Hay kilsəsinin “yamaqlı” Şuşa fəryadı

 

 

...Qarabağ  xanlığına qarşı  xəyanətkar ünsürlərdən biri olmuş Məlik Şahnəzərin böyük oğlu  Cümşüd arxiyepiskop Arqutyanla Rusiyaya yola düşdülər, bir ildən çox Həştərxan şəhərində qaldılar, 1799-cu ilin əvvəlində Sankt-Peterburqa yola düşdülər, imperator I Pavel Petroviç Romanov (1754-1801) tərəfindən qəbul edildilər.

 

Onların xahişinin  əsas məqsədi Qarabağ məliklərinin İbrahimxəlil xan Pənahəli xan oğlunun (1732-1806) qəsbkarlığından azad olmaqRusiya himayədarlığına keçmək arzusunu çara çatdırmaq idi...

 

(Bu məlumat 2011-ci ildə Sankt-Peterburq şəhərində çap edilmiş  Arsen Məlik-Şahnəzəryanın  "Vərəndə hakimləri imperiya qulluğunda" kitabının I fəslində  yer alıb.)

 

Bu sayaq hay kilsəsinin və sürüsünün gen daşıyıcısı kimi  xəyanətkarlığı, riyakarlığı bütün dövrlərdə, Şərqi Afrikadan qopub ayrıldıqları minilliklər ərzində  davam etmişdir.

 

İsveçrə Konfederasiyasının mühüm beynəlxalq iqtisadi-siyasi əhəmiyyətli Cenevrə şəhərində  "Ana dilinin isifadəsi hüquqlarının pozulmasına dair" mövzusunda bu ilin fevral-mart aylarında keçirilmiş   Birləşmiş Millətlər Təşkilatının (YUNESKO) 43-cü sessiyasındakı çıxışını  moskvalı Martik  Qasparyan (o, Rusiya Federasiyasında 26 oktyabr 2012-ci il tarixdə yaradılmış "Beynəlxalq Xristian Həmrəyliyi Fondu"nun üzvüdür. Bu təşkilatın məqsədi "düşmən əhatəsində   olan xristian qardaşların və etiqadlarına görə təqibləriə məruz qalanların hərtərəfli müdafiəsinə" qalxmaqdan ibarətdir) "Ana dilinin istifadəsi hüququnun pozulması və mədəni irsin qorunması təhlükəsi" mövzusuna həsr etmişdir. Saxta hay siqlətinə və ruhuna uyğun  olaraq M.Qasparyan beynəlxalq humanitar-siyasi kürsüdən yararlanaraq həyasızlıqla bəyan etmişdir ki, Azərbaycan Respublikası Dağlıq Qarabağda "hayların tarixi-mədəni irsinə qarşı soyqırım siyasəti" yürüdürbu "dövlət hücumuna" hüquqi-siyasi qiymətin verilməsinə həsr edilmiş beynəlxalq elmi-təcrübi konfransın keçirilməsi (22-25 mart 2020-ci il tarixdə) nəzərdə tutulmuşdur.

 

Hay əsillinin məruzəsindən  -  "... hər bir insanın haqqıdır ki, heç bir maneə olmadan, məhdudiyyət və təzyiq göstərilmədən özünü ifadə edə bilsin, yaradıcılıqla məşğul ola bilsin, təhsil, elm, incəsənət və mədəniyyətin müxtəlif sahələrində əldə etdiyi naliyyətləri hər yana yaya bilsin..."

 

Göründüyü kimi, hay kilsəsinin və sürüsünün beynəlxalq səviyyədə riyakarlığına bu bir nümunədir ki, Qərbi Azərbaycanda və Qarabağın dağlıq bölgəsində əzəli müsəlman-türk  yurdunda-ocağında   bir nəfərin də yaşamadığı halda bu cür həyasızcasına danışa bilirlər, dünyaya "Ana dilinin qorunmasından və mədəni irsin mühafizəsindən" car çəksinlər. Cünki bu ərazilərdə son yüzillikdə daha güclü formada  kök salmış hay kilsəsinin rəhbərliyi altında ibtidai hay sürüləri tərəfindən davamlı şəkildə həyata keçirilən Azərbaycan xalqının minilliklərlə yaratdığı tarixi-maddi abidələrinin, mənəvi irs ocaqlarının, yurd yerlərinin dağıdılması, bütünlüklə məhv edilməsi və yaxud "erməniləşdirilməsi" siyasəti düşmənlərimizdə bu əmin-arxayınçılığı yaratmış və onlara  həm beynəlxalq, həm də daxili kürüsülərdən oxşar çıxışlar etməyə imkan vermişdir.

 

Həmin tarixi-coğrafi ərazilərin istər maddi-mədəni irs sərvətlərinin, istərsə də etno-morfo toponimlərinin heç biri hay mənşəli olmadığı halda, hayların iddia etdiyi kimi "doğma Ana dili"nin və mədəni irs nümunələrinin qorunmasına dünya ictimaiyyətini inandırmağa çalışırlar.

 

Fikrimizi Qarabağın dağlıq bölgəsinin timsalında əsaslandıra bilərik.

 

Hərbi-strateyi və iqtisadi-ticarət əhəmiyyəti, həm də zəngin tarixi-mədəniyyət və coğrafi  sərvətləri baxımından bu region xüsusilə mühafizə olunmağa, eləcə də müxtəlif yöndən tədqiq olunmağa layiqdir, ilk növbədə Ana dilimizin-mədəni irsimizin qorunması naminə.

 

Bir cəhəti qeyd etmək vacibdir ki,  Qarabağ mahalında  baş verən tarixi hadisələrin, yer adlarının, milli adət və dini-ibadət ocaqlarının etno-morfoloji mənşəyi Ana dilimizin şəddi-şəkəri ilə yoğrulub, bu torpaqda minilliklərdə yaradılmış  əski tarixi-mədəni abidələrin memarları da məhz müsəlman-türk mənşəlilər olmuşlar. Ona görə də bütünlüklə Qarabağ toponimlərinin və sakral-duyğusal dini-ibadət ocaqlarının mənşəyi, morfoloji strukturu və memarlıq üslubu bütünlüklə doğma Ana dilimizdə öz ifadəsini tapmışdır.

 

...Şuşa rayonu, Qaybalı kəndinin əsası Qarabağ xanı İbrahimxəlil xan Sarıcalı-Cavanşirin (1732-1806) Avar-Dağıstan hakimi IV Ümmə xan Məhəmməd oğlu (1761-1801) ilə qohumluğunun (onun bacısı Bikə xanım  Xanın həyat yoldaşlarından biri idi)  nəticəsində qoyulmuşdur. Qarabağ xanlığının xaricidaxili düşmənlərinə qarşı mübarizədə (xüsusilə Ağa Məhəmməd şah Qacarın (1742-1797) hücumunda)  Avar xanlığının döyüşçüləri kömək göstərdikləri üçün bu kəndin yeri onlara bağışlanmış və  bir neçə döyüşçü ailəsi burada məskunlaşmışdır. Qaybalı kəndi Şuşa şəhərinin quzeyində, 2 km aralıda, Xəlifəliçayının sol sahilində, 0,5-1 km-lik məsafədədir. Bu çayın kənarında (Xankəndi istiqamətində 3 km aralı) 1820-ci ildə fransızlar tərəfindən tikilmiş tikinti daşı istehsal edən zavodun qalıqları dururdu 1960-cı ilədək, ətrafını "Xəlfəli meşəsi" bürümüşdü.

 

1918-ci ildə bu kənddə 200-dən çox ev olub, 1920-ci ildən sonra isə  bu kəndə bir neçə hay ailəsi köçürüldü.

 

Qaybalı kəndinin  əsasını qoyan ailələrdən birinin nəsil şəcərəsinin üzvü - Azərbaycanın Milli Qəhrəmanı, Şuşa özünümüdafiə batalyonunun komandiri Ramiz Bulud oğlu Qəmbərov da (1962-1992) soydaşları kimi  hay quldurlarına qarşı qəhrəmanlıqla döyüşmüşdür.

 

Avar-Dağıstan döyüşçü dəstələrinin ailələri həmçinin Şuşa şəhərində, Xəlifəli, Zamanpəyəsi, Nağılar, Kərkicahan... kəndlərində də yaşamışlar.

 

Şuşa qəzasının Həsənabad kəndinin ərazisi Ağdam nahiyəsinin Körpə Əfətli kəndinin tərəkəmə elatının örüş-otlaq sahəsi olub. Sonralar bu ərazi İbrahimxəlil xan tərəfindən Ağa Məhəmməd şah Qacarın hücumunda mərdliklə döyüşən dəstələrdən birinə başçılıq edən Həsən bəyə bağışlanıb və kəndin adı da onunla bağlıdır.

 

1920-ci ildən sonra bu kəndə də hay sürüsü yerləşdirilib.

 

Şuşa şəhəri yaxınlığındakı Qarqar çayının cağ sahilindəki Topxana meşəsindən 6-7 km şərqə tərəf  (Xankəndi istiqamətində) "Xan bağı" salınmışdır, İbrahimxəlil xanın təklifi ilə, Xankəndi şəhərindən 2 km aralıda. Bu bağdan yuxarıya qalxdıqda, şəhərə 700-800 metr qalmış, yolun sağında beton  meydançada qırmızı kərpicdən hörülmüş  "145" rəqəmi tikilmişdir (rəqəmlərin eni 1-2 m, hündürlüyü 4-5 m olardı), 1965-ci ildə. Bu göstərici hayların burada məskunlaşmasının tarixi (1820-ci il) şərəfinə inşa edilmişdir.

 

Şuşa rayonunun Yuxarı və Aşağı Quşçular kəndləri arasındakı qədim qəbirstanlığın cənubundakı kurqanlar 800-900 m aralıdakı "Teymurun yalı" deyilən yerdən başlayırdı, araları  50-60 m  idi, hündürlüyü 2-3 m-ə çatırdı. Bu təpəciklər e.ə. II əsr tarixinə, Alban mədəniyyətinə aid edilirdi.

 

1980-ci illərdə orada qazıntı işləri aparılarkən  30-a qədər  müxtəlif ölçülü saxsı küplər tapılmışdır. XVIII əsrin əvvəllərində Qarabağ hakimi Pənahəli xan Sarıcalı-Cavanşir (1693-1763) tərəfindən  Xankəndi şəhəri yaxınlığında tikdirdiyi Karvansaray beynəlxalq  ticarət - "İpək yolu" üzərində (Qərbi Azərbaycana, Naxçıvana, Cənubi Azərbaycana, Türkiyəyə, Gürcüstana, Şimali Qafqaza, İraqa, Suriyaya, digər ərəb ölkələrinə şaxələnən) idi, ona bitişik isə "Xan bağı" salınmışdı, işərisində isə 2 mərtəbəli evi  (İbrahimxəlil xanın adı ilə bağlı).

 

Xanın tikdirdiyi yay iqamətgahının biri də (istirahət yeri) Qarqar çayının sağ sahilindəki Topxana meşəsində idi, Cıdır düzündən baxanda (2 km-lik məsafədə) aydın görünürdü.

 

Şuşa qəzasının tarixi-mədəniyyət ocaqlarından biri də yaşı iki min ildən çox olan  Malıbəyli kəndi idi. Kəndin üst hissəsindəki təpəlikdə  "xan  daşı"ndan tikilmiş, üstü gümbəzli  "Qonaq evi" (tağlı qapılı, ölçüsü  15 m x 15 m olmaqla) əsrin əvvəllərində teatr binası kimi istifadə edilib. Onun səhnəsində türkrus dillərində tamaşalar, səhnəciklər göstərilib. Yaşlı sakinlərdən Mənzər Məşədi Dəmir qızı (1918-1993) xatırlayırdı ki, 5-6 yaşı olarkən atası Dəmir Hüseyn oğlu (1937-ci ildə 45 yaşında ikən 1918-1920-ci illərdə daşnaklara qarşı döyüşdüyünə görə repressiya olunmağından qurtulmaq üçün Cənubi Azərbaycana keçməyə məcbur olub) onları tamaşalara baxmağa aparardı.

 

Malıbəyli kəndinin cənub-qərbində, 50-100 m aralıdakı "Qatar qayası"nın ətəyindəki "Hamam dərəsi"ndə qədim şərq və Azərbaycan memarlığı üslubunda Qarabağın məşhur memarı Kərbəlayi Səfixan Qarabaği (1817-1910) tərəfindən inşa edilmiş  (XVIII əsrdə şamaxılı memar Hacı Ağa Mikayılın Bakı şəhəri, Qala küçəsində inşa etdiyiel arasında tanınan "Məşədi İbadın hamamı"na oxşar) hamam mükəmməl istiliksu təchizatına malik mühəndis tikilisi keçən əsrin 60-70-ci illərinədək istifadə olunmuşdur.

 

Qarabağın dağlıq hissəsində Narınclar dağı ətəyində yerləşən XIII əsr yadigarı Gəncəsər Alban məbədinin (əvvəllər Ağdərə rayonuna aid, hazırda Kəlbəcər rayonunun Vəngli kəni ərazisində)  giriş qapısının üzərindəki  "günəş şüaları" naxışlanmış daş lövhəni hay ustaları "xaç nişanı" ilə əvəz etməklə   "erməni kilsəsi" kimi qələmə vermişlər..

 

Göründüyü kimi, hay kilsəsi Azərbaycanın tarixi-coğrafi maddi irs nümunələrini öz adlarına çıxmaq üçün oğurladıqları əlifba hesabına yaratdıqları hay sürüsü dilində adlandırmağı beynəlxalq ictimaiyyətə "Ana dilinin istifadəsində hüquqların qorunması" adı  altında saxta hay-küylə  çatdırmaqdan belə utanmırlar.

 

(Yazının hazırlanmasında Şuşa rayonunun Malıbəyli kənd sakinləri Bəsail İbiş oğlu İbrahimovun (1946), Rafael Qulam oğlu Əlixanovun (1946), Kosalar kənd sakini Rafael  Cümşüd oğlu Ağayevin (1959), Ağdam rayonunun  Novruzlu kənd kənd sakini Allahverdi  Babaş oğlu  Dolxanovun  (1950) və Xıdırlı kənd sakini Şükür Əkbər oğlu Mehdiyevin (1958)  məlumatlarından istifadə edilmişdir.) 

 

                                                         Qismət  Yunusoğlu,

 

                              Bakı Dövlət Universietinin müəllimi (050.372.60.08.)

 

Olaylar.- 2020.- 21-22 may.- S.14.