Yaraşmır sənə!

 

 

Düşmən alçaqlığın izləyən Şuşa,

Qəm-qüssə, küskünlük yaraşmır sənə!

İllərdir xalqını gözləyən Şuşa,

Məğrursan, niskillik yaraşmır sənə!

Qəhrəman əsgərin gəlibdir, Şuşa,

Şərəfsiz tapdaqlar yaraşmır sənə!

Bütün Azərbaycan sevinir,Şuşa,

Bu sükut, sakitlik yaraşmır sənə

Sil göz yaşlarını, vüqarlı Şuşa,

Bil ki, göz yaşları yaraşmır sənə

Azadlığın xalqı gətirib cuşa,

Sevin, şad ol, kədər yaraşmır sənə

 

 

Azərbaycanın  Ordusu

 

 

Aldığımız xoş xəbər şəkərdi-baldı,

Əsgərlərin düşməni dərbədər saldı.

Ay Allah, düşdükləri nə yaman haldı?!

Əhsən sənə, Azərbaycan ordusu!

 

 

 

Şükür olsun, Azərbaycan zəfər çaldı,

Öz gücüylə, Qarabağı o aldı.

Düşmənlər baxaraq yana-yana qaldı

Əhsən sənə, Azərbaycanın Ordusu!

 

 

Cəfər Cabbarlı ev muzeyinin böyük elmi işçisi

Əlibalayeva Gülnarə

 

Olaylar.- 2020.-  20-26 noyabr.- S.24.