Qarabağa yürüş marşı” adlı şeiri təqdim edirik:

 

 

 

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun şöbə müdiri, şair Şahin Fazil “Qarabağa yürüş marşı” adlı şeir yazıb.

Şahin Fazil bu şeiri Azərbaycan Ordusunun Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında qazandığı parlaq qələbələrindən ilhamlanaraq qələmə alıb. Şeirdə əsas xətt PrezidentinQarabağ Azərbaycandır və nida işarəsi” sözləridir.

 

 

 

 

Bizimdir Qarabağ,

nida!

Bizim həm olacaq,

nida!

 

 

 

 

Yad “Nöqtə” söyləyib, bizdəsə

Dillənib dil-dodaq:

Nida”!

 

 

 

 

Haqq bizim olubdur həmişə,

Bizimdir yenə haqq,

nida!

 

 

 

 

Qapqara buluddur düşmənim,

Onu tez dağıdaq,

nida!

 

 

 

 

Başına daş atsın əlimiz,

Üzünə şapalaq,

nida!

 

 

 

 

Gözləri nəmlidir Şuşanın,

Nəmini qurudaq,

nida!

 

 

 

 

Zəngəzur, Göycəgöl mülkümə

Deyildir yol uzaq,

nida!

 

 

 

 

Ey Vətən, durmadan ey Vətən,

İrəli şığıyaq,

nida!

 

 

 

 

Əlimizdə qılınc yer tutub,

Başımızda papaq,

nida!

 

 

 

 

Tez düşmən köksünü dağıdaq,

Olmayaq sinədağ,

nida!

 

 

 

 

Yandırıb qurtuluş şamını

Yağıdan kam alaq,

nida!

 

 

 

 

Düşmənim əzəli yurdumdan

Olacaqdır uzaq,

nida!

 

 

 

 

Yumular alnımız qırışı,

Açılar qaş-qabaq,

nida!

 

 

 

 

Sönəcək bir yolluq iftira,

Yanacaqdır çıraq,

nida!

 

 

 

 

Qapqara olan dağ, olan bağ

Olacaq yenə ,

nida!

 

 

 

 

Bizimdir Qarabağ,

nida!

Bizim həm olacaq,

nida!!!

 

 

 

 

Şahin Fazil

 

Olaylar.- 2020.- 9-15 oktyabr.- S.24.