Diaspora təşkilatlarımız yeni mübarizəyə hazır
olmalıdırlar
Yeni mübarizəyə yeni strategiya və taktika ilə qatılmalı
Azərbaycan diaspora təşkilatlarının fəaliyyətində yeni dönəm başlayıb. Sirr deyil ki, Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərindəki şanlı qələbəsi bu ölkənin diaspora təşkilatlarını daha fəal olmağa məcbur edib. Hazırda bir sıra Avropa ölkələrindəki erməni diasporu məğlubiyyətin acısını çıxmaq, ölkəmizdən qisas almaq məqsədilə bütün mümkün vasitələrə əl atmaqdadır. Xüsusən, yaşadıqları ölkələrdəki nüfuzlarından yararlanaraq Azərbaycana qarşı hansısa qərarın qəbul edilməsi, sanksiyaların tətbiq olunması istiqamətində mütəşəkkil şəkildə hücuma keçiblər. Bu məqsədlə təsirləri altında olan kütləvi informasiya vasitələrində ölkəmizə qarşı qərəzli, həqiqətə uyğun olmayan materialların çap olunması davam etdirilir. O da məlumdur ki, bundan sonra ermənilər xaricdəki fəaliyyətlərində daha aqressiv hərəkət etməyə başlayacaqlar. Çünki, son zamanlar erməni lobbisisinin Azərbaycan diasporu ilə sivil mübarizədə uduzduğu müşahidə olunur. Elə bu səbədən də erməni diasporu xaricdə yaşayan soydaşlarımıza qarşı fiziki güc göstərmək yolunu tutublar. Bir sözlə, heç bir xarici təsir və təzyiqlərə məhəl qoymadan Azərbaycan Ordusunun öz torpaqlarını azad etməsi erməni lobbisini iflic duruma salıb. Onlar bu acınacaqlı durumdan çıxmaq üçün hər cür addım atacaqlar. Bəs, Azərbaycan diasporu bu mübarizəyə hazırdırmı?
Əvvala qeyd edək ki, indiyə qədər Azərbaycan diasporu ölkəmizin haqq işinin müdafiəsi iqstiqamətində əlindən gələn bütün mümkün imkanlardan səmərəli şəkildə yararlanıb. Başqa sözlə, diaspora təşkiatlarımız siyasi, iqtisadi, mədəni və humanitar sahədə fəaliyyəti ilə daim Azərbaycan dövlətinin yanında olub. Ancaq nəzərə almaq lazımdır ki, hazırda söhbət ordusu dağılmış, iqtisadiyyatı məhv olmuş, ölkəsində xaos yaşanan Ermənistanın diaspor təşkilatlarından söhbət gedir. Sirr deyil ki, onlar yeni istiqamətdə, daha hiyləgərcəsinə hücumlara başlayacaqlar. Bu baxımdan Azərbaycan doaspor təşkilatları fəaliyyətlərində korektə etməli, yeni strategiya və taktika hazırlamalıdırlar. Daha doğrusu, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin "hücun doplomatiyası" siyasətini əldə rəhbər tutaraq hücum taktikasına üstünlük verməlidirlər. Həmçinin Azərbaycanın qələbəsi, ərazi bütövlüyünün təmin edilməsi beynəlxalq aləmdə qəti şəkildə müdafiə edilməlidir. İnsafən qeyd edilməlidir ki, artıq Azərbaycan diasporu bu mübarizəyə hazırdır və həyata keçirilən tədbirlər bunu deməyə əsas verir.
Məlum olduğu kimi Fransa Senatı bütün beynəlxalq hüququ ayaq altına ataraq "Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti" adlı qətnamə qəbil edib. Dünya azərbaycanlılarının hiddətinə səbəb olan bu qətnaməyə etiraz olaraq Fransada yaşayan azərbaycanlı icması torpaqlarını erməni işğalından azad edən və ərazi bütövlüyünü təmin edən ölkəmizin haqlı mövqeyi və erməni təxribatları ilə əlaqədar Fransa senatının üzvlərinə müraciət edib. Fransa-Azərbaycan Dialoqu Assosiasiyası, "Ulduz" Cəmiyyəti, "Alim" Elmi Assosiasiyası, Fransa-Azərbaycan Mədəniyyət Assosiasiyası, Fransa-Azərbaycan Gənclər Assosiasiyası, Fransanın Azərbaycanlı Tələbələr Assosiasiyası və Fransadakı azərbaycanlı İcmasının senatorlara ünvanlanan məktublarında Azərbaycan torpaqlarının 20%-nin qəsbkar Ermənistan tərəfindən işğal edilməsinin və beynəlxalq qanunlara uyğun olaraq Azərbaycan ordusunun ərazilərimizi azad etməsinin tarixi, 30 ilə yaxın müddətdə Dağlıq Qarabağ və ona bitişik 7 rayonda ermənilərin bütün dini və memarlıq abidələrini məhv etdiyi, bütün infrastrukturu və evləri dağıtdığı barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, Azərbaycanın qələbə qazanması nəticəsində vaxtilə öz doğma yurdlarından qovulmuş və 28 il ərzində məcburi köçkün həyatını yaşamış milyona yaxın azərbaycanlı evlərinə qayıdacağı günü səbirsizliklə gözləyir. Bildirilib ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll olunması məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun üç həmsədr üzvündən biri olan Fransanın Ermənistanın işğalçı siyasətini dəstəkləməsi, Dağlıq Qarabağdakı qondarma və cinayətkar rejimin Fransa senatında tanıdılması ilə bağlı cəhdlər göstərilməsi bu ölkədə yaşayan azərbaycanlı icmasını ciddi şəkildə narahat edir. Fransada yaşayan minlərlə azərbaycanlının bu cəhdi pislədiyini vurğulayan soydaşlarımız ölkə senatını beynəlxalq hüquqa zidd olan qanun layihəsini qəbul etməməyə çağırıb.
Azərbaycan doaspuru dövlətimizlə bağlı bütün məsələlərdə etirazlarını nümayiş etdirilər. Belə ki, Niderlandda fəaliyyət göstərən azərbaycanlı icmasının üzvləri ölkə parlamentində Xristian Demokrat Partiyasını (CDA) təmsil edən deputat Martijn van Helbertlə görüşüb. Görüşdə "Ana Vətən" Niderlandlı Azərbaycan Qadınları Birliyinin üzvü İlkanə Goja və həyat yoldaşı Robert van den Berg, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü, Azərbaycan-Niderland "Odlar yurdu" Cəmiyyətinin sədri Firəngiz Bağırova və gənc hüquqşünas Nigar Ramazanova iştirak ediblər. Görüşdə Qarabağ müharibəsi ilə bağlı real hadisə və faktlar təqdim edilib. Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu ölkəmizə hücum etdiklərini xatırladan soydaşlarımız Ermənistanın 30 il ərzində Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonunu işğal etdiyinə, milyona yaxın azərbaycanlını etnik təmizləməyə məruz qoyduğuna, Azərbaycan ordusunun beynəlxalq qanunlara uyğun olaraq ölkəmizin özünümüdafiə və ərazi bütövlüyünün bərpası hüququnu həyata keçirdiyinə bir daha diqqəti cəlb ediblər. İcma üzvləri Niderland parlamentinin Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan, Azərbaycanın və Türkiyənin əleyhinə olan qərar qəbul etməsini ədalətsiz addım adlandırıblar. Bu qərarın iki ölkə arasında münasibətlərə ciddi təsir edəcəyi nəzərə çatdırılıb. Sosial media üzərindən Ermənistanın Niderland Krallığındakı səfirinin siyasi dairələrə ünvanladığı iftira dolu məktubuna sərt cavab yazaraq, "problemlərinizi Niderlanda gətirməyin" başlıqlı status paylaşdığı üçün Martijn van Helbertə minnətdarlıq bildirilib.
Böyük Britaniyada yaşayan azərbaycanlı icmasının təşəbbüsü ilə ermənilərə əsir düşən hərbçilərimizlə əlaqədar Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) müraciətlər göndərilməkdədir. Britaniya-Azərbaycan Cəmiyyətinin sədri Fəridə Pənahovanın imzası ilə BQXK prezidenti Peter Maurerə ünvanlanan məktubda Ermənistanla Azərbaycan arasında gedən 44 günlük döyüşlər zamanı əsir düşən azərbaycanlı hərbçilərin taleyi ilə bağlı narahatlıq ifadə olunub. Qeyd edilib ki, tərəflər arasında sülh razılığının imzalanmasına baxmayaraq, hərbçilərimizn Ermənistanda saxlanılmasına dair əsaslı dəlillər mövcuddur. "Onların adları Musayev Amin, Rüstəmov Ruslan və Kərimov Bayramdır. Ələ keçirilən zaman onların sağ olduğuna dair videoyazılar var. Bundan sonra ailə üzvləri onlarla əlaqə saxlaya bilməyiblər", - deyə məktubda vurğulanıb. BQXK-nin rəhbərliyindən hər üç əsir əsgərimizin yerinin təsbit olunması və onların sağ-salamat evlərinə dönmələrini təmin etmək rica olunub.
Fransada fəaliyyət göstərən "Alim" elmi assosiasiyası II Qarabağ müharibəsində əsir düşmüş əsgərlərimiz Amin Musayev və Bayram Kərimovla bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edib. Assosiasiyanın təsisçilərindən olan Dr. Elmar Yusiflinin imzası ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Cenevrədəki baş ofisinə, Fransadakı və Azərbaycandakı nümayəndəliklərinə, Avropa ombudsmanı Emili Ochr("39")Reyli, Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Dünya Myatoviç və digər qurumlara ünvanlanan məktubda qeyd edilib ki, Şuşa və Xankəndi arasında gedən döyüşlər zamanı azərbaycanlı əsgərlər Amin Musayev və Bayram Kərimovun yaralı halda əsir düşdükləri, Ermənistan silahlılarının onlara qarşı qeyri-insani rəftar sərgiləməsinə dair videofaktlar mövcuddur. Assosiasiya azərbaycanlı hərbi əsirlərə qarşı yol verilən qanunsuzluqlara son qoyulmasını və onların beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq dərhal Azərbaycana qaytarılmasını tələb edib. Bundan başqa, münaqişə dövründə Ermənistana əsir düşmüş bütün əsirlərin siyahısının dəqiqləşdirilməsinin təmin edilməsinin vacibliyi vurğulanıb. Soydaşlarımız, həmçinin Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin insan hüquq və azadlıqlarını kobud şəkildə pozan, beynəlxalq normalar ilə hərbi cinayət sayılan əməllərinə hüquqi məsuliyyətin müəyyən edilməsi üçün zəruri addımların atılmasına çağırıblar.
Belçikada yaşayan azərbaycanlı icması Azərbaycanın ərazi bütövlüyünün tanınması və işğalçını dəstəkləyən addımların atılmaması ilə bağlı Belçika Parlamenti və Avropanın bir sıra beynəlxalq qurumlarına müraciət edib. Belçika Parlamentinin rəhbərliyinə, Xarici İşlər Nazirliyinə, bu ölkənin Azərbaycandakı səfirliyinə, Avropa Birliyinə, bütün siyasi partiyalara və digər qurumlara ünvanladığı müraciətdə qeyd edilib ki, Azərbaycan ordusunun Qarabağda qazandığı qələbəni həzm edə bilməyən erməni separatçıları və onların diaspor adı altında fəaliyyət göstərən havadarları yenidən hərəkətə keçiblər. Onlar Niderland və Belçika parlamentlərində olan bəzi anti-Azərbaycan qüvvələri ilə birlikdə Dağlıq Qarabağdakı qondarma və cinayətkar rejimin tanınması ilə bağlı addımlar atılmasına cəhdlər göstərirlər. Belə cəhdlərdən biri Brüssel şəhərində "Artsax" ofisinin açılması və qondarma rejimlə diplomatik əlaqələrin qurulmasına dair məsələnin gündəmə gətirilməsidir. Yaxın günlərdə bu məsələnin Belçika parlamentində müzakirəyə çıxarılması gözlənilir. Bu addıma kəskin etirazını bildirən azərbaycanlı icması xəbərdarlıq edib ki, Azərbaycanın dünya birliyi, o cümlədən Belçika dövləti tərəfindən tanınan ərazi bütövlüyünə zidd olan belə qərarın qəbulu beynəlxalq hüquq və normalara zidd olmaqla yanaşı, həm də Azərbaycan-Belçika əlaqələrinə, Avropa İttifaqı ilə Azərbaycanın münasibətlərinə zərbə vura bilər.
Ancaq görülən işlər kifayət etməməli, diasporun fəaliyyəti bundan sonra daha qabarıq şəkildə özünü büruzə verməlidir. Ermənilərin xaricdə bütün güclərini səfərbər edib dünyanın ictimai rəyinin formalaşdırılması üçün hərəkətə keçəcəyi şübhə doğurmur. Belə bir şəraitdə Azərbaycan diasporu "çəkici bir zindana vuraraq" koordinasiya olunmuş şəkildə fəaliyyət qurmalıdır. Dünyanın müxtəlif ölkələrində olan diasporlarımız vahid mərkəzdən idarə olunaraq Azərbaycan dövlətinin ərazü bütövlüyünün təmin olunmasında öz potensiallarını ortaya qoymalıdırlar. Xüsusən, xaricdəki soydaşlarımız yaşadıqları ölkələrin parlamentləri ilə əlaqələri genişləndirməli, ölkəmiz əlehinə iş aparan erməni diasporunun istəklərini heçı endirməlidirlər. Paralel olaraq, informasiya müharibəsində təşəbbüsü ələ almalıdırlar. Yalnız bu halda müstəqi Azərbaycanın haqq işinin müdafiəsində effektli nəticələr əldə etmək mümkün olar.
Alim Hüseynli
Olaylar.- 2020.- 27 noyabr.-3 dekabr.- S.11.