Olsun!
Döyüşdə
yenilməz zəfərlər çalan,
Əsgər
balalarım, görüm sağ olsun!
Düşməni
çökdürən, dərbədər salan,
Qəhrəman
Ordumuz salamat olsun!
İllərdir
yurduna həsrətli qalan,
"Köçkün",
"qaçqın" adı payimal olsun!
Bayrağımı
ucalara qaldıran,
Hər
kəsə xoşbəxtlik mükafat olsun!
Bu
sevinci bizə fəxrlə yaşadan,
Oğullara
Allah özü yar olsun!
HƏR
gün xalqa şad xəbərlər çatdıran,
Ali
Baş Komandan daim var olsun!
Qoru, İlahi!
Torpaq müqəddəsdir, torpaq ilahi,
Müqəddəs torpağı qoru, İlahi!
" Torpaqdan pay olmaz!"-deyir əhali,
İslami
torpağı qoru, İlahi!
Qarabağ həsrətlə gözləyir
bizi,
Torpağımı
bizə qaytar, İlahi!
Diyarım darıxıb, çağırır
bizi,
Yurdumu, Ordumu qoru, İlahi!
Torpağım sevməyir düçmənlərimi,
Yurdumu onlardan qoru, İlahi!
Xəstə təxəyyüllü düşmənlərimi,
Sənə tapşırıram, sənə, İlahi!
Ölkəmə göz dikib neçə nadürüst,
Mərdimi namərddən qoru,
İlahi!
Bir yandan yağı, bir yandan virus,
Hər iki düşməndən
qoru, İlahi!
Cəfər Cabbarlı ev
muzeyinin böyük elmi-işçisi
Əlibalayeva
Gülnarə
Olaylar.- 2020.- 6-12 noyabr.- S.24.