
qocalar idi.
Bunların
içərisində
- 8 ailə
tamamilə məhv edilmişdir,
- 56 insan
işgəncə ilə öldürülmüşdür,
- 27 ailənin
yalnız bir üzvi sağ qalmışdır,
- 25
uşaq hər iki valideynini itirmişdir,
- 130
uşaq valideynlərindən birini itirmişdir,
- 230 ailə
öz başçısını itirmişdir,
- 487 insan
şikəst olmuşdur (onlardan 76 nəfəri uşaq və
yeniyetmədir),
- 1275
insan əsir götürülmüşdür,
- 1165 nəfər
girovluqdan azad edilmişdir,
- 150 nəfərin
taleyindən indiyə kimi heç bir xəbər yoxdur.
Biz nə
qədər də çalışsaq soyqırımın
geniş təsvirini verə bilməyəcəyik, baxmayaraq
bununla məşğul olan rəsmi qurumlarımız bu ağlagəlməz hadisə
haqqında kifayət qədər şahidlərin dilindən
material toplayıblar və müxtəlif dillərdə dərc
edib dünyaya yayıblar. Amma, erməni tərəfinin
ideoloqlarının fəxrlə bu hadisələri təsvir
etməsi bir daha sübut edir ki, bu soyqırım hansı
miqyasda baş verib və gələcəkdə bunun nəticələrindən
nə gözləmək olar. Texnikanın
inkişafı dövründə biz hadisələri audio və
video izləyə və dünyaya fakt kimi təqdim edə bilərik.
Bəs yüz il, iki yüz il bundan qabaq
türklərə və müsəlmanlara qarşı bundan
da betər vəhşiliklər törədilib, ancaq heç
bir fakt fiksə olunmayıb. Yalnız ağsaqqallardan
eşitdiyimiz xatirələr ağızdan-ağıza
keçərək nəql edilib və hadisələrin mahiyyəti
ortada itib batıb, çünki heç kim faciələri ümumiləşdirib
fakt kimi ortalığa çıxartmayıb. Hadisənin görülən, yaxud şahid olunan hissəsini
kimsə danışıb və bununla kifayətlənib.
Bunun nəticəsidir ki, faciəni qlobal şəkildə
heç kim təsvir etmədiyindən,
buna lokal toqquşma kimi yanaşmşıq. Məhz
bunun səbəbindən "kirvəlik" institutu yenidən
dirçəldilib və sürətlə inkişaf etdirilib,
hətta hayastanla Azərbaycan qardaşlaşıblar. Bu
üzdə belə idi və hadisələrin məğzinə
dostluq və kişilik prizmasından baxdığımız
üçün, biz həqiqətən belə
düşünürdük ki, erməni bizim dostumuzdur. Ermənilər tərəfdənsə bu
dostluğun alt qatında məkr və hiylə ilə
böyük faciələrə hazırlıq işləri
gedirdi. Hətta bəziləri şəstlə
deyirdilər ki, Qarabağda yaşayan ermənilər öz
balalarımızdırlar, onlar bizə dostdurlar və nə
desək onu edərlər, çünki anaları erkəkləri
bu işdən çəkindirərlər.
Tarix bir ibrətdir. Onu dərindən öyrənməsən,
nəticə çıxartmasan, gələcək olacaqlara
hazırlaşmasan o yenə təkrarlanacaq.
Baxın,
oxuyun, görün erməni
"ziyalısı" Xocalı soyqırımı
haqqında yazıçı-şair Zori Balayan "Ruhumuzun
dirçəlişi" adlı
kitabında nələri yazır: "Biz Xaçaturla
Xocalıda ələ keçirdiyimiz
evə girərkən əsgərlərimiz 13
yaşlı bir türk uşağını pəncərəyə
mismarlamışdılar. Türk
uşağı çox səs-küy salmasın deyə,
Xaçatur uşağın anasının kəsilmiş
döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün
başından, sinəsindən və qarnından dərisini
soydum. Saata baxdım, türk
uşağı 7 dəqiqə sonra qan itirərək
dünyasını dəyişdi. Ruhum
sevincdən qürurlandı. Xaçatur
daha sonra ölmüş türk uşağının cəsədini
hiss-hissə doğradı və bu türklə eyni kökdən
olan itlərə atdı. Axşam eyni
şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə
yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə
fəxr duyacaq".
Fikir
verdinizmi, soyadı türk mənasında olan Bala+yan bir
neçə cümləlik iqtibasda 7 dəfə "türk
uşağı" yazır, özü də nifrətlə.
Bunu o bizim üçün yazmır, ermənilərin
gənc nəsli və hələ dünyaya gəlməyən
körpələr üçün yazır. Yəni, eşidin və bilin, nəinki böyüklər,
hətta türk uşaqları da bizim düşmənimizdir,
nəbadə onlara rəhm edəsiniz. "Ruhumuzun
dirçəlişi" yalnız bundan keçir:
"Yaşından asılı olmayaraq bütün türkləri
əzab verib öldürmək, hər türkü öz
qanına bələmək.
Daha bir erməni
müəllif, hazırda Livanda məskunlaşmış
yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan
türklərinin başına gətirdikləri müsibətləri
"Xaç uğrunda" kitabında fəxrlə
xatırlayır. Kitabın 19-76-cı səhifələrində
müəliif yazır: "Səhərin soyuğunda biz
Daşbulaq yaxınlığındakı bataqlıqdan
keçmək üçün ölülərdən
körpü düzəltməli olduq. Mən
ölülərin üstü ilə getmək istəmədim.
Bunu görən polkovnik-leytenant Ohanyan mənə
işarə etdi ki, qorxmayın. Mən
ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə
basıb addımlamağa başladım. Mənim
ayaqlarım və şalvarım qan içində idi. Və
mən beləcə 1200 meyidin üstündən
keçdim..."
"Martın 2-də Qaflan erməni qrupu (meyidləri
yandırmaqla məşğul olurdu) 2000-ə yaxın
alçaq monqolun (türklərin) cəsədini toplayıb
ayrı-ayrı hissələrlə Xocalının bir km-liyində
yandırdı. Axırıncı yük
maşınında mən başından və qollarından
yaralanmış təxminən 10 yaşlı bir qız
uşağını gördüm. Diqqətlə baxanda
gördüm ki, o yavaş-yavaş nəfəs alır, soyuq,
aclıq və ağır yaralanmasına baxmayaraq
, o hələ də sağ idi.
Ölümlə mübarizə aparan bu uşağın
gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan
familiyalı bir əsgər onun qulaqlarından tutub üzərinə
mazut tökülmüş cəsədlərin içinə
atdı. Daha sonra onları
yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri
gəlirdi..."
Oxudunuzmu David Xerdiyanın yazdığı sözləri? 2000 cəsədi
tonqalda Qaflan qrupu yandırıb, hətta bəziləri
sağ ola-ola. Elə isə bu 613 rəqəmi
hardan çıxdı? Çox güman
ki, bu rəqəmdə bizim tərəfdən toplanan cəsədlərdən
söhbət gedir, amma bu da alınmır. Bəzi
mənbələrin dediyinə və yazdığına
görə Ağdamda milli qəhrəman Allahverdi
Bağırov 1000-ə yaxın cəsədi meşədən
toplayıb, yaxud da erməni əsirlərinə dəyişdirilib.
Fakt odur ki, bu rəqəm 613 deyil, 2613-dən
çox olmalıdır və bunu belə də dünyaya
çatdırmalıyıq. Olmayan aprel soyqırımını ermənilər milyon yarıma
çatdırıblar, baxmayaraq
ki, o zaman Osmanlı imperiyasında bütövlükdə beş yüz minə yaxın erməni
yaşayırdı. Onun da
kişilərinin əksəriyyəti Çar Rusiyası tərəfində
vuruşurdu və
sultanın kürəyinə xəncəri saplamaqda davam
edirdi. Biz isə utandığımızdan olan
rəqəmləri kiçiltməklə məşğuluq.
Ermənilərin türklərə necə nifrət
etdiyini göstərən çox da uzaq olmayan tarixi bir hadisəni
yazım.
1988-ci ilin dekabrında
Ermənistanın Spitak şəhərində
baş verən dəhşətli zəlzələni yəqin
ki, yaşlı adamlar xatırlayır. Şəhər
yerlə-yeksan olmuşdu. Bütün
dünya onlara köməyə gedir, dağıntılar
altında qalan insanları çıxardır, evsiz-eşiksiz
qalanlara yardım aparır, kömək edirdilər.
1988-ci il hadisələri haqqında bu kitabda qeyd
yazanda, bildirmişdim ki, Bakıdan köməyə gedən təyyarənin
Spitak enişində koordinatlar bilərəkdən
düzgün verilmədiyindən təyyarə dağa
çırpılmışdı. 100-ə
yaxın insandan yalnız bir nəfər sağ
qalmışdı. Ə.
Vəzirov o hadisənin üstünü örtdü və
imkan vermədi ki, istintaq-təhqiqat işləri
aparılsın.
İki daşın arasında,
görürsünüzmü necə qanımıza
susayırlar?
Dünya bunlara ağlayır, bunlarsa sanki zəlzələni
biz törətmişik deyə bizdən qisas alırlar.
İkinci bir hadisə isə daha dəhşətdir. Hamı hay-vay içində
olan zaman bir qrup erməni Spitakda yaşayan və hələ
çıxıb getməyə imkan tapmayan onlarla azərbaycanlını
toplayaraq iri diametrli boruların içinə doldurublar və
boruları hər iki tərəfdən qaynaqlayıblar. Bir neçə dəqiqədən sonra
havasızlıqdan borunun içindəkilər
dünyalarını dəyişiblər. Belə
faktlar kifayət qədərdir və bunları dünyaya, ən
əsası isə öz xalqımıza çatdırmaq
lazımdır ki, qoy ibrət olsun.
Xocalı soyqırımı Azərbaycanın daxilində
də daşların düzümünü dəyişdi.
Yuxarıda qeyd etdiyim kimi 6 mart 1992-ci ildə A. Mütəllibov
xalqın təzyiqi ilə Xocalı hadisəsinə,
insanların kütləvi şəkildə qətlə
yetirilməsinə görə istefaya göndərildi. Milli Azadlıq Hərəkatı
demək olar ki, sonuncu günlərini yaşayırdı, ancaq
onun öncül təşkilatı olan Azərbacan Xalq Cəbhəsi
təşkilatı çox güclü idi və hadisələrə
diqtə edə bilirdi. Bəli, qeyd etdiyimiz kimi
Milli Məclis mühasirəyə alınmışdı 5-6
martda. (Müzakirələr istefaya qədər
iki gün davam etdi.) Əslində xalq Xocalı soyqırımına (o
zaman hələ bilmirdik bu soyqırımdır) görə məmurları,
deputatları didib parçalamağa hazır idi. Bütün günahları daxildə (qeyd etdiyimiz
kimi soyqırımın icraçıları bəlli idi) A.
Mütəllibova doğru yönəlirdi, çünki o zorla
olsa da müstəqillik aktını imzalamışdı və
saxtakarlıqla prezident seçilsə də ölkəyə
o cavabdeh idi. O isə Xocalı hadisəsinə o qədər
də önəm vermədi. Düşündü ki, onsuz da hər gün
Qarabağdan belə xəbərlər gəlir. Bu xəbərlər onun üçün adiləşmişdi.
Onsuz da hər səhər yuxudan duranda məlumat verirdilər
ki, filan kənd boşaldılıb, filan qədər adam öldürülüb. Həm
də o komandasız idi. Artıq, o tənha
işləyirdi, hərəkatçılar da onunla müəyyən
dərəcədə işləyirdilər, hətta bir
neçə naziri prezident cəbhəçilərdən təyin
etmişdi.
Ardı var...
Yunus
oğuz
Olaylar.- 2020.- 9-13 may.- S.9.