Şükürlər olsun!
Qəm-qüssə, dərd-kədər arxada qaldı,
Vətənim azaddır, şükürlər olsun!
Qaralan buludlar düşmənə qaldı,
Qarabağım şaddır, şükürlər olsun!
Dağlar sevincinə bir dağ qatıldı,
Bu, Şuşa dağıdır, şükürlər olsun!
Küsən lalə, nərgiz duydu, boy atdı,
Xarıbülbül güldü, şükürlər olsun!
Göy rəng sevincindən göydən rəng aldı,
Lalələr qızardı, şükürlər olsun!
Yam-yaşıl ağaclar təcəddüd aldı,
Bayrağım yarandı, şükürlər olsun!
Cəfər Cabbarlı ev muzeyinin böyük elmi-işçisi
Əlibalayeva Gülnarə
Olaylar.- 2020.- 27 noyabr-3 dekabr. - S.24.