Mətbuatda fikir, söz, məlumat azadlığının durumu, plüralizmin vəziyyəti
qənaətbəxşdir
Əlisahib Hüseynov:
"Ölkəmizdə həyata keçirilən islahatlar və kadr dəyişiklikləri prosesində
medianın, azad sözün
oynadığı rol da
danılmazdır"
Azərbaycanda bütün istiqamətlərdə, müstəvilərdə uğurlu addımlar atılır, islahatlar həyata keçirilir. Həyata keçirilən islahatlar ölkədə siyasi plüralizmi daha da möhkəmləndirir, fikir, söz, məlumat və ifadə azadlığı kimi demokratik prinssiplərin daha yükssək səviyyədə təmin olunmasına yol açır. Elə Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov da bu qənaətdədir. DADP sədri ilə söhbətimizdə ölkədəki fikir, söz, məlumat və ifadə azadlığı, plüralizmin mövcud durumundan danışdıq.
-Əlisahib müəllim, hazırda ölkədə fikir, söz, məlumat və ifadə azadlığının durumunu, plüralizmin vəziyyətini necə dəyərləndirirsiniz?
-Mən sizin bu sualınızın
cavablandırılmasına Prezident İlham Əliyevin
bir fikiri ilə başlamaq
istərdim: "Ölkə iqtisadi cəhətdən
zəngin ola bilər, təbii resurslarla zəngin ola bilər,
amma əgər cəmiyyətdə
gözəl ab-hava, azadlıqlar yoxdursa, bu inkişaf
yarımçıq ola bilər və
ya dayanıqlı olmaya
bilər". Bu fikirdə dərin bir həqiqət ehtiva olunur. Bəli, istənilən ölkənin
inkişafı üçün demokratiya və
azadlıqların mövcudluğu çox mühüm rol oynayır.
Hazırda ölkəmizdə istər siyasi
sahədə, istərsə də mətbuatda fikir,
söz, məlumat
azadlığının durumu, plüralizmin vəziyyəti qənaətbəxşdir.
Mən bu azadlıqların və siyasi plüralizmin təmin
olunmasını ilk növbədə Ulu Öndər Heydər Əliyevin vaxtilə bu sahədə atdığı
addımları ilə əlaqələndirirəm.
Xatırlayırsınızsa, ötən əsrin 90-cı illərinin
sonlarında mətbuat və söz
azadlığı, kütləvi informasiya
vasitələrinin maddi-texniki
bazasının möhkəmləndirilməsi istiqamətində
ardıcıl tədbirlər həyata keçirildi.
Belə ki, 1998-ci il avqustun 6-da ölkədə senzuranın ləğv
edilməsinə qərar verildi. Bu da həm söz və məlumat
azadlığının, həm də fikir
plüralizminin təmin edilməsi
baxımından sözün əsl mənasında
inqilabi addım idi. Bütün
sonrakı azadlıqlar da zəncirvari qaydada məhz senzuranın ləğvindən sonra gerçəkləşməyə, oturuşmağa başladı. 1999-cu ildə
"Kütləvi İnformasiya Vasitələri
haqqında" Qanunun qəbulu ölkə
mətbuatının inkişafı üçün
yeni imkanlar yaratdı.
Ulu Öndərin təməlini qoyduğu bu işlər
sonradan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Müstəqil
medianın inkişafı üçün
dövlət başçısı tərəfindən 2009-cu il aprelin 3-də Prezident
yanında Kütləvi İnformasiya Vasitələrinə
Dövlət Dəstəyi Fondunun
(KİVDF)
yaradılmasını xüsusi qeyd etmək
lazımdır. Jurnalistlərin sosial vəziyyətini
yaxşılaşdırmaq məqsədilə addımlar
atılması, mətbu orqanlara birdəfəlik
maddi yardımların göstərilməsi,
ayrı-ayrı qəzetlərin, o cümlədən
müxalif mövqeli qəzetlərin
Azərbaycan Nəşriyyatına olan
borclarının ləğv edilməsi də
dövlətin və hakimiyyətin
azad sözün,
plüralizmin inkişafına verdiyi dəyərin göstəricisidir.
Ölkə başçısı İlham
Əliyev cəmiyyətdə gedən proseslərin plüralizm və aşkarlıq prinsipləri
üzərində qurulmasınının vacibliyini,
köhnə stereotipləri sıradan çıxarmaq üçün, habelə daxili və xarici düşmənlərimizin, "beşinci kolon"un nümayəndələrinin cəmiyyəti parçalamaq məqsədilə
göstərdikləri səylərin qarşısının
alınması üçün ölkədə azad
sözə hər zaman ehtiyac
olduğunu düzgün
dəyərləndirir. Prezident dəfələrlə
qeyd edib ki, fikir plüralizmi
və hüquqi dövlət quruculuğu prosesi olmadan Azərbaycanda dövlətçiliyin,
dayanıqlı inkişafın, sabitliyin
qorunması mümkün deyil.
Bu gün ölkəmizdə
həyata keçirilən islahatlar və kadr dəyişiklikləri
prosesində medianın, azad sözün oynadığı rol
da danılmazdır. Belə deyək də,
bu gün Azərbaycanda
demokratik açılımlar və sosial-iqtisadi inkişaf
prosesləri paralel aparılır. İslahatlar təkamül yolu
ilə aparılır, siyasi islahatlar dərinləşir. Ölkədə
yeni siyasi münasibətlər
formalaşır. Və bütün bunlar söz
azadlığı fonunda, siyasi
plüralizm şəraitində baş verir. Çünki ölkədə söz
azadlığı və plüralizm tam təmin edilib. Tənqidçi
media da kifayət qədər
fəaldır. Həmçinin, sosial
şəbəkə istifadəçiləri də öz fikirlərini rahat bir şəkildə ifadə edə bilirlər.
Yəni ki, radikal müxalifət
nümayəndələrinin iddialarının əksinə olaraq mən bu sahədə hansısa məhdudiyyət
görmürəm. Bu bir danılmaz
faktdır ki, bu gün ölkə
əhalisinin 80 faizi
internet istifadəçisidir. Onların ölkədə
baş verən proselərə müxtəlif
rakurslardan qiymət vermələrinə heç
bir qadağa qoyulmur. Bu mənada, mən
hazırda ölkəmizdə
söz və məlumat azadlığının,
plüralizmin vəziyyətini
yüksək qiymətləndirirəm.
-İstər parlamentin
tərkibi, istər Milli Məclis rəhbərliyində müxalifət
partiyalarına yer ayrılması onu deməyə əsas verirmi ki, Azərbaycanda
siyasi plüraliz mövcuddur və tədricən də inkişaf edir?
-Əlbəttə, birmənalı
olaraq deyə bilərik ki, Azərbaycanda fikir plüralizmi ilə bərabər siyasi plüralizm və müxtəliflik də mövcuddur. Fevralın 9-da keçirilən növbədənkənar parlament
seçkilərindən sonra
Milli Məclisin rəhbərliyində müxalifət
partiyalarının nümayəndələrinə
yer ayrılması isə ölkədə siyasi plüralizmin daha da inkişaf
etdirilməsinə xidmət
edir. Buna heç kimin şübhəsi olmasın.
Bu həm də
ölkədə yeni siyasi münasibətlərin
formalaşmasının nəticəsidir.
Prezidentin təşəbbüsü ilə bu gün
Azərbaycanda yeni siyasi konfiqurasiya araya-ərsəyə gəlməkdədir.
Bu konfiqurasiya təktərəfli deyil.
Yəni ölkədə hakim Yeni Azərbaycan Partiyası
(YAP) ilə bərabər,
digər partiyaların
da, o cümlədən
müxalifət partiyalarının
da siyasi proseslərdə fəal iştirakına stimul yaradılır. Müxalifət partiyalardan birinin nümayəndəsinin vitse-spiker
seçilməsi isə
bu dediklərimizin əyani təsdiqidir.
Mən
VHP-nin nümayəndəsi,
hörmətli professorumuz
Fəzail İbrahimlini
nəzərdə tuturam.
Bu faktın özü
də ölkədə
iqtidar-müxalifət münasibətlərinin
tamamilə yeni müstəviyə keçməsinin
göstəricisidir. Başqa sözlə
desək, cəmiyyətin
inkişafında və
ölkə idarəetməsində
müxalifətə də
yer verilməsi siyasi proseslərin dolğunlaşmasından, şəffaflaşmasından
xəbər verir.
Siyasi plüralizm də məhz belə bir şəraitdə daha çox inkişaf etmək imkanı qazanır.
-Bir siyasi partiya
olaraq siz ölkədə siyasi plüralizmin vəziyyətindən
razısınızmı?
Bu sualınıza görə
təşəkkür edirəm. Çox yaxşı
sualdır. Mənim bu
suala cavabım isə birmənalı olaraq müsbətdir.
Bəli,
Demokratik Azərbaycan Dünyası Partiyasının
rəhbəri olaraq əminliklə bildirirəm
ki, hazırda ölkədə mövcud
olan siyasi plüralizm mühiti məni tam qane edir. Hesab edirəm ki,
mən bu fikirdə qətiyyətlilik
nümayiş etdirən
yeganə şəxs deyiləm. Zənnimcə, əksər müxalif
partiya liderləri də bu fikirdədirlər.
İlqar
Məmmədovdan tutmuş
Pənah Hüseyn və ya Sərdar
Cəlaloğlu, İqbal
Ağazadə kimi fəal müxalifətçilərin
də əksəriyyəti
bu gün ölkədə siyasi plüralizmin mövcudluğunu
inkar etmirlər.
Burada bir məqamı xüsusilə qeyd etmək gərəkdir ki, siyasi plüralizm
mühitinin daha da genişləndirilməsi,
daha da inkişaf
etdirilməsi təkcə
iqtidardan asılı deyil. Müxalifət partiyaları da
bu prosesdə öz məsuliyyətlərini
dərk etməli, öz üzərlərinə
düşən vəzifələri
gərəyincə yerinə
yetirməlidirlər. Biz
də iqtidaryönümlü
partiya olaraq bu prosesdə əlimizdən gələni
etməyə hazırıq.
-Ölkədə siyasi sahədə həyata keçirilən islahatlar plüralizmin daha da inkişaf edəcəyi və möhkəmlənəcəyi qənaətini
yaradırmı?
-Bəli, istər media sahəsində, istərsə
də siyasi sferada plüralizmin bundan sonra da
dərinləşəcəyi, inkişaf edəcəyi şəksizdir. İslahatlar prosesinin ardıcıllığı
və dönməzliyi
də bunu göstərir. Və
bunu hiss etmək üçün, görmək
üçün müxalifətçi
həmkarlarımızın böyük düha sahibi olmalarına da əsla ehtiyac
yoxdur. Yetər ki, obyektivlik
hissini itirməsinlər.
Bu gün siyasi
mühitimizdəki plüralizm
özünü real olaraq
nədə göstərir?
Baxın,
hazırda dövlət
qeydiyyatı olan bütün siyasi partiyaların cəmiyyətə
maneəsiz çıxış
imkanı, kommunikasiya kanalları var. Hər bir siyasi partiya
ölkə miqyasında
öz təbliğatını
apara, yerlərdə özəklərini yarada bilir. Əksər partiyalar paytaxtda
və bölgələrdə
qərargahlarla təmin
olunub. Demək olar ki, hər bir partiyanın
öz xəbər saytı və ya internet televiziyası fəaliyyət göstərir.
Hətta
hakimiyyətə opponentlik
edən siyasi düşərgənin də
çoxlu sayda informasiya resursları vardır. Ancaq proseslərin
gedişatı onu göstərir ki, dövlət başçısı
siyasi plüralizmin hazırki durumu ilə kifayətlənmək
fikrində deyil. Siyasi partiyalar üçün,
o cümlədən müxalif
siyasi qüvvələr
üçün də
getdikcə daha geniş fəaliyyət imkanları yaradılacaqdır.
Hazırki imkanlar kimi qane etmirsə və yaxud da
ki, kimlərki ölkədə plüralizmin
mövcud olmadığını
iddia edirlərsə, onlar öz maksimalistlikləri
ilə, həddindən
artıq ifrata varmaqları ilə sadəcə olaraq hazırda genişlənməkdə
olan islahatlar prosesinin gedişinə zərbə vururlar, bilərəkdən və
ya bilməyərəkdən
islahatların daha da dərinləşməsinin
qarşısını alırlar.
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.
Olaylar.- 2020.- 16-18 may.- S.1.5.