Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir

 

Ərazisinə görə Azərbaycanın ən böyük rayonu olan Kəlbəcərin erməni işğalından azad edilməsi Ali Baş Komandanımızın, Azərbaycan xalqının və onun baş tacı olan Milli Ordumuzun nəhəng tarixi zəfəridir. Odlar yurdunun bu qədim məskəninin düşmənlərdən birdəfəlik təmizlənməsi həm ölkəmizin, həm də Kəlbəcərin bundan sonrakı həyatında ən fərəhli anların yaşanmasına səbəb olacaq.

 

Bu sözləri millət vəkili Kamaləddin Qafarov deyib.

 

O, bildirib ki, məcburi köçkün həyatı yaşamış bütün insanlarımızın 30 illik həsrətinə son qoyulur, onlar öz doğma torpaqlarına qayıdırlar. Təkçə Kəlbəcər, Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı,Laçın rayonlarından deyil, Dağlıq Qarabağ ərazisindən məcburi köçkün olan vətəndaşlarımızın da doğma yurdlarına qayıdışı təmin olunacaqdır. Noyabrın 9-da imzalanmış bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. Bu, o deməkdir ki, Qarabağa heç bir status, muxtariyyət verilmir.

 

Eyni zamanda, Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Naxçıvanı Azərbaycanın əsas hissəsinə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Bununla da, Naxçıvanın 30 illik blokadasına son qoyulur, eyni zamanda, türk dünyasının yeni, möhtəşəm logistik tranzit-rabitə əlaqələri yaradılır. Bu əlaqələr beynəlxalq yük daşımalarında misilsiz fürsətlər yaradacaq, bölgəmiz dünyanın ən vacib yol infrastrukturlarından birinə çevriləcəkdir.

 

Millət vəkili qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqa müraciətində bildirmişdir ki, Kəlbəcər bizim qədim torpağımızdır, qədim Azərbaycan torpağıdır. Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir.

 

Dövlətimizin başçısı bu böyük qələbə münasibətilə kəlbəcərliləri, bütün xalqımızı təbrik edərək demişdir ki, biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın oraya həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı, xüsusilə heyvandarlıq inkişaf edəcək. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. “Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini. Tapşırıq vermişəm ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın, təkcə Kəlbəcər şəhəri yox, bütün şəhər kəndlərimizə həyat qayıdacaq”.

 

K.Qafarov bildirib ki, işğaldan azad edilmiş Ağdam şəhərində olarkən dövlətimizin başçısı çıxışında bu məsələləri bir daha diqqətə çatdırmışdı. Prezident dedi ki, biz bu torpaqlara Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq. Biz güc toplamalı idik toplayırdıq. Möhtərəm Prezidentimiz son 17 il ərzində xalqa müraciət edərkən “biz daha güclü olmalıyıq, daha qüdrətli ordu qurmalıyıqfikrini dəfələrlə xatırlatdığını bildirdi. “Biz güc toplayırdıq, güclənirdik. Mən deyirdim ki, hər gün hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü, bu zəfər gününü öz əməyi, zəhməti, Vətənə olan sədaqəti ilə yaxınlaşdırmalıdır”.

 

Biz artıq həmin günün şahidiyik. Otuz illik işğala son qoyuldu. Ulu öndərimiz Heydər Əliyevin 1996-cı ildə Kəlbəcər ictimaiyyəti ilə görüşündə ifadə etdiyiVaxt gələcək ki, Kəlbəcər öz əvvəlki dövrünə qayıdacaq ondan da gözəl olacaqsözlərinin bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yerinə yetirildiyini böyük iftixar qürur hissi ilə vurğulamaq istəyirik.

 

Millət vəkili fikirlərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünən xalqa müraciətindən bir iqtibasla yekunlaşdırmışdır:” … Biz bu şəhərləri, bu rayonları yenidən dirçəldəcəyik. Bu rayonların bərpası ilə bağlı böyük planlarımız var. Artıq, bu planlar reallaşır, infrastruktur layihələri icra edilməyə başlayır. Şuşaya yeni yolun çəkilişi artıq başlanmışdır. Sovet vaxtında Şuşaya getmək üçün bir yol var idi - Ağdamdan Xankəndiyə, oradan da Şuşaya. İndi biz Füzuli rayonundan yeni yol çəkirik. …Dəmir yollarını bərpa edəcəyik. O cümlədən, Naxçıvan Muxtar Respublikasına gedən dəmir yolunun bərpası ilə əlaqədar artıq ilkin göstərişlər verilmişdir. Bərdə-Ağdam dəmir yolunun bərpası ilə əlaqədar artıq praktiki addımlar atılmışdır… Yəni, bütün bu işlər planlı şəkildə aparılacaq və Azərbaycan vətəndaşları görüləcək işlərlə bağlı müntəzəm olaraq məlumatlandırılacaqdır”

 

Nurlan

 

Olaylar.- 2020.-  27 noyabr.-3 dekabr.- S.13.